Məhkəmə qərarları › İş №2-2(106)-78/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-78/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-78/2024 27.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, X10 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh1 ("xxxx" MMC-nin nümayəndəsi) iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-35/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı ASC və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı – DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 51969,45 manat əsas borc, 9002,04 manat cərimə borcu olmaqla, cəmi 60971,49 manat, DCL00313632-19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 66679 manat əsas borc, 944,62 manat faiz borcu, 12743,10 manat cərimə borcu olmaqla, cəmi 80366,72 manat, DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15949 manat əsas borc, 466,80 manat faiz borcu, 2892,09 manat cərimə borcu olmaqla, cəmi 19307,89 manat, DCL00313632-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19046 manat əsas borc, 809,46 manat faiz borcu, 2827,27 manat cərimə borcu olmaqla, cəmi 22682,73 manat, DCL00313632-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 41474 manat əsas borc, 2311,02 manat faiz borcu, 4940,01 manat cərimə borcu olmaqla, cəmi 48725,03 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 123 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 51969,45 manat əsas borc, 11219,40 manat cərimə borcu olmaqla, cəmi 63188,85 manat, DCL00313632-19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 66679 manat əsas borc, 944,62 manat faiz borcu, 15588,07 manat cərimə borcu olmaqla, cəmi 83211,69 manat, DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15949 manat əsas borc, 466,80 manat faiz borcu, 3572,58 manat cərimə borcu olmaqla, cəmi 19988,38 manat, DCL00313632-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19046 manat əsas borc, 809,46 manat faiz borcu, 3639,90 manat cərimə borcu olmaqla, cəmi 23495,36 manat, DCL00313632-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 41474 manat əsas borc, 2311,02 manat faiz borcu, 6709,57 manat cərimə borcu olmaqla, cəmi 50494,59 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 131 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X11nun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC03872LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X6 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda X11 çərçivəsində iddiaçı ilə "xxxx" MMC arasında: - xx.xx.2021-ci il tarixli DCL00313632-18 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 60.292 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmış; - xx.xx.2021-ci il tarixli DCL00313632-19 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 66.679 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə kredit xətti açılmışdır; - xx.xx.2021-ci il tarixli DCL00313632-20 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 15.949 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır; - xx.xx.2022-ci il tarixli DCL00313632-23 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 19.046 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır; - xx.xx.2022-ci il tarixli DCL00313632-24 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 41.474 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. Borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin təminatı olaraq Bank ilə Cavabdeh1 arasında DCL00313632-18 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********36 saylı zaminlik müqaviləsi, DCL00313632-19 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********789 saylı zaminlik müqaviləsi, DCL00313632-20 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********057 saylı zaminlik müqaviləsi, DCL00313632-23 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********460 saylı zaminlik müqaviləsi və DCL00313632-24 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********916 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilən DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 251 gün, DCL00313632-19 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 216 gün, DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 238 gün, DCL00313632-23 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 223 gün və DCL00313632-24 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 223 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa iddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-35/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Namidar Misirzadə) iddia qismən təmin edilərək DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 51681,89 manat əsas borc, 785 manat cərimə borcu olmaqla, cəmi 52466,89 manatın, DCL00313632-19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 66679 manat əsas borc, 944,62 manat faiz borcu, 1091 manat cərimə borcu olmaqla, cəmi 68714,62 manatın, DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15949 manat əsas borc, 444,56 manat faiz borcu, 250 manat cərimə borcu olmaqla, cəmi 16643,56 manat; DCL00313632-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19046 manat əsas borc, 809,46 manat faiz borcu, 255 manat cərimə borcu olmaqla, cəmi 20110,46 manatın, DCL00313632-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 41473,99 manat əsas borc, 2311,02 manat faiz borcu, 470 manat cərimə borcu olmaqla, cəmi 44255,01 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi, 395 manat məbləğində mediasiya xərci və 130 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 395 manat məbləğində dövlət rüsumunun "xxxx" MMCdən və Cavabdeh1 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən - iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli ərizə üzrə DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 51,969.45 manat əsas borcun və DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 466.80 manat faiz borcunun tutulmasının təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin şərtinə uyğun olaraq DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 51,969.45 manat əsas borc və DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 466.80 manat faiz borcu təmin edilməli idi. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi ekspert rəyi ilə razılaşmamış və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə üzrə iddia tələbini müdafiə etmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixədək 51.681,89 manat məbləğində əsas, DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixədək 444,56 manat məbləğində faiz borcu hesablanmışdır. Göründüyü kimi, yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə əsas və faiz məbləğlərinin ödənişlərində silinmələr ekspert tərəfindən düzgün aparılmamış, bu səbəbdən əsas və faiz borcu məbləğində fərq yaranmışdır. Odur ki, hesab edir ki, ekspert rəyi borc məbləğinin müəyyən edilməsində əsaslı sübut kimi qiymətləndirilə bilməzdi. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək qətnaməni ləğv edib, iş üzrə kompleks məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC olaraq kənd təsərrüfatı məhsulların alğı-satqısı ilə məşqul olurlar. Bir neçə bankdan MMC-yə kreditin verilməsi barədə təkliflər olmuş, lakin onlara ən yaxşı təklifi İddiaçı ASC etdiyinə görə onlar da iddiaçı ilə işləməyə qərar veriblər. İddia ərizəsində göstərilən sənədlərə imza etməklə kreditləri götürmüşlər. Götürdükləri kreditləri təyinatı üzrə istifadə etmişlər. Mütəmadi olaraq aylıq ödənişləri də etmişlər. Lakin MMC-də baş verən bir neçə hadisədən sonra maliyyə problemləri yaranmış, kreditin aylıq ödənişlərini ödəyə bilməmişlər. MMC-nin maliyyə vəziyyətinin ağır olduğunu, aylıq ödənişləri ödəyə bilmədiklərini iddiaçı təşkilata bildirmişlər və bu barədə onlara yardım etməklərini xahiş etdiblər. Lakin iddiaçı təşkilat tərəfindən MMC-yə heç bir güzəştlər olunmamış, tələm-tələsik olaraq da onları məhkəməyə vermişlər. Məhkəmə iclasında MMC-nin iddia tələbini qismən qəbul etdyini bildirmişdir. MMC iddia tələbini əsas məbləğ hissəsinin 60000 manatını qəbul edir. MMC tərəfindən götürülmüş kreditin çox hissəsi qaytarılmış, iddiaçı təşkilata isə cəmi 60000 manat civarında borclu qalınmışdır. İddiaçı təşkilat əsas məbləği 3-4 dəfə şişirdilmiş halda məhkəməyə təqdim etmişdir. Məhkəmə isə heç bir araşdırma aparmadan əsassız bir qətnamə qəbul etmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razı deyildir. Ekspert qarşısında qoyulmuş suallar iddia tələbinin təmin edilməsi üçün zəmin yaratmışdır. O məhkəmə iclasında ekspert rəyi ilə razı olmadığını, iş üzrə əlavə məhkəmə kompleks ekspertizasının təyin edilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Çıxarılmış qətnamə MMC-nin hüquqlarını pozduğuna görə ləğv edilməlidir. Məhkəmə qətnaməsində onun banka 221236,54 manat borcunu qeyd edir. Lakin onun ödədiyi ödənişləri borcundan çıxmır. İddiaçının nümayəndəsi X3 verdikləri apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və verdikləri apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 (eyni zamanda "xxxx" MMC-nin təsisçisi) məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, banka olan borcunu 3 ay sonra ödəyəcək. Ekspertiza keçirilməsini özü istəyir ki, zaman qazansın və o vaxta borcunu ödəmiş olsun. Onlardan pul tutulsa da, pulun hansı əsaslar üzrə tutulması müəyyən edilmir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-35/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında 1.0.3 nömrəli xx.xx.2021-ci il tarixli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-03872LE/2019 saylı razılaşma imzalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DCL00313632-18 saylı Maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 60.292 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DCL00313632-19 saylı Maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 66.679 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DCL00313632-20 Maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 15.949 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli DCL00313632-23 saylı Maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 19046 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli DCL00313632-24 saylı Maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 41.474 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. İş materiallarından görünür ki, borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin təminatı olaraq bankla Cavabdeh1 arasında DCL00313632-18 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********36 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin təminatı olaraq bankla Cavabdeh1 arasında DCL00313632-19 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********789 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin təminatı olaraq bankla Cavabdeh1 arasında DCL00313632-20 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********057 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin təminatı olaraq bankla Cavabdeh1 arasında DCL00313632-23 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********460 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin təminatı olaraq bankla Cavabdeh1 arasında DCL00313632-24 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********916 saylı zaminlik müqaviləsi bağlanmışdır. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubları (bildirişlər) göndərilmişdir. İş materiallarına əlavə edilən PB/BPŞ-OUT-00901-2023/1 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, "xxxx" MMC-nin DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 51.969,45 manat əsas borc, 11.219,40 manat cərimə borcu olmaqla, cəmi 63.188,85 manat; - DCL00313632-19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 66,679 manat əsas borc, 944.62 manat faiz borcu, 15.588,07 manat cərimə borcu olmaqla, cəmi 83.211,69 manat; - DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15.949 manat əsas borc, 466,80 manat faiz borcu, 3.572,58 manat cərimə borcu olmaqla, cəmi 19.988,38 manat; - DCL00313632-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19.046 manat əsas borc, 809,46 manat faiz borcu, 3.639,90 manat cərimə borcu olmaqla, cəmi 23.495,36 manat; - DCL00313632-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 41.474 manat əsas borc, 2.311,02 manat faiz borcu, 6.709,57 manat cərimə borcu olmaqla, cəmi 50.494,59 manat məbləğində borcu təşkil edir. İşdə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/6922 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2022-cü il tarixədək 55.280,27 manat məbləğində əsas, 0,00 manat məbləğində faiz borcu, DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixədək 51.681,89 manat məbləğində əsas, 5.128,74 manat məbləğində faiz borcu, DCL00313632-19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixədək 66.679,00 manat məbləğində əsas, 944,63 manat məbləğində faiz borcu, DCL00313632-19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023- cü il tarixədək 66.679,00 manat məbləğində əsas, 9.351,74 manat məbləğində faiz borcu, DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixədək 15.956,38 manat məbləğində əsas, 444,56 manat məbləğində faiz borcu, DCL00313632- 20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixədək 15.956,38 manat məbləğində əsas, 2.388,58 manat məbləğində faiz borcu, DCL00313632-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023- cü il tarixədək 19.046,00 manat məbləğində əsas, 809,47 manat məbləğində faiz borcu, DCL00313632-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixədək 19.046,00 manat məbləğində əsas, 2.779,14 manat məbləğində faiz borcu, DCL00313632-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixədək 41.473,99 manat məbləğində əsas, 2.311,02 manat məbləğində faiz borcu, DCL00313632-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023- cü il tarixədək 41.473,99 manat məbləğində əsas, 5.953,82 manat məbləğində faiz borcu müəyyən edilir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, digər maliyyələşdirmə üçün ərizələrə əsasən kredit vəsaitləri üzrə tələb olunan məbləğlər düzgün hesablanmış olsalar da, DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixədək 51.681,89 manat məbləğində əsas borc, DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixədək 444,56 manat məbləğində faiz borcu, DCL00313632-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023cü il tarixədək 41.473,99 manat məbləğində əsas borcunun olması müəyyən edilir. İşin hallarını nəzərə alaraq, məhkəmə DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11219,40 manat cərimə borcu məbləğində deyil, 785 manat məbləğində, DCL00313632-19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15588,07 manat cərimə borcu məbləğində deyil, 1.091 manat məbləğində, DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3572,58 manat cərimə borcu məbləğində deyil, 250 manat məbləğində, DCL00313632-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3639,90 manat cərimə borcu məbləğində deyil, 255 manat məbləğində, DCL00313632-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6709,57 manat cərimə borcu məbləğində deyil, 470 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh "xxxx" MMC kredit müqaviləsi (razılaşması) üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh1, cavabdeh "xxxx" MMC-nin iddiaçıya olan kredit müqaviləsi (razılaşması) üzrə alınmış kreditə görə zamin olduğun(qların)dan, bununla da iddiaçı qarşısında olan "xxxx" MMC-nin pul vəsaitini qaytamaqla bağlı öhdəliyi üzərinə götürmüşdür(lər). Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı və cavabdehin apellyasiya şikayətlərinin dəlilləri həddində Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-35/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Həmçinin MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının apellyasiya şikayəti üzrə göstərdiyi hallara qiymət verilməsini zəruri hesab edir. Belə ki iddiaçı qətnaməni iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə üzrə təmin edilməyən hissədə- DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəsi ilə 51,969.45 manat əsas borc və DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizəsi ilə 466.80 manat faiz borcunun tutulması hissəsində mübahisələndirmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən əldə edilmiş ekspert rəyinə əsasən DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixədək (tələb olunan dövr üçün) 51.681,89 manat məbləğində əsas borc, DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixədək (müqavilə müddətinə) 444,56 manat məbləğində faiz borcu olmuşdur. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətində tərəfindən götürülmüş kreditin çox hissəsinin qaytarıldığını, iddiaçıya isə cəmi 60000 manat civarında borclu qaldığını bildirmiş, iş üzrə ekspertiza keçirilməsini xahiş etmişdir. Ancaq cavabdeh məhkəmədə verdiyi izahatında ekspertiza keçirilməsini həmin müddətdə borcunu ödəmək, yəni vaxt qazanmaq üçün istəməsini bildirmişdir. Beləliklə, tərəflərin apellyasiya şikayətlərində göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Nəzərə alınmaldır ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Apellyasiya şikayətlərinin təmin edilməsi və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-35/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün konkret əsaslar müəyyən edilmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-35/2024 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar