Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-103/2024 08.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 7000 manat əsas, 15085 manat cərimə, 156.26 manat dövlət rüsumu olmaqla cəmi 22250.26 manat borcun və vəkil xidmətlərinin göstərilməsi üçün ödənilmiş 320 manat pulun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e- 2-2(117)-623/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. xx.xx.2022-ci il tarixində "xxxx" MMC ilə İddiaçı MMC arasında İM-51/22/REM saylı icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarəçi obyektləri və onun hər hansı hissəsini üçüncü şəxslərə icarə, subicarə və ya idarəetməyə vermək və ya obyektləri birgə istifadə etmək hüququna malikdir. Müqavilənin 2.4-cü bəndinə əsasən obyektləri bütövlükdə və ya müvafiq hissələri icarəçilərə və ya subicarəçilərə icarəyə, kirayəyə, idarəetməyə verilərkən mülkiyyətçinin razılığı tələb olunmur.
2. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən 14 kv.m qeyri-yaşayış sahəsi və 600 kv.m torpaq sahəsini orada yerləşən əşya və avadanlıqlar ilə birlikdə icarəçiyə təhvil vermişdir.
3. Bundan sonra İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli İM- 52/22/REM saylı subicarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən 14 kv.m qeyri-yaşayış sahəsi və 600 kv.m torpaq sahəsini icarəçiyə verməyi, icarəçi isə razılaşdırılmış icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. - Müqavilənin 3.1.2-ci bəndinə əsasən icarə haqqının ödənişi gecikdirildiyi halda, icarəçiyə ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 0.5% məbləğində cərimə tətbiq ediləcəkdir. - Müqavilənin 3.4.8-ci bəndinə əsasən icarə haqqını hazırkı müqavilədə göstərilən qaydada vaxtında müvafiq ödəniş tarixində ödəmək icarəçinin öhdəliyidir. - Müqavilənin 3.4.27-ci bəndinə əsasən icarəyə verənin yazılı razılığı olmadan aparılan təmir-tikinti işlərinə görə icarəçi icarəyə verənin ilk tələbi ilə 20000 manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. -Müqavilənin 4.1-ci bəndinə əsasən icarəyə verən müqavilə imzalandıqdan sonra təhvil-təslim aktı əsasında icarəçiyə təhvil verməli icarəçi isə təhvil almalıdır. - Müqavilənin 4.2-ci bəndinə əsasən icarəçi hazırkı müqavilə başa çatdığı və ya ləğv olunduğu tarixdən 15 təqvim günü ərzində icarə obyektini təhvil-təslim aktı əsasında icarəçiyə qaytarmalıdır. Bu müddət ərzində icarəçi icarə obyektində tam həcmdə fəaliyyəti davam etməklə icarə haqqını icarəyə verənə tam şəkildə ödəməlidir. Təhvil-təslim prosesi bitənədək icarəçi subicarəçilərlə müqavilələrə xitam verməlidir. - Müqavilənin 6.1-ci bəndinə əsasən icarə obyekti üzrə aylıq icarə haqqı ƏDV daxil 4000 manat olmaqla, 3 aylıq icarə müddəti ərzində ƏDV daxil 12000 manat təşkil edir. - Müqavilənin 6.2-ci bəndinə əsasən icarə haqqı xx.xx.2022-ci il tarixindən etibarən hesablanacaqdır. Müqavilə imzalandıqdan sonra 5 iş günü ərzində 3 aylıq icarə haqqı 12000 manat avans şəklində icarəyə verənə öncədən ödənilməlidir. - Müqavilənin 13.1-ci bəndinə əsasən müqavilə üzrə hüquq və öhdəliklər xx.xx.2022ci il tarixindən qüvvəyə minir və xx.xx.2022-ci il tarixinədək qüvvədə qalır.
4. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İM-52/22/REM saylı subicarə müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, icarə obyekti xx.xx.2022-ci ildə subicarəçiyə təhvil verilmiş və hər iki tərəf bu sənədi öz imzası ilə təsdiq etmişdir.
5. İş materiallarına xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli iki ədəd 4000 manat məbləğində elektron qaimə əlavə edilmişdir.
6. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, qeyd edilən icarə obyektinə aid olan X8 X4 aid 20 adda mallar-daşınar əşyalar (avdanlıqlar) qaytarılmaq şərti ilə xx.xx.2022-ci il tarixində cavabdehə verilmiş, Cavabdeh həmin aktı öz imzası ilə təsdiq etmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən 14 kv.m qeyri-yaşayış sahəsi və 600 kv.m torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı subicarə müqaviləsi bağlanmışdır. Cavabdeh ödəməli olduğu 12000 manat icarə haqqından cəmi 5000 manat ödəniş etmiş və onun ödənilməmiş 7000 manat əsas borcu yaranmışdır. İddiaçı əsas və cərimə borcunun cavabdehdən tutularaq ödənilməsini məhkəmədən xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixində Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən 14 kv.m qeyri-yaşayış sahəsi və 600 kv.m torpaq sahəsi subicarə müqaviləsi əsasında cavabdehə verilmişdir. Müqavilə üzrə icarə haqqının məbləği 3 ay üçün 12000 manat müəyyən edilsə də, cavabdeh bu məbləğdən yalnız 5000 manat ödəniş etmiş və onun ödənilməmiş 7000 manat borcu qalmışdır. Borcun gecikdirilməsi səbəbində şirkətə ziyan vurulmuşdur. Həmin məbləğin və hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinə cavabdehin nümayəndəsi və vəkili tərfindən etiraz təqdim olunmuşdur. Cavabdeh tərəf etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəf bağlanmış müqavilənin hansı əsasla bağlandığına dair sənədləri məhkəməyə təqdim etməmiş, əmlakın sahibi və ya mülkiyyətçisi olması ilə bağlı məlumatlar əlavə edilməmiş, əlavə olaraq müqavilə notarial qaydada bağlanmamışdır. Bu halda müqavilə əhəmiyyətsizdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
10. Şəki Kommersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) 16 iyul 2024-cü il tarixli, e-2-2(117)-623/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 7000 manat icarə haqqı borcu, 350 manat cərimə, 52,25 manat dövlət rüsumu və 200 manat vəkil xidmətlərinə görə haqq “X5” MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 442, 445.2, 448, 700.1, 700.2, 701.1 və 705-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Cаvаbdeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqaviləsi, subicarə müqaviləsi, müqaviləyə əlavələr, təhvil-təslim aktları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ilk növbədə məhkəmədən iddiaçının cavabdehlə bağladığı müqavilənin hansı əsasla bağladığına dair və həmin icarə obyektinə dair hüquq müəyyənedici sənədlərinə düzgün qiymət verməmişdir. Belə ki, həmin qeyri yaşayış sahəsinin iddiaçının və iddiaçının "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli İM-51/22/REM saylı icarə müqaviləsinə və bu icarə müqaviləsi üzrə əmlakın "xxxx" MMC-nin mülkiyyətində olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdilər. İddia ərizəsi bir müqavilədən və elektron qaimələrdən ibarətdir. Bundan əlavə icarə müqaviləsi ümumiyyətlə notarial bağlanmamışdır. Belə ki, MM-in tələbinə əsasən daşınmaz əmlakla bağlı bağlanacaq müqavilələr hamısı birmənalı notarial qaydada təsdiqlənməli və dövlət qeydiyyatına alınmalıdır. Lakin hazırkı iddiaçının təqdim etdiyi müqavilə nə notarial təsdiqlənmiş, nə də dövlət qeydiyyatına alınmışdır. Bu da həmin müqavilənin əhəmiyyətsiz əqd olduğunu ehtiva edir. Belə olan halda da iddiaçı müqavilə üzrə heç bir tələb irəli sürə bilməzdi. Lakin məhkəmə cavabdeh tərəfindən təqdim edilən etirazdakı dəlilləri əsaslandırmadan araşdırmadan qətnamə qəbul etmiş və bununlada MM-in tələblərinə zidd qətnamə qəbul etmişdir. Həmçinin icarəyə predmeti olan əmlak ümumiyyətlə dövlət qeydiyyatına belə alınmayıb və MM-in 146.3-cü bəndinin tələbinə əsasən, dövlət qeydiyyatına alınmamış daşınmaz əmlakla bağlanmış əqd etibarsız sayılmalıdır. Həmçinin MM-nin müqavilələrin etibarsızlığı ilə bağlı müddəalarına əsasən bu əqd əhəmiyyətsiz əqddir. Çünki əmlakın mülkiyyətçisi olmayan şəxs əmlaka dair icarə müqaviləsi bağlamışdır. Heç bir səlahiyyəti olmayan şəxs əmlaka dair sərəncam vermişdir. Digər araşdırılmayan məsələ isə əmlakdan cavabdehin zorla çıxarılması olmuşdur. Həmin əmlak məhz nə "xxxx" MMC-yə və nə də ki iddiaçıya məxsus olmadığından cavabdehi əsl əmlak sahibləri ordan çıxartmışlar. Belə ki, həmin ərazidə dövlət tədbiri həyata keçiriləcəyindən və ərazi Prezident İşlər İdarəsinin oduğundan sentyabr ayında tədbirlər olacağından cavabdeh ordan məcburən çıxarılmışdır. Sentyabr ayı cavabdeh oradan istifadə etməmiş və buna görə də ödəniş etməməlidir. Məhz mübahisə də bunun üstündə yaranmışdır ki, əmlaka dair sərəncam vermək hüququ olmayan iddiaçı cavabehlə müqavilə bağlamış və əsl əmlak sahibinin bundan xəbəri olmamışdır. Cavabdehin də bundan xəbəri olmadığından razılaşmış və 2 ay istifadə etmişdir. Məhkəmə işin faktiki hallarına deyil təqdim edilən sənədlərlə deyil, yalnız iddiaçının verdiyi sənədlərə əsasən qətnamə qəbul etmişdir. Belə ki, ilk növbədə məhkəmə prosessual hüquq normalarını pozaraq iddiaçı tərəfindən son iclasda təqdim edilən "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqaviləni qəbul edib iddianı təmin etmişdir. Ancaq məhkəmə "xxxx" MMC-nin hansı əsasla iddiaçı ilə müqavilə bağlamasınını məhkəmə araşdırmaqda maraqlı olmamışdır. Həmçinin məhkəmə nəzərə almamışdır ki, "xxxx" MMC ilə iddiaçı eyni şirkətdir və eyni ünvanda yerləşirlər. Həmin təqdim edilən "xxxx" MMC ilə olan icarə müqaviləsi özü belə əqdi pərdələmək üçün bağlanmış əqddir. Həmin əqd özü də əhəmiyyətsiz əqddir və "xxxx" MMC-nin həmin icarə predmetinə dair hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2- 2(117)-623/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
16. Məhkəmə kollegiyasının protokol qərardadı ilə "xxxx" MMC hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2-2(117)-623/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376. 2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
22. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi
23. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
27. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
28. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
29. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
30. Maddə 701.1. İcarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur.
31. Maddə 705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2- 2(117)-623/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
45. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
46. Müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli İM-52/22/REM saylı subicarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən 14 kv.m qeyri-yaşayış sahəsi və 600 kv.m torpaq sahəsini icarəçiyə verməyi, icarəçi isə razılaşdırılmış icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.2-ci bəndinə əsasən icarə haqqının ödənişi gecikdirildiyi halda, icarəçiyə ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 0.5% məbləğində cərimə tətbiq ediləcəkdir. Həmin müqavilənin 3.4.8-ci bəndinə əsasən icarə haqqını hazırki müqavilədə göstərilən qaydada vaxtında müvafiq ödəniş tarixində ödəmək icarəçinin öhdəliyidir. Müqavilənin 3.4.27-ci bəndinə əsasən icarəyə verənin yazılı razılığı olmadan aparılan təmir-tikinti işlərinə görə icarəçi icarəyə verənin ilk tələbi ilə 20000 manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1ci bəndinə əsasən icarəyə verən müqavilə imzalandıqdan sonra təhvil-təslim aktı əsasında icarəçiyə təhvil verməli icarəçi isə təhvil almalıdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən icarəçi hazırki müqavilə başa çatdığı və ya ləğv olunduğu tarixdən 15 təqvim günü ərzində icarə obyektini təhviltəslim aktı əsasında icarəçiyə qaytarmalıdır. Bu müddət ərzində icarəçi icarə obyektində tam həcmdə fəaliyyəti davam etməklə icarə haqqını icarəyə verənə tam şəkildə ödəməlidir. Təhvil-təslim prosesi bitənədək icarəçi subicarəçilərlə müqavilələrə xitam verməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən icarə obyekti üzrə aylıq icarə haqqı ƏDV daxil 4000 manat olmaqla, 3 aylıq icarə müddəti ərzində ƏDV daxil 12000 manat təşkil edir. Müqavilənin 6.2-ci bəndinə əsasən icarə haqqı xx.xx.2022-ci il tarixindən etibarən hesablanacaqdır. Müqavilə imzalandıqdan sonra 5 iş günü ərzində 3 aylıq icarə haqqı 12000 manat avans şəklində icarəyə verənə öncədən ödənilməlidir. Həmin müqavilənin 13.1-ci bəndinə əsasən müqavilə üzrə hüquq və öhdəliklər xx.xx.2022-ci il tarixindən qüvvəyə minir və xx.xx.2022-ci il tarixinədək qüvvədə qalır.
47. Cavabdeh icarə haqlarını tam ödəmədiyinə görə mübahisə yaranmış, iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayəti vermişdir. İddia tələbləri qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir.
48. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İM-52/22/REM saylı subicarə müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, icarə obyekti xx.xx.2022-ci ildə subicarəçiyə təhvil verilmiş və hər iki tərəf bu sənədi öz imzası ilə təsdiq etmişdir.
49. Düzdür, həmin təhvil-təslim aktında verilmiş obyektin adı və ünvanı qeyd olunmasa da, məhkəmə tərəflər arasında başqa münasibətlərin olmamasını və təhviltəslim aktının tarixinin müqavilə tarixi ilə eyniliyini nəzərə alaraq, Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən 14 kv.m qeyri-yaşayış sahəsi və 600 kv.m torpaq sahəsinin cavabdehə akt əsasında təhvil verilməsini qəbul edir.
50. Bundan başqa təhvil-təslim aktından görünür ki, qeyd edilən icarə obyektinə aid olan X8 X4 aid 20 adda mallardaşınar əşyalar (avdanlıqlar) qaytarılmaq şərti ilə xx.xx.2022-ci il tarixində cavabdehə verilmiş, Cavabdeh həmin aktı öz imzası ilə təsdiq etmişdir. Bu hal bir daha onu təsdiq edir ki, qeyd edilən obyekt cavabdehə təhvil verilsə də, həmin obyektin icarəyə verənə qaytarılmasına dair təhvil-təslim sənədi olmasa da belə qəbul olunur ki, cavabdeh qeyd edilən icarə obyektindən ən azı 3 ay istifadə etmişdir.
51. Apellyasiya şikayətinin dəlilləri icarəyə predmeti olan əmlakın hüquq müəyyənedici sənədlərinin olmaması dövlət qeydiyyatına alınmaması, həmin əmlakın "xxxx" MMC-nin mülkiyyətində olmaması, "xxxx" MMC ilə iddiaçı arasında icarə müqaviləsinin bağlanmaması, tərəflər arasında bağlanmış subicarə müqaviləsinin notarial qaydada təsdiq edilməməsi, əmlakın həmin əmlaka dair sərəncam vermək hüququ olmayan şəxs tərəfindən subicarəyə verilməsi barədədir.
52. İşə əlavə olunmuş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən Çıxarışdan (Seriya RX, №1031656, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il), Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasına dair arayışdan və Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeytiyyatı barədə məlumatdan qeyriyaşayış sahəsi - 14 kv.m qeyri-yaşayış sahəsi və 600 kv.m torpaq sahəsinin "xxxx" MMC – nin mülkiyyətində olduğu və və həmin qeyri-yaşayış sahəsinin icarəyə və subicarəyə verilməsi müəyyən olunur.
53. İşə əlavə olunmuş "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış İM- 51/22/REM saylı icarə müqaviləsindən görünür ki, həmin 2.1-ci bəndinə əsasən, icarəçi obyektləri və onun hər hansı hissəsini üçüncü şəxslərə icarə, subicarə və ya idarəetməyə vermək və ya obyektləri birgə istifadə etmək hüququna malikdir. Müqavilənin 2.4-cü bəndinə əsasən obyektləri bütövlükdə və ya müvafiq hissələri icarəçilərə və ya subicarəçilərə icarəyə, kirayəyə, idarəetməyə verilərkən mülkiyyətçinin razılığı tələb olunmur.
54. Göründüyü kimi, apellyasiya şikayətinin subicarəyə verilmiş əmlakın dövlət qeydiyyatına alınmaması,"xxxx" MMC ilə iddiaçı arasında icarə müqaviləsinin bağlanmaması, iddiaçının əmlakı subicarəyə vermək hüququnun olmamasına dair dəlilləri əsassızdır.
55. Kollegiya tərəflərin bağladıqları subicarə müqaviləsinin notarial qaydada təsdiqlənməməsi barədə dəlilini də əsassız sayaraq qeyd edir ki, müqvilədən göründüyü kimi həmin müqavilə 3 ay müddətinə bağlanmışdır. Qanunun tələbinə görə 3 ay müddətinə bağlanmış icarə müqaviləsinin notarial qaydada təsdiqi məvburiyyəti nəzərdə tutulmmamışdır.
56. Eyni zamanda məhkəmə kollegiyası onu da vurğulayır ki, cavabdeh tərəfindən 12000 manat icarə haqqı məbləğindən 5000 manatının ödəməsi də apellyasiya şikayətinin dəlillilərinin əsassızlığına dəlalət edir.
57. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunmuş obyekt cavabdeh tərəfindən müqavilənin şərtlərinə əsasən 3 ay istifadə olunmuş və avans şəklində ödəməli olduğu 12000 manat icarə haqqı məbləğindən ümumilikdə 5000 manat ödəmişdir. Bu səbəbdən də icarə haqqı məbləğinin qalığı olan 7000 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
58. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
59. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.
60. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11. 07. 1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2. 4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
61. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
62. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
63. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
64. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
65. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2-2(117)-623/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
66. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (41-ci bənd). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cаvаbdeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2-2(117)- 623/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov