Məhkəmə qərarları › İş №2-2(106)-95/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-95/2025

10.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-95/2025 10.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Fikrət Çilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Şirvan Kommesiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2-2(121)-657/2025 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9000 manat borc pulu, həmçinin gecikdirilmiş pul vəsaitinə hesablanmış faiz 3639,12 manat, ödənilmiş 128 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Nuriyev X1 Fuad Hilal oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilərək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı pul tələbi olaraq 14720 (on dörd min yeddi yüz iyirmi) manat və ödənilmiş 135 manat dövlət rüsumu tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2-2(121)-657/2025 saylı qərardadı ilə Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 şikayət ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2-2(121)-657/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsi qərardadı qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutları tam və obyektiv qiymətləndirməmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün olmayan nəticəyə gəlmişdir. Şirvan Kommersiya Məhkəməsi qarşılıqlı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətdə məhkəməyə təqdim edilmədiyindən, qarşılıqlı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Mülki prosessual qanunvericiliyin tələblərindən də görünür ki, nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Onun qarşılıqlı iddianı müəyyən edilmiş müddət ərzində verə bilməməyinin səbəbi maddi imkanının olmaması olmuşdur. Hazırki mülki iş üzrə məhkəmə hazırlıq iclası davam etdirilir və o qarşılıqlı iddianı məhkəmə hazırlıq iclası zamanı vermişdir. Qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişdir, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırır, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardır və onlara birlikdə baxılması mübahisəyə daha tez və düzgün baxmaqla nəticələnir. Ona görə də məhkəmə ərizəni geri qaytararkən göstərilən qanunvericiliyin tələblərini və Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 156-cımaddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi şikayəti və kommersiya işini nəzərdən keçirərək hesab etmişdir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin məcəllənin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi xx.xx.2025-ci il tarixində verilmiş, o cümlədən cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını mötəbər dəlillərlə əsaslandırmamış, yalnız maddi imkanın olmaması səbəb kimi göstərilsə də, iş materiallarından görünür ki, hazırki iş Sabirabad rayon Məhkəməsinin icraatında olduğu dövrdə də qarşılıqlı iddia ərizəsini MPM-də nəzərdə tutulmuş müddəti ötürdükdən sonra vermişdir. Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətdə məhkəməyə təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə geri qaytarmaqla əsaslı və qanuni qərar qəbul etmişdir. Şirvan Kommesiya Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2-2(121)-657/2025 saylı qərardadı ilə Cavabdeh2 Şirvan Kommesiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2- 2(121)-657/2025 saylı qərardadın ləğvinə dair şikayəti təmin edilməmiş və şikayət 2- 2(121)-657/2025 saylı kommersiya işi ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materillarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilmədən, Şirvan Kommesiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2-2(121)-657/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 şikayəti təmin edilməsin. Şirvan Kommesiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2-2(121)-657/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar