Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-115/2023 26.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə ilə, İddiaçı Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması tələbinə dair” kоmmersiyа mübаhisəsi üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 01 dekabr 2023-cü il tаrixli, e-2-2(117)- 1356/2023 saylı “iddia ərizəsinin geri qaytarılması” barədə qərаrdаdındаn iddiаçı İddiaçı tərəfindən şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ərizə ilə müraciət edərək “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 01 dekabr 2023-cü il tаrixli, e-2-2(117)-1356/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması” barədə iddia ərizəsi geri qaytarılmışdır. İddiаçı İddiaçı birinci instаnsiyа məhkəməsinin qərаrdаdındаn şikаyət verərək Şəki Kommersiya Məhkəməsinin 01 dekabr 2023-cü il tаrixli, e-2-2(117)-1356/2023 saylı qərardadının ləğv edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh daimi olaraq ailə üzvləri ilə birgə Göyçay şəhərində yaşayır, "xxxx" ASC-nin "xxxx" MMC-nin Göyçay Sukanal sahəsində işləyir. Göygöl rayonu ilə hər hansı bağlılığı yoxdur. İddia ərizəsinin məhkəməyə daxil olduğu ərəfədə cavabdehin yaşayış yerini dəyişməsi məhkəmə proseslərinin yubadılması məqsədi daşımışdır. İddia ərizəsi geri qaytarıldıqdan sonra yenidən mediasiya prosesinin keçirilməsi üçün Ağdaş şəhərində fəaliyyət göstərən mediator Niyaz Ələkbərova müraciət edilmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etmək marağında olmamış, Ağdaş şəhərində keçirilən mediasiya prosesinə dəvət edilsə də, prosesdə iştirak etməmişdir. Qeyd etmişlər ki, “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması” barədə İddiaçı iddia ərizəsi 25 iyul 2023-cü il tarixdə Şəki Kommersiya Məhkəməsinin icraatına daxil olmuş, ərizəyə 25 avqust 2023-cü il tarixdə baxılaraq baxılmamış saxlanılması barədə qərardad qəbul edilmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmiş, icraata qəbul olunarkən cavabdeh ünvan 1 ünvanda qeydiyyatda olmuşdur. Sonradan, yəni xx.xx.2023-cü il tarixdə cavabdeh yaşayış yeri üzrə qeydiyyatını dəyişmişdir. Məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edərkən göstərilən halları nəzərə almamışdır. Eyni zamanda Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mübahisə predmeti olan torpaq sahəsi Göyçay şəhərində yerləşməsi halı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Şəki Kommersiya Məhkəməsinin 12 dekabr 2023-cü il tаrixli, e-2-2(117)-1356/2023 saylı qərardadı ilə İddiaçı şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, iddiаçı tərəfindən verilmiş şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 01 dekabr 2023-cü il tаrixli, e-2-2(117)-1356/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə müraciət etmiş və bildirmişdir ki, İddiaçı ona qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Elektron kabinet vasitəsi ilə əlavə etdiyi arayışdan görünür ki, o, xx.xx.2023-cü il tarixdən ünvan 2 ünvanına qeydiyyata düşmüşdür. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan da göründüyü kimi cavabdehin ünvanı ünvan 3n xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə təqdim edilmiş ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən etibarən Göygöl rayonu, Göygöl şəhəri, A. Hacıyev küçəsi, ev 36, mənzil 3 ünvanında qeydiyyatdadır. Bu səbəbdən də hazırkı tələbə cavabdehin qeydiyyat ünvanı üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Hazırkı iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyətin təsir dairəsinə düşmür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırkı iş üzrə mübahisə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsini və ya mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasından irəli gəlmir Mübahisənin mahiyyətindən müəyyən olunan hal ondan ibarətdir ki, tərəflər arasında torpaq sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmış və cavabdeh hazırkı vəziyyətdə torpaq sahəsində qanuni əsaslarla istifadə edir ki, bu halda da qaldırılmış iddia tələbi daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi kimi qiymətləndirilmir. Bundan başqa müəyən edilir ki, cavabdehin daimi olaraq ailə üzvləri ilə birgə Göyçay şəhərində yaşaması, "xxxx" ASC-nin "xxxx" MMC-nin Göyçay Sukanal sahəsində işləməsi, cavabdehin Göygöl rayonu ilə bağlılığının olmamasını bildirsə də, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan və cavabdehin təqdim etdiyi daxili işlər orqanları tərəfindən verilmiş “yaşayış yeri üzrə” arayışdan da müəyyən olunduğu kimi cavabdehin ünvanı ünvan 4likası Konstitusiyasının məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsindən bəhs edən 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsini və ya mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasından irəli gəlmir. Mübahisənin mahiyyətindən müəyyən olunan hal ondan ibarətdir ki, tərəflər arasında torpaq sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmış və cavabdeh hazırkı vəziyyətdə torpaq sahəsində qanuni əsaslarla istifadə edir ki, bu halda da qaldırılmış iddia tələbi daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi kimi qiymətləndirilmir. İddia tələbi icarə müqaviləsinin ləğvi və torpaq sahəsinin dövlət mülkiyyətinə qaytarılması kimi formulə edilsə də mübahisəsiz hal ondan ibarətdir ki, icarə predmeti olan torpaq sahəsi hazırda da dövlət mülkiyyətindədir və icarə müqaviləsi ləğv oluncağı təqdirdə torpaq sahəsi üzərində dövlətin sahiblik və istifadə hüquqları bərpa olunacaqdır. İcarə müqaviləsinin qüvvədə olduğu müddətdə isə cavabdehin torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqları qeyri-qanuni olmadığından və mübahsə icarə müqaviləsinin ləğvinə yönəldiyindən tələb daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi kimi qəbul edilmiş və hazırki iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyətin təsir dairəsinə düşmür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyini qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 01 dekabr 2023-cü il tаrixli, e-2-2(117)-1356/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 01 dekabr 2023-cü il tаrixli, e-2-2(117)- 1356/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-115/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-115/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver