Məhkəmə qərarları › İş №2-2(107)-113/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-113/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-113/2021 11.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, “Azərbaycan Respublikası X4” Publik Hüquqi şəxsə qarşı “14460,92 manat əsas borc, 3055,53 manat məbləğində faiz, 971,23 manat cərimə məbləğinin, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2050,20 manat faiz borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 40 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0,18 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə (torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi” tələbinə dаir kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, e-2-2(117)- 494/2021 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, e-2-2(117)-494/2021 saylı qətnaməsi ilə (hakim Mübariz Hüseynov) iddia qismən təmin edilmiş, Cavabdeh1 14460,92 əsas borc, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 28,16 manat məbləğində hissəsini və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun 29,25 manat məbləğində hissəsini tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, borc məbləği Cavabdeh1 məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində 0,18 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan İsmayıllı rayonu İsmayıllı kəndində 0,18 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyərinin 32500 manat məbləğində müəyyən edilməsi və həmin əmlak açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 8,88 manat məbləğində hissəsinin və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun 11,84 manat məbləğində hissəsinin iddiaçıya aid edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı İddiaçı ASC-dən və 75 manatının Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA**********9000000000, m/h – AZ25NABZ********************, kod – 505594, swift – GUNAAZ22) ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, “Azərbaycan Respublikası X4” Publik Hüquqi şəxsə qarşı “14460,92 manat əsas borc, 3055,53 manat məbləğində faiz, 971,23 manat cərimə məbləğinin, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2050,20 manat faiz borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 40 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0,18 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə (torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin 22.07.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi” hissəsi üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0,18 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 13.08.2021-ci il tarixə likvid dəyəri 32500 manat müəyyən edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh Azərbaycan Respublikası X4” Publik Hüquqi şəxs bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, iddiaçının nümayəndəsi isə 16.08.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək əsas borcu ödəməyə razı olduğunu, bununla bağlı dəfələrlə iddiaçının yerli şöbəsinə müraciət etdiyini, lakin onunla yeni müqavilənin bağlanmadığını bildirdi və iddianı əsas borc hissəsində təmin edilməsini xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçı “ləğv prosesində olan İddiaçı ASC apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki Kommersiya Məhkəməsinin 16.08.2021-ci il tarixli, e-2-2(117)-494/2021 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X3 “kredit müqaviləsi üzrə borcun ödənilməsinə və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X5 ilə İddiaçı ASC-nin arasında bağlanmış kredit müqaviləsi üzrə 14.460,92 manat məbləğində əsas borcun, 29,25 manat ipoteka predmetinə tutmanın yönəlidilməsi üçün istifadə edilən vəsait və ödənilmiş 28,16 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 16.08.2021-ci il tarixli, e-2- 2(117)-494/2021 saylı qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan ‘Zaminbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqlarını pozmuşdur. Şəki Kommersiya Məhkəməsinin 16.08.2021-ci il tarixli, e-2-2(117)-494/2021 saylı qətnaməsinin təmin edilməyən hissədə qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, Şirvan Kommersiya Məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə təmin edilməyən hissədə ləğv edilməlidir və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarından göründüyü kimi, İddiaçı ASC ilə X5 arasında imzalanmış 06.07.2015- ci il tarixli, 94/15/SKMF saylı kredit müqaviləsinə X3 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 14.500 AZN (on dörd min beş yüz manat) məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq cavabdehlə ipoteka müqaviləsi bağlanmışdır. Müştəri borcunu ödəmədiyi üçün tərəfimizən Şəki Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Həmin iddia ərizəsi ilə cavabdeh X1 və digər cavabdehlərdən 14.460,92 manat əsas, 3.055,53,54 manat müddət sonuna hesablanan faiz, 971,23 manat cərimə, 2.050,20 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ kredit borcunun, 40 (qırx) manat ipoteka predmetinə tutmanın yönəlidilməsi üçün istifadə edilən vəsait və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi xahiş olunurdu. Şəki Kommersiya Məhkəməsinin 16.08.2021-ci il tarixli, e-2-2(117)-494/2021 saylı qətnaməsinə əsasən X1 14.460,92 manat məbləğində əsas borcun, 29,25 manat ipoteka predmetinə tutmanın yönəlidilməsi üçün istifadə edilən vəsait və ödənilmiş 28,16 manat dövlət rüsumunun Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 16.08.2021-ci il tarixli, e-2- 2(117)-494/2021 saylı qətnaməsi ilə faiz, cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan borc hissəsində gəlidyi nəticə ilə razı deyilik və hesab edirik ki, bu hissədə qətnamə ləğv olunmalıdır və iddia tələbimiz tam təmin edilməlidir. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 21.07.2016-cı il tarixli qərarı ilə İddiaçı ASC-nin bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 22 iyul 2016-cı il tarixli Qərarına əsasən məcburi ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu 24.07.2016-cı il tarixdən İddiaçı ASC-nin Ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı inzibati-İqtisadi məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli Qərarına əsasən İddiaçı ASC-nin iflas proseduruna başlanmışdır. “Banklar haqqında” Azərbaycan Respublikasının qanunun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın diğər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Ləğvedici məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. Fərmanın icrasını təmin etmək məqsədi ilə ləğvedici tərəfindən ləğvediciyə nəzarət edən Bakı Apelyasiya Məhkəməsinə müraciət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 02.05.2019-cu il tarixli, 2-1 (103)-3 05/2019 saylı qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ərizəsi təmin edilərək Azərbaycan Respublikası prezidentinin 28.02.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə, ləğv prosesində olan İddiaçı ASC-nin ABŞ dolları valyutasında verilmiş kreditlər üzrə yalnız 20 fevral və 21 dekabr 2015-ci il üzrə manatın ABŞ dollarına qarşı ucuzlaşması nəticəsində (devalvasiya) 10.000 (on min) ABŞ dollarına qədər, bankın fiziki şəxslərinə aid borclar üzrə artmış məbləğin kompensasiya edilməsi ilə və milli valyutada isə 17.000 (on yeddi min) manatadək başlanğıc tarixi 01.01.2012-ci il tarixdən 28.02.2019-cu il tarixədək dövrü əhatə edən, güzəşt şərtlərinin tətbiq edilməsinə, o cümlədən kreditlər üzrə restrukturizasiyadan əvvəl balansda dondurulmuş faizlərin ləğvedici tərəfindən bağışlanmasına (silinməsinə); Ləğv prosesində olan İddiaçı ASC-nin ABŞ dolları valyutasında olan kreditləri üzrə güzəştlərin yalnız 20 fevral və 21 dekabr 2015-ci ildə devalvasiya qərarları nəticəsində fiziki şəxslərin 10.000 (on min) ABŞ dollarına qədər və milli valyutada isə 17.000 (on yeddi min) manatadək hesablanmış bütün faiz borclarının silinməsinin tətbiq edilməsi ilə ləğvedici tərəfindən bağışlanmasına (silinməsinə); Ləğv prosesində olan İddiaçı ASC-ninfiziki şəxslərə verdiyi 10 000 (on min) ABŞ dolları məbləğində kreditlərin manata keçirilməsi zamanı xarici valyuta ilə verilmiş kreditin hesablanmış faiz və cərimələrin və müddətin sonunda dondurulmuş faiz və cərimələrin ləğvedici tərəfindən bağışlanmasına (silinməsinə); Ləğv prosesində olan İddiaçı ASC-nin ABŞ dolları valyutasında olan kreditləri üzrə kredit şərtlərinə restrukturizasiya edilən və xarici (ABŞ dolları) valyutada verilmiş kreditlərin valyutasının manata keçirilməsi ilə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna bankla borcalanlar arasında bağlanmış müddəti bitmiş kredit müqavilələrinin öhdəlikləri çərçivəsində, lakin icra edilməmiş borclar üzrə yeni müqavilələrin bağlanmasına və ya müqavilə müddəti qüvvədə olan və öhdəliyi xarici valyutadan (ABŞ dolları) manata keçirilən və milli valyutada isə 17.000 (on yeddi min) manatadək kreditlər üzrə restrukturizasiya şərtləri tətbiq edilməklə əlavə razılaşmaların bağlanmasına icazə verilməsi qərara alınmışdır. Bildiririk ki, cavabdeh X2 06.07.2015-ci il tarixli 94/15/SKMF saylı kredit müqaviləsi restrukturizasiya üçün Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsirinə düşməmişdir (AR MƏRKƏZİ BANKİNİN saytından çıxarış əlavə olunur). Bunlara baxmayaraq Şəki Kommersiya Məhkəməsinin 16.08.2021-ci il tarixli, e-2-2(117)-494/2021 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsinə tələbinə dair” iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X5 ilə İddiaçı ASC-nin arasında bağlanmış kredit müqaviləsi üzrə 14.460,92 manat məbləğində əsas borcun, 29,25 manat ipoteka predmetinə tutmanın yönəlidilməsi üçün istifadə edilən vəsait və ödənilmiş 28,16 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmişdir, X1 3.055,53,54 manat müddət sonuna hesablanan faiz, 971,23 manat cərimə, 2.050,20 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respuhlikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ tutulmasını təmin etməmişdir. Odur ki, Şəki Kommersiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, e-2-2(117)-220/2021 saylı qətnaməsi ilə təmin olunmayan faiz, cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ hissəsində nəticənin ləğv edilməsini və iddiaçının iddia tələbi bu hissədə tam təmin edilməsinə barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kolegiyasının iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, e-2-2(117)-494/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi və cavabdeh “Azərbaycan Respublikası X4” Publik Hüquqi şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayətindən görünür ki, o, Şəki Kommersiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, e-2-2(117)-494/2021 nömrəli qatnaməsinin ümumi iddia tələbinin təmin edilməmiş-yəni cərimə və faiz borcları hissəsində mübahisələndirir. Odur ki, məhkəmə kollegiyası məhkəmə qətnaməsinə həmin hissədə hüquqi qiymət verməlidir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, 06.07.2015-ci il tarixli 94/15/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 dövriyyə vəsaitinin artırılması məqsədilə istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan Cavabdeh1 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 14.07.2015-ci il tarixli ipoteka müqaviləsində göstərilmiş İsmayıllı rayonu, İsmayıllı kəndində 0,18 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi qəbul olunmuşdur. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 3055,53 manat məbləğində faizin, 971,23 manat cərimə məbləğinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2050,20 manat faiz məbləğinin ödənilməsi hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi faiz borcu və cərimə borcu hissələrində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanın 8.6-cı bəndində qeyd edilir ki, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Birinci instansiya məhkəməsi həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab etmişdir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan əsas borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddia tələbi faiz və cərimə məbləğlərinin ödənilməsi hissəsində rədd edilməlidir. Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyаsiyа instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsində göstərilir ki, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, e-2-2(117)-494/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, e-2-2(117)-494/2021 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar