Məhkəmə qərarları › İş №2-2(107)-118/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-118/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-118/2021 16.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Məlikov Vəzirxan İskəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2, “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondu” X4rşı “4295,04 manat əsas, 461,69 manat faiz, 616,88 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 612 manat faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus İsmayıllı şəhəri, K.Məmmədov küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinə (ümumi 0,03 ha torpaq sahəsi ilə birlikdə yönəlməsi), həmin əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-501/2021 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdаr Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 06 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-501/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 4295,04 (on min səkkiz yüz iyirmi yeddi manat on qəpik) əsas borc, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 21,64 manat hissəsi hissəsi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, borc məbləği X2 məxsus İsmayıllı şəhəri, K.Məmmədov küçəsi ev 22 E, 84,9 kv.m, ümumi 54,5 kv.m yaşayış və 30,4 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan İsmayıllı şəhəri, K.Məmmədov küçəsi ev 22 E, 84,9 kv.m, ümumi 54,5 kv.m yaşayış və 30,4 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 32500 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddia qalan hissələrdə rədd edilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 8,36 manat məbləğində hissəsi iddiaçıya aid edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı İddiaçı ASC-dən və 75 manatı Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA********************, m/h – AZ25NABZ**********0000047944, kod – 505594, swift – GUNAAZ22) ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondu” X4rşı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondu” X4rşı “cəmi 5955,61 manat – bundan 4295,04 manat əsas, 431,69 manat faiz, 616,88 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 612 manat faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus İsmayıllı şəhəri, K.Məmmədov küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinə (ümumi 0,03 ha torpaq sahəsi ilə birlikdə yönəlməsi), həmin əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin və mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 18.08.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və X2, üçüncü şəxs “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondu” X5rşı “4295,04 manat əsas, 461,69 manat faiz, 616,88 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 612 manat faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus İsmayıllı şəhəri, K.Məmmədov küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinə (ümumi 0,03 ha torpaq sahəsi ilə birlikdə yönəlməsi), həmin əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 22.07.2021-ci il tarixli, e-2-2(117)-501/2021 nömrəli qərardadına əsasən iddia tələbinin “əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra boşaldılaraq təhvil verilməsi” hissəsi üzrə icraata xitam verilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan İsmayıllı şəhəri, K.Məmmədov küçəsi ev 22 E, 84,9 kv.m, ümumi 54,5 kv.m yaşayış və 30,4 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin 14.07.2021-ci il tarixə likvid dəyəri 32500 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işə tərəflərin iştirakı olmadan baxmışdır. Şəki Kommersiya Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-501/2021 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdаr Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin əmlakın qiyməti ilə bağlı hissəsi ləğv edilməlidir. Belə ki, ipoteka ilə yüklü edilən əmlak barəsində “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair qərar qəbul edilərkən ipoteka predmetinin ilkin likvid satış qiyməti müəyyən olunmalıdır. İlkin likvid satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İddiaçı olaraq ipoteka predmetinin ilkin likvid hərrac qiymətinin 32.500 manat olması razı deyillər. İpoteka müqaviləsi bağlanarkən həmin ipoteka predmeti bank tərəfindən 24.500 manat dəyərində qiymətləndirilmişdir və bu qiymətlə ipoteka qoyan və kredit alan razılaşmışdır. Göründüyü kimi tərəflərin razılaşdığı ipoteka predmetinin qiyməti ilə müstəqil qiymətləndirici - "xxxx" MMC tərəfindən qoyulan likvid qiymətlə çox böyük fərq var. İpoteka müqaviləsində ipoteka əmlakın qiymətinin müəyyən edilməsi banklarda kredit riski və kreditlərin verilməsi üzrə bankın daxili strategiya və qaydalarına dair minimum tələbləri yerinə yetirmək və bankı kredit əməliyyatı üzrə dəyən mümkün zərərdən qorumaq üçün nəzərdə tutulan tədbirdir. Bu mənada hesab edirik ki, ipoteka saxlayanla ipoteka qoyan arasında razılaşma hər hansı yazılı sənəd əsasında müəyyən olunmalıdır, tərəflərin iradə ifadəsi rəsmi qaydada, onların imzaları ilə fiksə olunmalıdır. Lakin hazırkı iş üzrə məhkəmə qətnamə qəbul edərkən tərəflərin yazılı razılığını olmamışdır və əmlakın ilkin likvid hərrac qiymətinin müstəqil qiymətləndirici müəyyən etmişdir. Buna əsasən hesab edirik ki, Cavabdeh1 məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evi müstəqil qiymətləndiricinin tərəfindən qiymətləndirilərək evin ilkin likvid hərrac qiyməti - 32.500 manat çox yüksək olmuşdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini və Şəki Kommersiya Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-501/2021 saylı qətnaməsi ipoteka predmetinin ilkin likvid hərrac qiyməti hissəsində ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin ipoteka predmeti olan mənzilin ilkin satış (likvid) qiymətini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyаsiyа şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, e-2- 2(117)-501/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 06.07.2015-ci il tarixli 111/15/ SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən X3 heyvandarlığın inkişaf etdirilməsi məqsədilə istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan V.Mirzəyev kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 14.07.2015-ci il tarixli ipoteka müqaviləsində göstərilmiş İsmayıllı şəhəri, K.Məmmədov küçəsi, ev 22 E ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Bu işin mübahisə ediməyən halıdır. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondu” X4rşı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondu” X4rşı “cəmi 5955,61 manat – bundan 4295,04 manat əsas, 431,69 manat faiz, 616,88 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 612 manat faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus İsmayıllı şəhəri, K.Məmmədov küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinə (ümumi 0,03 ha torpaq sahəsi ilə birlikdə yönəlməsi), həmin əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin və mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmiş, birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ipoteka predmeti olan İsmayıllı şəhəri, K.Məmmədov küçəsi ev 22 E, 84,9 kv.m, ümumi 54,5 kv.m yaşayış və 30,4 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 32500 (otuz iki min beş yüz) manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin tutmanın İsmayıllı şəhəri, K.Məmmədov küçəsi ev 22 E, 84,9 kv.m, ümumi 54,5 kv.m yaşayış və 30,4 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi” hissəsinə münasibətdə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan İsmayıllı şəhəri, K.Məmmədov küçəsi ev 22 E, 84,9 kv.m, ümumi 54,5 kv.m yaşayış və 30,4 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 32500 manat müəyyən edilmişdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi qətnamədə "xxxx" MMC-nin rəyinə əsasən ipoteka predmeti olan mənzilin ilkin satış (likvid) qiymətinin 32500 manat məbləğində müəyyən etmiş, iddiaçı apellyasiya şikayətində həmin qiymətin mənzilin likvid qiymətnin yüksək olmasını mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi kollegiyası həmin "xxxx" MMC-nin mütəxəssis rəyini mötəbər sübut kimi qiymətləndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti barədə gəldiyi nəticə də düzgündür. Çünki, tərəflər arasında ipoteka müqaviləsi 14.07.2015-ci il tarixdə bağlanmış, tərəflər ipoteka predmeti olan evin ilkin satış qiymətinin 24 500 manat olması barədə razılaığa gəlmişlər. Lakin həmin vaxtdan 6 ildən artıq vaxt keçmiş, daşınmaz əmlakın qiyməti müəyyən artımlar baş vermişdir. Məhkəmə kollegiyası ipoteka predmeti olan yaşayış evinin likvid qiymətinə dair mütəxəssis rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı mütəxəssis rəyində müəyyən edilən halları təkzib edən sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və həmin rəyi sübut növü kimi qəbul edir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət əsaslandırılmamış, apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyаsiyа instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə ipoteka predmeti olan yaşayış evinin likvid dəyərinin mübahisələndirilən hissəsi on min manatdan aşağıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-501/2021 saylı qətnaməsi mübahisələndirilən - ipoteka predmetinin likvid dəyəri hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdаr Cəmiyyəti tərəfindən verilmiş apellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-501/2021 saylı qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar