Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-102/2024 27.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, və Cavabdeh2 qarşı “kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait heasbına ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü, şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmaması) X1 (sədrlik edən və məruzəçi), X4 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, və Cavabdeh2 qarşı “kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait heasbına ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(117)-13/2024 nömrəli qətnaməsindən İddiaçı QSC və cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 019R********** saylı kredit razılaşması üzrə 61650.22 manat məbləğində kredit borcu, 5683.32 manat məbləğində faiz borcu və 2079.91 manat məbləğində cərimə borcu olmaqla, 019R********** saylı kredit razılaşması üzrə 31694.09 manat məbləğində kredit borcu, 2858.59 manat məbləğində faiz borcu və 994.81 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 104960 (yüz dörd min doqquz yüz altmış) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqmm tutulması. Tələbin Cavabdeh3 mülkiyyətində olan Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 101 ünvanında 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 104960 (yüz dörd min doqquz yüz altmış) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka preclmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumi müştərək qaydada tutulması, Cavabdeh3 mülkiyyətində olan Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 101 ünvanında 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3 və Cavabdeh1 istifadə hüququnun itirilməsi, onların həmin yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və Alıcıya təhvil verilməsi” tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(117)-13/2024 nömrəli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 019R********** saylı kredit razılaşması üzrə 61538,23 manat məbləğində kredit borcu, 5683.32 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə borcu, 019R********** saylı kredit razılaşması üzrə 31671,42 manat məbləğində kredit borcu, 2858.59 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu, 400 manat mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqı tutulması, tələb Cavabdeh3 mülkiyyətində olan Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 101 ünvanında 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışı üçün likvid dəyəri 315 950 manat məbləğində müəyyən edilməsi, satışdan əldə edilən vəsait hesabına cavabdehlərin hazırki qətnamə üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borclarının ödənilməsinə yönəldilməsi, Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəsiss rəyinin xərci olan 300 manat Cavabdeh3 tutularaq "Əmlak Ekspert Mərkəzi” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İddia qalan hissədə rədd olunmuşdur. İş üzrə qətnamədən İddiaçı QSC və cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri verilmiş, apellyasiya şikayətləri baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kоllegiyаsı işdə olan sənədləri nəzərdən keçirərək hesаb edir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə elektron imza ilə imzalanaraq verilmişdir. Həmin apellyasiya şikayətindən görünür ki, iş üzrə qətnamədən verilmiş apellyasiya şikayəti cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adından verilmişdir. Həmçinin, apellyasiya şikayətinin iş materiallarına əlavə edilmiş PDF formasından da görünür ki, iş üzrə qətnamədən verilmiş apellyasiya şikayətini cavabdehlərin hər üçü şəxsən imzalamışlar. Bundan başqa, apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən isə görünür ki, Cavabdeh3 (Rəsul-Aydın oğlu) digər cavabdehlərin əvəzinə apellyasiya şikayətini imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə aşkar edilməmişdir. Göründüyü kimi, Cavabdeh3 (Rəsul-Aydın oğlu) digər cavabdehlərin əvəzinə verdiyi apellyasiya şikayəti onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Yuxarıda sadalanan normaların tələbindən göründüyü kimi, apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin Mülki Prоsessuаl Məcəllənin tələblərinə uyğununluğunun yoxlanılaraq qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də ilkin olaraq məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Göründüyü kimi Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında apellyasiya şikayətinin verilməsinə dair tələblər, o cümlədən forma və məzmuna riayət olunması, müddət və dövlət rüsumunun ödənilməsi tələbi, habelə bu tələblərə əməl edilməməsinin hüquqi nəticələri aydın şəkildə müəyyən edilib. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilməməsi, dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməməsi apellyatorun öz hərəkəti nəticəsində baş verdikdə, bu səhvin mənfi nəticələrinin yükü digər tərəfin və ya məhkəmənin üzərinə düşə bilməz və məhkəmələr bununla bağlı tərəflərin səhvlərini düzəltmək vəzifəsini daşımır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60cı maddəsinin İ hissəsi). Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Bu maddə təsbit edilmiş məhkəmə müdafiəsi hüququ, hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, səlahiyyətli milli məhkəmələr tərəfindən işinin ədalətli araşdırılmasını, eləcə də məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Bununla yanaşı, məhkəmə müdafiəsi mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər ədalət mühakiməsinin maraqlarının da daxil olduğu legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli və qanuni məqsəd daşımalıdırlar. Eləcə də, istifadə edilən vasitələrlə çatılmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik olmalıdır. Bu məhdudiyyətlər hüquq və azadlıqların əsas mahiyyətinə toxunmamalı, onların əsl mahiyyətini zədələyəcək şəkildə və miqyasda həyata keçirilməməlidir. Məhkəmələrə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78). Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci mаddəsində qeyd edilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kоllegiyаsı hesаb edir ki, Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(117)-13/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyrimümkün hesаb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 və 402.2.1-ci maddəsinə əsasən, apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və MPM-nin 263-264, 361-364, 366, 400, 402, 403, 405 və 406-cı maddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(117)-13/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesаb edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Cavabdehlər Cavabdeh4 və Cavabdeh2 apellyasiya şikayətinin geri qaytarılması qərardadından (birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardaddan) şikayət verilmədikdə və iş üzrə digər prosessual hərəkətlər edildikdən sonra İddiaçı QSC və Cavabdeh3 (Rəsul-Aydın oğlu) tərəfindən verilmiş apellyasiya şikayətləri baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddan, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-102/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-102/2024
27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver