Azərbaycan Respublikası adından Qətnamə İş № 2-2(107)-109/2025 09.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh5, cavabdeh4, cavabdeh2 və X6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X7 qızının katibliyi, apellyasiya şikayəti vermiş cavabdeh cavabdeh4, apellyasiya şikayəti vermiş cavabdeh cavabdeh3 vəkili – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil Nemət qızının, cavabdeh cavabdeh2 nümayəndəsi nümayəndə1 Əlihüseyn qızının iştirakı ilə, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh5, cavabdeh4, cavabdeh2 və X6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tаrixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh3 və cavabdeh4 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. Işin halları
Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ## ###### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh5, cavabdeh4, cavabdeh2 və X6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh5, cavabdeh3, cavabdeh1, cavabdeh4, cavabdeh2 və X6 (qanuni nümayəndəsi cavabdeh2) müştərək qaydada iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ***R********** nömrəli Kredit Razılaşması üzrə ## ###### 2024-cü il tarixinə hesablanmış 15426,62 manat məbləğində kredit borcu, 2069,96 manat məbləğində faiz borcu və 721,21 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 18217,79 manat məbləğində borcun və 144,65 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, borcverən İddiaçı QSC ilə borcalan X4 oğlu və zaminlər cavabdeh5, cavabdeh3 və cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***L************ saylı Uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən borcalan X4 oğluna 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Həmin Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında borcalan X4 oğlu borcverən İddiaçı QSC ilə imzalanmış ##.##.2023-cü il tarixli, ***R********** saylı “Kredit sazişi-biznes krediti və girov” barədə Qarışıq Razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5417% оlmaqla, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 45000 (qırx beş min) manat məbləğində kredit götürmüşdür. Borcalan X4 oğlu Uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq, dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Borcalan X4 oğlu götürdüyü krеdit bоrcundan 29573,38 manat ödəmiş və onun 15426.62 manat məbləğində ödənilməmiş kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, X4 oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2024-cü il tarixə 234 gün üçün hesablanmış faiz borcu 2069,96 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu Ödəniş Planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. ##.##.2024-cü il tarixə 234 gün üçün hеsablanmış cərimə 721.21 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən, kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən Zamin kreditalanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən, zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Iş materiallarına əlavə edilmiş AR DIN-in BPQMI-nin MAPS şöbəsi tərəfindən alınmış arayışdan borclu X4 oğlunun vəfat etdiyi borcverən İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından Mingeçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisində ##.##.2023-cü il tarixində V-***/**** saylı vərəlik işinin açıldığı və mərhum borcalan X4 oğlunun vərəsələri kimi cavabdeh4, cavabdeh3 qızı, cavabdeh2 və X8 müəyyən olunmuşdur. Həmçinin, Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki, həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, borcalan X4 oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # #### 2018-ci il tarixli Qərarında qeyd edildiyi kimi, “borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər” (yuxarıda qeyd olunanlardan əlavə, iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472 və 501-ci maddələri ilə əsaslandırılmışdır). Iddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi kreditin verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlər və müqavilələr, ödəniş planı, hesabdan çıxarış, maliyyə arayışı və digər sənədlər iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı kommersiya işi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## ##### 2025-ci il tаrixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh5, cavabdeh4, cavabdeh2 və X6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “Iddia qismən təmin edilsin. Cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh1 müştərək qaydada, cavabdehlər cavabdeh4, cavabdeh2 miras payı həcmində ***R********** saylı krеdit razılaşması üzrə 15426,62 manat məbləğində krеdit bоrcu, 2069,96 manat məbləğində faiz bоrcu və 721,21 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18217,79 manat pul və ödənilmiş 144,65 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilsin. Iddia cavabdeh X6 münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Şəki Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tаrixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, borcverən İddiaçı QSC ilə borcalan X4 oğlu, zaminlər cavabdeh1, cavabdeh3n və cavabdeh5 arasında ##.##.2023-cü il tarixdə bağlanmış ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, yuxarı faiz dərəcəsi 28 faiz olmaqla 200000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən bank kredit alan krediti və faizi banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zaminlər cavabdeh1, cavabdeh3n və cavabdeh5 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X4 oğlu arasında ##.##.2023-cü il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi əsasında ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən X4 oğluna 36 ay müddətinə, illik aylıq dərəcəsi 1,5417 % оlmaqla 45000 manat məbləğində kredit verilmişdir. Iddiaçı İddiaçı QSC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan və maliyyə arayışından görünür ki, X4 oğlunun İddiaçı QSC-yə ***R********** saylı krеdit razılaşması üzrə 15426,26 manat məbləğində krеdit bоrcu, 2069,96 manat məbləğində faiz bоrcu və 721,21 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 18217,79 manat məbləğində bоrcu yaranmışdır. Iddiaçı İddiaçı QSC tərəfindən verilmiş məxaric orderindən görünür ki, X4 oğlunun **************** nömrəli bank hesabına bank tərəfindən ##.##.2023-cü il tarixdə 45000 manat məbləğində pul köçürülmüşdür. Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 oğlu ##.##.2023-cü il tarixdə Ağdaş rayonunda ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli **** nömrəli məktubdan görünür ki, ##.##.2023-cü il tarixdə vəfat etmiş X4 oğlundan qalmış miras əmlaka dair Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində mərhumun anası cavabdeh4 ərizəsinə əsasən ##.##.2023-cü il tarixdə V-***/**** saylı vərəsəlik işi açılmışdır. Digər vərəsələr atası- cavabdeh3, arvadı- cavabdeh2, qızı- X8 da mirası qəbul etmişlər, lakin hazırda hər hansı əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, vərəsələr arasında mübahisə olduğundan (vərəsə cavabdeh4 miras əmlakından tam hissə pay tələb etdiyi üçün) məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-**-**/*- *****/** nömrəli məlumatdan görünür ki, Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasına əsasən ##.##.1990-cı il təvəllüdlü X4 oğlunun adından ##.##.2021-ci il tarixdən “QAZ-3302 Yük” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Əlavə olaraq bildirilmişdir ki, X4 oğlunun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-***-**/*-*****/**** nömrəli məktubdan görünür ki, Ağdaş şəhərində yerləşən 0.10 ha torpaq sahəsi ##.##.2014-cü il tarixli *Ə-*** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X4 oğlunun adına özgəninkiləşdirilmiş və onun mülkiyyət hüququ ##.##.2015-ci il tarixində 201500054 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində inşa edilmiş Ağdaş şəhəri Istiqlal küçəsi 18-ci dalanda yerləşən ** nömrəli fərdi yaşayış evi üzərində X4 oğlunun mülkiyyət hüququ ##.##.2018-ci il tarixdə 2018009888 nömrəsi ilə qeydiyyat alınmışdır. ##.##.2023-cü il tarixli 4Ə-600 qeyd nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə torpaq sahəsinin 0,05 ha hissəsi X4 oğlu tərəfindən X5 bağışlanmışdır. Yerdə qalan 0,05 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi (Ağdaş şəhəri Istiqlal küçəsi 18-ci dalanda yerləşən ** nömrəli) üzərində X4 oğlunun mülkiyyət hüququ ##.##.2023-cü il tarixdə 2023011154 nömrəsi ilə qeydiyyata alınmışdır. X5 bağışlanmış ünvan 1 saylı ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqları ##.##.2023cü il tarixdə 2023011155 nömrəsi ilə qeydiyyata alınmış və sonra onun üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə mülkiyyət hüquqları ##.##.2023-cü il tarixində 2023012385 nömrəsi ilə qeydiyyata alınmışdır. X6 məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 ##.##.2020-ci ildə anadan olmuşdur. İddiaçı QSC tərəfindən cavabdehlərə ##.##.2024-cü il tarixli xəbərdarlıqlar göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ### 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit və zaminlik müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Iddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 45000 manat məbləği X4 oğluna vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir. Məhkəmə iddia tələbinin vərəsələr cavabdeh2 və cavabdeh4 pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməlir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, borclu ölmüş şəxs X4 oğlunun vərəsələri kimi anası cavabdeh2, atası cavabdeh3 və arvadı cavabdeh4, qızı X6 müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı mövqeyə əsasən borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı vərəsələrin vərəsəlik şəhadətnaməsi almamasına baxmayaraq, miras qoyanın kredit müqaviləsi üzrə öhdəliyinin icrasını miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlıdır. Bu səbəbdən iddia tələbi vərəsələr cavabdeh2 və cavabdeh4 münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə cavabdeh (vərəsə) X6 pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassız olduğundan rədd edilməlidir. Iş materiallarında olan cavabdeh X6 məxsus şəxsiyyət vəsiqəsinə əsasən cavabdeh X6 ##.##.2020-ci ildə anadan olmuş və hal-hazırda 5 yaşında olan fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Göründüyü kimi iddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxsə qarşı iddia qaldırmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia X6 münasibətdə rədd edilməlidir. Məhkəmə habelə hesab edir ki, yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 0# #### 2018-ci il tarixli Qərarına əsasən iş üzrə iddiaçı zaminlər cavabdeh5, cavabdeh1 və cavabdeh3 qarşı iddia irəli sürməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Məhkəmə qeyd edir ki, cavabdehlər borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh1 müştərək qaydada, cavabdehlər cavabdeh4, cavabdeh2 miras payı həcmində ***R********** saylı krеdit razılaşması üzrə 15426,62 manat məbləğində krеdit bоrcu, 2069,96 manat məbləğində faiz bоrcu və 721,21 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18217,79 manat pul tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilməli, iddia cavabdeh X6 münasibətdə rədd edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, dövlət rüsumunun əvəzi olaraq 144,65 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı İddiaçı QSC tərəfindən 144,65 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1, 28.2, 28.3, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 739.1, 741, 743.1, 743.2, 470.1, 472.1, 472.2, 462.1, 1306.1 və 1306.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 0# #### 2018-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2020-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1, 14.2, 49.1, 49.4, 72.1, 77.1, 78.1, 119.1, 217.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz - 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdehlər cavabdeh3 və cavabdeh4 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və vərəsə olaraq X6 münasibətdə də iddianın təmin edilməsi, hesablanmış 2069,96 manat məbləğində faiz borcu və 721,21 manat məbləğində cərimə borcuna münasibətdə isə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər cavabdeh3 Maqsud oğlundan, cavabdeh5, cavabdeh1 müştərək qaydada, cavabdehlər cavabdeh4 və cavabdeh2 isə miras payı həcmində ***R********** saylı kredit razılaşması üzrə 15426,62 manat məbləğində kredit borcu, 2069,96 manat məbləğində faiz borcu və 721,21 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18217,79 manat pul və ödənilmiş 144,65 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilməsi, iddianın cavabdeh X6 münasibətdə isə rədd edilməsi qət edilmişdir. Işin mübahisə doğurmayan halları bundan ibarətdir ki, İddiaçı QSC ilə X4 oğlu arasında ##.##.2023-cü il tarixli Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında ##.##.2023cü il tarixli ***R********** nömrəli “Kredit sazişi - biznes krediti və girov” barədə qarışıq razılaşma bağlanmışdır. Həmin Razılaşmaya əsasən X4 oğluna 36 ay müddətinə, illik aylıq dərəcəsi 1,5417 % olmaqla 45000 manat məbləğində kredit verilmişdir. Həmin vəsaitin 15000 manatı Polad Abdullayevin əvvəlki borcunun bağlanmasına yönəlmişdir. 15000 manat nəqdləşdirilsə də, qalan 15000 manat isə Polad ##.##.2023-cü ildə vəfat etdiyindən, Banka tərəfindən onun hesabına ödənilmədən əsas borcun ödənilməsinə yönəlmişdir. Poladın ölümündən sonra isə həmin 15000 manatı da onlar Banka qaytarmışlar. Yəni, ## ####### 2023-cü ildə oğlu Poalada 45000 manat kredit verilsə də, həmin vəsaitin 30000 manatı qısa bir müddət sonra qaytarılmış olduğundan, əsas borcun 15426,62 manat məbləğində olması mübahisə doğurur. Digər tərəfdən, 45000 manat vəsait üçün 36 ay müddətinə 14226 manat faiz borcu hesablansa da, ## ###### 2024-cü il tarixli xəbərdarlıqda faiz məbləğinin 1932,78 manat olduğu göstərilmiş və haqsız olaraq pozulmuş müqavilə üzrə 2069,96 manat vəsait tələb olunmuşdur. Məhkəmə isə həmin ziddiyyəti aradan qaldırmayaraq, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir. Xülasə olaraq məhkəməyə onu bildirmək istəyirlər ki, iddiaçı iddia ərizəsində ## ###### 2024-cü il tarixə faiz və cərimə borcu tələb etdiyini göstərsə də, həmin tarixli xəbərdarlıqda olan məbləğlə iddia ərizəsində göstərilən məbləğ fərqlidir. ## ####### 2023-cü il tarixli müqavilə üzrə 30000 manat dərhal geri qaytarılsa da, həmin vəsaitdən əlavə olaraq 573 manat vəsait tutulmaqla bərabər, əlavə olaraq 2069,96 manat faiz tələb olunmuşdur. 45000 manat vəsaiti Polad Abdullayev 36 ay müddətində qaytaracağı təqdirdə 14226 manat faiz ödəməli idi. Kobud formada 1 aylıq faiz 395,1 manat olduğu təqdirdə, 15000 manatın 1 günlük faizi 131,7 manat olmalıdır ki, iddiaçının göstərdiyi qaydada ## ###### 2024-cü il üçün faiz məbləği təxminən 1185 manat vəsait təşkil edir. Hər bir halda məhkəmə bununla bağlı ekspertiza təyin etmədən işin hallarının sübut edilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Məhkəmə halları ilə bağlı kredit götürənin vəfat etməsi halını nəzərə almadan, hədsiz tənasübsüz olan cərimə məbləğini isə azaltmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Onlar məhkəməyə faiz və cərimə borcunun ləğv edilməsi üçün müraciət edərkən, həm də o halı nəzərdə tuturlar ki, həmin məbləğ düzgün hesablanmamışdır. Belə ki, iddia ərizəsində borcun ## ###### 2024-cü il tarixə hesablanması göstərilsə də, həmin tarixli xəbərdarlıqda faiz borcu 1932,78 manat, cərimə məbləği isə 721,21 manat göstərilmişdir. Məhkəmə isə həmin ziddiyyəti araşdırmaq əvəzinə formal qətnamə qəbul etmişdir. Bundan əlavə, məhkəmə göstərmişdir ki: «29. Məhkəmə cavabdeh (vərəsə) X6 pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassız olduğundan rədd edilməlidir. Iş materiallarında olan cavabdeh X6 məxsus şəxsiyyət vəsiqəsinə əsasən cavabdeh X6 ##.##.2020-ci ildə anadan olmuş və hal-hazırda 5 yaşında olan fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Göründüyü kimi, iddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxsə qarşı iddia qaldırmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia X6 münasibətdə rədd edilməlidir.» Hesab edirlər ki, məhkəmə iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 0# #### 2018-ci il tarixli qərarına istinad etsə də, Nihal Abdullayevanın miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıması müddəasının tələblərini pozmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Hesab edirəm ki, yaranmış kredit borcunun miras qoyanın əmlakı hesabına ödənilməsi qaydası mövcud olduğundan, həmin vəsait vərəsələrə düşən miras payından bərabər şəkildə tutulması qət olunmalı idi. Məhkəmənin mövqeyi isə başa düşülən deyildir.
- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. Iş üzrə apellyasiya icraatı:
- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş cavabdeh cavabdeh4, apellyasiya şikayəti vermiş cavabdeh cavabdeh3 vəkili – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil Nemət qızı və cavabdeh cavabdeh2 nümayəndəsi (anası) nümayəndə1 Əlihüseyn qızı gəlmiş olsalar da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və iş üzrə digər cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh5 məhkəmə iclasına gəlməmişlər. Lakin, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və cavabdeh tərəfin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin və iş üzrə digər cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh5 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş cavabdeh cavabdeh4 Şəki Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tаrixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və vərəsə olaraq X6 münasibətdə də iddianın təmin edilməsi, hesablanmış 2069,96 manat məbləğində faiz borcu və 721,21 manat məbləğində cərimə borcuna münasibətdə isə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş cavabdeh cavabdeh3 vəkili Vəkil Nemət qızı Şəki Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tаrixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və vərəsə olaraq X6 münasibətdə də iddianın təmin edilməsi, hesablanmış 2069,96 manat məbləğində faiz borcu və 721,21 manat məbləğində cərimə borcuna münasibətdə isə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh cavabdeh2 nümayəndəsi nümayəndə1 Əlihüseyn qızı isə apellyasiya şikayətini qəbul etmədiyini bildirib, cavabdehlər cavabdeh3 və cavabdeh4 tərəfindən birlikdə verilmiş apellyasiya apellyasiya şikayətinin rədd olunmasını və Şəki Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*-*(***)- ***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qeyd etmək lazımdır ki, hazırkı apellyasiya şikayətinə baxılması ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## #### 2025-ci il tarixli qərаrdаdına əsasən apellyasiya şikayəti üzrə işin mübahisələndirilən hissədə hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılması və mübahisənin obyektiv həlli məqsədi ilə kommersiya işi üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Lakin, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən ## ###### 2026-cı il tarixli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” Məlumatla həmin qərardadın icra edilməsinin mümkün olmaması əsası ilə kommersiya işi rəy verilmədən ekspertiza tərəfindən məhkəməyə geri qaytarılmışdır. Bundan sonra isə ## ##### 2026-cı ildə tərəflərin iştirakı ilə keçirilən məhkəmə iclasında ekspertiza tərəfindən aydınlaşdırılmalı olan xüsusatlarla əlaqədar iş materiallarında olan sənədlər və proses iştirakçılarının izahatları əsasında aparılan məhkəmə tədqiqatı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zərurəti aradan qalxmışdır.
- 4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdehlər cavabdeh3 və cavabdeh4 tərəfindən birlikdə verilmiş hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və vərəsə olaraq X6 münasibətdə də iddianın təmin edilməsi, hesablanmış 2069,96 manat məbləğində faiz borcu və 721,21 manat məbləğində cərimə borcuna münasibətdə isə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır. - 4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. 25.3. Vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür. 25.4. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1153. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, cavabdehlər cavabdeh3 və cavabdeh4 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tаrixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni cavabdehlərdən “721,21 manat məbləğində cərimə borcunun tutulması” hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi cavabdehlərdən “721,21 manat məbləğində cərimə borcunun tutulması” hissəsində təmin edilməməlidir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı müəyyən olunan işin konkret halları ilə müəyyən olunur ki, kredit verən İddiaçı QSC ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş kredit alan X4 oğlu və zaminlər cavabdeh5, cavabdeh3 və cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***L************ nömrəli “Uzunmüddətli kredit və təminat” müqaviləsinə əsasən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan X4 oğluna 120 ay müddətinə “sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi” məqsədli təyinatı üzrə 200000 manat məbləğində krеdit хətti açılmışdır. Həmin ##.##.2023-cü il tarixli, 026L000002960799 nömrəli “Uzunmüddətli kredit və təminat” müqaviləsi üzrə imzalanmış ##.##.2023-cü il tarixli, ***R********** nömrəli “Kredit sazişi-biznes krediti və girov” barədə qarışıq Razılaşma əsasında kredit verən İddiaçı QSC tərəfindən kreditalan X4 oğluna 36 ay müddətinə, yəni ## ####### 2026-cı il tarixinədək aylıq faiz dərəcəsi 1,5417% оlmaqla, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 45000 manat məbləğində kredit verilmişdir. Lakin, yuxarıda qeyd olunan kredit Razılaşması üzrə ## ####### 2023-cü ildə 45000 manat məbləğində kredit verildikdən 10 gün sonra, yəni ## ####### 2023-cü ildə kreditalan X4 oğlu vəfat etmiş və Bank tərəfindən təqdim edilən Hesabdan Çıxarışdan görünür ki, onun vəfatının səhəri gün, yəni ## ####### 2023-cü il tarixində həmin kredit üzrə “əsas məbləğ ödənişi” kimi 14604,62 manat məbləğində pul vəsaiti Banka qaytarılmış və bundan sonra hər hansı bir ödəniş edilməmişdir. Kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti isə ## ###### 2025-ci ildə zaminlər və mərhum kredit alanın vərəsələri kimi müəyyən edilmiş cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh5, cavabdeh4, cavabdeh2 və X6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh5, cavabdeh3, cavabdeh1, cavabdeh4, cavabdeh2 və ## ###### 2020-ci il təvəllüdlü X6 (qanuni nümayəndəsi cavabdeh2) müştərək qaydada iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ***R********** nömrəli Kredit Razılaşması üzrə ## ###### 2024-cü il tarixinə hesablanmış 15426,62 manat məbləğində kredit borcu, 2069,96 manat məbləğində faiz borcu və 721,21 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 18217,79 manat məbləğində borcun və 144,65 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tаrixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh1 müştərək qaydada, cavabdehlər cavabdeh4 və cavabdeh2 isə miras payı həcmində ***R********** nömrəli Krеdit Razılaşması üzrə 15426,62 manat məbləğində krеdit bоrcu, 2069,96 manat məbləğində faiz bоrcu və 721,21 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18217,79 manat məbləğində pulun və ödənilmiş 144,65 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmiş və eyni zamanda, həmin Qətnamdə iddia tələbi ## ###### 2020ci il təvəllüdlü X6 münasibətdə rədd edilmişdir. Cavabdehlər cavabdeh3 və cavabdeh4 isə həmin qətnamədən birlikdə apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*-*(***)- ***/**** nömrəli qətnaməsini ləğv edib, vərəsə olaraq X6 münasibətdə də iddianın təmin edilməsini, hesablanmış 2069,96 manat məbləğində faiz borcu və 721,21 manat məbləğində cərimə borcuna münasibətdə isə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmiş və eyni zamanda, həmin apellyasiya şikayətinin məzmununda krediti almış övladları X4 oğlu krediti aldıqdan 10 gün sonra vəfat etdiyi üçün alınan kreditin istifadə olunmayan hissəsinin dərhal qaytarılmasına və cəmi 15000 manat məbləğində kredit borcunun qalmasına baxmayaraq, iddia tələbində 15000 manat deyil, 15426,62 manat məbləğində əsas borcun tələb edilməsini də mübahisələndirmişlər. Həmin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılan məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum kreditalana verilmiş 45000 manat məbləğində kreditin ödənilməmiş olan əsas borcun məbləğinin 15426,62 manat miqdarında və eləcə də, ## ###### 2024-cü il tarixinə hesablanmış faiz borcunun isə 2069,96 manat miqdarında olması iş materialları ilə öz təsdiqini tapmış və birinci instansiya məhkəməsi qətnaməsində iddiaçı tərəfindən tələb olunan həmin əsas və faiz borclarını cavabdehlər cavabdeh3, cavabdeh5 və cavabdeh1 müştərək qaydada, cavabdehlər cavabdeh4 və cavabdeh2 isə miras payı həcmində tutmaqda haqlı olmuşdur. Eləcə də, işin yuxarıda qeyd olunan halları və müvafiq qanunvericilik normaları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsində iddia tələbini ## ###### 2020-ci il təvəllüdlü X6 münasibətdə rədd etməkdə haqlı olmuşdur. Çünki, Mülki Qanunvericiliyin tələbləri baxımından fiziki şəxsin mülki hüquq qabiliyyəti və mülki hüquq fəaliyyət qabiliyyəti hüquq tətbiqində fərqləndirilən anlayışlar olmaqla, həmin anlayışlar mülki münasibətlərdə şəxsin yaşı və digər müəyyən xüsusiyyətlər nəzərə alınmaqla qiymətləndirilir və tətbiq olunur. Belə ki, Mülki Məcəllənin tələblərinə görə fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyəti olmaqla (maddə 25.1.), onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir (maddə 25.2.), vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir (maddə 25.3.) və fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz (maddə 25.4.). Həmçinin, Mülki Məcəllənin digər tələblərinə görə isə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir (maddə 28.1.), fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir (maddə 28.2.) və 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) mülki hüquq fəaliyyət qabiliyyəti yoxdur (maddə 28.3.). Göründüyü kimi, Mülki Qanunvericiliyin tələbləri baxımından ## ###### 2020-ci il təvəllüdlü X6 vərəsə olmaq hüququ kimi mülki hüquq qabiliyyətinə malik olsa da, onun kredit üzrə öhdəlik daşımaq kimi mülki hüquq fəaliyyət qabiliyyəti yoxdur. Lakin, işin konkret hallarına əsasən müəyyən olunur ki, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi qəbul edilərkən birinci instansiya məhkəməsi cavabdehlərdən “721,21 manat məbləğində cərimə borcunun tutulması” hissəsində haqlı olmamış və həmin hissədə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin halları ilə müəyyən olunur ki, yuxarıda qeyd olunan kredit müqaviləsi ##.##.2023-cü ildə bağlandıqdan 10 gün sonra, yəni ##.##.2023-cü ildə kredit alan X4 oğlu ölmüş, onun yaxınları tərəfindən istifadə olunmayan kredit məbləği dərhal qaytarılmış və yalnız istifadə olunmuş 15426,62 manat miqdarında kredit məbləği qaytarılmamışdır. Lakin, kredit alanın ölümü iddiaçı Banka həmin vaxt məlum olmasına baxmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə yalnız ## ###### 2025-ci ildə müraciət olunmuş və bu zaman ## ###### 2024-cü il tarixinədək kreditin ödənilməməsi ilə əlaqədar 721,21 manat cərimə hesablanmışdır. Halbuki, həmin 45000 manat məbləğində alınmış kredit 36 ay müddətinə verilmiş və kredit alan tərəf bu məbləğin əsas hissəsini, yəni 29573,38 manat hissəsini kreditin alındığı ayda da geri qaytarmışlar. Yəni, alınmış kreditin əsas hissəsi vaxtından əvvəl qaytarılmışdır. Bu hallara, yəni kredit alanın ölməsi, bununla bağlı kredit verən Banka məlumat verilməsi və 36 ay müddətinə 45000 manat məbləğində alınmış kreditin 29573,38 manat hissəsinin kreditin verildiyi ayda da geri qaytarılması hallarına görə - Bankın əlavə olaraq 721,21 manat miqdarında cərimə hesablaması tamamilə əsassız olmuşdur. Çünki, Mülki Məcəllənin tələblərinə görə, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz (maddə 462.2). Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bundan əlavə, həmin Məcəllənin hüquqdan sui-istifadənin qadağan edilməsini nəzərdə tutan 560-cı maddəsinin tələblərinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1); Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, cavabdehlər cavabdeh3 və cavabdeh4 tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tаrixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni cavabdehlərdən “721,21 manat məbləğində cərimə borcunun tutulması” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi “721,21 manat məbləğində cərimə borcunun tutulması” hissəsində təmin olunmamalı və Şəki Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tаrixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdehlər cavabdeh3 və cavabdeh4 tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tаrixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni “721,21 manat məbləğində cərimə borcunun tutulması” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilsin. Iddia tələbi “721,21 manat məbləğində cərimə borcunun tutulması” hissəsində təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tаrixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.