Məhkəmə qərarları › İş №2-2(107)-12/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-12/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-12/2023 24.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ (açar sözlər: borc vəsaitinin tutulması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “4828,53 manat əsas borc, 477,62 manat faiz borcu olmaqla cəmi 5306,15 manat borcun və 100 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi tələbi”nə dair Şəki Kommersiyа Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, e-2-2(117)-1585/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə yаzılı icrааt qаydаsındа baxılmışdır. I.İşin halları

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra-İddiaçı QSC BOKT) Şəki filialı ilə Cavabdeh1 arasında tütün istehsalı üçün illik 8,5 faizlə 15000 manat məbləğində kredit verilməsinə dair xx.xx.2020-ci il tarixli TM-279/20 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya xx.xx.2020-ci il tarixədək 14060 manat kredit verilmişdir.

2. Həmin müqavilənin 2.2.2-ci bəndinə görə Cavabdeh1 (borc alan) digər öhdəliklərlə yanaşı, həmçinin istehsal olunmuş tütün məhsulunun vaxtında və tam həcmdə verilməsini təmin etmək və borc verəndən aldığı krediti faizi ilə birlikdə tam həcmdə ödəmək öhdəliyi daşıyır.

3. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC BOKT-nin Şəki filialı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli ZT-279/20 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.

4. Zaminlik müqaviləsinin 3.1-ci bəndinin şərtinə görə, zamin olmuş şəxs borc alanın xx.xx.2020-ci il tarixli TM-279/20 nömrəli kredit müqaviləsi üzrə Kredit təşkilatına olan kredit və onun faizləri məbləğində həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşıyır.

5. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 14,060 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş 4828,53 manat əsas və 477, 62 manat faiz borcu qalmışdır.

6. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə Cavabdeh1 müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmamışdır.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək 4828,53 manat əsas borc, 477,62 manat faiz borcu olmaqla cəmi 5306,15 manat borcun və 100 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi qətnamənin 1-6-cı bəndlərində göstərilənlərlə əsaslandırılmışdır.

9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

10. Şəki Kommersiyа Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, e-2-2(117)- 1585/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 4828,53 manat əsas borc, 477,62 manat faiz borcu və 60 manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh1 73,06 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı borclu qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, borclu öhdəliyini lazmınca yerinə yetirmədiyindən onun 4828,53 manat əsas borcu və müqavilənin 1.1-cı bəndinə əsasən müqavilə müddəti üçün illik 8,5 faiz olmaqla 477,62 manat faiz borcu qalmışdır. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, tələb olunan 4828,53 manat əsas, 477,62 manat faiz borcu olmaqla cəmi 5306,15 manat borc cavabdeh olan əsas borcludan tutularaq iddiaçıya ödənilməlidir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verildiyindən kredit borcunun zamindən tutularaq ödənilməsi əsassızdır. Belə ki, iddia tələbi zəminliyin verilmə müddətinin bitməsindən sonra zaminə qarşı yönəlmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən zamindən pul tutula bilməz.

13. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 739.2 və 477.0.4-cü maddələrinə istinad etmişdir.

14. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddianın baxılmamış saxlanılması barədə yeni qanuni və ədalətli qərardad qəbul edilməsini xahiş etmişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, onun iddiaçıya tələb edilən məbləğdə borcu qalmamışdır. Həmçinin, iddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı prosedur qaydalara riayət etməmişdir. Məhkəmə hazırkı mübahisəyə baxarkən Azərbaycan Respublikası MPM-nin 149.2.4- 1, 150.1.7, 152.1, 259.0.3 və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.8, 21.9, 28.1, 29.1, 29.2-ci maddələrinin tələblərini pozaraq iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalı və yaxud həmin iddia ərizəsini baxılmamış saxlamalı olduğu halda bunu etməmişdir. Eyni zamanda hazırkı mübahisə üzrə məhkəmədən əvvəl keçirilməsi məcburi olan ilkin mediasiya sesssiyası qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməmişdir. Belə ki, aralarında olan borc tələbinə dair mübahisə üzrə mediasiya Şəki Kommersiya Məhkəməsi ilə eyni ərazidə olan Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən keçirilməli idi. Lakin, aralarında olan mübahisə Şəki 1 saylı Mediasiya Təşkilatının təyin etdiyi mediator tərəfindən deyil, buna qanunvericiliklə səlahiyyəti olmayan və Bakı şəhərində fəaliyyət göstərən Mediasiya Təşkilatının mediatoru tərəfindən tərəfindən aparılmışdır. Ümumiyyətlə, mediasiya formal aparılmışdır. Məhkəmə qətnaməsi lazımi qaydada əsaslandırmamışdır. Qətnamədə yalnız hüquq normalarının tələbləri göstərilmişdir. Məhkəmənin hansı əsaslarla belə nitəcəyə gəlməsi qətnamə ilə müəyyən edilmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.

19. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 394-1.3-cü mаddəsinə əsаsən işə yаzılı icrааt qаydаsındа, yəni məhkəmə iclаsı keçirilmədən və tərəflər izаhаtlаrı dinlənilmək üçün çаğırılmаdаn, tərəflərin təqdim etdiyi iş mаteriаllаrındа olаn sənədlər əsаsındа bаxmışdır. V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

23. Maddə 442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.

24. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

25. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

26. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 149. İddia ərizəsinin forması və məzmunu (...) 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: (...) 149.2.4-1.“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat;

31. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı

217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər

150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: (...) 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: (...) 259.0.13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 21. Mediasiya prosesinin tətbiqi üçün əsaslar (...) 21.8. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 21.9. Aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: (...) 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Maddə 28.1. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Maddə 28.3. Tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Maddə 28.4. Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər Maddə 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, e-2-2(117)-1585/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli “TM-279/20 nömrəli kredit və xx.xx.2020-ci il tarixli ZT- 279/20 nömrəli zaminlik müqavilələri bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə borcalana (Cavabdeh1) ümumilikdə 14,060 manat pul vəsaitini vermişdir. İddiaçı borclu qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, borclu öhdəliyini lazmınca yerinə yetirmədiyindən onun 4828,53 manat əsas borcu və müqavilənin 1.1-cı bəndinə əsasən müqavilə müddəti üçün illik 8,5 faiz olmaqla 477,62 manat faiz borcu qalmışdır.

30. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tələb olunan 4828,53 manat əsas, 477,62 manat faiz borcu olmaqla cəmi 5306,15 manat borc cavabdeh olan əsas borcludan tutularaq iddiaçıya ödənilməlidir.

31. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, zamindən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi zamindən pulun tutulması hissəsində rədd edilməlidir.

32. İddiaçı qətnamədən apellyasiya şikayəti vermədiyindən məhkəmə kollegiyası qətnamənin zaminliklə bağlı hissəsində araşdırma aparmamşdır.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin lazımi qaydada əsaslandırılmaması və iddia tələbində göstərilən məbləğdə borcunun olmaması ilə bağlı cavabdehin dəlilinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin keçirilməsi məcburi olan ilkin mediasiya sesssiyası qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməməsi barədə dəlilləri ilə də razılaşmayaraq qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı 20 dekabr 2021-ci il tarixli, 37/2207 saylı məktubla cavabdehlərə Mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş və həmin təklifdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinin tələbləri izah edilmişdir.

35. İş materiallarına əlavə edilmiş Bakı 5 saylı Mediasiya təşkilatının 12 may 2022-ci il tarixli, MŞB/5-00973 saylı İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan aydın olur ki, həmin arayış İddiaçı QSC BOKT və Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, “TM-279/20 saylı kredit müqaviləsi arasında yaranmış borcla bağlı kommersiya mübahisəsi barədə iş üzrə Cavabdeh1 15 aprel 2022-ci tarixdə saat 18:00-da ünvan 1 ünvanında keçirilən ilkin Mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh1 mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən poçt göndərişi vasitəsi ilə məlumatlandırılmışdır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mediasiya Şurasnın məhkəmələrlə qarşılıqlı fəaliyyətində yaranan bəzi çətinliklərin aradan qaldırılmasında köməklik göstərilməsi ilə bağlı Ali Məhkəməyə daxil olmuş müraciəti ilkin mediasiya sessiyasi tələb olunan işlərə baxılarkən nəzərə alınması barədə 03 mart 2022-ci il tarixli, 2-224 saylı məktubuna əlavə olunmuş Mediasiya Şurasnın sözü gedən müraciətində göstərilmişdir ki, mediasiya təşkilatlarının dövlət qeydiyytaına alınmasından sonra ilkin mərhələdə 05 yanvar 2022-ci il tarixindən Bakı şəhəri üzrə 6 sayda mediasiya təşkilatı və 15 yanvar 2022-ci il tarixindən Gəncə şəhərində 1 mediasiya təşkilatı fəaliyyətə başlamışdır. ... Yuxarıda qeyd edilən mediasiya təşkilatlarının yurisdiksiyasından kənarda qalan bölgələr üzrə (rayon və şəhərlərdə) həmin bölgələr üzrə dövlət qeydiyyatına alınacaq mediasiya təşkilatları yarananadək oradan olan mediasiya müraciətlərinin qəbulu və fərdi mediatorlara yönləndirilməsi Mediasiya Surasi tərəfindən həyata keçirilir.

37. Yuxarıda da göstərildiyi kimi, hazırkı mübahisə üzrə ilkin mediasiya sessiyasi 15 aprel 2022-ci ildə keçirildiyindən həmin vaxt Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid rayon və şəhərlərdə mediasiya təşkilatları yaradılmadığından Mediasiya Şurası mediasiya müraciətini Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatına yönləndirmişdir.

38. Buna baxmayaraq həmin təşkilat tərəfindən mediator qismində təyin edilmiş X1 tərəfindən ilkin mediasiya sessiyası Bakı şəhərində deyil, Şəki şəhərində keçirilmişdir.

39. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın baxılmamış saxlanılması barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

41. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

42. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

43. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

44. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

45. Beləliklə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2-2(117)-1585/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

46. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 10 min manatdan az olduğundan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

Nəticəvi hissə:

Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, e-2-2(117)- 1585/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar