Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-9/2024 09.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X8 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh4 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (İddiaçı QSC) cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı kredit razılaşmasının ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər tələbə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli e-2-2(121)-13/2023 saylı qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC cavabdеhlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ilə bağlanmış 020R********** saylı krеdit razılaşması, 020R**********S saylı, 020R**********SA saylı sazişlərin ləğv edilməsi, Cavabdeh4 ilə bağlanmış 020R********** saylı krеdit razılaşması, 020R**********S saylı, 020R**********SA saylı sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 020R********** saylı krеdit razılaşması üzrə 4.705,58 manat məbləğində krеdit bоrcu, 1.418,39 manat məbləğində faiz bоrcu və 2.600,92 manat məbləğində cərimə borcu olmaqla, 020R********** saylı krеdit razılaşması üzrə 7.984,06 manat məbləğində krеdit bоrcu, 2.104,11 manat məbləğində faiz bоrcu və 3.661,10 manat məbləğində cərimə borcu olmaqla, 020R********** saylı krеdit razılaşması üzrə 17.252,85 manat məbləğində krеdit bоrcu, 4.826,14 manat məbləğində faiz bоrcu və 9.176,23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 53.729,38 manat məbləğində bоrcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, tutmanın Cavabdeh4 məxsus olan KAMAZ 4311AC xüsusi təyinatlı markalı ** MC *** dövlət qeydiyyat nişanlı və KAMAZ 55111 yük markalı ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracdan satılması və ümumilikdə cəmi 53.729,38 manat məbləğində borcun və mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin qeyd edilmiş nəqliyyat vasitələrinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 020L**********39 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 200.000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddətayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 020R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24.000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020ci il tarixli 020R**********S saylı, xx.xx.2020-ci il tarixli 020R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 krеdit razılaşmasının 1.2ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 19.294,42 manat ödəmiş, onun 4.705,58 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ciiltarixə 427 gün üçün hesablanmış faiz borcu 1.418,39 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 427 gün üçün hеsablanmış cərimə 2.600,92 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 020R********** saylı krеdit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14.000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 020R**********S saylı, xx.xx.2020-ci il tarixli 020R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 6.015,94 manat ödəmiş, onun 7.984,06 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 405 gün üçün hesablanmış faiz borcu 2.104,11 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 405 gün üçün hеsablanmış cərimə 3.661,10 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 020R********** saylı krеdit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22.800 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020ci il tarixli 020R**********S saylı, xx.xx.2020-ci il tarixli 020R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 krеdit razılaşmasının 1.2ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 5.547,15 manat ödəmiş, onun 17.252,85 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinəəsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 432 gün üçün hesablanmış faiz borcu 4.826,14 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 432 gün üçün hеsablanmış cərimə 9.176,23 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kreditmüqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka verən Cavabdeh4 ilə Bank arasında bağlanılmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi (Masallı regional “ASAN Xidmət”mərkəzində notariat kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiq edilib) əsasında KAMAZ 4311AC Xüsusi təyinatlı, tip-Qazma qurğusu, buraxılış ili- 2004, ban-KA.**********5153, şassi XTC43114C32184879, rəngi-açıq boz, M.İ.H. 10850 sm³, qeydiyyat nişanı ** MC ***, buraxılış ili 2004-ci il olan nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin Lənkəran Regional Qİ və TBŞ tərəfindən verilmiş AA № 073681 saylı çıxarışa əsasən Cavabdeh4 məxsus olan KAMAZ 4311AC Xüsusi təyinatlı, tip-Qazma qurğusu, buraxılış ili 2004, banKA.**********5153, şassi XTC43114C32184879, rəngi-açıq boz, M.İ.H. 10850 sm³, qeydiyyat nişanı ** MC ***, buraxılış ili 2004-ci il olan nəqliyyat vasitəsi Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Qanunun 34.1.1-34.1.3-cı bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şəxsin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC cavabdeh - ipoteka verən Cavabdeh4 “İpoteka haqqında” Qanunun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2021-ci tarixində qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsinə təqdim olunmuş və ərizə xx.xx.2021-ci il tarixində BDYPİ-nin QİŞ-də qeydə alınmışdır. İpoteka verən Cavabdeh4 arvadı X2 xx.xx.2018-ci il tarixində Masallı regional “ASAN Xidmət” mərkəzində notariat kontoruna ərizə ilə müraciət edərək, Cavabdeh4 məxsus olan KAMAZ 4311AC Xüsusi təyinatlı, tip-Qazma qurğusu, buraxılış ili-2004, ban- KA.**********5153, şassi XTC43114C32184879, rəngi-açıq boz, M.İ.H. 10850 sm³, qeydiyyat nişanı ** MC ***, buraxılış ili 2004-cü il olan nəqliyyat vasitəsinin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razı olduğunu bildirmişdir. (Razılıq ərizəsinin surəti ərizəyə əlavə olunur). Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka verən Cavabdeh4 ilə Bank arasında bağlanılmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi (Cəlilabad rayon notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilib) əsasında KAMAZ55111 YÜK, Tip ÖZÜBOŞALDAN, Buraxılış ili 2002, Mühərrik **********2678,Ban KAB**********0065, şassiXTC55111C22165518, Rəngi açıq tüstü, icazə verilmiş maksimal kütlə 22200 kq, yüksüz kütlə 9050 kq, M.İ.H. 10850 sm³, qeydiyyat nişanı ** BN *** olan nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin Lənkəran Regional Qİ və TBŞ tərəfindən verilmiş AA № 073681 saylı çıxarışa əsasən Cavabdeh4 məxsus olan KAMAZ55111 YÜK, Tip ÖZÜBOŞALDAN, Buraxılış ili 2002, Mühərrik **********2678, Ban KAB**********0065, şassi XTC55111C22165518, Rəngi açıq tüstü, icazə verilmiş maksimal kütləsi 22200 kq, yüksüz kütlə 9050 kq, M.İ.H. 10850 sm³, qeydiyyat nişanı ** BN *** olan nəqliyyat vasitəsi Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoetka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh-ipoteka verən Cavabdeh4 “İpoteka haqqında” Qanunun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2021ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2021-ci tarixində qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsinə təqdim olunmuş və ərizə xx.xx.2021-ci il tarixində BDYPİ-nin QİŞ-də qeydə alınmışdır. İpoteka verən Cavabdeh4 arvadı X2 xx.xx.2018-ci il tarixində Cəlilabad rayon notariat kontoruna ərizə ilə müraciət edərək, Cavabdeh4 məxsus olan KAMAZ55111 YÜK, Tip ÖZÜBOŞALDAN, Buraxılış ili 2002, Mühərrik **********2678,Ban KAB**********0065, şassi XTC55111C22165518, Rəngi açıq tüstü, icazə verilmiş maksimal kütlə 22200 kq, yüksüz kütlə 9050 kq, M.İ.H. 10850 sm³, qeydiyyat nişanı ** BN *** olan nəqliyyat vasitəsinin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razı olduğunu bildirmişdir. Bu kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdehlər tərəflər iştirak etməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq bank tərəfindən 400 manat məbləğ haqq ödənilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli e-2-2(121)-13/2023 saylı qətnaməsi (hakim Elşən Abdullayev) ilə iddia qismən təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 020R********** saylı, 020R********** saylı kredit razılaşmaları və 020R**********S saylı, 020R**********SA saylı, 020R**********S saylı, 020R**********SA saylı sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 020R********** saylı krеdit razılaşması üzrə 4.705,58 manat əsas borc, 1.283,73 manat faiz borcu, 260 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli, 020R********** saylı krеdit razılaşması üzrə 7.984,06 manat əsas borc, 2.083,36 manat faiz borcu, 370 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli, 020R********** saylı krеdit razılaşması üzrə 17.252,85 manat əsas borc, 4.826,14 manat faiz borcu, 920 manat cərimə borcu və 400 manat məbləğ mediasiya xərci olmaqla, ümumilikdə 40.085,72 (qırx min səksən beş manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin Cavabdeh4 mülkiyyətində olan ** MC *** dövlət qeydiyyat nişanlı, KAMAZ 43114C markalı xüsusi təyinatlı nəqliyyat vasitəsinə və ** BN *** dövlət qeydiyyat nişanlı, KAMAZ 55111 markalı yük özüboşaldan nəqliyyat vasitəsinə yönəldilməsi, Cavabdeh4 məxsus ** MC *** dövlət qeydiyyat nişanlı, KAMAZ 43114C markalı xüsusi təyinatlı nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 6.270 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı QSC-yə olan borcun ödənilməsi, Cavabdeh4 məxsus ** BN *** dövlət qeydiyyat nişanlı, KAMAZ 55111 markalı yük özüboşaldan nəqliyyat vasitəsinin ilkin satış qiymətinin icra zamanı müəyyən edilməklə açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı QSC-yə olan borcun ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh4 qaytarılması, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manatın 100 (yüz) manatının cavabdеhlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada, 45 (qırx beş) manatı isə İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə daşınar əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pul vəsaitinin Cavabdeh4 alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı QSC Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli e-2-2(121)- 13/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, qətnaməni qismən - ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İpoteka haqqında” Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəmənin 20 iyul 2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Ali Məhkəmənin 20 iyul 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqeyinə görə “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyində KAMAZ4311AC Xüsusi təyinatlı, tip-Qazmaqurğusu, buraxılış ili-2004, banKA.**********5153, şassi XTC43114C32184879, rəngi-açıq boz, M.İ.H. 10850sm³, qeydiyyat nişanı ** MC ***, buraxılış ili 2004-ci il olan nəqliyyat vasitəsinin likvid qiyməti 6270 manat müəyyən olunmuş, KAMAZ 55111 YÜK, Tip ÖZÜBOŞALDAN, Buraxılış ili 2002, Mühərrik **********2678, Ban KAB**********0065, şassi XTC55111C22165518, Rəngi Açıq tüstü, İcazə verilmiş maksimal kütlə 22200 kq, Yüksüz kütlə 9050 kq, M.İ.H. 10850 sm³, qeydiyyat nişanı ** BN *** olan nəqliyyat vasitəsinin cavabdeh tərəfindən satıldığı üçün, qiymətləndirmə işi aparılması mümkün olmamışdır. Cavabdeh4 ilə Bank arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən KAMAZ4311AC Xüsusi təyinatlı, tip-Qazma qurğusu, buraxılış ili-2004, ban- KA.**********5153, Şassi XTC43114C32184879, rəngi- açıq boz, M.İ.H. 10850sm³, qeydiyyat nişanı ** MC ***, buraxılış ili 2004-ci il olan nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 42000 manat müəyyən edilmişdir. Cavabdeh4 ilə Bank arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən KAMAZ 55111YÜK, Tip ÖZÜBOŞALDAN, Buraxılış ili 2002, Mühərrik **********2678, Ban KAB**********0065, Şassi XTC55111C22165518, Rəngi Açıq tüstü, İcazə verilmiş maksimal kütlə 22200 kq, Yüksüz kütlə 9050 kq, M.İ.H. 10850sm³, qeydiyyat nişanı 15BN151 olan nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 14000 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin rəyindəki qeyd etdiyi qiymət ipoteka müqavilələri bağlanarkən tərəflərin razılığa gəldikləri qiymətlərdən əhəmiyyətli dərəcədə fərqlidir. Bu səbəbdən, əmlakların yenidən qiymətləndirilməsi üçün vəsatət verilmiş, vəsatət təmin edilmiş və təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina verilmişdir. Qeyd edilməlidir ki, həmin əmlakın ipotekaya götürülməsində, hazırda açıq hərrac vasitəsi ilə satışa çıxarılmasında məqsəd banka olan borcun ödənilməsidir. Ona görə və yuxarıda qeyd edilənlərə görə də, daşınmaz əmlakların dəyərinin müəyyən edilməsi üçün apellyasiya instansiyasında qiymətləndirmə ekspertizasının keçirilməsini zəruridir. Birinci instansiya məhkəməsi "xxxx" MMC-nin rəyini mötəbər sübut növü kimi qəbul edib qiymətləndirsə də, həmin hissədə gəldiyi mövqeyini əsaslandırmamış, yalnız bir cümlə ilə həmin rəyi daha əsaslı hesab etdiyi qeyd etmişdir. Məhkəmə sübutları hərtərəfli və tam şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına düzgün qiymət verməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində ipoteka müqaviləsi və rəydə göstərilmiş qiymətlər arasında əhəmiyyətli dərəcədə kəskin fərqin olmasını göstərə də bu halı araşdırmamışdır. Daha obyektiv araşdırma üçün həmin əmlakların likvid qiymətinin müəyyən edilməsi üçün yenidən qiymətləndirmə keçirilməli idi. İddiaçı QSC-nin nümayəndəsi X3 məhkəmədə iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi əlavə olaraq göstərmişdir ki, cavabdehin ipoteka predmeti olan əmlakları məhv etməsi barədə iddiaçının məlumatı olmamışdır. Cavabdeh4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ipoteka predmeti olan əmlaklar – nəqliyyat vasitələri yararsız vəziyyətə düşdüyü üçün onları ehtiyat hissələrinə ayıraraq satmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 020L**********39 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 200.000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 020R********** saylı kredit razılaşmasına əsasən 24 ay müddətinə aylıq faiz dərəcəsi 1.9167 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti 24.000 manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 020R**********S saylı xx.xx.2020-ci il tarixli 020R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 020R********** saylı kredit razılaşmasına əsasən, 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti 14.000 manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 020R**********S saylı, xx.xx.2020-ci il tarixli 020R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 020R********** saylı kredit razılaşmasına əsasən, 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti 22.800 manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 020R**********S saylı, xx.xx.2020-ci il tarixli 020R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 020S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 020S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 020S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020S**********04 saylı zaminlik müqaviləsindən görünür ki, o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 020L**********39 saylı xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən KAMAZ 4311AC Xüsusi təyinatlı, tip Qazma qurğusu, buraxılış ili - 2004, ban- KA.**********5153, şassi XTC43114C32184879, rəngi - açıq boz, M.İ.H. 10850 sm³, qeydiyyat nişanı ** MC ***, buraxılış ili 2004-cü il olan nəqliyyat vasitəsi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 42.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan X2 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli ərizəyə əsasən Cavabdeh4 məxsus olan ** MC *** dövlət nömrəli nəqliyyat vasitəsini İddiaçı QSCyə kredit təminatı üçün ipoteka qoyulmasına razılıq vermişdir. İşin materiallarında olan AA 133200 nömrəli xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, Kamaz 43114C, ** MC *** dövlət nömrəli nəqliyyat vasitəsi İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən KAMAZ55111 YÜK, Tip ÖZÜBOŞALDAN, Buraxılış ili 2002, Mühərrik **********2678, Ban KAB**********0065, şassi XTC55111C22165518, Rəngi açıq tüstü, icazə verilmiş maksimal kütlə 22200 kq, yüksüz kütlə 9050 kq, M.İ.H. 10850 sm³, qeydiyyat nişanı ** BN *** olan nəqliyyat vasitəsi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 14.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan X2 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli ərizəyə əsasən Cavabdeh4 məxsus olan ** BN *** dövlət nömrəli nəqliyyat vasitəsini İddiaçı QSCyə kredit təminatı üçün ipoteka qoyulmasına razılıq vermişdir. İşin materiallarında olan AA133494 nömrəli, xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, Kamaz 55111, ** BN *** dövlət nömrəli nəqliyyat vasitəsi İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına dair xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinə müraciət etmişdir. İş materiallarında olan arayışının surətindən görünür ki, Cavabdeh4 020R********** saylı xx.xx.2018-ci il tarixli kredit razılaşması üzrə 4.705,58 manat əsas, 1.418,39 manat məbləğində faiz borcu, 2.600,92 manat məbləğində cərimə borcu, cəmi 8.724,89 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan arayışının surətindən görünür ki, Cavabdeh4 020R********** saylı xx.xx.2018-ci il tarixli kredit razılaşması üzrə 7.984,06 manat əsas, 2.104,11 manat məbləğində faiz borcu, 3.661,10 manat məbləğində cərimə borcu, cəmi 13.749,27 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan arayışının surətindən görünür ki, Cavabdeh4 020R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 17.252,85 manat əsas, 4.826,14 manat məbləğində faiz borcu, 9.176,23 manat məbləğində cərimə borcu, cəmi 31.255,22 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14 yanvar 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı QSC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixənədək banka kredit borcunun olması, borc ödənilmədiyi halda müqaviləyə xitam verilməsi, borcun və hesablanmış faizlərin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 məlumatlandırılmışlar. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/5223 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 020R********** saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 4.705,58 manat, faiz borcu üzrə 1.283,73 manat; 020R********** saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 7.984,06 manat, faiz borcu üzrə 2.083,36 manat; 020R********** saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 17.252,85 manat, faiz borcu üzrə 5.071,29 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınan əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMCyə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Cavabdeh4 mülkiyyətində olan Kamaz 43114C, ** MC *** dövlət nömrəli nəqliyyat vasitəsinin likvid dəyəri 6.270 manat, Cavabdeh4 mülkiyyətində olan Kamaz 55111, ** BN *** dövlət nömrəli nəqliyyat vasitəsinin detallarının hər biri cavabdeh tərəfindən satılmış və bu səbəbdən dolayı olaraqda ekspertlər tərəfindən heç bir qiymətləndirilmə işi aparılması mümkün olmamışdır. Hesabata (rəyə) əlavə edilən “hesab faktura”dan görünür ki, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 500 manat məbləğində təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Cavabdeh4 mülkiyyətində olan Kamaz 43114C, ** MC *** dövlət nömrəli nəqliyyat vasitəsinin likvid dəyəri 6.270 manat, Cavabdeh4 mülkiyyətində olan Kamaz 55111, ** BN *** dövlət nömrəli nəqliyyat vasitəsinin detallarının hər biri cavabdeh tərəfindən satılmış və bu səbəbdən dolayı olaraqda ekspertlər tərəfindən heç bir qiymətləndirilmə işi aparılması mümkün olmamışdır. Hesabata (rəyə) əlavə edilən “hesab faktura”dan görünür ki, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 300 manat cavabdeh tərəfindən ödənilmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli vəsatətə əsasən iş üzrə təkrar qiymətləndirilmə təyin edilməsi və qiymətləndirilmənin aparılmasının başqa qiymətləndirici təşkilata həvalə edilməsi xahiş edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi X3 tərəfindən verilmiş təkrar qiymətləndirilmə ekspertizasının təyin edilməsi barədə vəsatəti məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-2(121)-842/2022 saylı qərardadı ilə təmin edilərək, təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı məhkəməyə ünvanlanmışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-cü maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə kollegiyası hazırkı mülki işin faktiki hallarına İddiaçı QSC-nin apellyasiya şikayətinin ipoteka predmetinin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməsi barədə dəlilinə uyğun olaraq hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, işə birinci instansiya zamanı baxılarkən iş üzrə əldə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyinə əsasən Cavabdeh4 məxsus və hazırkı mülki iş üzrə kredit borcunun təminatı qismində ipoteka predmeti ** MC *** dövlət qeydiyyat nişanlı “KAMAZ 43114C” markalı qazma qurğusunun xx.xx.2022-ci il vəziyyətinə bazar dəyəri 6600 manat, likvid dəyəri 6270 manat məbləğ təşkil edir. Eləcə də, xx.xx.2022-ci il tarixli müşayiət məktubundan müəyyən edilir ki, ** BN *** dövlət qeydiyyat nişanlı “KAMAZ 55111 YÜK ÖZÜBOŞALDAN” nəqliyyat vasitəsinin cavabdeh tərəfindən hər bir detalı satıldığı üçün heç bir qiymətləndirmə işinin aparılması mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi məhkəməyə şifahi vəsatətlə müraciət edərək, iş üzrə təkrar məhkəməqiymətləndirilmə ekspertizasının təyin edilməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2023-cü il tarixli 2-2(106)-84/2023 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli Məlumatı məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Həmin məktubun məzmunundan müəyyən edilir ki, ekspert vəsatətində sözügedən avtomobillərin ekspert baxışına təqdim edilməsi xahiş edilmiş, lakin vəsatətin təmin edilməsi real olaraq mümkünsüz olmuşdur. xx.xx.2023-cü il tarixdə Cavabdeh4 ilə ekspertin müvafiq vəsatətinin təmin edilməsi üzrə telefon vasitəsi ilə əlaqə saxlanılmış, sonucu danışıq zamanı sözügedən avtomaşınların hər ikisini də istifadəyə yararsız hala düşdüyü üçün ehtiyat hissələrə ayıraraq satdığını, qalan hissələrini isə metal qəbulu məntəqəsinə verdiyi üçün həmin avtomaşınların ekspertə təqdim edilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Cavabdeh4 eləcə də, məhkəmə iclası zamanı izahatında ipoteka predmeti olan əmlakları istifadəyə yararsız vəziyyətdə olduğu üçün ehtiyat hissələrinə ayıraraq satdığını bildirmişdir. Beləcə, həmin vəsatətin təmin edilməsinin mümkünsüzlüyü baxımından da apellyasiya şikayətinin həmin dəlilinə hüquqi münasibət bildirilməsi mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlili üzrə araşdırma nəticəsində MPM-in 372-ci maddəsinin tələbləri və dispozitivlik prinsipi baxımından hazırkı qətnamə mübahisələndirilən hissədə ləğvi oluna bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadının 10 və 11-ci bəndlərində qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. İlk öncə, likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan, aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Qeyd edilən qərardadın 13-cü bəndində göstərilmişdir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipoteka qoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipoteka saxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli e-2- 2(121)-13/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli e-2-2(121)-13/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Ondan şikayət verilməmişdirsə qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-9/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-9/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver