Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-105/2021 18.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər – Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “10105,94 manat əsas borc, 211,87 manat məbləğində faiz, 1548,09 manat cərimə məbləğinin, cəmi 1479,80 manat məbləğində kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka qoyulmuş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi” tələbinə dаir kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, e-2- 2(117)-492/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, e-2-2(117)-492/2021 saylı qətnaməsi ilə (hakim Mübariz Hüseynov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 10105,94 manat əsas borc, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 22,13 manat məbləğində hissəsinin tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, borc məbləğinin Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyərinin 31000 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh2 ləğv posesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 7,87 manat məbləğində hissəsinin iddiaçıya aid edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı İddiaçı ASC-dən və 75 manatı Cavabdeh2 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA********************, m/h AZ25NABZ********************, kod – 505594, swift – GUNAAZ22) ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “10105,94 manat əsas borc, 211,87 manat məbləğində faiz, 1548,09 manat cərimə məbləğinin, cəmi 1479,80 manat məbləğində kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka qoyulmuş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan ünvan 2 ünvanında fərdi yaşayış evinin 15.07.2021-ci il tarixə likvid dəyəri 31000 manat müəyyən edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, cavabdeh iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi 12.08.2021-ci il tarixdə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Şəki Kommersiya Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti onlara qarşı “10105,94 manat əsas borc, 211,87 manat məbləğində faiz, 1548,09 manat cərimə məbləğinin, cəmi 1479,80 manat məbləğində kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka qoyulmuş ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilərkən MPM-nin tələbləri pozulmaqla icraata qəbul edilmişdir. İş materiallarından göründüyü kimi faiz və cərimə borcu iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən düzgün hesablanmamış, onun tərəfindən edilmiş ödənişlər əsas borcdan deyil, faiz və cərimədən silinmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən mühasibatlıq ekspertizası təyin edilməmiş və müvafiq rəy alınmamışdır. Qeyd olunan boşluğun aradan qaldırılması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda məhkəmə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir. Bundan başqa ipoteka predmeti olan ünvan 2 ünvanında fərdi yaşayış evinin ilkin satış qiyməti 31000 manat məbləğində müəyyən edilmişdir. Halbu ki, ipoteka predmeti olan ünvan 2 ünvanında fərdi yaşayış evinin likvid dəyəri 80000 (səksən min) manatdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı iddiaçı tərəfindən cavabdehə müraciət olunduğunu qəbul etsək belə Cavabdeh2 borcun restrukturizasiya olunmasına dair razılıq ərizəsi ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, lakin hazırkı vaxtadək Fərmanın icrası ilə bağlı heç bir tədbir görülməmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh üzərinə düşən öhdəliyi, yəni borcunun restrukturizasiya olunması ilə bağlı müraciət və iradə ifadəsini bildirmişdir. Bu səbəbdən də sonuncunun borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunmalıdır. Hazırkı vəziyyətdə tərəflər arasında borcun restrukturizasiyası ilə bağlı hər hansı mübahisə olmadığından hesab edirəm ki, iddiaçının borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı müraciətinə məhkəmə qaydasında baxıla bilməz. Beləliklə, qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların icraatında olan qeyd olunan müqavilələr üzrə Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Odur ki, göstərilənlərə əsasən - apellyasiya şikayətim təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-492/2021-nömrəli, 12 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin onlara qarşı “10105,94 manat əsas borc, 211,87 manat məbləğində faiz, 1548,09 manat cərimə məbləğinin, cəmi 1479,80 manat məbləğində kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka qoyulmuş ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 bildiridi ki, İddiaçı ASC ilə bağladığı 31 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış kredit borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın təsiri altına düşdüyü üçün restrukturizasiya edilməsi barədə yeni müqavilə bağlanmışdır. O, restrukturizasiya barədə sənədləri məhkəmə kollegiyasına təqdim etdi və apellyasiya şikayətinin təmin edilməsni və Şəki Kommersiya Məhkəməsinin e-2- 2(117)492/2021-nömrəli, 12 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etdi. İş üzrə digər iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh2 apellyasiya məhkəməsi iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxsin izahatlarını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, e-2-2(117)-492/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, 31.01.2014-cü il tarixli 026/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 dövriyyə vəsaitinin artırılması məqsədilə istifadə müddəti 36 ay olan 12000 manat kredit verilmiş, borcalan Cavabdeh2 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 31.01.2014-cü il tarixli 026/14/SKMF nömrəli ipoteka müqaviləsində göstərilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka olaraq qəbul olunmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən birinci cavabdehə hesablanmış 5826.39 manat məbləğində kompensasiya ödənişi sonuncunun bankdakı borcuna yönəldildilmiş, qalıq borcun isə restrukturizasiya olunması nəzərdə tutulmamışdır. Kompensasiya ödənişi birinci cavabdehin bankdakı borcuna yönəldildikdən sonra birinci cavabdeh qalıq borcundan ödəniş etməmiş və kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi üçün yenidən faiz və cərimələr hesablanmışdır. Borcun məhkəmədən kənar qaydada ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmiş, iddiaçı ilə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir; 1.1-ci bənd 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi. Fərmanın 2-ci bəndinə görə bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 6********.0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 2********.0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0.5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin Fərmanın 6-cı bəndinə əsasən banklara tövsiyə edilmişdir ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. İş üzrə Cavabdeh1 tərəfindən təqdim edilmiş LM042100810 nömrəli, 23 aprel 2021-ci il tarixli restrukturizasiya müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış 31.01.2014-cü il tarixli, 026/14SKMF saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 10105 (on min bir yüz beş) manat 94 (doxsan dörd) qəpik məbləğində borcu restrukturizasiya olunmuş və borclunun üzərinə bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə qalıq borcunun qaytarılması öhdəliyi qoyulmuşdur. Müqavilənin şərtlərinə görə illik faiz dərəcəsi 1%, dəbbə pulu yuxarı həddə hər il üçün 0,02 faiz olmaqla, 5 il müddətinə 0,1 faizdən cox olmamalıdır. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanılmışdır. Təqdim edilmiş LM ********* nömrəli, 07 sentyabr 2021-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, borclu Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi restrukturizasiya müqaviləsinə əsasən yaranan öhdəliklərin təminatı olaraq yüklü edilmişdir. Göründüyü kimi iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəflər arasında bağlanmış 31.01.2014-cü il tarixli müqaviləsinin qüvvədən düşməsini nəzərə almayaraq yeni şərtlərlə restrukturizasiya müqaviləsi bağlandığı gündən sonra məhkəməyə müraciət edərkən əvvəlki müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini tələb etmişdir. Halbu ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ilkin müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini tələb etməsinə dair heç bir hüquqi əsası olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və iş üzrə Şəki Kommersiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, e-2-2(117)-492/2021 nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, e-2-2(117)-492/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “10105,94 manat əsas borc, 211,87 manat məbləğində faiz, 1548,09 manat cərimə məbləğinin, cəmi 1479,80 manat məbləğində kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka qoyulmuş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi” tələbi rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-105/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-105/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver