Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-12/2021 05.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-2(117)-432/2020 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: İddiaçı QSC X2 Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2619,55 manat əsas borc, 138,98 manat faiz borcu olmaqla cəmi 2758,53 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2(117)-432/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2619,55 manat əsas borc, 138,98 manat faiz borcu olmaqla cəmi 2758,53 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı QSC X2 Təşkilatına ödənilməsi qət edilmişdir. Cavabdeh1 Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2(117)- 432/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-2(117)-432/2020 saylı qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2(117)- 432/2020 saylı qətnaməsindən cаvаbdeh Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cаvаbdeh Cavabdeh1 Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2- 2(117)-432/2020 saylı qərardadından şikayət vermişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı ona poçt vasitəsilə təqdim olunmuşdur. Habelə birinci instansiya məhkəməsinin qərarlarından, qətnamələrindən şikayət kağız daşıyıcıda da verilə bilər. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-2(117)-432/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-2(117)- 432/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə görə, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin məcəllənin 10-1.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilə bilər. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2(117)-432/2020 saylı qətnaməsinin nəticə hissəsində apellyasiya şikayətinin elektron kabinet vasitəsilə verilməli olmasının qeyd olunmasına baxmayaraq cavabdeh hazırkı şikayəti kağız daşıyıcıda poçt vasitəsilə məhkəməyə təqdim etmiş və şikayət gücləndirilmiş elektron imzadan və ya sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməklə imzalanmamışdır ki, bu da şikayətin geri qaytarılması üçün əsasdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində elektron kabinet yaradılmadığından onun məhkəmə mübahisəsindən məlumatlı olması, çəkişmə prinsipinin təmin edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən elektron qaydada imzalanmış məhkəmə sənədləri ona poçt vasitəsi ilə çatdırılmışdır. Məhkəmə bildirişlərində, eləcə də iş üzrə qəbul edilmiş qətnamədə məhkəmə icraatının yalnız elektron qaydada aparılması barədə cavabdeh xəbərdar olunmuşdur. Lakin cavabdehə məhkəmə sənədlərinin kağız daşıyıcısinda da təqdim olunması onun şikayəti və digər yazışmaları kağız daşıyıcısında aparmalı olması anlamına gəlmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cаvаbdeh Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini qaytarmaqda haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cаvаbdeh Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-2(117)-432/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 360, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı Qərara aldı: Cаvаbdeh Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-2(117)-432/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-12/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-12/2021
05.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver