Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-110/2021 28.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və 3-cü şəxs X1rşı “8193,09 manat əsas borc, 1186,61 manat məbləğində faiz, 557,19 manat cərimə məbləğinin, cəmi 11105,39 manat məbləğində kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun tutulması, ipoteka qoyulmuş Cavabdeh1 məxsus ünvan 1 ünvanında 2 otaqlı, 45,96 kv.m ümumi sahədən ibarət mənzilə tutmanın yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra evin boşaldılması, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi” tələbinə dаir kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, e-2- 2(117)-486/2021 nömrəli qətnaməsindən Cavabdeh1 və onun nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş apellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, e-2-2(117)-486/2021 saylı qətnaməsi ilə (hakim Mübariz Hüseynov) iddia qismən təmin edilmiş, Cavabdeh2 8193,09 manat əsas borc, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 22,13 manat məbləğində hissəsinin və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun 29,51 manat məbləğində hissəsinin tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, borc məbləğinin Cavabdeh1 məxsus ünvan 1 ünvanında 2 otaqlı, 45,96 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında 2 otaqlı, 45,96 kv.m köməkçi sahədən ibarət 1 nömrəli mənzilin likvid dəyəri 29000 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh2 ləğv posesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 7,87 manat məbləğində hissəsini və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun 10,49 manat məbləğində hissəsinin iddiaçıya aid edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı İddiaçı ASC-dən və 75 manatı Cavabdeh2 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA********************, m/h – AZ25NABZ********************, kod – 505594, swift – GUNAAZ22) ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və 3-cü şəxs X2rşı “8193,09 manat əsas borc, 1186,61 manat məbləğində faiz, 557,19 manat cərimə məbləğinin, cəmi 11105,39 manat məbləğində kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun tutulması, ipoteka qoyulmuş Cavabdeh1 məxsus ünvan 1 ünvanında 2 otaqlı, 45,96 kv.m ümumi sahədən ibarət mənzilə tutmanın yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra evin boşaldılması, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi və əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi” hissəsi üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan apellyasiya şikayəti verilməmişdir. Cavabdeh1 02.08.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə qarşılıqlı iddia ərizəsi təqdim edərək ilkin iddianın qismən rədd edilməsini, Cavabdeh1 iddiaçıya ödənilməli olan 6000 manat borcun hər ay bölünərək 100 manat həddində ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolunun qərarı ilə həmin ərizə qarşılıqlı iddianın tələbinə cavab vermədiyindən iddia tələbinə cavabdehin etirazı olaraq münasibət kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş mənzilin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında 2 otaqlı, 45,96 kv.m ümumi sahədən ibarət mənzilin 09.07.2021-ci il tarixə likvid dəyəri 29000 manat müəyyən edilmişdir. Cavabadeh Cavabdeh1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi izahatında əsas borcu qəbul etdiyini, lakin pandemiya ilə əlaqədar işləyə bilmədiyindən vaxtlı-vaxtında borcunu ödəyə bilmədiyini və maddi vəziyyətinin çətin olmasının nəzərə alınmasını faiz borclarının silinməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh X8 və 3-cü şəxs X3 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh1 apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətində qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ona, Cavabdeh2 və 3- cü şəxs X1rşı Şəki Kommersiya Məhkəməsində 11105,39 manat kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun tutulması, ipoteka qoyulmuş Cavabdeh1 məxsus ünvan 2 ünvanında 2 otaqlı, 45, 96 kv.m ümumi sahədən ibarət mənzilə tutmanın yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra evin boşaldılması, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsinə dair iddia qaldırmış ,işə Şəki Kommersiya Məhkəməsində hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi ilə baxılmış və Şəki Kommersiya Məhkəməsinin 11.08.2021- ci il tarixli iş № e-2-2(117)-486/2021 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh2 8193,09 manat əsas borc, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 22,13 manat məbləğində hissəsi və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumun 29,51 manat məbləğində hissəsi tutularaq ləğv prosesində olan "xxxx" ASC - yə ödənilməsi, borc məbləğinin Cavabdeh1 məxsus ünvan 2 ünvanında 2 otaqlı, 45,96 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan ünvan 2 ünvanında 2 otaqlı, 45,96 kv.m köməkçi sahədən ibarət 1 nömrəli mənzilin likvid dəyəri 29000 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh2 ləğv prosesində olan "xxxx" ASC -yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. O, həmin qətnaməni ədalətsiz hesab edir. Belə ki, o ikinci qrup əlildir. Aylıq təqaüdü 296 (iki yüz doxsan altı) manatdır. Artıq 4 ildir ki, onun ciddi xəstəlikləri vardır. Ağ ciyərin hər iki tərəfli sətəlcəmi ilə ağır xəstəliklər keçirmişdir. Hazırda nisbətən yaxşıdır. Yuxarıda qeyd etdiyi kimi, o, ağır surətdə xəstədir. Xəstəliyi başlayanadək kredit öhdəliklərini vaxtlı-vaxtında ödəyirdi. Lakin xəstəliklərimdən sonra iş qüvvə olmadı və öhdəliklərimi üzürlü səbəblərdən həyata keçirə bilmədi. Onun kifayət qədər yaşı vardır. Heç kəsə, eyni zamanda heç bir Banka borcumun ödənilməmiş qalmasını istəmir. Lakin yeganə yaşayış evinin də əlimdən çıxmasını istəmir. Belə ki, yuxarıda qeyd edilən məhkəmə qətnaməsi ilə açıq hərracdan satılması qət edilmiş ünvan 2 ünvanında 2 otaqlı, 45,96 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzil mənim yeganə yaşayış yerimdir. O, bu yaşında evsiz - eşiksiz qalmaq istəmir. Eyni zamanda kredit öhdəliklərinin qismən ödənilməsinə dair iddiaçı ilə qarşılıqlı razılaşma əldə etmək istəyir. Ona bəllidir ki, kommersiya mübahisələri ilk öncə tərəflər arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilməlidir. Əfsuslar olsun ki, ona belə bir razılaşma təklifi gəlmədi. O bütün şərtlərlə iddiaçı ilə razılaşmaya razıyam (kredit öhdəliklərimi pensiya məbləğimdən ödəməklə), yetər ki, yeganə -əsas və daimi yaşayış yerinin satılmasın. Odur ki, Şəki Kommersiya Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, e- 2-2(117)-486/2021 saylı qətnaməsi ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Şəki Kommersiya Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, e-2-2(117)-486/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi, Cavabdeh2 və 3cü şəxs X3 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, e-2-2(117)- 486/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, 07.07.2015-ci il tarixli 2376 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 dövriyyə vəsaitinin artırılması məqsədilə istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan Cavabdeh2 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 07.07.2015-ci il tarixli 2376/i nömrəli ipoteka müqaviləsində göstərilmiş ünvan 1 ünvanında 2 otaqlı, 45,96 kv.m ümumi sahədən ibarət mənzil qəbul olunmuşdur. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 1186,61 manat məbləğində faizin, 557,19 manat cərimə məbləğinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1168,50 manat faiz məbləğinin ödənilməsi hissəsinə münasibətdə birinci instansiya məhkəmə hesab etmişdir ki, iddia tələbi faiz borcu və cərimə borcu hissələrində rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, ödənilməmiş kreditin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan başqa, birinci instansiya məhkəməsi iddia tələbinin tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında 2 otaqlı, 45,96 kv.m köməkçi sahədən ibarət 1 nömrəli mənzilinə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdeh X4 tutularaq ödənilməsi” hissəsinə münasibətdə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmış və bu səbəbdən də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsu qeyd etmişdir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş mənzilin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında 2 otaqlı, 45,96 kv.m köməkçi sahədən ibarət 1 nömrəli mənzilin likvid dəyəri 29000 manat müəyyən edilmişdir. İddia tələbinin Cavabdeh1 məxsus ünvan 1 ünvanında 2 otaqlı, 45,96 kv.m köməkçi sahədən ibarət 1 nömrəli mənzilin tutma yönəldildikdə və satışdan bir ay sonra cavabdehlərin həmin fərdi yaşayış evinin boşaldılması hissəsinə münasibətdə qeyd edilməlidir ki, həmin hissə üzrə tələbə Şəki Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli qərardadı ilə xitam verilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, e-2-2(117)-486/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyаsiyа instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 və onun nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, e-2-2(117)- 486/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-110/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-110/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver