Məhkəmə qərarları › İş №2-2(107)-104/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-104/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-104/2025 30.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmentinə yönəldilməsi" tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit borcu, tələbin ipoteka predmentinə yönəldilməsi, iddia müddəti) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, İddiaçının nümayındəsi Nümayəndə iştirakı ilə, Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, e-2-2(117)-244/2025 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin X1 Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 0313/14/SKMF nömrəli kredit müqaviləsi bağlanmışdır. Bu müqavilənin predmentinə əsasən İddiaçı ASC cavabdehə 36 ay müddətində illik 6 % olmaqla 14500 manat məbləğində kredit verməyi, cavabdeh isə öz növbəsində həmin krediti ona əlavə olunmuş faziləri ilə birlikdə bu müqavilədə 1 saylı əlavədə göstərilən qrafikə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit və ona hesablanmış faziləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % ödəyir. Həmin müqaviləyə əlavə olaraq imzalanmış 1 saylı əlavəyə əsasən tərəflər arasında kreditin ödəniş qrafiki müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin verdiyi Texniki Pasportdan görünür ki, İsmayıllı rayonu Talıstan kəndində yerləşən fərdi yaşayış evi X2 adına xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ASC ilə borcalan Cavabdeh1 və ipoteka qoyan X4 arasında xx.xx.2014-cü il tarixdə 313/14/SKMF nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər ipoteka qoyan X2 mülkiyyətində olan İsmayıllı rayonu Talıstan kəndində yerləşən fərdi yaşayış evini Cavabdeh1 xx.xx.2014-cü il tarixli 0313/14/SKMF nömrəli kredit müqaviləsindən yaranan öhdəliyinin təminatı kimi İddiaçı ASC-nin xeyrinə yüklü edilməsi barədə razılığa gəlmişlər. Elektron Məhkəmə İnformasiyaları Sistemindən əldə edilən məlumata əsasən görünür ki, İsmayıllı rayonu Talıstan kəndində yerləşən İddiaçı ASC-nin xeyrinə yüklü edilmiş fərdi yaşayış evinin mülkiyyətçisi X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İsmayıllı rayon İcra Başçısının Talıstan kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən arayışdan görünür ki, İsmayıllı rayonu Talıstan kəndində yerləşən X3 məxsus fərdi yaşayış evində Cavabdeh2, X10, X8 və X6 yaşayırlar. İddiaçı ASC tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli 0313/14/SKMF nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə 13.189,09 manat əsas, 2.451,84 manat faiz, 1.655,71 manat cərimə, 3.797,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 21.093,89 manat borcu vardır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən təqdim edilən hesadan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən sonuncu dəfə banka xx.xx.2022-ci il tarixdə ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmentinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 13.189,09 manat əsas, 2.451,84 manat faiz, 1.655,71 manat cərimə, 3.797,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 21.093,89 manat məbləğində kredit borcunun və ödənilmiş 154 manat məbləğində xərcin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia həcminin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, borcun qaytarılması məqsədi ilə iddiaçı tərəfindən əvvəldə iddia ərizəsi ilə müraciət olunmuşdur. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnamsə e-2-2(117)-189/2024 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmentinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi X4 vəfat etdiyi səbəbindən iş üzrə icraata xitam verilmişdir. Bank tərəfindən vəfat etmiş Nəzakət Babahəsən qızınınhüquqi varislərinin müəyyən edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq addımlar atılmışdır. Müəyyən edilmişdir ki, vəfat etmiş Nəzakət Babahəsən qızının mümkün hüquqi varisləri qanuna müvafiq rəsmi şəkildə bank qarşısında ipoteka ilə yüklü edilmiş miras əmlakını qəbul etməsələrdə faktiki olaraq həmin miras əmlakını qəbul etmişlər və hal-hazırda da həmin əmlak onların sərəncam və istifadəsindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xidmətləri Səhifəsindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Nəzakət Babahəsən qızının hüquqi varisləri müəyyən edilməmişdir və onun ölümündən sonra onun əmlakı üzrə vərəsəlik şəhadətnaməsi verilməmişdir. Belə olan halda hesab edirik ki, kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında olan öhdəliklərini mirası faktiki qəbul edən və hüquqi varis kimi qiymətləndirilən Cavabdeh2 tərəfindən icra olunmalı və bank qarşısında cavabdehlik daşımalıdır. Qeyd olunanlara əsasən Cavabdeh1 13.189,09 manat əsas, 2.451,84 manat faiz, 1.655,71 manat cərimə, 3.797,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 21.093,89 manat məbləğində kredit borcunun və ödənilmiş 154 manat məbləğində xərcin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ X3 məxsus olan, Cavabdeh2 faktiki istifadəsində olan İsmayıllı rayonu Talıstan kəndi ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmentinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması və ipoteka predmenti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 0313/14/SKMF saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 6% (altı) faiz ödənilmək şərtilə 14.500 (on dörd min beş yüz) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq X4 ilə xx.xx.2014-cü il tarixli, 313/14/SKMF saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə X3 məxsus olan İsmayıllı rayonu, Talıstan kəndi ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 13.189,09 (on üç min bir yüz səksən doqquz manat, 09 qəpik) manat əsas,2.451,84 (iki min dörd yüz əlli bir manat, 84 qəpik) manat faiz, 1.655,71 (bir min altı yüz əlli beş manat, 71 qəpik) manat cərimə, 3.797,25 (üç min yeddi yüz doxsan yeddi manat, 25 qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 21.093,89 (iyirmi bir min doxsan üç manat, 89 qəpik) manat məbləğində borcu mövcuddur. Cavabdehə xx.xx.2014-cü il tarixli, 0313/14/SKMF saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdehə təklifə cavab vermədiyi üçün tərəfimizdən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərilmişdir. Cavabdeh1 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadıqları ünvan üzrə məktub göndərilməsinə baxmayaraq, nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlməmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və fiziki şəxsə onun ərizəsinə əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Bununla bağlı yeni müqavilələr hazırlanmışdır. Ancaq Cavabdeh1 bu günədək bankla fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli restrukturizasiya müqaviləsi bağlamamışdır və bu səbəbdən yenidən bank aşağıdakı borcun cavabdehdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Borcun qaytarılması məqsədi ilə Şəki Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Şəki Komersiya Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, e-2- 2(117)-189/2024 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi X4 vəfat etdiyi səbəbindən iş üzrə icraata xitam verilmişdir. Cavabdeh1 məhkəməyə xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiyaları sistemi vasitəsi ilə iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə müraciət edərək bildirmişdir ki, aşağıda göstərilənlərə görə iddia ərizəsini əsassız hesab edir və iş üzrə iddiadan imtina olunmalıdır. 08 avqust 2014-cü il tarixli 0313/14/SKMF №-li Kredit və İpoteka müqavilələrinin bitmə tarixi 08 avqust 2017-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Mülki Məcəllənin 373.2 və 375.2-ci maddələrinə əsasən 08 avqust 2014-cü il tarixli 0313/14/SKMF N-li Kredit və İpoteka müqavilələrinin bitmə tarixlərindən yeddi ildən yuxarı vaxt keçdiyindən Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh1 13.189,09 manat əsas, 2.451,84 manat faiz, 1.655,71 manat cərimə, 3.797,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 21.093,89 manat məbləğində kredit borcunun və ödənilmiş 154 manat məbləğində xərcin tutulmasına dair qətnamə çıxarılması ilə bağlı iddia ərizəsindən imtina olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh2 tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə müraciət edərək bildirmişdir ki, aşağıda göstərilənlərə görə iddia ərizəsini əsassız hesab edir və iş üzrə iddiadan imtina olunmalıdır. 08 avqust 2014-cü il tarixli 0313/14/SKMF №-li Kredit və İpoteka müqavilələrinin bitmə tarixi 08 avqust 2017-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Mülki Məcəllənin 373.2 və 375.2-ci maddələrinə əsasən 08 avqust 2014-cü il tarixli 0313/14/SKMF N:li Kredit və İpoteka müqavilələrinin bitmə tarixlərindən yeddi ildən yuxarı vaxt keçdiyindən Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh1 13.189,09 manat əsas, 2.451,84 manat faiz, 1.655,71 manat cərimə, 3.797,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 21.093,89 manat məbləğində kredit borcunun və ödənilmiş 154 manat məbləğində xərcin tutulmasına dair qətnamə çıxarılması ilə bağlı iddia ərizəsindən imtina olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. 0468758 nömrəli hüquqların dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışdan görünür ki, İsmayıllı rayonu Talıstan kəndində yerləşən **********84-10301 nömrəli fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli 0313/14/SKMF nömrəli kredit müqaviləsindən yaranan öhdəliyinin təminatı kimi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İddiaçı ASC tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanlanmış 16 avqust 2023-cü il tarixli ərizədən görünür ki, bank tərəfindən kredit borunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyatda alınması xahiş edilmiş, həmin bildiriş qeydiyyata alınmışdır. Mərkəzi Ekspertiz Bürosu tərəfindən məhkəməyə daxil olmuş MEB/01-9730/2025 nömrəli ekspert rəyindən görünür ki, İsmayıllı rayonu, Talıstan kəndində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evinin likvid dəyəri 85 000 manat müəyyən edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, e-2-2(117)-244/2025 nömrəli (hakim: E.Hüseynova) qətnaməsi ilə, iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 0313/14/SKMF nömrəli kredit müqaviləsi bağlanmışdır. Bu müqavilənin predmentinə əsasən İddiaçı ASC cavabdehə 36 ay müddətində illik 6 % olmaqla 14 500 manat məbləğində kredit verməyi, cavabdeh isə öz növbəsində həmin krediti ona əlavə olunmuş faizləri ilə birlikdə bu müqavilədə 1 saylı əlavədə göstərilən qrafikə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 13.189,09 manat əsas borcu qalmışdır. Bu səbəbdən də iddia tələbi kredit borcuna münasibətdə əsaslıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, kredit və ipoteka müqavilələri üzrə iddia müddəti keçmişdir. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə daha sonra qeyd etmişdir ki, qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı kredit və ipoteka müqavilələrinin müddətinin bitmə anı ilə müəyyən edilir ki, tərəflər arasında kredit və ipoteka müqavilələri xx.xx.2014cü il tarixdə 36 ay müddətinə bağlanmış və kredit və ipoteka müqavilələrinin icra müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Məhz bu baxımdan iddia müddətinin başlanğıcı üzrə 3 illik iddia müddəti müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən hesablanmalıdır. Bu baxımdan iddia müddətinin axımı müqavilələrin bitmə anından yəni xx.xx.2017-ci il tarixdə başlamış və üç illik iddia müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə onu da qeyd etmişdir ki, iddia tələbi əsas borca münasibətdə əsaslı olduğundan və cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən həm əsas, həm də faiz və cərimələri əhatə edəcəyindən faiz və cərimə borclarının əsaslılığının araşdırılması məhkəmə tərəfindən aparılmamışdır. Belə ki, cərimə və faiz borclarının əsaslılığının araşdırılması iddia müddəti tətbiq ediləcəyi təqdirdə nəticəyə təsir etməyəcəkdir. Belə ki, hesablanmış faiz və cərimələrin məbləğinin aşağı və yuxarı olması iddia müddəti tətbiq ediləcəyi təqdirdə əhəmiyyət kəsb etmir. Bu səbəbdən məhkəmə həmin halların araşdırılmasından imtina etmişdir. Bu səbədən məhkəmə hesab edir ki, iddia tələbi əsas, faiz və cərimə borcunun tələb edilməsi hissəsində rədd edilməlidir. Məhkəmə daha sonra qeyd etmişdir ki, məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas tələb olan borc tələbi ilə bağl iddia müddətinin keçməsi ilə bağlı iddia rədd olunduğundan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi də rədd edilməlidir. Məhkəmə hesabdan çıxarışa münasibətdə qeyd etmişdir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən təqdim edilən hesabdan çıxarışa əsasən Cavabdeh1 tərəfindən sonuncu dəfə banka xx.xx.2022-ci il tarixdə ödəniş edildiyi göstərilsə də, həmin ödənişin hansı kredit müqaviləsi üzrə edilməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən bankın təqdim etdiyi hesabdan çıxarış məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-575/2023 nömrəli, xx.xx.2023-cü il tarixli (üç ulduzlu) qərarında göstərilir ki, Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinə uyğun formalaşmış hüquqi mövqeyi xatırladaraq qeyd edir ki, hesabdan çıxarış iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəd olduğundan, həmçinin nə hesabdan çıxarışda, nə də kassa mədaxil orderlərində iddiaçının istinad etdiyi kredit müqaviləsinə istinad edilmədiyindən, iddiaçının təqdim etdiyi hesabdan çıxarış və kassa mədaxil orderləri həmin halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 270, 295, 317, 319, 372.1, 372.2, 373, 373.2, 375.1. 375.2, 377.1, 385, 386, 442, 445, 448, 462, 739.1, 741, 743, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 33, 39, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107 və 119.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı ASC-nin X1 Fondu birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf müqavilə münasibətləri üçün müəyyən edilmiş 3 illik iddia müddəti keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, məhkəmə tərəfindən borcun tutulması barədə iddiamızı rədd edərkən iddiaçının hüquqlarının pozulmasını nəzərə almamışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə ödəniş edilmiş, iddia ərizəsi isə xx.xx.2025-ci il tarixdə iddia müddətinin ötmədiyi tarixdə məhkəməyə göndərilmişdir. Bu səbəbdən iddia müddətinin hesablanması müqavilənin icra müddətinin bitdiyi tarixdən deyil, sonuncu ödənişin edildiyi tarixdən hesablanmalı idi. Beləliklə, Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə edilmiş ödəniş şəxsin borcunu etiraf etməsini göstərən hərəkət hesab edilir və iddia müddətinin tətbiq edilərək iddia tələbimizin rədd edilməsi əsassızdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Cavabdeh1 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayındəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin borcunu ödəməsinə dair kassa qəbzləri məhkəməyə təqdim edilmişdir. xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli qəbzlərdəki imzalar borcluya məxsusdur. Bundan başqa, borclu xx.xx.2019-cu il tarixdə restruktrizasiyaya dair ərizə ilə banka müraciət etsədə sonradan restruktrizasiya müqaviləsini gəlib imzalamamışdır. Bundan başqa, xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərdəki ödənişlər filial müdiri tərəfindən banka ödənildiyindən həmin qəbzlərdə cavabdehin imzaları yoxdur. Belə ki, xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərdə borclu ödəniləcək pulu gətirib filial müdirinə vermiş və sonuncuda borclunun əvəzinə pulu banka ödəmişdir. Bu səbəbdən də həmin qəbzlərdə borclunun imzaları yoxdur. Odur ki, nəzərə alınmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.1. maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 36.1. İpoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka muqaviləsi uzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka muqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yonəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş muddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yonəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Belə ki, ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmentinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 13.189,09 manat əsas, 2.451,84 manat faiz, 1.655,71 manat cərimə, 3.797,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 21.093,89 manat məbləğində kredit borcunun və ödənilmiş 154 manat məbləğində xərcin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia həcminin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 13.189,09 manat əsas, 2.451,84 manat faiz, 1.655,71 manat cərimə, 3.797,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 21.093,89 manat məbləğində kredit borcunun və ödənilmiş 154 manat məbləğində xərcin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ X3 məxsus olan, Cavabdeh2 faktiki istifadəsində olan İsmayıllı rayonu Talıstan kəndi ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmentinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması və ipoteka predmenti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini iddianın rədd edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin düzgün tətbiq edilməməsi ilə bağlı dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 0313/14/SKMF nömrəli kredit müqaviləsi bağlanmışdır. Bu müqavilənin predmentinə əsasən İddiaçı ASC cavabdehə 36 ay müddətində illik 6 % olmaqla 14500 manat məbləğində kredit verməyi, cavabdeh isə öz növbəsində həmin krediti ona əlavə olunmuş faziləri ilə birlikdə bu müqavilədə 1 saylı əlavədə göstərilən qrafikə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit və ona hesablanmış faziləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % ödəyir. Həmin müqaviləyə əlavə olaraq imzalanmış 1 saylı əlavəyə əsasən tərəflər arasında kreditin ödəniş qrafiki müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kredit və ipoteka müqavilələri xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə bağlanmış və kredit və ipoteka müqavilələrinin icra müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia müddətinin başlanğıcının müqavilə müddətinin bitdiyi yəni, xx.xx.2017-ci il tarixdən hesablamaqda haqlı olmuşdur. Kollegiya daha sonra qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarında həmçinin göstərilmişdir ki, iddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı nəzərə alınmalıdır ki, - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir). Müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir. Bu ondan irəli gəlir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin xx.xx.2022-ci il tarixli ödənişin nəzərə alınmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 0313/14/SKMF nömrəli kredit müqaviləsi bağlanmışdır. Bu müqavilənin predmentinə əsasən İddiaçı ASC cavabdehə 36 ay müddətində illik 6 % olmaqla 14500 manat məbləğində kredit verməyi, cavabdeh isə öz növbəsində həmin krediti ona əlavə olunmuş faziləri ilə birlikdə bu müqavilədə 1 saylı əlavədə göstərilən qrafikə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit və ona hesablanmış faziləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % ödəyir. Həmin müqaviləyə əlavə olaraq imzalanmış 1 saylı əlavəyə əsasən tərəflər arasında kreditin ödəniş qrafiki müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqavilələri xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə bağlanmış və kredit və ipoteka müqavilələrinin icra müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. xx.xx.2017-ci il tarixdən sonra isə, cavabdeh tərəfindən kredit borcu ilə əlaqədar hər hansı ödənişin edildiyi iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən iddia müddəti bitdikdən sonra borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə belə iddia müddətinin axımı bərpa edilmir. Belə ki, hətta xx.xx.2022-ci il tarixli ödənişin doğrudan da hazırki iş üzrə cavabdeh tərəfindən edildiyi (hərçənd bu hal iş materialları ilə öz təsdiqini tapmır) nəzərə alınsa belə, həmin tarixə iddia müddəti keçdiyindən müddətin axımıda bərpa edilmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hesabdan çıxarışın nəzərə alınmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən təqdim edilən hesabdan çıxarışa əsasən Cavabdeh1 tərəfindən sonuncu dəfə banka xx.xx.2022-ci il tarixdə ödəniş edildiyi göstərilsə də, həmin ödənişin hansı kredit müqaviləsi üzrə edilməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də bankın təqdim etdiyi hesabdan çıxarış məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(102)-575/2023 nömrəli (üç ulduzlu) qərarında göstərilmişdir ki, Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinə uyğun formalaşmış hüquqi mövqeyi xatırladaraq qeyd edir ki, hesabdan çıxarış iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəd olduğundan, həmçinin nə hesabdan çıxarışda, nə də kassa mədaxil orderlərində iddiaçının istinad etdiyi kredit müqaviləsinə istinad edilmədiyindən, iddiaçının təqdim etdiyi hesabdan çıxarış və kassa mədaxil orderləri həmin halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Kollegiya hesab edir ki, iddiaçı tələbinin əsaslandığı hallara bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı tərəf 2022-ci il və ondan əvvəlki tarixlərdə cavabdeh tərəfindən borcdan müəyyən məbləğin ödənildiyini bildirsədə məhkəməyə həmin halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası sübutetmə ilə bağlı bir daha vurğulayır ki, tərəf (və / və ya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası bir məqamıda qeyd edir ki, hesabdan çıxarışda iddiaçının ödənildiyini qeyd etdiyi ödənişlərin kimin tərəfindən və hansı müqavilə üzrə ödənilməsini müəyyən etmək olmur. Əksinə, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayındəsi Nümayəndə isə izahat verərək bildirmişdir ki, xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərdəki ödənişlər filial müdiri tərəfindən banka ödənildiyindən həmin qəbzlərdə cavabdehin imzaları yoxdur. Belə ki, xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərdə borclu ödəniləcək pulu gətirib filial müdirinə vermiş və sonuncuda borclunun əvəzinə pulu banka ödəmişdir. Bu səbəbdən də həmin qəbzlərdə borclunun imzaları yoxdur. Göründüyü kimi, hətta iddiaçı tərəfin özüdə xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərdəki ödənişlərin cavabdeh tərəfindən edilmədiyini bildirmişdir. Həmin tarixlərdə ödəniləcək məbləğlərin borclu tərəfindən filial müdirinə verilməsi isə iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə işin hallarından müəyyən edilir ki, iddiaçı tərəf apellyasiya şikayətində qeyd etdiyi dəlilləri ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yalnız iddiaçı tərəfin bildirdikləri əsasında iddia etdiyi halın baş verməsi ilə bağlı iddiaçının qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyil. Məhkəmə kollegiyası xüsusən bir halıda qeyd edir ki, hesabdan çıxarışda göstərilmiş ödənişlərin müəyyən edilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən iddiaçı tərəfə sorğu ünvanlanmışdır. Belə ki, məhkəmə tərəfindən iddiaçıya sorğu ünvanlanaraq aşağıdakı sənədlər tələb edilmişdir: 1. Cavabdeh1 tərəfindən 2022-ci il və ondan əvvəlki tarixlərə ödənişlərin olub-olmaması; 2. Əgər ödəniş həyata keçirilmişdirsə həmin ödəniş sənədlərinin (qəbz, kassa mədaxil orderi və ya digər sənədlərin (tarixi və məbləği göstərilməklə)) təsdiq olunmuş surətlərini məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Sorğuya cavab olaraq - xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli qəbzlər məhkəməyə təqdim edilmişdir. Həmin qəbzlərdən görünür ki, xx.xx.2017, xx.xx.2018, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli qəbzlərdə ödəyənin imzası olsada, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli qəbzlərdə ödəyici qrafasında imza mövcud deyildir. Göründüyü kimi, xx.xx.2021 və xx.xx.2022-ci il tarixdəki ödənişlərin cavabdeh tərindən edilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayındəsi Nümayəndə izahat verərək bildirmişdir ki, xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərdəki ödənişlər filial müdiri tərəfindən banka ödənildiyindən həmin qəbzlərdə cavabdehin imzaları yoxdur. Belə ki, xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərdə borclu ödəniləcək pulu gətirib filial müdirinə vermiş və sonuncuda borclunun əvəzinə pulu banka ödəmişdir. Bu səbəbdən də həmin qəbzlərdə borclunun imzaları yoxdur. Eyni zamanda, borclu xx.xx.2019-cu il tarixdə restruktrizasiyaya dair ərizə ilə banka müraciət etsədə sonradan restruktrizasiya müqaviləsini gəlib imzalamamışdır. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı tərəf ilkin olaraq xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hətta 2019-cu ildə edilmiş iki ödənişin və verilmiş ərizənin borclu tərəfindən edildiyi nəzərə alınsa belə, yendə məhkəməyə müraciət etmə müddəti ötürülmüş olur. Belə ki, xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərdəki ödənişlərin borclu tərəfindən edilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası iddia müddətinin ötürməsini sübut etmək vəzifəsinin cavabdehin üzərinə düşməsi ilə bağlı qeyd edir ki, müddətlərin başlanması və qurtarmasını Mülki Məcəllənin 368 və 369-cu maddələri ilə müəyyən edilmişdir. Cavabdehin bu barədə ərizə verməsi ilə onların müddətin ötürülməsi barədə sübut etmə vəzifələri burada bitir. Bundan sonra isə sübut etmə vəzifəsi dəyişir, prezumpsiyanın əksini, yəni müddətin ötürülməməsini, hüquqlarının pozulduğuni bildiyi və bilməli olduğu vaxtın hansı tarixdən hesablanmalı olmasını, yəni müddətinin axımının nə vaxtdan başlamalı olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Həmçinin nəzərə alınmalıdır ki, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır, yəni təkzib edilə bilər. Bunun üçün ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Qeyd edildiyi kimi iddiaçı tərəf prezumpsiyanı aradan qaldıraraq hüquqlarının pozulduğu vaxtın hansı tarixdən bəlli olmasına dair hər hansı sübut təqdim etməmiş, bununla bağlı əsaslı izah verməmişdir. Məhkəmə kollegiyası bir daha bildirir ki, qanuni prezumpsiyaya söykənərək iddia müddətinin ötməsi barədə ərizə verilməsi cavabdehin üzərində düşdüyü halda, onun ötürülməməsini sübut etmək vəzifəsi də iddiaçının üzərində düşür. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı LPO İddiaçı ASC-nin X1 Fondunun apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, e-2-2(117)-244/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar