Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-100/2024 29.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qаrşı (açar sözlər: Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X7 və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qzının katibliyi, İddiaçı - İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh - Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “16181 manat təmir xərci, 2295 manat hərracın keçirilməsi üçün ödənilmiş pul və 210 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2-2(117)-247/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan xx.xx.2011-ci il tarixli hərrac qaydasından bağlanmış alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh Balakən rayon İstehsal-İstehlak Kooperativinə məxsus 34/6 saylı Balakən şəhəri, S.Gözəlov küçəsində ümumi sahəsi 57 m2 olan qeyriyaşayış binasını 2295 manata almışdır.
2. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(019)-4/2021 saylı hökmündən (Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(107)-97/2022 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılıb) müəyyən edilir ki, X6 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1 və 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə İddiaçı iş üzrə zərərçəkmiş şəxs qismində iştirak etmişdir. Həmin işin hallarından müəyyən olunmuşdur ki, Cavabdeh süni ittiham irəli sürməklə İddiaçı cinayət məsuliyyətinə cəlb etmək istəmişdir. Həmçinin keçmiş qaynanası ilə münasibətlərinn normal olmadığı qeyd edilməklə əvvəllər hazırkı mübahisə predmeti olan və digər mağazaları şərikli mağaza almışlar, 92 m2 və 57 m2 olan iki obyekti alıb birləşdirmişlər. Hər iki mağaza Cavabdeh adına rəsmiləşdirilmişdir. Onlar obyektin alınması üçün hərəsi 7000 manat verməklə ümumilikdə 14000 manat pul ödəmişlər. Şərik işlədikləri üçün qazancı və xərci 50% olmaqla aralarında bölmüşlər.
3. Əlavə olaraq İddiaçı tərəfindən obyektdə görülmüş təmir işlərinin dəyərinin müəyyən olunmas ilə bağlı “X5 Mərkəzi”nə müraciət olunmuş, mütəxəssis tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli YDQM NS158/2023 nömrəli rəyə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə təmir-tikintisi üçün çəkilmiş xərcin ümumi məbləği 16181 manat müəyyən olunmuşdur.
4. Bundan əlavə xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində ümumi sahəsi 57 m2 olan qeyriyaşayış binasının 27 m2 hissəsini aylıq 50 manat ödəmək şərti ilə İddiaçı icarəyə vermişdir.
5. İcarə müqaviləsindəki, imzaların həqiqiliyinin yoxlanılması məqsədilə Cavabdeh imza nümunələri götürülərək Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 4/724 nömrəli xx.xx.2024-cü il tarixli rəyinə əsasən xx.xx.2018-ci il tarixli icarə müqaviləsində icarəyə verən qrafasındakı imzanın Cavabdeh aid olmadığı müəyyən edilmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı “16181 manat təmir xərci, 20000 manat mağazanın hərrac yolu ilə alınması üçün icra məmuruna verilmiş pul, 2295 manat hərracın keçirilməsi üçün ödənilmiş pul və 210 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə birinci instansiya məhkəməsinə müraciət etmişdir.
7. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcmini artıraraq Ələkbər Köçəri oğlunu ikinci cavabdeh kimi cəlb edərək ondan 17705 manat pulun tutulmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbinin həcmini azaldaraq ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddianın cavabdeh X1 17705 manat pulun tutulmasını hissəsini iddiadan çıxarmış, Cavabdeh 16181 manat təmir xərci, 2295 manat hərracın keçirilməsi üçün ödənilmiş pul və 210 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” kimi qəbul edilməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsi qeyd edilən tələbə baxmışdır.
9. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehin qızı olan X4 ilə xx.xx.2000-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Sonradan nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdehlə münasibətləri normal olduğu dövrdə fərdi sahibkarlıqla məşğul olmaq üçün Balakən şəhəri, S.Gözəlov küçəsində ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binası olan mağazanı almışlar. O, həmin mağazanı öz vəsaiti hesabına təmir etdirmişdir, hal-hazırda həmin obyekt cavabdehin sahibliyi və istifadəsindədir. O, obyektin təmiri üçün 16181 manat xərc çəkmişdir. Eyni zamanda hərracın yekunu üzrə əmlakın alqı-satqısı ilə bağlı 2295 manat pul ödəmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tərəf verdiyi izahatında bildirmişdir ki, mağaza 2011-ci ildə alınmışdır, aralarında 2019-cu il tarixindən mübahisə yaranmışdır, o ekspert rəyi ilə razı deyil, icarə müqaviləsindəki imza Cavabdeh məxsusdur, müqaviləyə onun yanında imza çəkmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh tərəf verdiyi izahatında bildirmişdir ki, mağaza tərəflərin münasibətlərinin normal olduğu dövrdə təmir edilmiş, həmin dövrdə tərəflər şərikli işlədiklərini bildirmişlər, lakin bu hər hansı bir sübutla təsdiq edilmir. İddia tələbi əsassızdır, rədd edilməsini məhkəmədən xahiş etmişdir.
12. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 18 iyul 2024-cü il tarixli, e-2-2(117)-247/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 8090.5 manat məbləğində təmir xərci, 1147.5 manat hərracın keçirilməsi ilə bağlı xərc və 100 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında əvvəllər etibarlı ailə münasibətlərinin mövcud olmuşdur (hazırkı iş üzrə cavabdeh iddiaçının keçmiş qayınanasıdır). Onlar da bu etibarlı ailə münasibətlərinə əsaslaraq həyatlarını və bizneslərini quraraq birgə sahibkarlıq fəaliyyəti həyata keçirmişlər. Bununla bağlı tərəflər arasında hər hansı bir rəsmi yazılı və ya şifahi müqavilənin bağlandığı müəyyən edilməsə də, tərəflərin münasibətlərinin normal olduğu vaxt, eyni zamanda iş üzrə preyudisial sübut olaraq qiymətləndirilən məhkəmə hökmündə qeyd edilən şərikli biznes qurmaları faktının mövcud olduğunu müəyyən etmək mümkün olmuşdur. Münasibətləri təxminən 2019-cu ilədək normal axarda davam etmiş, lakin həmin tarixdən başlayaraq münasibətlər kəskinləşmiş və tərəflər arasında çox saylı məhkəmə mübahisələri yaranmışdır. Belə ki, iddiaçı və cavabdeh tərəflər də verdikləri izahatlarda şərikli işlədiklərini qismən də olsa etiraf etmişdirlər.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və cavabdeh arasında şəriklilik münasibətləri mövcud olduğundan bir-birinə etibar edərək müəyyən işlər görmüşlər. Obyektin təmiri də buna aid edilir. İddiaçı tərəf obyektin təmiri üçün 16181 manat pulun hamısının öz vəsaiti hesabına verildiyini bildirsə də, tərəflər arasında münasibətlərin korlanmadığını və şərikli fəaliyyət faktı öz təsdiqini tapdığını nəzərə alaraq, obyekt üçün çəkilmiş xərclərin də 50%lik hissəsi tərəflər arasında bərabər bölüşdürülməlidir. Düzdür mübahisəli obyekt hazırda Cavabdeh istifadəsində və mülkiyyətində olsa da, İddiaçı ona etibar edərək və qazanılmış gəlirlərin aralarında bölünməsinə ümid edərək obyekti təmir etmiş və təmirlə bağlı 16181 manat xərc çəkmişdir. Eyni zamanda tərəflərin qeyd edilən məhkəmə hökmündə verdikləri izahatlarda da müəyyən olunur ki, onlar əvvəlcədən şərikli işləməyi planlaşdırmış, bu səbəbdən də Balakən şəhəri, S.Gözəlov küçəsində ümumi sahəsi 57 m2 olan qeyriyaşayış binası 2295 manata hərrac yolu ilə alınmışlar.
15. Məəhkəmə tərəflərin obyektin alınması və təmiri dövründə münasibətlərinin normal olması və gəlirləri aralarında 50%-lik həcmdə bölüşdürmələri nəzərə alınaraq, hesab etmişdir ki, obyektin təmiri üçün çəkilmiş 16181 manat xərcin 8090.5 manatlıq hissəsi və hərrac vasitəsilə obyektin alınması üçün verilmiş 2295 manat vəsaitin 1147.5 manatlıq hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 16.1, 21.1, 21.2, 21.3, 135.4, 135.10, 152.5, 157.2, 157.4, 157.6, 157.7, 217.2, 385.1, 386.1, 560.1, 560.2, 560.3.4, 562.1, 1091.1, 1091.2, 1092.1 və 1092.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 82.4, 88, 217.1, 217.2, 217.3 və 217.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 Şəki Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2-2(117)- 247/2024 saylı qətnaməsindən apellyasiya şikayətləri vermişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ... iddiaçı 23 noyabr 2000-ci ildə cavabdehin qızı X4 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan üç övladı olmuşdur. Halhazırda nikahı məhkəmə qaydasında pozulub. İddiaçı cavabdehlə münasibətləri normal olanda fərdi sahibkarlıqla məşğul olmaq üçün Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) ümumi sahəsi 57 m2 olan qeyriyaşayış binası olan mağazanı cavabdehin adına rəsmiləşdirməklə öz vəsaiti hesabına almışdır. İddiaçı Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binasını cavabdehin razılığı ilə öz vəsaiti hesabına təmir etdirmişdir. Cavabdeh iddiaçıya qarşı qeyri-yaşayış sahəsi olan mağazadan çıxarma tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə iddia təmin edilmişdir. Hal-hazırda Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binası cavabdehin sahiblik və istifadəsindədir. Göründüyü kimi iddiaçı bütün xərcləri cavabdehlə razılaşdırılmaqla mübahisə yarana kimi çəkmişdir. Belə olan halda iddia tələbi tam həcmdə təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, tərəflər şərik olmuşlar. Bu səbəbdən də çəkilmiş xərclərin 50%-i cavabdehdən tutularaq iddiaçıya ödənilməsi təmin edilmişdir. Halbuki tərəflər şərik olmamışlar, sadəcə qohumluq münasibətləri olduğundan iddiaçı cavabdehin adına qeyriyaşayış sahəsini almışdır. Digər tərəfdən isə hətta şərik olması çəkilmiş xərcləri bölünməsi anlamına gəlmir. O baxımdan ki, faktiki əmlak cavabdehin sahiblik və istifadəsindədir. Belə olan halda iddiaçının çəkdiyi xərclər cavabdehdən tam həcmdə tutularaq iddiaçıya ödənilməldir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2-2(117)-247/2024 saylı qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ... iş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(019)-153/2021 saylı qətnaməsindən və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(107)-1157/2021 saylı qətnaməsindən də göründüyü kimi hazırkı iş üzrə İddiaçı cavabdehlər Cavabdeh, "xxxx" MMC-yə, Balakən rayon İstehsal-İstehlak Kooperativinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 18 saylı Zaqatala Ərazi İdarəsinə və Balakən rayon İcra və Probasiya Şöbəsinə qarşı cavabdeh "xxxx" MMC tərəfindən 18 noyabr 2011-ci ildə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən mağazanın (hazırkı iş üzrə mübahisə predmeti olan qeyri-yaşayış binası) alqı-satqısına dair müqavilənin və Cavabdeh adına verilmiş MA seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin, onun iddiası əsassız olduğundan təmin edilməmişdir. Həmin iş üzrə məhkəmələrin müəyyən etdiyi hal ondan ibarət olmuşdur ki, İddiaçı əmlakın onun tərəfindən alınmasını və ödənişin həyata keçirilməsini sübut edə bilməmişdir. Lakin, Şəki Kommersiya Məhkəməsi öz qətnaməsində ümumiyyətlə Balakən Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(019)-153/2021 saylı qətnaməsindən və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(107)1157/2021 saylı qətnaməsinə istinad etməmiş və həmin məhkəmə qətnamələri ilə müəyyən olunmuş işin hallarına münasibət bildirməmişdir. Şəki Kommersiya Məhkəməsi iddiaçı və cavabdeh arasında şəriklik münasibətinin olmasını həmçinin Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(019)-4/2021 saylı hökmü qəbul olunan zaman İddiaçı vermiş olduğu izahatı ilə əsaslandırmağa çalışmışdır. Halbuki, hökmdən də göründüyü kimi, bu hazırkı iş üzrə iddiaçının ifadəsidir və bu hal özlüyündə tərəfələrin mağaza binasını şərik almalarını sübut edə bilməz. Hətta, iddiaçı və cavabdeh vaxtı ilə şərik olmuş olsalar belə, bu tərəflərin mağaza binasını şərikli almaları və onu şərikli təmir etmələri mənasına gələ bilməz. İş materiallarına əlavə olunmuş “X5 Mərkəzi”nin mütəxəssis tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli YDQM NS- 158/2023 nömrəli rəyə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə təmir tikintisi üçün çəkilmiş xərcin ümumi məbləği 16181 manat müəyyən olunmuşdur. Halbuki, məhkəmə araşdırması mərhələsində müəyyən olunmuşdur ki, mütəxəssis rəyində qeyd olunan qeyri-yaşayış binası iddiaçı Cavabdeh yox, İddiaçı məxsus qeyriyaşayış binasıdır və təmirə çəkilmiş xərclərin qiymətləndirmə tədqiqatı da İddiaçı məxsus qeyri-yaşayış binasına uyğun aparılmışdır. Bu halı, müətəxəssis rəyində əks olunmuş foto şəkillərə baxış keçirilən zaman, İddiaçı da bir daha təsdiq etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2-2(117)-247/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.
21. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 hər biri ayrı-ayrılıqda özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2-2(117)-247/2024 saylı qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər.
22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2-2(117)-247/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər.
23. Apellyasiya məhkəməsi iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətlərinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
26. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
27. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı qismən - iddianın təmin təmin edilməyən hissəsində, cavabdeh isə qətnaməni bütövlükdə mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
28. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
32. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
33. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
37. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
38. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
39. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
41. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
42. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
43. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.
44. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).
45. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
46. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
47. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
48. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
53. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
54. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
56. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
57. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
58. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
59. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
V. Apellyasiya məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2- 2(117)-247/2024 saylı qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
62. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
63. Müəyyən edilmişdir ki, xx.xx.2011-ci il tarixli hərrac qaydasında bağlanmış alqısatqı müqaviləsinə əsasən Cavabdeh Balakən rayon İstehsal-İstehlak Kooperativinə məxsus 34/6 saylı Balakən şəhəri, S.Gözəlov küçəsində ümumi sahəsi 57 m2 olan qeyriyaşayış binasını 2295 manata almışdır.
64. X6 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1 və 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə İddiaçı iş üzrə zərərçəkmiş şəxs qismində iştirak etmiş, həmin işin hallarından müəyyən olunmuşdur ki, Cavabdeh süni ittiham irəli sürməklə İddiaçı cinayət məsuliyyətinə cəlb etmək istəmişdir. Həmçinin keçmiş qaynanası ilə münasibətlərinn normal olmadığı qeyd edilməklə əvvəllər hazırkı mübahisə predmeti olan və digər mağazaları şərikli mağaza almışlar, 92 m2 və 57 m2 olan iki obyekti alıb birləşdirmişlər. Hər iki mağaza Cavabdeh adına rəsmiləşdirilmişdir. Onlar obyektin alınması üçün hərəsi 7000 manat verməklə ümumilikdə 14000 manat pul ödəmişlər. Şərik işlədikləri üçün qazancı və xərci 50% olmaqla aralarında bölmüşlər.
65. Tərəflər arasında bağlanmış İcarə müqaviləsindəki imzaların həqiqiliyinin yoxlanılması məqsədilə Cavabdeh imza nümunələri götürülərək Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, həmin Mərkəzin xx.xx.2024-cü il tarixli rəyinə əsasən xx.xx.2018-ci il tarixli icarə müqaviləsində icarəyə verən qrafasındakı imzanın Cavabdeh aid olmadığı müəyyən edilmişdir. Ona görə də qeyd edilən icarə müqaviləsi hazırkı iş üzrə sübut olaraq qiymətləndirilməmişdir.
66. Bundan başqa müəyyən edilmişdir ki, mübahisə predmeti olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 m2 olan qeyri-yaşayış binası və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsi olmaqla Cavabdeh mülkiyyətindədir, iddiaçı həmin mağzanın cavabdeh İddiaçı tərəfindən istifadə edildiyindən, iddiaçı həmin mağaza üzərində sahiblik və istifadə hüququndan məhrum olmuşdur. İddiaçı qeyd edir ki, 2019-cu ilin noyabr ayında Balakən Rayon Məhkəməsinə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(019)-234/2020 saylı qətnaməsi ilə iddiası təmin edilərək cavabdeh İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MA ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla Cavabdeh xüsusi mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində Balakən Bazarı ərazisində yerləşən ümumi sahəsi 57 kv.metr olan birmərtəbəli qeyri-yaşayış binası-mağaza binasından çıxarılması qərara alınmış və həmin qərar öz qanuni qüvvəsini almışdır. Qeyd edilən qərara xx.xx.2022-ci il tarixdə icra olunduğundan, Balakən rayon icra və Probasiya şöbəsinin eyni tarixli qərarı ilə icra üzrə icraata xitam verilmişdir.
67. Tərəflər də bu etibarlı ailə münasibətlərinə əsaslanaraq həyatlarını və bizneslərini quraraq birgə sahibkarlıq fəaliyyəti həyata keçirmişlər. Bununla bağlı tərəflər arasında hər hansı bir rəsmi yazılı və ya şifahi müqavilənin bağlandığı müəyyən edilməsə də, tərəflərin münasibətlərinin normal olduğu vaxt, eyni zamanda iş üzrə preyudisial sübut olaraq qiymətləndirilən məhkəmə hökmündə qeyd edilən şərikli biznes quramaları faktının mövcud olduğunu müəyyən etmək mümkün olmuşdur.
68. tərəflərin münasibətləri təxminən 2019-cu ilədək normal axarda davam etmiş, lakin həmin tarixdən başlayaraq münasibətlər kəskinləşmiş və tərəflər arasında çox saylı məhkəmə mübahisələri yaranmışdır. Belə ki, iddiaçı və cavabdeh tərəflər də verdikləri izahatlarda şərikli işlədiklərini qismən də olsa etiraf etmişdirlər.
69. Eyni zamanda, mübahisəli obyektin təmiri tərəflərin münasibətlərinin korlandığı dövrdən əvvəlki vaxta təsadüf etməsi daha məntiqlidir. Belə ki, tərəflər ən azı 2011-ci il tarixdən 2019-cu il tarixədək normal münasibətlərdə olmuşdur. Belə ki, tərəflər arasında münasibətlər 2019-cü il tarixindən korlanmağa başlamış, obyektin təmiri isə 2019-cu ildən əvvəl həyata keçirilmişdir. Bunun əksi ilə bağlı cavabdeh hər hansı bir dəlil və ya arqument irəli sürməmişdir.
70. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi qənaətini belə əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında şəriklilik münasibətləri mövcud olmuş və birbirinə etibar edərək müəyyən işlər görmüşlər. Obyektin təmiri də buna aid edilir. İddiaçı tərəf obyektin təmiri üçün 16181 manat pulun hamısının öz vəsaiti hesabına verildiyini bildirsə də, tərəflər arasında münasibətlərin korlanmadığını və şərikli fəaliyyət faktı öz təsdiqini tapdığını nəzərə alaraq, obyekt üçün çəkilmiş xərclərin də 50%-lik hissəsi tərəflər arasında bərabər bölüşdürülməlidir. Düzdür mübahisəli obyekt hazırda Cavabdeh istifadəsində və mülkiyyətində olsa da, İddiaçı ona etibar edərək və qazanılmış gəlirlərin aralarında bölünməsinə ümid edərək obyekti təmir etmiş və təmirlə bağlı 16181 manat xərc çəkmişdir.
71. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşaraq şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən inşaat və təmir işlərinin əvəzinin ödənilməməsi dürüstlük qaydasına da uyğun gəlmir.
72. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
73. Məhkəmə bu səbəbdən tərəflər arasında münasibətlərin normal olduğu dövrdə tərəfin çəkdiyi ziyan hesabına tərəflər arasında müvafiq münasibətlərə son qoyulduqdan sonra qarşı tərəfin əsassız varlanmasına şərait yarada bilər.
74. Tərəflərin 2019-cu il tarixədək etibarlı münasibətləri nəticəsində hər iki tərəfin razılığı ilə müvafiq işlərin görülməsinə çəkilmiş xərclərin cavabdeh tərəfdə qalmaqla sonuncunun əsassız varlanmasına şərait yaratma ehtimalı daha yüksək olduğundan və iddiaçı bunu əsaslandırdığından məhkəmə iddia tələbinin qismən təmin edilməlidir.
75. Birinci instansiya məhkəməsi həmçinin, tərəflər arasında mövcud olmuş şərikli iş münasibətlərini nəzərə alaraq hesab etmişdir ki, hərracın yekunu üçün ödənilmiş 2295 manat xərcin 50 % lik hissəsi cavabdehdən tutulmalıdır.
76. Məhkəmə kollegiyası işin hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, hərracın keçirilməsi ilə bağlı 1147.5 manat xərcin tutularaq İddiaçı ödənilməsi ilə bağlı gəldiyi nəticədə səhvə yol verərək qanunvericiliyin tələblərini pozmuşdur.
77. Belə ki, Balakən Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(019)-153/2021 iş nömrəli qətnaməsindən (Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(107)-1157/2021 iş nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır) görünür ki, hazırkı iş üzrə İddiaçı cavabdehlər Cavabdeh, "xxxx" MMC-yə, Balakən rayon İstehsal-İstehlak Kooperativinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Balakən rayon İcra və Probasiya Şöbəsinə qarşı cavabdeh "xxxx" MMC tərəfindən 18 noyabr 2011-ci ildə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən mağazanın (hazırkı iş üzrə mübahisə predmeti olan qeyri-yaşayış binası) alqı-satqısına dair müqavilənin və Cavabdeh adına verilmiş MA seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin, onun iddiası əsassız olduğundan təmin edilməmişdir.
78. Həmin iş üzrə məhkəmələrin müəyyən etdiyi hal ondan ibarət olmuşdur ki, İddiaçı əmlakın onun tərəfindən alınmasını və ödənişin həyata keçirilməsini sübut edə bilməmişdir.
79. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər (qətnamənin 52-53-cübəndləri).
80. Belə olan halda hərracın yekunu üçün ödənilmiş 2295 manat xərcin yarısının iddiaçıya məxsus olması barədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə işin hallarına uyğun deyildir.
81. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir.
82. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin tərəflərin şərik olmamaları, buna görə də iddiaçının çəkdiyi xərclərin tam həcmdə tutulması barədə dəlilini əsassız sayır.
83. Məhkəmə kollegiyası, həmçinin cavabdeh tərəfin apellyasiya şikayətinin mütəxəssis rəyində qeyd olunan qeyri-yaşayış binasının cavabdehə deyil, iddiaçı məxsus qeyri-yaşayış binası olması və təmirə çəkilmiş xərclərin qiymətləndirmə tədqiqatını da iddiaçıya məxsus qeyri-yaşayış binasına uyğun aparılması barədə dəlilini də əsassız sayaraq qeyd edir ki, məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları ilə mütəxəssis rəyinin cavabdehə məxsus qeyri yaşaylş sahəsi barədə verildiyi müəyyən edilmişdir.
84. Məhkəmə kollegiyası, eyni zamanda cavabdeh tərəfin apellyasiya şikayətinin hazırkı mübahisənin 2019-cu il tarixdən başlaması, buna görə də Mülki Məcəlləsinin 1095ci maddəsinin tələblərinə əsasən kəsici müddətin keçməsi barədə dəlili ilə bağlı qeyd edir ki, işdə olan və cavabdeh tərifin özünün də istinad etdiyi məhkəmə qərarlarından müəyyən olunur ki, obyektin hüququ müqəddaratı ilə bağlı mübahisələr 2021-2022-ci illərdə də davam etmişdir (hal-hazırda da davam edir).
85. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
86. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
87. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2-2(117)-247/2024 saylı qətnaməsi qismən – “1147.5 manat hərracın keçirilməsi ilə bağlı xərcin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
88. Qətnamənin mübahisələndirilən hissəsi 10 min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (MPM, maddə 402.1). Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2-2(117)-247/2024 saylı qətnaməsi qismən – “1147.5 manat hərracın keçirilməsi ilə bağlı xərcin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə mübahisəlləndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov