Məhkəmə qərarları › İş №2-2(107)-115/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-115/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-115/2021 18.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər – Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 qarşı “14498,26 manat əsas borc, 2680,64 manat məbləğində faiz, 973,78 manat cərimə məbləğinin, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2050,20 manat faiz borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evinə (ümumi 0,13 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 18.08.2021-ci il tarixli e-2-2(117)-503/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 tərəfindən verilmiş apellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, e-2-2(117)-503/2021 saylı qətnaməsi ilə (hakim Mübariz Hüseynov) iddia qismən təmin edilmiş, 14498,26 manat əsas borc məbləğinin ödənilməsi Cavabdeh4 məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyərinin 45500 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait Cavabdeh4 ləğv prosesində olan İddiaçı ASC-yə olan əsas borcunun (14498,26 manat), fərdi yaşayış evinin qiymətləndirilməsi ilə bağlı 75 manat məbləğində xərcin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 21,53 manat hissəsinin ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun 8,47 manat məbləğində hissəsinin iddiaçıya aid edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı ləğv prosesində olanİddiaçı ASC-dən və 75 manatı Cavabdeh4 məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evinin satılmasından əldə edilən vəsait hesabından tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA********************, m/h – AZ25NABZ********************, kod – 505594, swift – GUNAAZ22) ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 qarşı “14498,26 manat əsas borc, 2680,64 manat məbləğində faiz, 973,78 manat cərimə məbləğinin, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2050,50 manat faiz borcunun, cəmi 20202,88 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh6 məxsus olan İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evinə (ümumi 0.13 ha torpaq sahəsi ilə birlikdə) yönəlməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh4 Ərrahman oğlundan tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin qeyri yaşayış sahəsinin və mənzilin boşaldılaraq, ləğv prosesondə olan İddiaçı ASC-yə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin 22.07.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi” hissəsi üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 251,4 kv.m yaşayış sahəsi 71,9 kv.m, yardımçı sahəsi 179,5 kv.m olan fərdi yaşayış evinin 18.08.2021-ci il tarixə likvid dəyəri 45500 manat müəyyən edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası Sahibkarlığa Kömək Fondu bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, iddiaçının nümayəndəsi isə 18.08.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən Cavabdeh1 verdiyi izahatında bildirmişdir ki, borc məbləğini atası götürmüş və rəhmətə getmişdir. Odur ki, bu məsələ ilə aidiyyəti yoxdur. Həmçinin digər cavabdehlərin adından birinci instansiya məhkəməsinə təqdim etdiyi vəsatətdə bildirilmişdir ki, bank ölmüş şəxsə qarşı iddia qaldırmışdır. MPM-in 261-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 apellyasiya şikayətində qeyd etmişlər ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, qəbul olunmuş həmin qətnaməni qanunsuz, əsassız və ədalətsiz hesab edirlər. Belə ki, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi ipoteka predmeti və Cavabdeh4 mülkiyyətində olan İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən ümumi sahəsi 251,4 kv.m yaşayış sahəsi 71,9 kv.m,yardımçı sahəsi 179,5 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti bazar qiyməti ilə deyil, likvid dəyəri kimi 45500 manat müəyyən edilmişdir. Halbuki, sözügedən həmin fərdi yaşayış evinin təkcə 0.13 ha həyətyanı torpaq sahəsinin bazar qiyməti hər bir sot torpaq sahəsi 3500-4000 manat təşkil edir ki, həmin həyətdə inşa olunmuş 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi bu günki bazar qiyməti ilə məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Hamımıza məlumdur ki, kreditlərin əksəriyyəti bank tərəfi üçün fayda götürmək məqsədini güdür, digər tərəf isə özü də hiss etmədən aldanaraq əqdi bağlamış olur. Bu halın özü, bir tərəfin nümayəndəsinin digər tərəflə (özünə bəlli olan) pis niyyətlə razılığa gəlməsi və yaxud ağır maddi durumda olan şəxs kimi, onlara qarşı son dərəcə əlverişsiz şərtlərlə müqavilənin bağlanmasına məcbur olunmuşdur. Müqavilələrin ağır şərtlərlə bağlanılması kimi dəyərləndiririk. Bütün hallarda bank tərəfi digər tərəfdən əsil həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə, həqiqətdən uzaq müəyyən hərəkətləri ilə həvəsləndirərək məcbur etmişdir. Onsuz da maddi durumumuz ağır olduğundan iddiaçı onları belə hərəkətləri ilə daha da ağır duruma salmağa çalışır. Hesab edirlər ki, ipoteka predmeti olan fərdi yaşayış evi hazırkı bazar dəyərindən həmin qiymətdən olduqca çoxdur. Ona görə də, ipoteka predmeti olan İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən ümumi sahəsi 251,4 kv.m yaşayış sahəsi 71,9 kv.m,yardımçı sahəsi 179,5 kv.m olan fərdi yaşayış evin hazırki real bazar dəyərərinin müəyyən edilməsi məqsədilə həmin əmlakın yenidən qiymətləndirilməsi üçün müvafiq ekspertiza təyin edilməsini xahiş edirlər. Odur ki, Şəki Kommersiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli e-2-2(117)-503/2021 saylı qətnaməsinin qismən ləğv edilməsini, ipoteka ilə yüklü edilmiş İsmayıllı rayonu, İsmayıllı kəndində 0,13 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 251,4 kv.m yaşayış sahəsi 71,9 kv.m, yardımçı sahəsi 179,5 kv.m olan fərdi yaşayış evin hazırki real bazar dəyərinin müəyyən edilməsi məqsədilə həmin əmlakın yenidən qiymətləndirilməsi üçün müvafiq ekspertiza təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Şəki Kommersiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, e-2-2(117)-503/2021 saylı qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və 3-cü şəxs X1 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, e-2-2(117)-503/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 14.07.2015-ci il tarixli ipoteka müqaviləsində göstərilmiş İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 251,4 kv.m yaşayış sahəsi 71,9 kv.m, yardımçı sahəsi 179,5 kv.m olan fərdi yaşayış evi qəbul olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin tutmanın İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 251,4 kv.m yaşayış sahəsi 71,9 kv.m, yardımçı sahəsi 179,5 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh4 tutularaq ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmışdır və bu səbəbdən də iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Cavabdehlər apellyasiya şikayətində Şəki Kommersiya Məhkəməsinin 18.08.2021-ci il tarixli e-2-2(117)-503/2021 saylı qətnaməsinin qismən ləğv edilməsini-ipoteka ilə yüklü edilmiş İsmayıllı rayonu, İsmayıllı kəndində 0,13 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 251,4 kv.m yaşayış sahəsi 71,9 kv.m yardımçı sahəsi 179,5 kv.m olan fərdi yaşayış evin hazırki real bazar dəyərinin müəyyən edilməsi məqsədilə həmin əmlakın yenidən bazar qiymətlərinə uyğun qiymətləndirilməsi üçün müvafiq ekspertiza təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası qətnaməyə həmin hissədə hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyasının məhkəmə qərarlarının vahidliyi təcrübəsini təmin edən 01 nömrəli, 20 iyul 2020-ci il tarixli qərardadı ilə məhkəmə tərəfindən ipoteka predmetinin likvid dəyərini müəyyən edilməsi daha məqsədə müvafiq hesab etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsi işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 251,4 kv.m yaşayış sahəsi 71,9 kv.m, yardımçı sahəsi 179,5 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri 45500 manat müəyyən edilmişdir. Belə ki, hazırkı iş üzrə ipoteka predmetinin likvid dəyəri müəyyən edildiyindən yenidən real bazar qiymətlərinin müəyyən edilməsinə zərurət yoxdur və işə baxılmasını lüzumsuz uzadılmasına səbəb olar. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, e-2-2(117)-503/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyаsiyа instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 18.08.2021-ci il tarixli e-2-2(117)-503/2021 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar