Məhkəmə qərarları › İş №2-2(106)-76/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-76/2024

07.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-76/2024 07.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 27 mart 2024-cü il tarixli 2-2(121)-497/2024 saylı qərardadından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 21261 manat məbləğində pulun və ödənilmiş 155 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-497/2024 saylı qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılması haqqında Şirvan Kommersiya Məhkəməsinin sözügedən qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-497/2024 nömrəli qərardadı ilə şikayət kommersiya mübahisələrinə dair işlər üzrə məhkəmə sənədlərinin, o cümlədən şikayətlərin elektron qaydada tərtib və təqdim olunmasına dair mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığına görə MPM-in 10-1ci, 13.4-cü və 363.1.5-ci maddələrinə əsasən geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə elektron qaydada imzalanmış şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)- 497/2024 saylı qərardadının ləğv edilməsi və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli e-2-2(121)- 497/2024 saylı qərardadından iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğun qaydada yenidən baxılmaqla, hazırkı iş üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)- 497/2024 saylı qərardadının, həmçinin buna bağlı olaraq xx.xx.2024-cü il tarixli e-2-2(121)- 497/2024 saylı qərardadının ləğv olunması və işin yenidən baxılmağa təyin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi prosessual normaları pozmuş və düzgün tətbiq etməmiş, nəticədə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(121)-497/2024 saylı qərardadından tərəflərindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Şirvan Kommersiya Məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunduğuna görə kommersiya işləri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin iş materillarından görünür ki, iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayət elektron kabinetə yüklənsə də, elektron imza ilə deyil, adi qaydada məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi öz qərardadında MPM-in 10-1.1-ci, 10-1.2-ci, 10-1.3-cü və 10-1.7-ci maddələrinə istinad edərək hesab etmişdir ki, şikayət MPM-in tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə geri qaytarılmalıdır. Hesab edilir ki, mülki prosessual qanuvericilikdə imperativ norma kimi - ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməsi müəyyən edilmişdir. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməsi mütləq şərt kimi nəzərdə tutulmamışdır. İddiaçının nümayəndəsi də qanunvericiliyin tələbinə uyğun olaraq tərəflərindən verilmiş şikayəti elektron kabinetə yükləməklə, elektron imza ilə deyil, adi qaydada məhkəməyə təqdim etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-497/2024 nömrəli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)- 497/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardadda göstərilmişdir ki, ərizəçi şikayət ərizəsində “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməsinin nəzərdə tutulduğu MPM-in 10-1.7-ci maddəsinə istinad etsə də, həmin normanın məzmun və tələbini düzgün qəbul etməmişdir. Belə ki, şikayət ərizəsində göstərilənin əksinə olaraq MPM-in 10-1.7-ci maddəsində “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməsi mütləq şərt kimi nəzərdə tutulmuşdur. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının nümayəndəsi Vəkil şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-497/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10- 1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. MPM-in 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. MPM-in 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayət, kommersiya mübahisələrinə dair işlər üzrə məhkəmə sənədlərinin, o cümlədən şikayətlərin elektron qaydada tərtib və təqdim olunmasına dair mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığına görə MPM-in 10-1-ci, 13.4-cü və 363.1.5-ci maddələrinə əsasən geri qaytarılması nəticəsinə gələrkən haqlı olmuşdur. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Habelə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilməsi aşkar edilmir. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 27 mart 2024-cü il tarixli 2-2(121)-497/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar