Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-9/2025 17.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə tələblərin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-36/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı - xx.xx.2019-cu il tarixli **********89219/İM saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olan Neftçala şəhəri X5 küçəsində istifadəsində olan 0.0294 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 2 mərtəbəli binanın 2- ci mərtəbəsində yerləşən 36.7 kv.m ümumi, 22.3 kv.m yaşayış, 14.4 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 2 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmeti açıq hərracda satılması və xx.xx.2019-cu il tarixli **********89219 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 2532,28 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 439,05 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 495,26 manat məbləğində penya, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 12% dərəcəsi ilə hesablanmış 224,90 manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 3691,49 manat və xx.xx.2023-cü il tarixindən başlayaraq kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda və illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 45 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması; ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsinə görə 56,92 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması; ipoteka predmetinin ilkin satış qiymətinin (likvid qiymətin) tərəflərin qarşılıqlı razılıqla seçərək ipoteka müqaviləsində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-36/2024 saylı (hakim Namidar Misirzadə) qətnaməsi ilə iddianın qismən təmin edilməsi, **********89219 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq **********89219/İM saylı xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş və Cavabdeh mülkiyyətində olan Neftçala şəhəri, X5 küçəsi, 6 saylı evin, 2 nömrəli mənzilinə tutma yönəldilməsi, həmin mənzil ilkin satış qiyməti 9909 manat məbləğində olmaqla açıq hərracdan satılması və mənzilin satışından əldə olunan vəsaitdən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış **********89219 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2400 manat əsas borc, 43 manat penya olmaqla, cəmi 2443 manat məbləğində pul vəsaiti və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 45 manat məbləğində çəkilmiş xərcin Cavabdeh alınaraq ASC “Xalq” Bankına ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh qaytarılması, iddia tələbi qalan hissədə təmin edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh qarşı kredit müqaviləsi üzrə tələblərin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbindən imtina barədə ərizənin qəbul edilməsini və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-36/2024 saylı qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. MPM-in 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. MPM-in 370.2-ci maddəsinin tələbinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd olunan müki prosessual hüquq normalarının hazırkı münasibətə tətbiqi məhkəmə tərkibi belə nəticəyə gəlməyə əsas verir ki, məhkəməyə ünvanlanmış iddia tələbindən yazılı şəkildə imtina ərizəsi iddiaçının iradə ifadəsi olmaqla, iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçıya iddiadan imtinanın hüquqi nəticələri aydındır, hazırkı imtina qanuna zidd deyil və iddiaçıların hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, məhkəmə tərkibi belə yekun nəticəyə gəlir ki, mülki iş üzrə iddiaçının iddiadan imtinası təsdiq edilməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-36/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə görə 50 (əlli) manat və xx.xx.2025-ci il tarixli ekspert rəyinə görə 50 (əlli) manat, cəmi 100 (yüz) manat məbləğdə pul vəsaiti "xxxx" ASC-dən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalı, digər xərclər tərəflərin özlərinə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 217.2, 191, 370 və 405-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİ: İddiaçı "xxxx" ASC-nin iddiadan imtinası təsdiq edilsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-36/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə görə 50 (əlli) manat və xx.xx.2025-ci il tarixli ekspert rəyinə görə 50 (əlli) manat, cəmi 100 (yüz) manat məbləğdə pul vəsaiti "xxxx" ASC-dən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(106)-9/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-9/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver