Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-115/2024 04.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “mal-material qalıqları üzrə 2796.88 manat, pul dövriyyəsi üzrə 4619.18 manat, işıq borcu üzrə 392 manat, qaz borcu üzrə 599 manat, Badamlı şirkətinə yaranmış borc üzrə 386.50 manat və əsas dövriyyə vəsaitləri üzrə 937.70 manat olmaqla, cəmi 9731.26 manat məbləğində vurulmuş ziyanın əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: müddət bərpası) X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X3 iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “mal-material qalıqları üzrə 2796.88 manat, pul dövriyyəsi üzrə 4619.18 manat, işıq borcu üzrə 392 manat, qaz borcu üzrə 599 manat, Badamlı şirkətinə yaranmış borc üzrə 386.50 manat və əsas dövriyyə vəsaitləri üzrə 937.70 manat olmaqla, cəmi 9731.26 manat məbləğində vurulmuş ziyanın əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 2-2(117)-528/2024 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “malmaterial qalıqları üzrə 2796.88 manat, pul dövriyyəsi üzrə 4619.18 manat, işıq borcu üzrə 392 manat, qaz borcu üzrə 599 manat, Badamlı şirkətinə yaranmış borc üzrə 386.50 manat və əsas dövriyyə vəsaitləri üzrə 937.70 manat olmaqla cəmi 9731.26 manat məbləğində vurulmuş ziyanın əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) xx.xx.2024-cü il tarixli, 2-2(117)-528/2024 nömrəli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək Cavabdeh 2659.88 manat borc tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 qeyd edilən qətnamədən elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş və şikayət geri qaytarılmışdır. Bundan sonra cavabdeh xx.xx.2024cü il tarixində yenidən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində apellyasiya şikayəti verilmiş, şikayət onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün geri qaytarılmışdır. Bundan sonra göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra xx.xx.2024-cü il tarixində apellyasiya şikayətini yenidən göndərmək mümkün olmuşdur. Bu səbəbdən də müddətin bərpası barədə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı MMC tərəfindən də xx.xx.2024-cü il tarixində apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, şikayəti xx.xx.2024-cü il tarixində göndərməli olduqları halda, sistemdə bəzi texniki problemlərdən dolayı, yəni dövlət rüsumunun ödənilməsi ilə bağlı problem meydana çıxmış və şikayəti təsdiq edə bilməmişdir. Şikayət müddəti bir gün ötürülmüşdür. Müddətin bir gün ötürülməsinin üzürlü hesab edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 03 sentyabr 2024-cü il tarixli, 2-2(117)-528/2024 nömrəli qərardadı ilə, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-528/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət İddiaçı MMC-yə münasibətdə bərpa edilməsi, xx.xx.2024-cü il tarixli, e-2-2(117)-528/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddəti ötürülmədiyindən, eyni zamanda İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətləri iş materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 şikayət verərək, Şəki Kommersiya Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 2-2(117)- 528/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 16 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-528/2024 nömrəli qərardadı ilə, Şəki Kommersiya Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-528/2024 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətə qarşı yazılı etiraz verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin iş üzrə qərardadının isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Hazırkı şikayət də birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Bu maddə təsbit edilmiş məhkəmə müdafiəsi hüququ, hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, səlahiyyətli milli məhkəmələr tərəfindən işinin ədalətli araşdırılmasını, eləcə də məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Konvensiyanın 6-cı maddəsində Razılığa gələn dövlətlərin apellyasiya və ya kassasiya instansiyaları məhkəmələri yaratmaları təkid edilmir. Lakin belə məhkəmələr mövcuddursa, Konvensiyanın 6-cı maddəsinin təminatlarına əməl edilməsi tələb edilir. (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), §80, Platakov Yunanıstana qarşı, xx.xx.2001, No.38460/97, §38). Bu, xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə xx.xx.2003, No.32190/96). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarına əlavə edilmiş sənədlər bir-birilə əlaqəli şəkildə təhlil edilərkən müəyyən edilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)- 528/2024 nömrəli qətnaməsi iddiaçının elektron kabinetinə 12 iyul 2024-cü il tarixdə yerləşdirilmişdir. Bundan sonra, İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti isə 13 avqust 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə elektron imza ilə imzalanaraq elektron kabinetə yerləşdirilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı tərəf apelyasiya şikayəti vermə müddətini bir gün ötürmüşdür. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. Kollegiya eyni zamanda qeyd edir ki, məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə çatdırılması və rəsmi qaydada verilməsinə dair MPM-in 135-138-ci maddələrinin tələbləri, eləcə də həmin sənədlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada çatdırılması imkanlarından istifadənin yolverilənliyi də nəzərə alınmalıdır. Bu, proses iştirakçılarının öz hüquqlarının müdafiəsinə imkan verməklə yanaşı, istinad edilən kolliziyaların yaranmasının da qarşısını almış olacaqdır. Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. İş üzrə tərəfin məhkəmə sənədlərindən xəbərdar olacaq tərzdə məlumatlandırılmadığı halda ədalətli və açıq məhkəmə araşdırılması hüququ mahiyyətindən məhrum edilmiş olur (Qroşev Rusiyaya qarşı iş üzrə 2005-ci il 20 oktyabr tarixli Qərar). Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, istənilən şəxs “Elektron Məhkəmə” informasiya sistemində elektron kabinet yaradarkən təsdiq edilmiş elektron ünvanını (e-mail) qeyd etdiyi halda, sözügedən informasiya sistemi məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsi barədə həmin şəxsə təsdiq edilmiş elektron poçt vasitəsilə məlumat çatdırmaq funksionallığına malikdir. Hazırkı halda isə “Elektron Məhkəmə” informasiya sisteminin məlumatlarından məlum olur ki, iddiaçı tərəfin elektron kabinetində onun təsdiq edilmiş elektron ünvanı (email) qeyd edilməmişdir (i/v 138). Belə olan halda isə, məhkəmə kollegiyasının mövqeyinə görə, həmin şəxsə MPM-in 135.5 və 135.8-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə sənədinin kabinetə yüklənməsi barədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə avtomatik məlumat ötürülməsi mümkün olmadığına görə iddiaçı tərəfin birinci instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermə müddətini ötürülməsi barədə nəticəyə gəlmək qanuni hesab edilə bilməz. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulan prosessual müddəti bərpa etmişdir. Belə olan halda kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 2010-cu il 13 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il 6 oktyabr tarixli Qərarında göstərmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi “Q.Hüseynovun şikayəti üzrə” məhkəməyə müraciət hüququnun pozulmasına dair 29 iyun 2007-ci il tаrixli qərаrındа məhkəmə müdafiə hüququnu və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququnu beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunduğunu vurğulаmışdır. Həmçinin, X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəməyə müraciət etmək hüququna qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X4rşı iş üzrə 1994-cü il 21 sentyabr §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli §31 Qərarlar). Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti bərpa etməkdə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrааldı: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-528/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Şəki Kommersiya Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, e-2-2(117)-528/2024 nömrəli qətnaməsindən İddiaçı MMC-nin baş diroktoru Nümayəndə1 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri baxılması üçün elektron bölgüyə verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-115/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-115/2024
04.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver