Məhkəmə qərarları › İş №2-2(107)-1/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-1/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-1/2024 30.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - xxxxnın nümayəndəsi Nümayəndə1, Cavabdeh - Cavabdeh nümayəndəsi Vəkil Fərhad oğlunun iştirakı ilə, İddiaçı xxxxnın (bundan sonra- iddiaçı və ya ismin müvafiq hallarında ASC "xxxx" Bankı) Cavabdehnə (bundan sonra- cavabdeh və ya ismin müvafiq hallarında Cavabdeh MMC) qarşı “xx.xx.2017-ci il tarixli **********12017/İP-1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, katerqoriyasına (məqsədli təyinatına) görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 4,0182 ha torpaq sahəsinə və xx.xx.2017-ci il tarixli **********12017/İP-2 №-li ipoteka müqaviləsinə əsasən ipoteka predmeti qismində çıxış edən Cavabdeh MMC-yə məxsus Yevlax şəhərində yerləşən kateqoriyasına (məqsədli təyinatına) görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 20 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, ipoteka predmetləri açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borc alan Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli **********12017 №-li kredit müqaviləsi üzrə iddiaçı "xxxx" Bankı ASC qarşısındakı 1999833,34 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 58661,79 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 %-lə hesablanmış 561619,86 manat cərimə faizləri və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 80 məbləğində çəkilmiş xərclər İpoteka predmetlərinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 2558,47 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, e- 2-2(117)-59/2023 saylı qətnaməsindən iddiaçı ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. ASC "xxxx" Bankının Yevlax filialı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli **********12017 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cəmiyyətə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Yevlax şəhəri C.Mustafayev 129 ünvanında 72 nömrədən ibarət otel binasının tikintisinin tamamlanması və fəaliyyətinin təşkili məqsədilə istifadə müddəti 120 ay olan ******* manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 3 % faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür.

2. Kredit müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2017-ci il tarixli **********12017/İP-1 nömrəli və **********12017/İP-2 nömrəli ipoteka müqavilələrində göstərilmiş Cavabdeh MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4,0182 ha torpaq sahəsi və Yevlax şəhərində yerləşən 20 ha torpaq sahəsi ipoteka predmeti kimi qəbul olunmuşdur.

3. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/1187 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixə olan əsas borcu 1995296,48 manat, faiz borcu 29404,12 manat təşkil edir.

4. Əmlak Ekspert Mərkəzi MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 4,0182 ha torpaq sahəsinin likvid dəyəri 413000 manat, Yevlax şəhərində yerləşən 20 ha torpaq sahəsinin likvid dəyəri 968000 manat müəyyən edilmişdir.

5. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə ödənilməmiş borcu qalmışdır. İddiaçı bank cavabdehin ödənilməmiş borcunun ödənilməsi, borcun ipoteka predmeti olan torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, 2017-ci ildə cavabdeh tərəfə ******* manat məbləğində kredit verilib və bunun qarşılığında cavabdeh tərəf əmlakını ipotekaya qoyub. Lakin cavabdeh tərəf öhdəliklərini yerinə yetirmədiyi üçün tələb olunan məbləğdə borcu qalıb. İddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsində işə cavabdehin iştirakı olmadan baxılmışdır.

8. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 26 iyul 2023-cü il tarixli, e-2-2(117)-59/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli **********12017 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1.995.296,48 manat əsas, 29.404,12 manat faiz və 20.000 maat məbləğində cərimə borcu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 80 manat məbləğində çəkilmiş xərc, mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğ və ödənilmiş 1638,85 manat dövlət rüsumu Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, katerqoriyasına (məqsədli təyinatına) görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 4,0182 ha torpaq sahəsinə və Yevlax şəhərində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 20 ha torpaq sahəsinə tutma yönəldilməsi, Cavabdeh MMC-yə məxsus ünvan 4 ünvanında yerləşən 4,0182 ha torpaq sahəsinin ilkin satış (likvid dəyəri) 413.000 manat, Yevlax şəhərində yerləşən 20 ha torpaq sahəsin ilkin satış (likvid dəyəri) 968.000 manat məbləğində müəyyən edilsin və həmin əmlaklar açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait Cavabdeh MMCnin ASC "xxxx" Bankına olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ödənilmiş 461,19 manat dövlət rüsumu və artıq ödənilmiş 458,42 manat dövlət rüsumu iddiaçı ASC "xxxx" Bankına aid edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 manat pulun 150 manatı "xxxx" ASC-dən və 150 manatı Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 50 manat ekspertiza xərcinin 25 manat hissəsi iddiaçı ASC "xxxx" Bankından və 25 manatı Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/1187 nömrəli ekspert rəyinə əsasən müəyyən etmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixə olan əsas borcu 1995296,48 manat, faiz borcu 29404,12 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi həddində deyil, ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə 1995296,48 manat əsas borc və 29404,12 manat faiz borcu cavabdehdən tutularaq iddiaçı banka ödənilməlidir.

10. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də, cərimənin artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən 561619,86 manat deyil, 20000 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

11. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır.

12. Məhkəmə ipoteka predmetləri olan ünvan 1 ünvanında yerləşən 4,0182 ha torpaq sahəsinin ilkin satış dəyəri 413000 manat, Yevlax şəhərində yerləşən 20 ha torpaq sahəsinin ilkin satış dəyəri 968000 manat müəyyən etmiş və hesab etmişdir ki, həmin əmlakların satışından əldə edilən vəsait kredit borcuna yönəldilməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 739.2, 462.1, 462.3, 467-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1,116.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33 və 39.3.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Qətnаmədən nаrаzı qаlаn iddiaçı ASC "xxxx" Bankı tərəfindən apellyasiya şikayəti verilmişdir.

15. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, ipoteka müqavilələri, bildirişlər, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, hesabdan çıxarış, mütəxəssis rəyi, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ...məhkəmə qətnamə qəbul edərkən iddiaçının tələb etdiyi əsas borc məbləğinin (1.999.833,34 manat) və adi faizlər üzrə borc məbləğinin (58661,79 manat) AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/1187 saylı ekspert rəyində göstərilən məbləğlərdən (əsas borc 1.995.296,48 manat, faiz borcu 29404,12 manat) çox olmasını nəzərə alaraq ekspert rəyində göstərilən məbləğlərə istinad etməsi ilə bağlı gəldiyi nəticə ədalətli məhkəmə araşdırmasını, eyni zamanda qəbul edilmiş qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən işdə olan mövcud sübutları tədqiq edərək onlara hüquqi qiymət verməli, ekspert rəyinin yaxud Bankın iddia ərizəsinə əlavə etdiyi sənədlərin mötəbər sübut olaraq qəbul edilməsini əsaslandırmalı idi. Lakin məhkəmə bunu etməmiş və yalnız ekspert rəyində cavabdehin xx.xx.2022-ci il tarixə olan əsas borcunun 1.995.296,48 manat, faiz borcunun 29404,12 manat təşkil etdiyini göstərməklə kifayətlənmişdir. Bu isə özlüyündə absurd yanaşmadır, ədalətli məhkəmə araşdırması və iş üzrə məhkəmə baxışının prinsipləri ilə ziddiyyət təşkil edir. Bank tərəfindən Məhkəməyə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında vəsatət təqdim edilərək, məhkəmənin nəzərinə çatdırmışdır ki, ekspertizaya təqdim olunmuş xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr üçün hesabdan Çıxarışda kredit üzrə həyata keçirilmiş ödənişlərdən biri buraxılmış texniki səhv səbəbindən ikiqat məbləğdə göstərilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixində faktiki olaraq 4999.58 manat məbləğində ödəniş edilməsinə baxmayaraq, qeyd edilən texniki səhvə görə müvafiq Çıxarışda həmin məbləğ 9999.16 manat məbləği kimi əks olunmuşdur. Səhv göstərilən həmin məbləğin bir hissəsi ekspert tərəfindən Kredit müqaviləsi üzrə əsas borc məbləğindən silindiyindən Bankın iddia tələblərində göstərilən əsas borc məbləği (1.999.833,34 manat) ilə ekspert rəyində qeyd olunan əsas borc məbləği (1.995.296,48) arasında uyğunsuzluq yaranmışdır. Lakin məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 102.3-cü maddəsinin tələbi pozularaq, yəni bu barədə əsaslandırılmış qərardad çıxarılmadan Bankın həmin vəsatəti təmin edilməmişdir. Bu səbəbdən hesab edirlər ki, məhkəmə ekspert rəyində göstərilən adi faizlər üzrə borc məbləğinin əvvəlki, yəni xx.xx.2022-ci il tarixə hesablandığını, əsas borc məbləğinin isə yuxarıda göstərilən texniki səhv səbəbindən ekspert tərəfindən düzgün hesablanmadığını nəzərə alaraq, ya bank tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli ərizədə göstərilən məbləğ həddində iddianı təmin etməli, yada ki, yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi. Göstərilənlərə əsasən Şəki Kommersiya məhkəməsini 26 iyul 2023-cü il tarixli, e-2- 2(117)-59/2023 saylı qətnaməsinin qismən ləğv edilərək bankın iddia tələblərinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi, apellyasiya şikayətinin verilməsinə görə 1050,03 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçı xxxxnın nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərərək şikayətin təmin edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi Vəkil Fərhad oğlu apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya məhkəməsini 26 iyul 2023-cü il tarixli, e-2-2(117)-59/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

23. İş üzrə iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini qismən mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

24. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

25. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

26. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

27. Maddə 739. Borc müqaviləsi (köhnə redaksiyada) - 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

28. Maddə 740.2 (köhnə redaksiyada). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

29. Maddə 442 Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.

30. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.

31. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.

33. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

34. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

35. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: - 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;

43. Maddə 116.2. Məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir.

44. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Şəki Kommersiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, e-2- 2(117)-59/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

50. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

51. Müəyyən edilmişdir ki, ASC "xxxx" Bankının Yevlax filialı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli **********12017 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cəmiyyətə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Yevlax şəhəri C.Mustafayev 129 ünvanında 72 nömrədən ibarət otel binasının tikintisinin tamamlanması və fəaliyyətinin təşkili məqsədilə istifadə müddəti 120 ay olan ******* manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 3 % faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2017-ci il tarixli **********12017/İP-1 nömrəli və **********12017/İP-2 nömrəli ipoteka müqavilələrində göstərilmiş Cavabdeh MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4,0182 ha torpaq sahəsi və Yevlax şəhərində yerləşən 20 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qaldığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməəyə müraciət etmişdir. İşə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

52. Birinci instansiya məhkəməsində icraat zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/1187 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixə olan əsas borcu 1995296,48 manat, faiz borcu 29404,12 manat təşkil edir. Bu səbəbdən birinci instnasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi həddində deyil, ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə 1995296,48 manat əsas borc və 29404,12 manat faiz borcu cavabdehdən tutularaq iddiaçı banka ödənilməlidir.

53. Qeyd edildiyi kimi apellyasiya şikayətinin başlıca dəlillərindən biri əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlıdır.

54. Apellyasiya baxışının əvvəlki iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.

55. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2-2(107)-77/2023 saylı qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmişdir.

56. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 9/540 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyində qeyd olunur ki; - Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, "xxxx" MMC ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2017-ci il tarixli **********12017 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kiim müəyyən olunur: - xx.xx.2022-ci il tarixə

əsas borc üzrə - 1.995.296,48 manat, faiz borcu üzrə - 29.404,12 manat.

- Qeyd edilir ki, təqdim edilmiş iş materiallında olan "Lale-TekstıT MMC-yə məxsus xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətləri əhatə edən ******************** saylı faiz hesabı çıxarışında (Cild İ, səh. 150) xx.xx.2020-ci il tarixdə "müqavilə üzrə faizlərin ödənilməsi” təyinatı ilə 9.999,16 manat məbləğində pul vəsaitləri silinmişdir. Həmin hesabdan çıxarışda (Cild 1, səh. 150) yuxarıda qeyd edilən məbləğin sonradan geri qaytarılması və ya müxabirləşmə üzrə hər hansı düzəliş edilməsi barədə məlumat yer almamışdır. - Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsi tərəfindən göndərilmiş əlavə materiallarında olan "Lalə-Tekstil” MMC-yə məxsus ******************** saylı faiz hesabı çıxarışında xx.xx.2020-ci il tarixdə aparılan “kredit” əməliyyatının məbləği öncə təqdim edilmiş hesabdan çıxarışda 9.999,16 manat kimi əks edilən əməliyyat 4.999,58 manat kimi göstərilmişdir. - “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”na əsasən aparılmış əməliyyatın bu cür düzəliş edilməsi nəzərdə tutulmamışdır. - Bu səbəbdən, hazırkı ekspertiza tədqiqatı ilə xx.xx.2020-ci il tarixdə aparılan ödənişin məbləği 9.999,16 manat kimi nəzərə alınmışdır.

57. Göründüyü kimi iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/1187 nömrəli ekspert rəyi hazırkı 02 aprel 2024-cü il tarixli, 9/540 nömrəli ekspert rəyi ilə eynilik təşkil edir.

58. Bu səbəbdən iş üzrə verilmiş ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyini sübut növü kimi qəbul etmiş və həmin rəyə uyğun nəticəyə gəlmişdir.

59. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

60. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyləri sübut kimi qəbul edilməlidir.

62. “X3rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

63. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də, cərimənin artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 561619,86 manat deyil, 20000 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

64. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyini əsaslı sayır.

65. Belə ki, dəbbə pulunun (cərimənin, penyanın) hüquqi təyinatı əsas öhdəlik olan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəkildə bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Halbuki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir.

66. Qanunun tələbinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

67. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun (cərimənin, penyanın) azaldılaraq xx.xx.2017-ci il tarixli **********12017 №li kredit müqaviləsi üzrə 20 000 manat məbləğində müəyyən edilməsi tərəflərin əmlak mənafelərinə uyğundur. Kollegiya cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alır.

68. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə tələbin həcminin artırılması barədə ərizə təqdim etsə də, bunu əsaslandırmamış və sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir.

69. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin apellyasiya şikayətində göstərdiyinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda, bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.

70. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçı ASC "xxxx" Bankın dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

71. Apellyasiya şikayətlərinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

72. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

73. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

74. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

75. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

76. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, e-2-2(117)-59/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

77. İş üzrə məhkəmə xərci olan əlavə məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri təşkil edən - 50 (əlli) manat məbləğində pul iddiaçı ASC "xxxx" Bankından tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, e-2-2(117)-59/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan əlavə məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri təşkil edən - 50 (əlli) manat məbləğində pul iddiaçı ASC "xxxx" Bankından tutulsun və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar