Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-1/2022 04.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi, borcun cavabdehə məxsus avtomobillərə, cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi, həmin əmlaklar üzərində cavabdehin mülkiyyət hüququna xitam verilməsi, İddiaçı QSC BOKT-un həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və digər orqanların üzərinə İddiaçı QSC BOKT-un qeyd olunan əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2018-ci il tаrixli, 2-2(084)-142/2018 saylı qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “10521 nömrəli, 10405 nömrəli, 11170 nömrəli və 11210 nömrəli kredit müqavilələri üzrə cəmi 3335145,29 manat (3128428 manat əsas borc, 206717,29 manat faiz borcu) və 13073576,73 ABŞ dolları (12196639 ABŞ dolları əsas borc, 876937,73 ABŞ dolları faiz borcu) məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi, borcun cavabdehə məxsus “Ford Cargo 3530 yük” markalı **-JH-*** dövlət nömrə nişanlı və **-JG-*** dövlət nömrə nişanlı, “Scania yük” markalı **-JB-*** dövlət nömrə nişanlı, “Kamaz 43101 yük” markalı **-AJ-*** dövlət nömrə nişanlı və “VAZ 2123 L Chevrolet Niva minik” markalı **-JU-*** dövlət nömrə nişanlı avtomobillərə və cavabdehə məxsus digər daşınmaz və daşınar əmlaklara yönəldilməsi, həmin əmlaklar üzrəində cavabdehin mülkiyyət hüququna xitam verilməsi, İddiaçı QSC BOKT-nin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və digər orqanların üzərinə İddiaçı QSC BOKT-nın qeyd olunan əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) 15 may 2018-ci il tаrixli, 2-2(084)-142/2018 saylı qətnaməsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2018-ci il tаrixli, 2-2(084)-142/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 10521 nömrəli, 10405 nömrəli, 11170 nömrəli və 11210 nömrəli kredit müqavilələri üzrə cəmi 3.335.145,29 manat (3.128.428 manat əsas borc, 206.717,29 manat faiz borcu) və 13.073.576,73 ABŞ dolları (12.196.639 ABŞ dolları əsas borc, 876.937,73 ABŞ dolları faiz borcu) məbləğində kredit borcu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi; borc tələbi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Ford Cargo 3530 yük” markalı **-JH-*** dövlət nömrə nişanlı və **-JG-*** dövlət nömrə nişanlı, “Scania yük” markalı **-JB-*** dövlət nömrə nişanlı, “Kamaz 43101 yük” markalı 90-AJ332 dövlət nömrə nişanlı və “VAZ 2123 L Chevrolet Niva minik” markalı **-JU-*** dövlət nömrə nişanlı avtomobillərə və cavabdehə məxsus digər daşınar əmlaklara yönəldilməsi; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Ford Cargo 3530 yük” markalı **-JH-*** dövlət nömrə nişanlı və **-JG-*** dövlət nömrə nişanlı, “Scania yük” markalı **-JB-*** dövlət nömrə nişanlı, “Kamaz 43101 yük” markalı **-AJ-*** dövlət nömrə nişanlı və “VAZ 2123 L Chevrolet Niva minik” markalı **-JU-*** dövlət nömrə nişanlı avtomobillər və digər daşınar əmlaklar üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüququna xitam verilməsi; "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Ford Cargo 3530 yük” markalı **-JH-*** dövlət nömrə nişanlı və **-JG-*** dövlət nömrə nişanlı, “Scania yük” markalı **- JB-*** dövlət nömrə nişanlı, “Kamaz 43101 yük” markalı **-AJ-*** dövlət nömrə nişanlı və “VAZ 2123 L Chevrolet Niva minik” markalı **-JU-*** dövlət nömrə nişanlı avtomobillər və digər daşınar əmlaklar üzərində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının mülkiyyət hüququnun tanınması; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin üzərinə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən avtomobillərin yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyаsının 08 oktyabr 2019-cu il tarixli, 2-2(107)-15/2019 saylı qətnaməsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2018-ci il tаrixli 2-2(084)-142/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyаsının 15 sentyabr 2020-ci il tarixli, 2-2(102)-98/2020 saylı qərarı ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyаsının 08 oktyabr 2019-cu il tarixli, 2-2(107)-15/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə apellyasiya qaydasında baxılarkən “Azərbaycan Beynəlxalq Bankı” müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 ərizə təqdim edərək göstərdi ki, icraatda olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı tələbinə dair 2-2(107)-1/2022 saylı iş üzrə tərəflər arasında 03 mart 2022-ci il tarixdə Barışıq Sazişi bağlanılmış və bu Sazişin məhkəmə tərəfindən təsdiq edilməsinə zərurət yaranmışdır. Ona görə də icraatda olan İddiaçı QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı tələbinə dair iddia ərizəsi üzrə mübahisəni birdəfəlik və qəti həll etmək məqsədilə İddiaçı QSC ilə "xxxx" arasında bağlanılmış 03 mart 2022-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Nümayəndə iddiaçı tərəfindən təqdim edilmiş ərizəyə münasibətdə bildirdi ki, hazırda iddiaçı ilə cavabdeh arasında razılıq əldə edilib. Bu razılıq həm iddiaçını, həm də cavabdehi qane edir. Ona görə də İddiaçı QSC ilə cavabdeh "xxxx" arasında bağlanılmış 03 mart 2022-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi də eyni məzmunlu ərizəni məhkəmə kollegiyasına təqdim etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərbaycan Beynəlxalq Bankı”nın nümayəndəsi lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 52.3-cü mаddəsinə əsаsən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsi ilə bаrışıq sаzişi bаğlаmаqlа qurtаrа bilərlər. İş materiallarına əlavə olunmuş tərəflər arasında bağlanmış 03 mart 2022-ci il tarixli Barışıq sazişində göstərilmişdir ki, X3 Məhkəməsinin icraatında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra Sazişdə- “Aqrarkredit" QSC) cavabdeh "xxxx" MMC-yə qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi və s. tələbinə dair sözügedən mübahisəni birdəfəlik və qəti həll etmək niyyətindədirlər və bu səbəbdən hazırki Sazişi imzalayırlar. "xxxx" MMC tərəfindən 10521, 10405, 11170 və 11210 saylı kredit müqavilələri üzrə alınmış kreditlərin girov və digər təminatının olmadığı, cəmiyyətin mövcud maliyyə və əmlak vəziyyəti və s. nəzərə alınaraq tərəflər ‘Texnika-A. Servis” MMC-nin həmin müqavilələr üzrə İddiaçı QSC-yə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2022-ci il tarixli 9/9202 nömrəli ekspert rəyi ilə təsdiq edilmiş cəmi 13.462.349.20 manat (əsas borc 10.728.683,34 manat, faiz borcu 2.733.665.86 manat) məbləğində kredit borcunun olduğunu qəbul və etiraf edirlər. Bu Sazişin 2.2-ci bəndi nəzərə alınaraq “Aqrarkredit’' QSC verilmiş iddianın ümumi məbləği ilə bu Sazişdə qəbul edilmiş fərqlə bağlı tələbdən və iddianın qalan hissəsindən imtina edir. "xxxx" MMC bu Sazişin predmeti olan cəmi 13.462.349,20 manat borcunu bu Sazişə 1 saylı Əlavəyə uyğun olaraq, illik 0,5 faizlə, 10 il (120 ay) müddətinə İddiaçı QSC-yə ödənilməsini öhdəsinə götürür. "xxxx" MMC bu Saziş üzrə yaranmış borcunun ödənilməsi məqsədilə özünə və üçüncü şəxslərə məxsus əmlak təklif etmək hüququna malikdir. Kredit üzrə borc məbləği əmlak hesabına ödənildiyi halda əmlakın dəyəri İddiaçı QSC-nin təklif etdiyi qiymətləndirici tərəfindən müəyyən ediləcək və İddiaçı QSC tərəfindən qəbul ediləcəyi təqdirdə "xxxx" MMC-nin borcu həmin əmlakın dəyəri məbləğində azaldılacaqdır. "xxxx" MMC bu Sazişi təsdiq edən məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra Sazişlə üzərinə düşən öhdəlikləri vaxtında və dəqiq icra etməyi öhdəsinə götürür. "xxxx" MMC tərəfindən İddiaçı QSC-yə olan borc üzrə ödənişlər ardıcıl olaraq 3 (üç) ay müddətində bu Sazişə 1 saylı Əlavədə göstərilən qaydada aparılmadığı təqdirdə “Aqrarkredit" QSC ərizə ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət edərək, "xxxx" MMCnin kredit borcunun həmin günə olan ödənilməmiş hissəsinin pul vəsaiti və əmlak hesabına İddiaçı QSC-nin xeyrinə tutulması ilə bağlı icra vərəqəsinin verilməsini məhkəmədən xahiş etmək hüququna malikdir. Tərəflər bu Sazişin müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. Tərəflərin razılığı ilə bu Sazişə əlavə və dəyişikliklər edilə bilər və həmin əlavə və dəyişikliklər tərəfflərin imza və möhürü ilə təsdiq edildikdən sonra bu Sazişin ayrılmaz tərkib hissəsi sayılır. Bütün əlavələrlə birlikdə bu Saziş və burada istinad edilən bütün sənədlər tərəflərin tam razılığını özündə əks etdirir. Bu Sazişin şərtləri məhkəmə tərəfindən təsdiq edildikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 52.4 və 261.0.5-ci maddəsinin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcəkdir. Bu Sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək. Tərəflər təsdiq edir ki, hazırkı Barışıq Sazişinin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə Sazişin predmeti üzrə bir-birlərinə qarşı heç bir iddiaları qalmır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə (kredit müqavilələri, kassa məxaric və mədaxil orderləri, ödəniş sənədləri, ekspert rəyləri və s.) tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış borc məbləğinin dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda iş materialları ilə kredit məbləğinin hansı valyuta ilə verilməsinin müəyyən etmək mümkün deyildir. Ona görə də toplanmış sübutlar işin mahiyyət üzrə həll olunaraq qətnamə çıxarılması üçün yetərli deyildir. Belə olan halda hazırkı mübaisə üzrə tərəflər arasında yuxarıda qeyd edilən şərtlərlə barışıq sazişinin bağlanması mübahisənin hüquqi həllinin ən məqbul variantı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər bаrışıq sаzişi bаğlаmışlаrsа və bu sаziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icrааtа xitаm verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Belə olаn hаldа, məhkəmə kollegiyаsı hesаb edir ki, tərəflər arasında bağlanmış bаrışıq sazişi Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin tələblərinə uyğun olduğundаn və digər şəxslərin hüquqlаrını və qаnunlа qorunаn mənаfelərini pozmаdığındаn təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 122.3-cü maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Həmin Məcəllənin 402.2, 402.2.4-cü maddələinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Apellyasiya icraatı zamanı iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 380 (üç yüz səksən) manat məbləğində pul vəsaiti tərəflərdən (iddiaçı və cavabdehdən) bərabər qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC BOKT ilə cavabdeh "xxxx" arasında bağlanılmış 03 mart 2022-ci il tarixli Barışıq Sazişi təsdiq edilməli, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2018-ci il tаrixli, 2-2(084)-142/2018 saylı qətnaməsi ləğv edilməli, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi, borcun cavabdehə məxsus avtomobillərə, cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi, həmin əmlaklar üzərində cavabdehin mülkiyyət hüququna xitam verilməsi, İddiaçı QSC BOKT-nin həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və digər orqanların üzərinə İddiaçı QSC BOKT-un qeyd olunan əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması tələbinə dair” kommersiya mübahisəsi üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.5, 262, 402.2.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı qərara aldı: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin: .... 2.1. X3 Məhkəməsinin icraatında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra -“Aqrarkredit" QSC) cavabdeh "xxxx" MMC-yə qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi və s. tələbinə dair sözügedən mübahisəni birdəfəlik və qəti həll etmək niyyətindədirlər və bu səbəbdən hazırkı Sazişi imzalayırlar. 2.2. "xxxx" MMC tərəfindən 10521, 10405, 11170 və 11210 saylı kredit müqavilələri üzrə alınmış kreditlərin girov və digər təminatının olmadığı, cəmiyyətin mövcud maliyyə və əmlak vəziyyəti və s. nəzərə alınaraq tərəflər ‘Texnika-A. Servis” MMC-nin həmin müqavilələr üzrə İddiaçı QSC-yə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2022-ci il tarixli 9/9202 nömrəli ekspert rəyi ilə təsdiq edilmiş cəmi 13.462.349.20 manat (əsas borc 10.728.683,34 manat, faiz borcu 2.733.665.86 manat) məbləğində kredit borcunun olduğunu qəbul və etiraf edirlər. 2.3. Bu Sazişin 2.2-ci bəndi nəzərə alınaraq “Aqrarkredit’' QSC verilmiş iddianın ümumi məbləği ilə bu Sazişdə qəbul edilmiş fərqlə bağlı tələbdən və iddianın qalan hissəsindən imtina edir. 2.4. "xxxx" MMC bu Sazişin predmeti olan cəmi 13.462.349,20 manat borcunu bu Sazişə 1 saylı Əlavəyə uyğun olaraq, illik 0,5 faizlə, 10 il (120 ay) müddətinə İddiaçı QSCyə ödənilməsini öhdəsinə götürür. 2.5. "xxxx" MMC bu Saziş üzrə yaranmış borcunun ödənilməsi məqsədilə özünə və üçüncü şəxslərə məxsus əmlak təklif etmək hüququna malikdir. 2.6. Kredit üzrə borc məbləği əmlak hesabına ödənildiyi halda əmlakın dəyəri İddiaçı QSC-nin təklif etdiyi qiymətləndirici tərəfindən müəyyən ediləcək və İddiaçı QSC tərəfindən qəbul ediləcəyi təqdirdə "xxxx" MMC-nin borcu həmin əmlakın dəyəri məbləğində azaldılacaqdır. 3.1 "xxxx" MMC bu Sazişi təsdiq edən məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra Sazişlə üzərinə düşən öhdəlikləri vaxtında və dəqiq icra etməyi öhdəsinə götürür. 3.2. "xxxx" MMC tərəfindən İddiaçı QSC-yə olan borc üzrə ödənişlər ardıcıl olaraq 3 (üç) ay müddətində bu Sazişə 1 saylı Əlavədə göstərilən qaydada aparılmadığı təqdirdə “Aqrarkredit" QSC ərizə ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət edərək, "xxxx" MMCnin kredit borcunun həmin günə olan ödənilməmiş hissəsinin pul vəsaiti və əmlak hesabına İddiaçı QSC-nin xeyrinə tutulması ilə bağlı icra vərəqəsinin verilməsini məhkəmədən xahiş etmək hüququna malikdir. 4.1. Tərəflər bu Sazişin müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 4.2. Tərəflərin razılığı ilə bu Sazişə əlavə və dəyişikliklər edilə bilər və həmin əlavə və dəyişikliklər tərəfflərin imza və möhürü ilə təsdiq edildikdən sonra bu Sazişin ayrılmaz tərkib hissəsi sayılır. 4.3. Bütün əlavələrlə birlikdə bu Saziş və burada istinad edilən bütün sənədlər tərəflərin tam razılığını özündə əks etdirir. 4.4. Bu Sazişin şərtləri məhkəmə tərəfindən təsdiq edildikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 52.4 və 261.0.5-ci maddəsinin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcəkdir. 4.5. Bu Sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək. 4.6 Tərəflər təsdiq edir ki, hazırkı Barışıq Sazişinin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə Sazişin predmeti üzrə bir-birlərinə qarşı heç bir iddiaları qalmır. ... İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2018-ci il tаrixli, 2-2(084)- 142/2018 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi, borcun cavabdehə məxsus avtomobillərə, cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi, həmin əmlaklar üzərində cavabdehin mülkiyyət hüququna xitam verilməsi, İddiaçı QSC BOKT-un həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və digər orqanların üzərinə İddiaçı QSC BOKT-un qeyd olunan əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması tələbinə dair” kommersiya mübahisəsi üzrə işin icraatına xitam verilsin. Aparılmış məhkəmə mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 380 (üç yüz səksən) manat məbləğində pul vəsaiti tərəflərdən (iddiaçı və cavabdehdən) bərabər qaydada 190 (bir yüz doxsan) manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-1/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-1/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver