Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-94/2022 16.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin X2 Nüsrət Fətulla oğlunun sədrliyi ilə, hakimlər Həsənov Müşfiq Kamil oğlundan və İsmayılov Orxan Nadir oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2- 2(121)-805/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2-2(121)-805/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rafiq İsmayılov) İddiaçı Cavabdehnə qarşı 360.000 manat dəymiş ziyan və 10.000 manat xidmət haqqı olmaqla, cəmi 370.000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2- 2(121)-805/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddiası onunla əsaslandırılmışdır ki,o, ailəsini dolandırmaq məqsədi ilə sarımsaq bitkisi əkib-becərməklə məşğul olur. O, sarımsaq bitkisi əkərək, 80 ton miqdarında sarımsaq məhsulu yığmış və dekabr-yanvar ayında yığılmış məhsulu satmaq məqsədilə xx.xx.2019-cu il tarixdə “X4 və təchizatı” ASC-nin Ağcabədi rayonunda yerləşən regional idarəsinə təhvil vermişdir. Məhsulu ərzaq saxlama kamerasına yerləşdirən zaman, məhsulun orada saxlanması üçün 10.000 manat xidmət haqqı vermişdir. xx.xx.2019-cu il tarixdə “X4 və təchizatı” ASC-nin Ağcabədi rayonunda yerləşən regional idarəsinə təhvil verdiyi 80 ton sarımsaq məhsulunu götürmək üçün getdikdə soyuducudan axan su səbəbindən məhsulun tam yararsız olduğunu görmüşdür. Bundan sonra 360.000 manat dəyərində olan istifadəyə yararlı sarımsaq məhsulunu yararsız hala salan saxlama kamerasının rəhbəri ilə əlaqə yaradıb danışıqlar aparsa da, onun bu məsələyə heç bir aidiyyətinin olmadığını və zəmanət vermədiyini bildirmişdir. Bundan sonra, ona dəymiş ziyanın və çəkdiyi xərclərin geri ödənilməsi üçün cavabdeh barəsində Ağcabədi Rayon Prokurorluğuna şikayət etmişdir. Prokurorluqdan ona yazılı olaraq bildirilmişdir ki, şikayəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün huquqi qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsiiddia tələbinin rədd edərkən hesab etmişdir ki, iddiaçı Cavabdeh ilə birbaşa heç bir münasibətə grməmiş, ona saxlanca mal və ya xidmət haqqı ödəməmiş, bu münasibətlərin həyata keçirildiyi fiziki şəxs olan X8 isə qeyd olunan müəssisəni təmsil etməməklə onun adından pul almaq və saxlanca məhsul qəbul etmək səlahiyyəti olmamışdır. İddiaçı ilə cavabdehin arasında heç bir müqavilə münasibətinin olmaması, iddiaçının məhsulun saxlanması barədə yalnız X8 ilə razılaşmasının olması və sonuncunun cavabdehin nümayəndəsi olsa da, verilmiş etibarnamədə belə səlahiyyəti nəzərdə tutulmamısdır. Bütün bunlar ona əsas verir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun aydınlaşdırmamış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2-2(121)- 805/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatlarında apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də apelyasiya şikayətinin təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2-2(121)-805/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsi və vəkillərinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2-2(121)-805/2020 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməliditr. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan İddiaçı tərəfindən Ağcabədi Rayon Prokurorluğuna ünvanlanmış ərizədən görünür ki, İddiaçı “X4 və təchizatı” ASC-nin Ağcabədi rayonunda yerləşən regional idarəsinin rəhbəri X8 barəsində Ağcabədi Rayon Prokurorluğuna müraciət edərək, ona dəymiş 100.000 manat ziyanın ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. İş materiallarında olan Ağcabədi Rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 553Ş-19 saylı məktubdan görünür ki, İddiaçı dəymiş ziyanın əvəzinin ödənilməsinə dair tələblərlə aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan X8 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, AZ0400/********** saylı teleqramın surətində qeyd olunur ki, 2019-cu ilin sentyabr ayının 25-də İddiaçı müraciəti əsasında, təxminən 40-50 ton sarımsaq və 50 ton soğanı dekabr 2019-cu il tarixədək soyuducu kamerada saxlanılması üçün qəbul etmişdir. Malı qəbul edərkən, onun içərisində müəyyən qədər keyfiyyəti aşağı, cücərməmiş formada sarımsaq olmuş və bu barədə İddiaçı məlumatı olmuşdur. Bundan başqa, iş otağında olan danışığa görə birtərəfli qaydada gələcəkdə baş verə biləcək hər hansı bir problemə görə öhdəliyi İddiaçı öz üzərinə götürmüşdür. Ötən müddət ərzində həmin malların saxlanılmasına müntəzəm olaraq nəzarət olunmuş, elektrik və digər avadanlıqlar normal surətdə işləmişdir. İddiaçı dəfələrlə müraciət olunaraq kameraya qoymuş olduğu malları götürməsi bildirilsə də, həmin mallar geri götürülməmişdir. Aralarında olan danışığa əsasən 25 dekabr 2019-cu il tarixdə İddiaçı götürdüyü kameranın aylıq kirayə haqqının vaxtı olduğu üçün kirayə haqqının ödənilməsi ondan tələb olunmuş, 3 gün müddətinə həmin malları təhvil götürmədiyi təqdirdə gələcəkdə baş verən hər hansı bir neqativ vəziyyətə görə məsuliyyəti şəxsən özü daşıması barədə İddiaçı məlumatlandırılmışdır. İş materiallarında olan Bərdə şəhər "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bərdə rayon Vəkil Bürosunun vəkili Müşfiq Mehdiyevə ünvanlanmış 10 yanvar 2020-ci il tarixli, 08 saylı məktubda qeyd olunur ki, Bərdə şəhəri "xxxx" MMC-nin bazarında 2019-cu il üçün 80 ton sarımsaq bitkisinin real bazar qiyməti 360.000 manat təşkil edir. İş materiallarında olan Cavabdeh 10 fevral 2020-ci il tarixli, FM/F-02-20 saylı arayışında qeyd olunur ki, X8 həqiqətən də Cavabdehndə 2018-ci ilin yanvar ayından təchizat üzrə menecer vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Cavabdeh 10 yanvar 2019-cu il tarixli, FM/Y-01-19 saylı etibarnaməsindən görünür ki, həmin etibarnamə ilə Cavabdeh adından Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən notariat kontorlarında, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində, məhkəmə orqanlarında və digər dövlət idarə və təşkilatlarına sənədlər təqdim etməyi, alqı-satqı əməliyyatlarını həyata keçirməyi və bu sənədlərdə imza etməyi, arayışların alınması, müqavilələrin bağlanılması, hazır olan sənədləri götürməyi, tələb olunan zəruri sənədləri təqdim etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi xx.xx.2021-ci il tarixədək X6 etibar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış 11 avqust 2020-ci il tarixli, 04/1-47 saylı və 07 oktyabr 2020-ci il tarixli, 04/1-64 saylı məktublarda qeyd olunur ki, 2019-cu ilin dekabr ayında yerli istehsal olan sarımsağın bir kiloqramın ölkə üzrə orta pərakəndə satış qiyməti 1,31 manat təşkil edir. Beynəlxalq təcrübədə mövcud olmadığı üçün Dövlət Statistika Komitəsi məhsulların topdansatış qiymətlərinin statistik müşahidəsini aparmır. İş materiallarında olan Ağcabədi Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 686 xidməti 20 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı Ağcabədi Rayon Prokurorluğuna verdiyi xx.xx.2019-cu il tarixli izahatında qeyd olunur ki, Ağdam rayonu, Ergi qəsəbəsində təsərrüfatla, sarımsaq əkini ilə məşğul olur. 2019-cu ilin iyun ayında sahədən 80 ton sarımsaq yığıb məhsulu Ergi qəsəbəsində təsərrüfatının olduğu yerdə çardağın altında saxlamışdır. Sonradan məhsulun soyuducu şəraitində saxlanılmasını qərara almışdır və xx.xx.2019-cu il tarixdə həmin 80 ton sarımsağı Ağcabədi rayonu, Hüsülü kəndində yerləşən “X4 və təchizatı” ASC-nin Ağcabədi Regional İdarəsinə vermişdir. Bu məqsədlə həmin müəssisənin nümayəndəsi Rizvan adlı şəxslə məhsulun 3 ay müddətinə saxlanılması üçün 12 min manat xidmət haqqına razılaşmışdır. Həmin xidmət haqqının 10 min manatını hissə-hissə 2 dəfə 4 min manat, bir dəfə isə 2 min manat olmaqla Rizvana ödəmişdir. Şərtlərinə əsasən mal soyuducu kameralarda 2 dərəcə temperaturda saxlanmalı idi. Malı “X4 və təchizatı” ASC-nin Ağcabədi Regional İdarəsinə təhvil verdikdən təxminən 20 gün sonra Rizvan malda yüngülvari göyərmə olduğunu bildirmişdir. O, gedib məhsula baxanda 80 ton sarımsağın təxminən 2 faizinin göyərdiyini görmüşdür. Məhsulda az miqdarda göyərmə olmasını normal hesab etdiyindən o malı soyuducudan çıxarmamışdır. Lakin bir müddətdən sonra Rizvan mütəmadi olaraq gəlib malını anbardan çıxarmasını bildirmişdir. xx.xx.2019-cu il tarixdə o,“X4 və Təchizatı” ASCnin Ağcabədi Regional İdarəsinə gedib mala baxdıqda anbara yerləşdirdiyi 80 ton sarımsağın tamamilə göyərib yararsız vəziyyətə düşdüyünü, malın da onun xəbəri olmadan başqa kameraya yığıldığını öyrənmişdir. Yəqin ki, əvvəlki kamera uzun müddət işləmədiyindən məhsul xarab olmuş, Rizvan da sonradan malı başqa kameraya yığmışdır. Bunun nəticəsində ona ziyan dəymişdir. Lakin bunun pulla dəyərini deyə bilmir, bunun üçün ekspertiza təyin olunub qiymət qoyulmalıdır. Həmin məhsulun yetişdirilməsi üçün 50- 60 ailədən adamlar işləmiş, onlara pul ödənilmişdir. O“X4 və Təchizatı” ASC-nin Ağcabədi Regional idarəsində onun malının yığıldığı soyuducu kameranın monitorunun şəklini çəkmişdir, soyuducu 2 dərəcədə işləməli olduğu halda 7,4 dərəcədə işləmişdir. Bununla bağlı Rizvana bildirdikdə ona heç nəyə zəmanət vermədiyini bildirmişdir. Rizvan söhbəti bağlamaq üçün ona ödədiyi 10 min manatı təklif etmiş, o isə bununla razılaşmamışıdır. O, 80 ton sarımsağı “X4 və Təchizatı” ASC-nin Ağcabədi Regional idarəsinə rəsmi yazılı şəkildə təhvil verməmişdir, yalnız müəssisənin müdiri Rizvan adlı şəxslə şifahi razılaşması olmuşdur. Hətta xidmət haqqı kimi ödədiyi 10 min manat üçün də, ona heç bir qəbz təqdim olunmamışdır. O, sahədən yığılmış sarımsağı qurutmaq məqsədilə bir neçə ay müddətində çardaq altında soyuducu şəraitində olmadan saxlamışdır. Hesab edir ki, həmin müddətdə məhsul xarab ola bilməzdi. Sarımsağı əkdiyi müddətdə məhsula lazımi qaydada aqrotexniki qulluq olunmuş, xəstəliklərə qarşı bütün dərmanlar verilmişdir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməmişdir. Həmçinin İddiaçı Ağcabədi Rayon Prokurorluğuna verdiyi xx.xx.2019-cu il tarixli izahatında qeyd olunur ki, malın hissə-hissə gətirilməsinin məhsulun keyfiyyətinə heç bir dəxli yoxdur. Səksən ton məhsulu o, 10 gün ərzində daşıyaraq soyuducuya yığmışdır. Onun malların soyuducuda saxlanması şəraiti barədə heç bir məlumatı yoxdur. Malın saxlanma qaydasını Rizvan yaxşı bilir, o da ona inanıb malı təhvil vermişdir. Hansı şərait yaxşı idisə Rizvan malı həmin şəraitdə saxlamalı idi. Onun malı anbara yerləşdirilən zaman malda təxminən hər kisədə bir sarımsaq göyərə bilərdi. Bu isə normal haldır. O bunu nəzərə alaraq malını anbardan götürməmişdir. Rizvan onunla telefon danışığı zamanı sonradan gətirəcəyi malı götürməyəcəyi barədə xəbərdarlıq etmişdir, həmin vaxt o sonradan anbara yenə mal gətirməyi planlaşdırmışdır. Lakin mümkün olmadığından daha mal gətirə bilməmişdir. Rizvan onun malını xarab edəndən sonra, ona zəng edərək malı anbardan çıxarmasını ona bildirmişdir. Rizvan onu xx.xx.2019-cu il tarixdə anbara dəvət etmiş, anbarın yuxarısında havanın temperaturunu yoxlamışlar, hava soyuq olmuşdur. Rizvan xx.xx.2019-cu il tarixdə malın yerini dəyişmiş, usta çağırıb soyuducunu təmin etdirmiş, sonradan onu dəvət etmişdir. Əgər o haqlıdırsa, onu çağırmalı idi. Onun malın təhvil-təslimindən başı çıxmır. Rizvan malı qəbul edən şəxsdir, malı qəbul edəndə sənəd imzalamağı ona təklif etməmişdir. O, onun xidmət haqqını hər ayın əvvəlində ödəyib, malını soyuducuda saxlamışdır. Rizvan onun malını meyvə üçün nəzərdə tutulmuş müsbət tempraturlu kamerada saxlamışdır, əslində isə sarımsaq mənfi dərəcəli temperaturda saxlanılmalı idi. İş materiallarında olan Ağcabədi Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 686 xid-20 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş X5 Ağcabədi Rayon Prokurorluğuna verdiyi xx.xx.2020-ci il tarixli izahatında qeyd olunur ki, İddiaçı əvvəllər tanımamışdır. Cavabdeh MMC-də menecer vəzifəsində işləyir. Həmin müəssisənin Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində beş min tonluq soyuducu anbarı vardır. Anbarda xidmət haqqı müqabilində ərzaq məhsullarının saxlanılması nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq təxminən 10-15 gün müddətində hissə-hissə təxminən 50-60 ton çəkidə sarımsaq gətirərək anbara yerləşdirmiş, malın 2019-cu ilin dekabr ayına qədər saxlanılması üçün xidmət haqqı kimi on min manatı ödəmiş, iki min manat da borclu qalmışdır. Malın hissə-hissə gətirilərək yerləşdirilməsinin məhsula ziyan olduğunu, daha əvvəl yerləşdirilmiş məhsulun artıq müəyyən temperaturda soyumasını, sonradan gələn malın həmin temperaturu götürməsinin müəyyən vaxt tələb etdiyini, bunun isə eyni yerdə saxlanılan məhsul üçün mənfi nəticə verə biləcəyini İddiaçı izah etmiş, malın bütöv halda soyuducuya yerləşdirməsini məsləhət görmüşdür. Lakin Mütəllim “daha ondan keçib” deyərək malı eyni qaydada soyuducuya yerləşdirmişdir. Hətta o Mütəllimə malı anbarın arxa tərəfində adi temperaturlu şərait olduğunu, malın hissə-hissə həmin yerdə toplanmasını, axırda cəm halında soyuducuya vurulmasını da məsləhət görmüş, lakin Mütəllim buna da razı olmamış, hər dəfə ona deyəndə işinin alınmadığını, ona görə ləngidiyini demişdir. Bundan başqa, İddiaçı ilk gündən malı anbara gətirən zaman onun məhsulunda cücərmə müşahidə olunmuşdur. O, bununla bağlı aqronomla da məsləhətləşmişdir, aqronom həmin malın soyuducuya yerləşdirilməsini məsləhət görməmiş, məhsulun zay olacağını bildirmişdir. Bu barədə də o Mütəllimə bildirmiş, malın sonrakı aqibəti üçün cavabdeh olmadığını, ondan xidmət haqqını tam istəmədiyini, həmin pulu fəhləyə və maşına verib malını daşımağı bildirmişdir. Mütəllim tezliklə malını soyuducudan çıxaracağını deyərək vaxtı yubatmışdır. Bundan başqa, Mütəllim 2019-cu ilin may ayında məhsulu sahədən yığmış, isti açıq şəraitdə uzun müddət saxlamış, sonradan cücərdiyini görüb soyuducuya yerləşdirməyi qərara almışdır. Halbuki, soyuducu şəraiti çıxış yolu deyil, soyuducu məhsulu müəyyən müddət saxlamaq imkanındadır. Lakin Mütəllim kimdənsə əsassız sözlər eşidib guya malın mənfi 2 dərəcə temperaturda saxlanılmalı olduğunu iddia edir. Halbuki, məhsul mənfi 2 dərəcədə saxlanılsa idi, donub sonradan havaya çıxarılanda tamamilə məhv olacaqdı. O, Mütəllimlə aralarında olan telefon danışıqlarının əks olunduğu diski və Mütəllimin malının anbara yığılarkən ilkin görüntülərini könüllü olaraq izahatına əlavə edir. Həmin danışıqlarda onun Mütəllimə malının əvvəlcədən cücərməsini bildirməyi, Mütəllimin də malına tez-tez nəzarət götürüb aparacağını deməsi təsdiq olunur. Lakin Mütəllim vaxtında malını anbardan çıxarmamış, vədlərinə əməl etməmiş, sonda onu şantaj etmişdir. Mütəllimin malında əvvəlcədən cücərmə baş vermişdir. Məhsul isə xx.xx.2019-cu il tarixdə başqa soyuducuya yığılmışdır. Bunun səbəbi isə soyuducunun təmperaturunun müsbət iki dərəcəyə enməsi idi. O, bununla bağlı usta da çağırmış, usta soyuducunun mühərrikində problem olmadığını, içəridəki məhsulda qızışma getdiyini, ona görə də temperaturun nizamlanmadığını bildirmişdir. xx.xx.2019-cu il tarixdən əvvəl soyuducuda heç bir problem olmamışdır. Başqa soyuducuya yığıldıqdan sonra da məhsulda qızışma getdiyi, malın keyfiyyətini itirdiyi təsdiq olundu. O, həmin günlərdə Mütəllimlə birlikdə anbarın yuxarısına çıxıb ona soyuducunun radiatorundan çıxan havanın temperaturunu yoxlamağı bildirmiş, həqiqətən də soyuducunun buz kimi soyuq havanı vurduğu məlum olmuşdur. Həm də Mütəllim anbara səksən deyil, təxminən 50-60 ton sarımsaq yığmışdır. İddiaçıla sarımsağın soyuducuya təhvil verilməsi barədə heç bir rəsmi yazılı sənəd tərtib olunmamışdır. Malı yığmamışdan əvvəl Mütəllim tanışlıq verib uzaq qohumluqlarının olduğunu bildirmiş, o da el-oba olduğunu nəzərə alaraq ona inanmışdır. X1 Ağcabədi Rayon Prokurorluğuna verdiyi xx.xx.2020-ci il tarixli izahatında qeyd olunur ki, Cavabdeh MMC üç ildir ki, "xxxx" ASC və "xxxx" MMC ilə əməkdaşlıq edir, həmin təşkilatlar Cavabdeh MMC-yə məxsus soyuduculara xeylı mal yerləşdirmişlər. İndiyə qədər həmin təşkilatlara məxsus mallarda heç bir problem yaranmamış, heç bir şəxs onlardan şikayət etməmişdir. Bundan başqa, İddiaçı sarımsaqla bərabər xx.xx.2019cu il tarixdə təxminən 50 ton çəkidə soğanı da Cavabdeh MMC-yə məxsus soyuducuya yerləşdirmiş, soğan indiyə qədər normal vəziyyətdə qalmışdır. İddiaçı soğanla bağlı heç bir şikayəti yoxdur. Necə ola bilər ki, eyni soyuducuda soğan yaxşı vəziyyətdə qalır, sarımsaq isə xarab olur. Bu da İddiaçı böhtançı olduğunu bir daha təsdiq edir. İddiaçı məxsus soğan və sarımsaq fərqli otaqlarda saxlanılır, lakin həmin otaqların soyuducu sistemi eyni mühərrikə və qurğuya malikdir. Yəni ümumi soyuducuda problem olsa idi, soğanda da problem yaşanardı. Mütəllimin anbara yığdığı soğan başqa adama, Mütəllimin şərikinə məxsusdur. Təxminən on gün əvvəl soğanın sahibləri anbara gələrək Mütəllimin onlara kələk gəldiyini, guya sarımsağı anbardan çıxardığını onlara dediyini bildirmişlər. İddiaçı yerləşdirdiyi soğan rəsmi yazılı şəkildə təhvil alınmamışdır. Rəsmi razılaşmanın olmamasının səbəbi Mütəllimlə uzaq qohumluq və tanışlıq münasibətlərinin olması, ona olan inamı olmuşdur. Onun Mütəllimlə qərəzi olsaydı ona məxsus soğana da ziyan vurardı. Əksinə o maraqlıdır ki, müştərinin malını keyfiyyətli saxlasın, o da daimi olaraq onun soyuducusundan istifadə etsin. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi rayonu, Rəncbər kəndində yerləşən, ümumi sahəsi 7.309 m2, torpaq sahəsi 1,4 hektardan ibarət olan ticarət təyinatlı əmlak kompleksi kimi müəssisə - Cavabdeh mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsində mütəxəssis qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, sarımsaq yığılandan sonra əgər əkinə gedəcəksə, onda onun kökləri təmizlənmir, başı 5 sm qədər kəsilir, sonra talvar altında qurudulur və əkin müddəti gələndə dişlərindən ayrılır və əkilir. Sarımsağın əkin müddəti sentyabr ayının 20-dən oktyabr ayının 25-nə qədərdir. Sarımsaq yığılır, düzgün sərilib qurudulur və bu zaman, sarımsaqda sentyabr ayının 15-nə qədər cücərmə olmur. Əgər sarımsaq nəm çəkirsə, o zaman ayılır və cücərməyə başlayır. Ona görə də oktyabr ayının 25-nə qədər onu əkib qurtarmaq lazımdır. Əgər oktyabr ayının 25-dən sonra əkilərsə o zaman sarımsağın cücərmiş hissəsi qırılır və əkindən yaxşı nəticə alınmır. Lakin satış məqsədilə, uzun müddət saxlamaqdan ötrü, mütləq sarımsağın həm başı 4 sm kəsilir, həm də kökü yəni aşağı hissəsi saçaqlardan təmizlənir, bəzi hallarda da onu yandırırlar, bəzi hallarda isə onu oyuq şəklində kəsib çıxarırlar. Sonra da onu sərirlər, qurudurlar, bir az sonra isə onu soyuducuya yığırlar. Soyuducuda bunun tempuraturu əgər konteynerə vurub saxlayırlarsa, mənfi 1-2 dərəcə arası olmalıdır. Həmin saxlama kamerasının, yəni otağın nəmliyi 75-80 faiz dərəcəsində olmalıdır. Bu, hər gün yoxlanılmalıdır. Sarımsağı soyuducuya qoymamışdan qabaq 8 saat ərzində 40 dərəcə tempuraturda onu qızdırmaq lazımdır. O zaman həmin sarımsaq uzunmüddətli qala bilir. Kisə şəklində saxlanıldıqda sarımsaq 3-4 ay ərzində saxlanılır. Yəni 3-4 aydan sonra o cücərməyə başlayır və xarab olur. Sarımsaq əsasən iyun ayının axırı, iyul aylarında yığılır. Sentyabr ayına qədər sarımsağı sərib saxlamaq olar. Əgər sarımsaq satış üçün nəzərdə tutulursa, onu sentyabrın 25-nə kimi gözləmək lazım deyil. Sarımsağı yığılandan sonra elə sahənin özündə, yaxud da talvara sərib qurudulur. Sentyabrın 20-nə qədər sarımsaq demək olar ki, cücərmir. Əgər məhsul bir soyuducudan çıxarılıb digər soyuducuya qoyulursa temperatur əgər eyni deyilsə oyanma baş verə bilər. 1 günə belə sarımsaqda oyanma baş verib cücərə bilər. Cücərmiş sarımsağı soyuducuya qoyduqdan sonra cücərmə prosesi dayanmır, əksinə çürümə baş verib xarab olur. Sarımsağı anbarda saxlamağa verən adam məhsulu soyuducuda saxlayacaq adamla əlaqə saxlamalıdır ki, siz hansı şəraitdə məhsulu saxlayırsız. Məsələn konteynerdəmi, açıq havadamı, yeşikdəmi, torbadamı. Ondan sonra məhsulu həmin şəxsə təhvil verməlidir. Həmin şəxs də tez-tez nəzarət etməlidir. Cücərmiş, zədələnmiş sarımsaqlar varsa, onları seçib çıxarmalıdır. Cücərmiş və zədələnmiş sarmısaq orada qalarsa, o biri sarımsaqları da zədələməyə başlayacaq. Sarımsaq +2 və -1 aralığında olan temperaturda saxlanılır. Sarımsağı soyuducuya qoymazdan əvvəl baxmaq lazımdır ki, cücərib ya yox, əgər cücərmiş sarımsaq vardırsa, onları seçib çıxarırsan, cücərməyənləri isə soyuducuda 3-4 ay saxlamaq olar. Anbarda məhsul olduğu müddətdə ora tez-tez məhsul yığılması anbarada saxlanılan məhsula ziyan vura bilər. Bunun üçün anbara nəzarət olunmalıdır. Cücərmiş məhsulu anbarda saxlamaq mümükün deyil. Hesab edir ki, sarımsaq iyul ayının axırı-avqust ayının əvvəllərində anbara təhvil verilməlidir. Əgər məhsul sentyabr ayında anbara təhvil verilirsə, mütləq şəkildə cücərmiş, çürümüş hissələr təmizlənməlidir. Əgər cücərmiş və çürümüş hissələr seçilib təmizlənməsə qalan məhsulun cücərməsinə səbəb olar. Apellyasiya instansiya məhkəməsi icraatı zamanı ekspertiza təyin edilmiş və alınmış rəydən görünür ki, 2019-cu ilin yanvar və dekabr aylarında yerli növ Ağdam sarımsağının 1 tonunun qiyməti müvafiq olaraq yanvar ayı üçün 4290.68 manat və dekabr ayı üçün 4623.58 manat olması müəyyən edilmişdir. 2019-cu ilin yanvar və dekabr aylarında yerli növ Ağdam sarımsağının 60-80 tonunun qiyməti müvafiq olaraq yanvar ayı üzrə 257 440,80 manat (60 ton) və 343 254,40 manat (80 ton), dekabr ayı üzrə 277 414,80 manat (60 ton) və 369 886,40 manat (80 ton) olması müəyyən edilmişdir. Azərbaycan Respublikası “X3” 05 oktyabr 2021-ci il tarixli, № 529 mütəxəssis rəyindən İddiaçıla cavabdeh müəssisənin meneceri Rizvan Əsədovla aralarında olan təhvil verilmiş sarımsaq məhsulunun saxlanması barədə xx.xx.2019-xx.xx.2019-cu il telefon danışıqlarının səsyazma mətnindən görünür ki, 2019-cu ilin dekabr ayınadək Cavabdeh müəssisənin nümayəndəsi Rizvan Əsədov məhsulu keyfiyyətli saxlamaqla təhvil veriliməsini öhdəsinə götürdüyünü bildirmişdir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdehndə 2018-ci ilin yanvar ayından təchizat üzrə menecer vəzifəsində işləyən X8 tərəfindən iddiaçıya məxsus sarımsaq məhsulu cavabdehə məxsus soyuducuda saxlanca qəbul edilmiş, nəticədə yararsız hala düşərək iddiaçıya ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsaəsn öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərğləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsaəsn öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biəcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətdən çəkinməlidir. Həmin Məcəllənin 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 824.1-ci maddəsinə əsasən əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı 80 ton sarımsaq məhsulunu saxlanca verməsini və həmin məhsulun məhv olması nəticəsində ona məhsulun dəyəri kimi 360000 manat, ödədiyi xidmət haqqı kimi 10000 manat ziyan dəyməsini göstərsə də, göstərilən xidmətə görə 10000 manat cavabdehin işçisinə ödənilməsi işin mübahisə doğurmayan halıdır. Lakin iddiaçı 80 ton sarımsaq məhsulunun cavabdeh tərəfindən saxlanca qəbul edilməsini göstərsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübüt qədmim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Xidmət haqqının ödənilməsi ilə bağlı mübahisə olmamasına baxmayaraq, məhsulun miqdarı ilə bağlı mübahisə vardır. Cavabdeh tərəf cəmi 60 ton məhsul saxlanca qəbul etməsini və məhsulun dəyərinin qeyd olunan məbləğdə olmamasını bildirmişdir. Qanunvericiliyin tələbinə əsasən saxlanca 80 ton məhsul verilməsi və həmin məhsulun 360000 manat dəyərində olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. İşdə olan ekspert rəyi və digər sübutlarla saxlanca cəmi 60 ton məhsul verilməklə həmin məhsulun 2019-cu ilin dekabr ayına dəyərinin 277414 manat olması müəyyən edilir. Saxlanca verlən məhsulun çəkisinin və qiymətinin bundan artıq olmasına dair iddiaçı sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verərək belə hesab edir ki, X5 2018-ci ilin yanvar ayından Cavabdeh təchizat üzrə menecer vəzifəsində işləməsi və Cavabdeh tərəfindən X6 verilmiş 10 yanvar 2019-cu il tarixli, FM/Y-01-19 saylı etibarnaməyə əsasən Cavabdeh adından Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən notariat kontorlarında, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində, məhkəmə orqanlarında və digər dövlət idarə və təşkilatlarına sənədlər təqdim etmək, alqı-satqı əməliyyatlarını həyata keçirmək və bu sənədlərdə imza etmək, arayışların alınması, müqavilələrin bağlanılması, hazır olan sənədləri götürmək, tələb olunan zəruri sənədləri təqdim etmək və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyin xx.xx.2021-ci il tarixədək X6 etibar edilməsi Rizvan Əsədovun Cavabdeh adından və həmin müəssisə üçün hüquq və vəzifələr yaradan hərəkətlər etmək, o cümlədən müqavilə bağlamaq səlahiyyətinə malik olmasını təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus sarımsaq məhsulunun Cavabdeh soyuducularında saxlanca qəbul edilməsi və saxlanması Rizvan Əsədovun ona Cavabdeh verdiyi etibarnamə əsasında həyata keçirilmiş, Cavabdeh buna etirazı olmamış, həmçinin məhsulun saxlandığı soyuduculara nəzarət müəssisənin səlahiyyəti daxilində olmaqla onun vəzifəsi olmuşdur. Cavabdeh istinad etdiyi hallar, yəni iddiaçıya məxsus sarımsaq məhsulunun ona məxsus soyuducu anbarla qəbul edilməsindən məlumatlı olmaması, bu barədə onunla müqavilə bağlanmalı olduğu halda bağlanmamsı kimi etirazları işin yuxarıda qeyd olunan halları nəzərə aılnmaqla əsaslı hesab edilə bilməz. İş materiallarında olan X7 rayon prokurorluğuna verdiyi izahat zamanı «İddiaçı izahatında göstərmişdir ki, malı təhvil verdikdən 20 gün sonra sizə malda yüngülvari göyərmə olduğunu bildirmiş, o, məhsula baxanda sarımsağın təxminən 2 faizinin göyərdiyini görmüş, məhsulda az miqdardla göyərmə olmasını normal hesab etdiyindən malı soyuducudan çıxarmamış, lakin bir müddətdən sonra Siz mütəmadi olaraq gəlib malı anbardan çıxarmağı bildirmiş, xx.xx.2019-cu il tarixdə mala baxdıqda anbara yerləşdirilən 80 (səksən) ton sarımsağın tamamilə göyərib yarasız vəziyyətə düşdüyünü, malın da onun xəbər olmadan başqa kameraya yığılıdığın öyrənmişdir. Bununla bağlı nə deyə birlərsiniz sualına cavab olaraq Rizvan Əsədov bunun tamamilə yalan olduğunu, Mütəllimin malında əvvəlcədən cücərmə baş verdiyini, məhsulun xx.xx.2019-cu il tarixdə başqa soyuducuya yığıldığını, bunun səbəbinin isə həmin soyuducunun temperaturunun müsbət iki dərəcəyə enməməsinin olduğunu» göstərmişdir. Ağcabədi rayon prokurorluğuna verdiyi Rizvan Əsədovun izahatından da görünür ki, Cavabdeh işçisi olaraq Rizvan Əsədov malın anbara qəbulu zamanı həmin malda keyfiyyət dəyşikliyinin baş verməsindən məlumatlı olmuş, lakin malı anbara qəbul etmişdir. Malın anbara qəbulundan sonra isə malda davam edən onun keyfiyyətinin itirilməsinin qarşısını almağa yönəldilmiş hərəkətlər etməklə, yəni həmin malı iddiaçının əvvəlcədən razılığını almadan başqa soyuducu kameraya yerləşdirmiş, lakin gözlədiyi nəticəni əldə edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini tərəflərin və onların nümayəndə və vəkillərinin, müstəqil tələb irəli sürməyən şəxsin izahatları, iş materiallı üzrə araşdıraraq belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2-2(121)-805/2020 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən saxlanca qəbul edilmiş məhsulun dəyəri olan 277.414,80 (iki yüz yetmiş yeddi min dörd yüz on dörd manat səksən qəpik) manat alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.2, 217.4, 372, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2-2(121)-805/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehndən 277.414,80 (iki yüz yetmiş yeddi min dörd yüz on dörd manat səksən qəpik) manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nüsrət Mirzəyev Hakimlər: Müşfiq Həsənov Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-2(106)-94/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-94/2022
16.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver