Məhkəmə qərarları › İş №2-2(106)-98/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-98/2024

22.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-98/2024 22.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 24 aprel 2024-cü il tarixli e-2-2(121)-1408/2024 saylı qərardadından (hakim N.Misirzadə) İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 550000 manat pul vəsaitinin və 840 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 24 aprel 2024-cü il tarixli e-2-2(121)-1408/2024 saylı qərardadı ilə iddia ərizəsi MPM-in 152.1.5-ci maddəsinə istinadla qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin təqdim edilməməsi əsası ilə geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi elektron kabinetə yerləşdirilərkən, diqqətsizliyə yol verilmiş və iddia kiçik iddia kimi yüklənmişdir. Ona görə də, məhkəmənin həmin qərardadını mübahisələndirmədən yol verilmiş səhvi aradan qaldıraraq, iddia ərizəsi yenidən göndərilmiş və bu zaman əvvəlki dövlət rüsumu qəbzindən istifadə edilmişdir. Elektron məhkəmə sistemi həmin qəbzi qəbul etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1346/2024 saylı 17 aprel 2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən 09 aprel 2024-cü il tarixdə (mədaxil qəbzi nömrəsi **********) dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına) ödənilmiş 840 manat məbləğində dövlət rüsumunun ona qaytarılması qərara alınsa da, həmin qərardad icra olunmamışdır. Hətta elektron məhkəmə kabinetindən də göründüyü kimi, məhkəmə qəbul etdiyi qərardadı icra olunması üçün aidiyyəti maliyyə idarəsinə göndərməmişdir. Məhkəmə qərardadı icraya göndərilmədiyi halda, həmin rüsum geri qaytarıla bilməz. Bu səbəbdən də hazırda e-2- 2(121)-1346/2024 saylı iş üzrə məhkəməyə ərizə ilə müraciət edilərək, həmin qəbzin yenidən iddia ərizəsinə əlavə olunduğu nəzərə alınmaqla qərardadın icraya yönəldilməməsi xahiş edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 26 aprel 2024-cü il tarixli e-2-2(121)-1408/2024 saylı qərardadı ilə şikayət təmin olunmamış, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. X4 Məhkəməsinin icraatında olan zaman İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətini geri götürdüklərini bildirmiş, mövqeyini belə əsaslandırmışdır ki, işi uzanmaması üçün tərəflərindən yenidən iddia ərizəsi tərtib olunaraq və yenidən rüsum ödənilərək Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil şikayətdən imtinası qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının şikayətdən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 398.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.3, 398.0.4, 400, 402.2.2-ci -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil şikayətdən imtinası qəbul edilsin. Şirvan Kommersiya Məhkəməsinin 24 aprel 2024-cü il tarixli e-2-2(121)-1408/2024 saylı qərardadından İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar