Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-106/2025 29.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, e-2-2(117)-223/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 bank tərəfindən 18 ay müddətinə illik faiz dərəcəsi 27 faiz olmaq şərti ilə 12740 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditor borcalana müqavilədə göstərilən məbləğdə kredit verməyi, borcalan isə öz növbəsində həmin krediti faziləri ilə birlikdə kreditora qaytarmağı öhdəsinə götütür. 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər günü illik 54 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 430004311/ZM nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra ediləsində məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşlər.
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafiki imzalanmışdır. Həmin qrafikə əsasən cavabdehə hər ay 868,84 ABŞ dolları, sonuncu ay 868,71 ABŞ dolları ödəmək şərti ilə 12740 ABŞ dolları kredit verilmişdir.
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə LM062100237 nömrəli restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər arasında ilkin bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən yerdə qalan borc ABŞ dollarından, məzənnə olaraq manata dəyişdirilmiş və cavabdehin iddiaçıya 15286,88 manat qalıq borcunun qaldığı müəyyən edilir. Həmin müqavilə əsasında tərəflər arasında yeni ödəniş qrafiki müəyyən edilmiş və imzalanmışdır. Müqavilə 60 ay müddətinə - 11 iyun 2026-cı il tarixədək bağlanmışdır.
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LM062100237 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 xx.xx.2021-ci il tarixli LM062100237 nömrəli restrukturizasiya müqaviləsindən irəli gələn öhdəlikləri icra edilməsində məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür.
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli LM062100237 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 Cavabdeh2 xx.xx.2021-ci il tarixli LM062100237 nömrəli restrukturizasiya müqaviləsindən irəli gələn öhdəlikləri icra edilməsində məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür.
7. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli LM062100237 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 14610,46 manat əsas, 257,22 manat faiz, 67,69 manat cərimə borcu vardır.
8. İş materiallarında olan Dəmirbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 bank tərəfindən 9979,24 manat məbləğində pul verilmişdir.
9. İş materiallarında olan “Dəmirbank ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 14.935,37 manat bundan 14.610,46 manat əsas, 257,22 manat faiz və 67,69 manat cərimə borcunun və iş üzrə ödənilmiş 134,81 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki halları ilə əsaslandırılmış, iddia ərizəsində əlavə olaraq göstərilmişdir ki, LPO İddiaçı ASC ilə Cavabdeh2arasında LM062100237 nömrəli xx.xx.2021-ci il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli Kredit Müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 15.286,88 Manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2026-cı il müəyyən edilmişdir. Restrukturizasiya müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 14.935,37 (on dörd min doqquz yüz otuz beş manat 37 qəpik) manat təşkil edir. Bundan 14.610,46 (on dörd min altı yüz on manat 46 qəpik) manat əsas, 257,22 (iki yüz əlli yeddi manat 22 qəpik) manat faiz və 67,69 (altmış yeddi manat 69 qəpik) manat cərimə borcu təşkil edir.
12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.
13. Birinci instansiya məhkəməsi işə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakları olmadan baxmışdır.
14. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) 30 aprel 2025-ci il tarixli, e-2-2(117)-223/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə 14610,46 manat əsas borc, 208,84 manat faiz borcu, 49,72 manat cərimə borcu olmaqla cəmi 14869,02 manat pul və 134,61 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməsi qət edilmişdir. 15.Məhkəmə qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz və cərimə borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişində cavabdehin həmin tarixə 14610,46 manat məbləğində krеdit bоrcu, 208,84 manat məbləğində faiz bоrcu və 49,72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 14869,02 manat məbləğində borcunun yaranması qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və xx.xx.2021-ci il tarixdə LM062100237 nömrəli restrukturizasiya müqaviləsi üzrə 14610,46 manat əsas borc, 208,84 manat faiz borcu, 49,72 manat cərimə borcu olmaqla cəmi 14869,02 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
16. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, 448.1, 448.2, 739.1, 741, 743.1, 743.2, 445.7, 462.1, 467, 470.1, 472.1, 472.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1, 217.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikаyəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ...məhkəmə maddi hüquq normasının pozulmasına yol vermişdir. Bununla yanaşı bütün dünyada “COVİD-19” virusunun yayılması ilə bağlı pandemiya elan edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən bütün banklara bu dövr ərzində müştərilərə dəbbə pulunun və gecikmə günlərinin hesablanmaması barədə tövsiyələr olmuşdur. Birinci instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışını mötəbər sübut növü kimi qəbul edərək cavabdehin borc məbləği ilə razılaşmamasına baxmayaraq ekspertiza təyin etməmişdir. Beləliklə, hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən ekspertiza təyin etməli olduğu halda bunu etməmiş, nəticədə prossesual hüquq normaları düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Lakin məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, e-2- 2(117)-223/2025 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
21. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, e-2-2(117)- 223/2025 saylı qətnaməsinin dəyişdirimədən saxlanılmasını xahiş etmişdir.
22. Cavabdeh2 Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə yazılı vəsatət verərək məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin edilmiş məhkəmə baxışının onun iştirakı olmadan baxılmasına və şikayətinin təmin olunaraq iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
26. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
27. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
28. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
34. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
35. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
36. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
37. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
38. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
39. Maddə 448.1. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
40. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
41. Maddə 739. Borc müqaviləsi (köhnə redaksiyada) - 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
48. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, e-2-2(117)-223/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
53. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
54. Müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək 9979,24 manat məbləğində pulu Cavabdeh2 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2021-ci il tarixdə LM062100237 nömrəli restrukturizasiya müqaviləsinə əsasən tərəflər arasında ilkin bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə qalan borc ABŞ dollarından məzənnə olaraq manata dəyişdirilmiş və cavabdehin iddiaçıya 15286,88 manat qalıq borcunun qaldığı müəyyən edilmiş, müqavilə 60 ay müddətinə-11 iyun 2026-cı il tarixədək bağlanmışdır. Bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdehlərə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir. İşə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
55. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə 14610,46 manat əsas borc, 208,84 manat faiz borcu, 49,72 manat cərimə borcu olmaqla cəmi 14869,02 manat pulun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh2 restrukturizasiya müqaviləsi üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin fazilərin hesablanması qaydası ilə razı olmuş və müqavilənin məzmununu mübahisələndirməmişdir.
57. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz və cərimə borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişində cavabdehin həmin tarixə 14610,46 manat əsas borcu, 208,84 manat faiz borcu, 49,72 manat cərimə borcu olmaqla cəmi 14869,02 manat məbləğində borcunun yaranması qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və xx.xx.2021-ci il tarixdə LM062100237 nömrəli restrukturizasiya müqaviləsi üzrə 14610,46 manat əsas borc, 208,84 manat faiz borcu, 49,72 manat cərimə borcu olmaqla cəmi 14869,02 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
58. Cavabdeh2 ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixdə LM062100237 nömrəli restrukturizasiya müqaviləsi Cavabdeh3 və Cavabdeh1 zaminliyi ilə təmin edildiyinə görə zaminlər bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyırlar.
59. Apellyasiya şikayətinin əsas dəlilləri birinci instansiya məhkəməsinin işin halları ilə bağlı heç bir araşdırma aparmaması, ekspertizanın təyin etməməsi, eyni zamanda cavabdehin iştirakı olmadan işə baxması ilə bağlıdır.
60. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsaslandırılmamış, yəni ekspertizanın keçirilməsi barədə vəsatətini əsaslandırmamış, hansı halların müəyyən edilməsinin vacibliyini aydınlıq gətirməmiş, eyni zamanda cavabdehlər lazımi qaydada dəvət edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclaslarında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir.
61. Kollegiya apellyasiya şikayətinin hakimin işə baxarkən çəkişmə prinsipini təmin etməməsi barədə dəlili ilə əlaqədar onu qeyd edir ki, birinci instansiya məhkəməsi lazımi şərait yaratmasına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, iddiaya qarşı öz münasibətləri və etirazlarını bildirməmiş, borcun ödənilməsini təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişlər.
62. Belə olan halda şikayətin həmin dəlilləri də əsassız hesab edilməlidir.
63. Bundan başqa, apellyasiya şikayətinə baxılarkən Cavabdeh2 Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə yazılı vəsatət verərək göstərmişdir ki, ... məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixiə təyin edilmiş məhkəmə baxışnın onun iştirakı olmadan baxılmasını xahiş edir, iddia ərizəsi üzrə qeyd edilən restrukturizasiya müqaviləsi onun tərəfindən imzalanmamışdır və bu barədə Şəki Kommersiya Məhkəməsi məhkəmə-xəttşünaslıq ekspertizası təyin etməmişdir.
64. Məhkəmə kollegiyası Cavabdeh2 məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətini əsaslandırmadığından, onun Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetində bildiriş yerləşdirilməklə nəzərinə çatdırılmışdır ki, “...iş üzrə müvafiq ekspertizanın keçirilməsi üçün bu barədə vəsatəti əsaslandırmaqla yanaşı, təyin olunmuş məhkəmə baxış iclasında şəxsən iştirak etməklə məhkəməxətşünaslıq ekspertizasının keçirilməsi üçün imza nümunələri təqdim olunmalıdır. Bu səbəbdən tərəfinizdən verilmiş аpellyаsiyа şikаyətinə baxılmasında 29 iyul 2025-ci il tarixdə, saat 11:00-da məhkəmə iclasında iştirak etməyiniz zəruridir”. Bildirişdə həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbləri izah olunmuşdur.
65. Lakin Cavabdeh2 təkrarən məhkəmə iclasına iclasına gəlmədiyindən və kollegiyanın bildirişinə münasibətini bildirmədiyindən hazırkı iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətin təmin olunmamasına dair qərardad qəbul olunmuşdur.
66. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
67. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.
68. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
69. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
70. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
71. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
72. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, e-2-2(117)-223/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, e-2-2(117)- 223/2025 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov