Məhkəmə qərarları › İş №2-2(106)-96/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-96/2023

21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-96/2023 21.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Şirvan Kommesiya Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, e-2-2(121)-286/2023 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, müəyyənetdi: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 8.000 manat əsas borcun, 807,44 manat faiz borcunun və 105 manat mediasiya xərcinin, cəmi 8.912,44 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, e-2-2(121)-286/2023 saylı işin ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, e-2-2(121)-286/2023 saylı qərardadı ilə, Cavabdeh2 işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barəsində ərizəsinin rədd edilməsi qərara alınmışdır. Cavabdeh2 13 iyun 2023-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, e-2-2(121)-286/2023 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yaşayış yeri Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Kristal Abşeron 1 ünvanıdır. Məhkəmə qərardad qəbul edərkən işin faktiki hallarını nəzərə almamışdır. Şirvan Kommesiya Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, e-2-2(121)-286/2023 saylı qərardadı ilə Cavabdeh2 şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 şikayət ərizəsi ilə Şirvan Kommesiya Məhkəməsinə müraciət edərək, Şirvan Kommesiya Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, e-2-2(121)-286/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi şikayəti və mülki işi nəzərdən keçirərək hesab etmişdir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, e-2-2(121)-286/2023 saylı qərardadı tərtib edildikdən sonra 16 fevral 2023-cü il tarixdə Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh2 Şirvan Kommersiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, e-2-2(121)- 286/2023 saylı qərardadından 13 iyun 2023-cü il tarixində şikayət verməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268-ci maddəsinə uyğun olaraq, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materillarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilmədən, Şirvan Kommesiya Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, e-2- 2(121)-286/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibatiiqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 şikayəti təmin edilməsin. Şirvan Kommesiya Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, e-2-2(121)-286/2023 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar