Məhkəmə qərarları › İş №2-2(107)-10/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-10/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-10/2025 20.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu, Hakimlər – X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “007R********** nömrəli krеdit razılaşması üzrə 6888.34 manat əsas borc, 929.76 manat faiz bоrcu və 461.51 manat cərimə borcu, 007R********** nömrəli krеdit razılaşması üzrə 3779.29 manat əsas borc, 437.79 manat faiz bоrcu və 239.61 manat cərimə borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 128.21 manat dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 məxsus Qəbələ şəhərində, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140.1 kv.m, yaşayış sahəsi 71.1 kv.m, köməkçi sahəsi 69 kv.m olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və cəmi 12736,30 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 128.21 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının həmin əmlakın hərracda satılmasından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin müştərək qaydada cavabdеhlərdən tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-1037/2024 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 11 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-1037/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 Qnyaz qızı və Cavabdeh1 müştərək qaydada 007R********** nömrəli krеdit razılaşması üzrə 6888.34 manat əsas borc, 929.76 manat faiz bоrcu və 300 manat cərimə borcu, 007R********** nömrəli krеdit razılaşması üzrə 3779.29 manat əsas borc, 437.79 manat faiz bоrcu və 188 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı, 128,21 manat dövlət rüsumu tutularaq idddiaçı İddiaçı QSC-yə ödənilməsi, borc məbləği Cavabdeh3 xüsusi mülkiyyətində olan Qəbələ şəhərində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140.1 kv.m, yaşayış sahəsi 71.1 kv.m, köməkçi sahəsi 69 kv.m olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Qəbələ şəhərində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140.1 kv.m, yaşayış sahəsi 71.1 kv.m, köməkçi sahəsi 69 kv.m olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 95000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait cavabdehlər Cavabdeh3 İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 500 manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh2 Qnyaz qızı və Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də olan müvafiq bank hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı QSC tərəfindən apellyasiya şikayəti verilmişdir. X2 Məhkəməsində baxılarkən məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, iş üzrə qаnuni və obyektiv qərar qəbul edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvаlə edilməli və rəy аlınаnаdək işin icrааtı dаyаndırılmаlıdır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 noyabr 2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın аpаrılmаsı aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin həvalə edilmiş və rəy alınanadək işin icraatının dayandırılması qərara alınmışdır. 07 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumat daxil olmuşdur. Həmin məlumatda qeyd edilmişdir ki, ... ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə tədqiqat obyektinə tərəflərin iştirakı ilə xx.xx.2025-ci il saat 13:00-da baxış keçirilməsinin təşkil olunması barədə vəsatət verilmişdir. Qeyd olunan tarixdə iş materiallarında olan iş üzrə cavabdehə məxsus mobil əlaqə nömrəsi ilə (***-***-**-**) əlaqə saxalanılmış lakin, iş üzrə cavabdeh tərəf (Cavabdeh3) qarşı tərəf ilə razılığa gəlindiyini qeyd edərək baxışda iştirak etməkdən və tədqiqat obyektini təqdim etməkdən imtina etmişdir. Qeyd olunan səbəbdən mübahisə predmeti olan tikiliyə baxış keçirilməsi mümkün olmamışdır. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 mart 2025-ci il tarixli qərardadı ilə Cavabdeh3 mülkiyyətində olan Qəbələ şəhərində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140.1 kv.m, yaşayış sahəsi 71.1 kv.m, köməkçi sahəsi 69 kv.m olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı QSC 02 may 2025-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə yazılı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh tərəfindən banka olan borc sonradan əldə edilmiş razılaşmayaya uyğun olaraq ödənilmişdir. Ona görə də iddiа tələblərindən imtinа etdiklərini, iddiadan imtinanın nəticələrinin onlara aydın olduğunu, bu səbəbdən də iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iddiaçının iddia tələbindən imtinası qəbul edilməli, Şəki Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-1037/2024 saylı qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi məhkəmə iclas protokoluna yazılır və protokolu müvafiq olaraq iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa işin icraatına xitam verilir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanunun tələblərinə uyğundur. Hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Hazırkı iş üzrə iddiadan imtina qanunauyğun şəkildə edilmiş və məhkəmə kollegiyası tərəfindən qəbul edilməsinə mane olan hallar mövcud deyildir. İddiaçıya izah edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-ci maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 391, 400 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “007R********** nömrəli krеdit razılaşması üzrə 6888.34 manat əsas borc, 929.76 manat faiz bоrcu və 461.51 manat cərimə borcu, 007R********** nömrəli krеdit razılaşması üzrə 3779.29 manat əsas borc, 437.79 manat faiz bоrcu və 239.61 manat cərimə borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 128.21 manat dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 məxsus Qəbələ şəhərində, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 140.1 kv.m, yaşayış sahəsi 71.1 kv.m, köməkçi sahəsi 69 kv.m olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və cəmi 12736,30 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 128.21 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının həmin əmlakın hərracda satılmasından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin müştərək qaydada cavabdеhlərdən tutulması tələbinə dair” iddia tələbindən imtinası qəbul edilsin. Şəki Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-1037/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar