Məhkəmə qərarları › İş №2-2(106)-77/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-77/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-77/2023 10.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), X3 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit razılaşmasının ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2-2(121)-56/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Şirvan Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış kredit razılaşması və sazişlərin ləğv edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 022R********** saylı kredit razılaşması üzrə 202837.93 manat kredit borcu, 55833.84 manat faiz borcu və 45232.86 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 303904 manat 63 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 194 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsum və 270 manat xidmət haqqının tutulması, tutmanın İmişli şəhəri N.Nərimanov küçəsində 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 327.5 m olan 123A saylı fərdi yaşayış evinə, İmişli şəhəri N.Nərimanov küçəsi 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən 59.8 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə və İmişli şəhəri Q.İsmayılzadə küçəsi 0.0079 ha torpaq sahəsi və üzərində yerləşən 141.2 m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 303904 manat 63 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 194 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsum və 270 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, İmişli şəhəri N.Nərimanov küçəsində 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumisahəsi 327.5 m olan 123A saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, İmişli şəhəri N.Nərimanov küçəsi 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən 59.8 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində cavabdehin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, İmişli şəhəri Q.İsmayılzadə küçəsi 0.0079 ha torpaq sahəsi və üzərində yerləşən 141.2 m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində cavabdehin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 28L000000105 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğdə kredit xətti açılmış, müqavilə əsasında cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 28L00000105SB saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 182 ay, kredit xəttinin məbləği ******* ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 022R********** saylı kredit razılaşması əsasında 26 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 225000 manat məbləğdə kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 022R**********SA saylı xx.xx.2020-ci il tarixli 022R**********SB saylı xx.xx.2021-ci il tarixli 022R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 22162.07 manat ödəmiş, onun 202837.93 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 310 gün üçün hesablanmış faiz borcu 55833.84 manat təşkiledir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 310 gün üçün hesablanmış cərimə 45232.86 manat məbləğ təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 3M- 229 reyestr nömrəli ipoteka müqaviləsi əsasında İmişli şəhəri N.Nərimanov küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 327.5 m olan 123A saylı fərdi yaşayış evini AccessBank” QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 20 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2019-cu il tarixli elektron çıxarışa əsasən İmişli şəhəri N. Nərimanov küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 327.5 m olan 123A saylı fərdi yaşayış evinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 “İpoteka haqqında” Qanunun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmişdir. Həmin qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunla müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 28M000000110 saylı ipoteka müqaviləsiəsasında İmişli şəhəri N.Nərimanov küçəsi 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən 59.8 m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 1 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2014-cü il tarixli RX № ******* saylı çıxarışa əsasən İmişli şəhəri N.Nərimanov küçəsi 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən 59.8 m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli sazişə əsasən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 1 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli RX № ******* saylı çıxarışa əsasən İmişli şəhəri N.Nərimanov küçəsi 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən 59.8 m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklülüyünün əlavə qeydiyyatı aparılmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh - ipoteka verən Cavabdeh2 “İpoteka haqqında” Qanunun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 026M**********01 saylı ipoteka müqaviləsi əsasında İmişli şəhəri Q.İsmayılzadə küçəsi 0.0079 ha torpaq sahəsi və üzərində yerləşən 141.2 m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2015-ci il tarixli RX № ******* saylı çıxarışa əsasən İmişli şəhəri Q.İsmayılzadə küçəsi 0.0079 ha torpaq sahəsi və üzərində yerləşən 141.2 m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binasının Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli sazişə əsasən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli RX № ******* saylı çıxarışa əsasən İmişli şəhəri Q.İsmayılzadə küçəsi 0.0079 ha torpaq sahəsi və üzərində yerləşən 141.2 m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binasının Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklülüyünün əlavə qeydiyyatıaparılmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh - ipoteka verən Cavabdeh2 və Cavabdeh3 “İpoteka haqqında” Qanunun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Tərəflər arasındakı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdeh tərəflər iştirak etməmişdir. Bu barədə arayış verilmişdir. Mediasiya xərcləri olaraq bank tərəfindən 400 manat haqq ödənilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2-2(121)-56/2023 saylı qətnaməsi ilə (hakim Elşən Abdullayev) iddianın qismən təmin edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 022R********** saylı kredit razılaşması, xx.xx.2020-ci il tarixli 022R**********SA, xx.xx.2020ci il tarixli 022R**********SB və xx.xx.2021-ci il tarixli 022R**********SD saylı sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 022R********** saylı kredit razılaşması üzrə 202.837,93 manat əsas borc, 50.763,35 manat faiz borcu, 4.500 manat cərimə borcu, 400 manat mediasiya xərci, 148 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu və 270 manat xidmət haqqı olmaqla, ümumilikdə 258.964,28 (iki yüz əlli səkkiz min doqquz yüz altmış dörd manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1ci girişinin 1-ci və 2-ci mərtəbəsində 59.8 kv.m ümumi, 59.8 kv.m əsas sahədən ibarət qeyri yaşayış sahəsinə, İmişli şəhəri Nəriman Nərimanov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 327.50 kv.m. olan 123 A saylı fərdi yaşayış evinə, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan İmişli şəhəri Q.İsmayılzadə küçəsində yerləşən 0.0079 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 141.2 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1-ci girişinin 1-ci və 2-ci mərtəbəsində 59.8 kv.m ümumi, 59.8 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 20.811 manat, İmişli şəhəri Nəriman Nərimanov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 327.50 kv.m. olan 123 A saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 100.870 manat və Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan İmişli şəhəri Q.İsmayılzadə küçəsində yerləşən 0.0079 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 141.2 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 73.682 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, əmlakların açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qaytarılması, İmişli şəhəri Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1ci girişinin 1-ci və 2-ci mərtəbəsində 59.8 kv.m ümumi, 59.8 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə, İmişli şəhəri Nəriman Nərimanov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 327.50 kv.m. olan 123 A saylı fərdi yaşayış evinə, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan İmişli şəhəri Q.İsmayılzadə küçəsində yerləşən 0.0079 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 141.2 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldildikdən və açıq hərracda satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin daşınmaz əmlaklardan çıxarılması və həmin əmlakların boşaldılması, iddianın qalan hissədə rədd edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 400 (dörd yüz) manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın 100 (yüz) manatı müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, 45 (qırx beş) manatın isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2-2(121)-56/2023 saylı qətnaməsinin qismən ləğv edib, tələbin təkrar ekspertiza rəyinə uyğun olaraq artıq hesablanmış əsas borc, faiz və cərimə, ona məxsus ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə qeyri-obyektiv, birtərəfli baxılaraq hüquqları pozulmuşdur. İşə onun iştirakı olmadan qeyri-obyektiv baxılmışdır. O, iddiaçı ilə 22 noyabr 2012-ci il tarixli kredit müqaviləsi bağlamış, əvvəllər götürdüyü krediti vaxtında ödəyirdi. Sonradan pandemiya başladı və işləyə bilmədi. İddiaçı ilə razılaşmışdılar ki, həmin dövrə güzəştlər nəzərə alınsın. Lakin iddiaçı ödədiyi pulun bir hissəsini nəzərə almamış, ona yüksək faiz və cərimə hesablamışdır. 28 fevral 2019-cu il tarixli Fərmanla maddi imkanı zəif olan insanlara kömək göstərilməsinə göstəriş verilmişdir ki, həmin Fərman tətbiq edilsə, borc xeyli az olmalıdır. Əsas borcla faiz və cərimə hesablanması ilə razı deyildir, çünki pandemiya dövründə ödədiyi pulun bir hissəsi nəzərə alınmamışdır. Səlahiyyətli orqanlar pandemiya dövründə borclara faiz və cərimə hesablanmasını məqbul saymırlar. Onun və ailəsinin başqa yaşayış yeri yoxdur. Hesablanacaq əsas borcu hissə-hissə ödəməyə hazırdır. Bu səbəbdən də, hesab edir ki, iş üzrə təkar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli və borc dəqiqləşdirilməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticədə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və sübut edilməmişdir. Qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə onun evinə və torpaq sahəsinə aid hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddiaçı ilə bağlanmış ilk müqavilədən 11 il keçmişdir. Buna baxmayaraq, iddiaçı iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir ki, bu da qanuni hesab edilə bilməz. Tutmanın poteka predmetinə yönəldilməsinin zəruri olması halı sübut edilməmişdir. Tutmanın əmlaka yönəldilməsi nəticəsi işin hallarına, onun əsas borcu hissə-hissə ödədiyi kimi hala uyğun gəlmir. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər yoxdur. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 28L000000105 saylı kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 300.000 ABŞ dolları məbləği olmaqla kredit xətti açılmışdır. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 28L000000105SB saylı sazişlə kredit xəttinin müddəti artırılaraq 182 ay kredit xəttinin məbləği 1.000.000 (bir milyon) ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 022R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 225.000 manat məbləğində kredit vəsaiti aylıq 1,3333 faiz olmaqla 26 ay müddətinə verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli köçürmə sənədindən görünür ki, 225.000 manat məbləğində kredit vəsaiti Cavabdeh2 müvafiq bank hesabına köçürülmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 022R**********SA saylı, xx.xx.2020-ci il tarixli, 022R**********SB saylı və 18 oktyabr 2021-ci il tarixli, 022R**********SD saylı sazişlərin surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 28L000000105 saylı uzun müddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış 022R********** saylı kredit razılaşması əsasında kredit alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişlərə əlavə olunan ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 022R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə İddiaçı QSCyə xx.xx.2022-ci il tarixə olan əsas borcu 202.837,93 manat, faiz borcu 55.833,84 manat, cərimə borcu 45.232,86 manat olmaqla, ümumilikdə 303.904,63 manat təşkil edir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 28L000000105 saylı uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərini icra etmək məqsədi Cavabdeh1 ilə xx.xx.2018-ci il tarixdə, Cavabdeh3 ilə xx.xx.2018-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri Nəriman ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 327.50 kv.m. olan fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri Nəriman Nərimanov küçəsi 123 A fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İddiaçı tərəfindən 15 manat dövlət rüsumu, 30 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1-ci girişinin 1-ci və 2-ci mərtəbəsində 59.8 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış sahəsi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri Nəriman Nərimanov küçəsi 134 nömrəli bina qeyri-yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İddiaçı tərəfindən 15 manat dövlət rüsumu, 120 manat xidmət haqqı ödənilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İmişli şəhəri Q.İsmayılzadə küçəsində xüsusi mülkiyyətində olan 0.0079 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 141.2 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binası kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İddiaçı tərəfindən 15 manat dövlət rüsumu, 120 manat xidmət haqqı ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubları göndərmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 dekabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdehin İmişli şəhəri Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1ci girişinin 1-ci və 2-ci mərtəbəsində 59.8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 23.920 manat, likvid dəyəri 20.811 manat, İmişli şəhəri Q.İsmayılzadə küçəsində xüsusi mülkiyyətində olan 0.0079 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 141.2 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının bazar dəyəri 77.560 manat, likvid dəyəri 73.682 manat, İmişli şəhəri Nəriman ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.006 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 327.50 kv.m. olan fərdi yaşayış evinin bazar dəyəri 114.625 manat, likvid dəyəri 100.870 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xərcləri iddiaçı tərəfindən ödənilmişdir. İşə əlavə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/150 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh2 İddiaçı QSC-yə xx.xx.2019-cu il tarixli 022R********** saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan əsas borcu 202.837,93 manat, faiz borcu isə 50.763,35 manat təşkil edir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 740-cı maddəsinə görə isə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Bundan başqa, MM-in 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. MM-in 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bundan əlavə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). “İpoteka haqqında” Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun tələblərinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməli və ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri - əsas, faiz və cərimə borcu və tutmanın şikayətçiyə məxsus ipoteka predmetinə yönəldilməsi hissəsində yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası məhkəməyə təqdim edilmiş və tədqiq edilmiş bütün mötəbər sübutlar üzrə tam və hərtərəfli araşdırma aparaq hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətinin heç bir mötəbər sübuta əsaslanmayan və hal-hazırda qüvvədə qanunvericiliyin imperativ normalarına söykənməyən formal xarakter daşıyan dəlilləri hazırkı mübahisələndirilən qətnamənin ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, apellyasiya şikayətində işə şikayətçi - Cavabdeh2 iştirakı olmadan baxılması barədə dəlil əsaslı deyildir. Belə ki, iş materiallarında onun məlumatlandırılması və məhkəmə iclasında iştirakı da təmin edilmişdir (səh. 131 və s.). Habelə tərəflərin pandemiya dövrü üçün güzəştlərin olması barədə razılaşmalarına baxmayaraq, ödədiyi pulun bir hissəsinin nəzərə alınmaması, ona yüksək faiz və cərimə hesablanması barədə dəlil də əsaslı deyildir. Belə ki, iş üzrə əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2023-cü il tarixli 9/150 saylı rəyi ilə hazırkı kredit müqaviləsi üzrə hesablanmış borc məbləği dəqiq müəyyən edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsində həmin məbləğ əsas götürülmüşdür. Eyni zamanda, pandemiya dövründə əsas borca faiz və cərimə borcunun hesablanmaması üçün hər hansı əsas da mövcud deyildir. Həmçinin Cavabdeh2 öz apellyasiya şikayətində əsas borcu hissə-hissə ödəməyə hazır olduğunu göstərsə də, digər borcların ödənilməməsi üçün heç bir səbəb aşkar olunmur. Bundan başqa, kredit müqaviləsi üzrə borcun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi barədə şikayətin dəlili yoxlanılarkən müəyyən edilmişdir ki, həmin borc məbləği adıçəkilən Fərmanın təsir dairəsinə düşmür və bu səbəbdən də, qalıq borcun ödənilməsinə hər hansı güzəşt məbləği yönəldilməmiş və borcluya restrukturizasiya təklif olunmamışdır. Qeyd edilənlərlə yanaşı, apellyasiya şikayətinin bağlanmış ilk müqavilədən 11 il keçməsi, onun və ailəsinin başqa yaşayış yerinin olmaması, iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsinin zəruri olması halının sübut edilməməsi, tutmanın əmlaka yönəldilməsinin onun əsas borcu hissə-hissə ödəməsi halına uyğun gəlməməsi kimi dəlillərinə dair qeyd edilməlidir ki, həmin dəlillər formal və əsassız xarakterli olmaqla Cavabdeh2 tərəfindən buna dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, apellyasiya şikayətinin “tutmanın ipoteka predmetinə yönəldilməməsi” barədə dəlili üzrə qeyd edilməlidir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələblərinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun hazırda qüvvədə olan redaksiyasının 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə № 02/2023 qərardadının 13-cü bəndində göstərilmişdir ki, təkcə fərdi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilməsi “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsindəki dispozisiya şərtinin reallaşması üçün yetərlidir. Bu zaman, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri tələb olunmur. Bütün bunlarla yanaşı, kollegiya hesab edir ki, ipoteka predmetlərinin likvid dəyəri onlara tam dolğun şəkildə (yerləşdiyi yer, təmin və s. kimi hallar nəzərə alınmaqla) baxış keçirilərək müəyyən edildiyindən bu məqsədlə yenidən müvafiq ekspertizanın təyin edilməsinə zərurət yoxdur. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək hazırkı qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MM-in 14.2, 77.1 və 217.4-cü maddələri). Diqqətə çatdırılmalıdır ki, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2-2(121)-56/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.1.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2-2(121)-56/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar