Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-91/2023 17.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X3 və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barəsində iddiasına dair Şirvan Kommersiya Məhkəməsinin 25 may 2023-cü il tarixli 2- 2(121)-57/2023 saylı qətnaməsindən İddiaçı QSC-nin tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış kredit razılaşmalarının və sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 022R********** saylı kredit razılaşması üzrə 20432,58 manat məbləğində kredit borcu, 1666,16 manat faiz borcu və 3669,67 manat cərimə olmaqla, cəmi 25768,41 manat, 055R********** saylı kredit razılaşması üzrə 75298,8 manat kredit borcu, 5663,09 manat faiz borcu və 14577,87 manat cərimə olmaqla, cəmi 95539,76 manat, 2 kredit razılaşması üzrə ümumilikdə 121308,2 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 12 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsumunun və 180 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və İmişli şəhəri P.Həsənov küçəsində 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A saylı qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 121308,2 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 12 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsumunun və 180 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və İmişli şəhəri P.Həsənov küçəsində 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A saylı qeyri-yaşayış binasına tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 28L000004302 saylı, xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış 28L000004302S saylı, xx.xx.2019-cu il tarixli sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 181 ay, kredit xəttinin məbləği isə ******* ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 022R********** saylı xx.xx.2020-ci il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 022R**********S saylı xx.xx.2020-ci il tarixli və 022R**********SA saylı, xx.xx.2021-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 4567,42 manat ödəmiş, onun 20432,58 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 132 gün üçün hesablanmış faiz borcu 1666,16 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 132 gün üçün hesablanmış cərimə 3669.67 manat təşkiledir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 055R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 faiz olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 100000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 055R**********S saylı, xx.xx.2020-ci il tarixli, 055R**********SA saylı, xx.xx.2020ci il tarixli və 055R**********SB saylı, xx.xx.2021-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 24701,2 manat ödəmiş, onun 75298,8 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 140 gün üçün hesablanmış faiz borcu 5663,09 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 140 gün üçün hesablanmış cərimə 14577,87 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 3M-155 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi əsasında İmişli rayonu Göbəktala kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19 №-li reyestr kitabının 82 №-li vərəqində qeydiyyata alınmış elektron çıxarışa əsasən İmişli rayonu Göbəktala kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 28M000000132 saylı, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi əsasında İmişli şəhəri P.Həsənov küçəsində mülkiyyətində olan 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A saylı qeyri-yaşayış binasını İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 1 №-li reyestr kitabının 130 №-li vərəqində qeydiyyata alınmış xx.xx.2014-cü il tarixli çıxarışa əsasən İmişli şəhəri P.Həsənov küçəsində mülkiyyətində olan 0,166 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151.2 kv.m ümumi sahədən ibarət 61A saylı qeyri yaşayış binasının Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli sazişə əsasən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 1 №-li reyestr kitabının 130 №-li vərəqində qeydiyyata alınmış xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İmişli şəhəri, P.Həsənov küçəsində mülkiyyətində olan 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151.2 kv.m ümumi sahədən ibarət 61A saylı qeyri-yaşayış binasının Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklülüyünün əlavə qeydiyyatı aparılmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmiş, ipoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Hər iki əmlak İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı X2 notariat kontoruna ərizə təqdim edərək əmlakların bank qarısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirmişdir. Tərəflər arasındakı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdeh tərəflər iştirak etməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq bank tərəfindən 400 manat haqq ödənilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(121)-57/2022 saylı qətnaməsi (hakim Namidar Misirzadə) ilə iddia qismən təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 022R********** saylı xx.xx.2020-ci il tarixli kredit razılaşması və ona əlavə olaraq bağlanmış sazişlərin ləğv edilməsi, 055R********** saylı kredit razılaşması üzrə 74800,65 manat əsas borc, 5663.09 manat faiz borcu və 1400 manat cərimə olmaqla, cəmi 81863,74 manat, 022R********** saylı kredit razılaşması üzrə 20373,57 manat məbləğində əsas borc, 1666,16 manat faiz borcu və 360 manat cərimə olmaqla, cəmi 22399,73 manat, 2 kredit razılaşması üzrə ümumilikdə 104.263,47 məbləğində kredit borcu, 10 manat məbləğində dövlət rüsumu, 350 manat məbləğində mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 25 manat məbləğində dövlət rüsumu və 140 manat məbləğində xidmət haqqı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan İmişli rayonu Göbəktala kəndində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 87.6 m ümumi sahədən ibarət fərdi yaşayış evinə və İmişli şəhəri P.Həsənov küçəsində 0.166 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151.2 m ümumi sahədən ibarət 61A saylı qeyriyaşayış binasına yönəldilməsi, Cavabdeh2 mülkiyyətində olan İmişli rayonu Göbəktala kəndində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 87.6 m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 20762 manat məbləğində və İmişli şəhəri P.Həsənov küçəsində 0.1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151.2 m ümumi sahədən ibarət 61A saylı qeyri-yaşayış binasının ilkin satış qiyməti 80741 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən 104.263,47 məbləğində kredit borcu, 10 manat məbləğində dövlət rüsumu, 350 manat məbləğində mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 25 manat məbləğində dövlət rüsumunun və 140 manat məbləğində xidmət haqqının İddiaçı QSC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin 50 manatının İddiaçı QSC-dən, 150 manatının Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi, 350 manat məbləğində dövlət rüsumunun Əliyev Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı QSC və cavabdeh Əliyev X4 Kommersiya Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(121)-57/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişlər. İddiaçı QSC-i apellyasiya şikayəti onunla əsaslandırılmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi əmlaklara tutma yönədildikdən və onlar satıldıqdan sonra cavabdehlərin həmin əmlaklardan çıxarılmasının və əmlakların boşaldılmasının təmin edilməməsi hissəsində əsassızdır. Birinci instansiya məhkəməsi baxılan işdə “İpoteka haqqında” Qanunun maddələrini düzgün tətbiq etməmişdir. Ona görə də, ipoteka predmeti olan İmişli rayonu Göbəktala kəndində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 87.6 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə və İmişli şəhəri P.Həsənov küçəsi 0.1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151.2 m2 ümumi sahədən ibarət 61A saylı qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması və əmlakların boşaldılması hissəsində də iddia tələbləri təmin olunmalıdır. qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, əmlaka tutma yönəldildikdən və satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılması ilə bağlı hissədə iddia tələbində qeyd edilmiş hallara və qanunvericiliyin tələblərinə məhkəmə düzgün hüquqi qiymət verməmiş, bununla da iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır. Məhkəmə tərəfindən sübutlar tam, hərtərəfli şəkildə araşdırılmamışdır. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsi, müqavilə üzrə tərəflərin üzərlərinə götürdüyü öhdəliklər, cavabdehin ipoteka müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməməsinə düzgün hüquqi qiymət verilməyərək əmlakın boşaldılması və cavabdehlərin həmin əmlaklardan çıxarılmasına dair hissədə düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə tərəfindən sübutlar tam, hərtərəfli şəkildə araşdırılmamışdır. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsi, müqavilə üzrə tərəflərin üzərlərinə götürdüyü öhdəliklər, cavabdehin ipoteka müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməməsinə düzgün hüquqi qiymət verilməyərək əmlakın boşaldılması və cavabdehlərin həmin əmlaklardan çıxarılmasına dair hissədə düzgün hüquqi nəticəyə gəlməmişdir. Borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əs a s öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. İpoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. Cavabdehlər mülkiyyətində olan əmlakları kredit müqaviləs i üzrə öhdəliklərinin təminatı üçün Bank qarşısında yüklü edərkən həmin əmlaklara tutma yönəldildiyi təqdirdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Göstərilən müddəaların tələbləri baxımından cavabdehlərin ipoteka müqaviləsi bağlandığı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə onun iştirakı təmin edilməmiş, sübutlar təqdim edə bilməmiş, məhkəmə birtərəfli qətnamə qəbul etmişdir. Kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. İddiaçı müqavilələrdə həmin şərtlərə əməl etməmiş, məhkəmə də düzgün olmayaraq bunu müzakirə etmədən tutmanı əmlaka yönəltmişdir. Məhkəmə bərabərlik prinsipini pozmuş, yalnız iddiaçının irəli sürdüyü sübutları əsas götürmüşdür. İddiaçının sübutları qanuna zidd olsa da, məhkəmə tərəfindən qiymətləndərilməmişdir. Cavabdeh2 məhkəmədə verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, borcun ipoteka predmetinə yox zaminlərə yönəldilmsini xahiş etmişdir. Cavabdeh3 məhkəmədə verdiyi izahatında bildirmişdir ki, borcun ipoteka predmetinə deyil, zaminə yönəldilməli və o da öz növbəsində zamin olaraq Cavabdeh2 kredit borcunu hissə-hissə ödəyəcəkdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 25 may 2023-cü il tarixli e-2-2(121)-57/2023 saylı qətnaməsi - “İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və on satıldıqdan 1 ay sonra əmlakın boşaldılması” tələbinin rədd edildiyi hissədə ləğv edilməli və həmin tələb üzrə icraata xitam verilməlidir. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 28L000004302 saylı kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 28L000004302 saylı kredit xətti müqaviləsinə 28L000004302S saylı xx.xx.2019-cu il tarixdə sazişlə dəyişiklik və əlavələr edilmiş, kredit alana ******* ABŞ dolları məbləğində kredit xətti açılaraq, kreditin müddəti 181 ay xx.xx.2029-cu il tarixədək müəyyən edilmişdir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixdə bağlanmış 28L000004302 saylı kredit müqaviləsi və kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə yaranmış öhdəlikləri icra etmək məqsədilə Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixdə və Cavabdeh1 ilə xx.xx.2018-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 055R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, 1,5 faizlə, 100000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 055R********** saylı kredit razılaşmasına 055R**********S saylı, xx.xx.2020-ci il tarixdə sazişlə dəyişiklik edilmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 055R********** saylı kredit razılaşmasına 055R**********SA saylı, xx.xx.2020-ci il tarixdə sazişlə dəyişiklik edilmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 055R********** saylı kredit razılaşmasına 055R**********SB saylı, xx.xx.2021-ci il tarixdə sazişlə dəyişiklik edilmiş, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 022R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, 1,3333 faizlə, 25000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 022R********** saylı kredit razılaşmasına 022R**********S saylı, xx.xx.2020-ci il tarixdə sazişlə dəyişiklik edilmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 022R********** saylı kredit razılaşmasına 022R**********SA saylı, xx.xx.2021-ci il tarixdə sazişlə dəyişiklik edilmiş, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2019-cu il tarixli ipoteka müqaviləs(lər)inə əsasən, Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri P.Həsənov küçəsində 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A saylı qeyri yaşayış binası xx.xx.2014-cü il tarixdə bağlanmış 28L000004302 saylı kredit xətti müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş ******* qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri, P.Həsənov küçəsində 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A saylı qeyri yaşayış binası İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh(lər)ə borcun ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş(lər)in qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşdə olan arayışın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə bağlanmış 055R**********8 saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə 75298,8 manat məbləğində əsas, 5663,09 manat məbləğində faiz, 14577,87 manat məbləğində cərimə olmaqla, cəmi 95539,76 manat məbləğində kredit borcu vardır. İşdə olan arayışın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə bağlanmış 022R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə 20432,58 manat məbləğində əsas, 1666,16 manat məbləğində faiz, 3669,67 manat məbləğində cərimə olmaqla, cəmi 25768,41 manat məbləğində kredit borcu vardır. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8924 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixdə bağlanmış 022R********** saylı kredit razılaşması üzrə Cavabdeh2 müqavilənin bitdiyi xx.xx.2022-ci il tarixə əsas borc üzrə 20373,57 manat, faiz borcu üzrə 1835,18 manat; xx.xx.2022-ci il tarixə əsas borc üzrə 20373,57 manat, faiz borcu üzrə 3174,17 manat, xx.xx.2019-cu il tarixdə bağlanmış 055R********** saylı kredit razılaşması üzrə Cavabdeh2 müqavilənin bitdiyi xx.xx.2022-ci il tarixə əsas borc üzrə 74800,65 manat, faiz borcu üzrə 7342,36 manat; xx.xx.2022-ci il tarixə əsas borc üzrə 74800,65 manat, faiz borcu üzrə 8547,48 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 74800,65 manat, faiz borcu üzrə 8547,48 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Cavabdeh2 mülkiyyətində olan İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 26280 manat, likvid dəyəri 20762 manat, Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri P.Həsənov küçəsində 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A saylı qeyri-yaşayış binasının bazar dəyəri 90720 manat, likvid dəyəri 80741 manat məbləğində olması müəyyən olunmuşdur. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri ödənilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətlərinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Qeyd edilməlidir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3cü maddəsinin tələblərinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. “İpoteka haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyasının 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli № 02/2023 Qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, sözügedən iddia tələblərinə dair mübahisələrə baxılarkən ilk növbədə tərəflər arasında mübahisəli hüquq münasibətinin yaranma tarixlərinə diqqət yetirilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, işə əlavə olunmuş İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə bağlanmış 28L000004302 saylı kredit xətti müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İddiaçı QSC isə İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli № 02/2023 Qərardadının tələbləri baxımından iş üzrə ipoteka müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmışdır ki, buna görə də, həmin tələb üzrə işə hazırda mahiyyəti üzrə baxıla bilməz və iş üzrə icraata həmin hissədə xitam verilməlidir. MPM-in 261.0.1-ci maddəsinə əsasən hakim iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verir. MPM-in 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsasən və MPM-in 261.0.1-ci, 263-264-cü, 365-ci, 384-cü, 391-civə 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şirvan Kommersiya Məhkəməsinin 25 may 2023-cü il tarixli e-2-2(121)-57/2023 saylı qətnaməsi - “İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və on satıldıqdan 1 ay sonra əmlakın boşaldılması” tələbinin rədd edildiyi hissədə ləğv edilsin və həmin tələb üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(106)-91/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-91/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver