Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-123/2024 24.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X2 və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “cavabdеhlər Cavabdeh4, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 015R********** saylı krеdit razılaşması üzrə 9613.76 manat krеdit bоrcu, 1063.56 manat faiz bоrcu və 499.04 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 11176 manat 36 qəpik məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 123.50 manat, ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 məxsus ünvan 1ndə 0.045 ha torpaq sahəsi və üzərində yerləşən 144.37 m ümumi sahədən ibarət 94 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 11176 manat 36 qəpik məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 123.50 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması, ünvan 1ndə 0.045 ha torpaq sahəsi və üzərində yerləşən 144.37 kv.m ümumi sahədən ibarət 94 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, e-2-2(117)-807/2024 saylı qətnaməsindən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. xx.xx.2016-cı il tarixdə İddiaçı QSC ilə Cavabdeh4 arasında 015L**********08 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xətti açılmışdır.
2. xx.xx.2018-ci il tarixdə 015L**********08 nömrəli uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişə əsasən qeyd edilən müqavilənin müddəti xx.xx.2028-ci il tarixədək uzadılmış, kreditin məbləği ******* ABŞ dolları məbləğiində artırılmış, faiz dərəcəsinin yuxarı həddi 28 % müəyyən edilmişdir.
3. Eyni zamanda xx.xx.2018-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 015S**********02 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.
4. xx.xx.2018-ci il tarixli, 015M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən, xx.xx.2016-cı il tarixdə İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 015L**********08 nömrəli uzunmüddətli kredit müqaviləsinin (kreditin məbləği ******* ABŞ dolları) əsasında yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh4 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi və üzərində yerləşən 144.37 kv.m ümumi sahədən ibarət 94 saylı fərdi yaşayış evi ipoteka ilə bankın xeyrinə 120 ay müddətinə yüklü edilmiş, bankın ipoteka hüququ həmin tarixdə dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeyduiyyatından RX seriyalı ******* nömrəli çıxarış verilmişdir.
5. Həmin ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 42.000 manat təşkil edir.
6. Uzunmüddətli kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 015R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh4 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.6667% olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun hissə-hissə qaytarmaq şərtilə fərdi mikro kredit məqsədilə 50000 manat məbləğində kredit verilmişdir. Həmin kredit razılşamasının 4.2.2-ci bəndinə əsasən ödəniş planı vüzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur.
7. xx.xx.2022-ci il tarixdə, 015R********** nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik haqqında Sazişə əsasən kredit alan götürdüyü kredit qalığını və faziləri bu sazişə əlavə olunan xx.xx.2022-ci il tarixli ödəniş planına uyğun olaraq ödəməli olduğu qeyd edilmişdir.
8. xx.xx.2023-cü il tarixdə, 015R********** nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik haqqında Sazişə əsasən kredit alan götürdüyü kredit qalığını və faziləri, habelə nəzərdə tutulduğu halda cərimə borcunu bu sazişə əlavə olunan 2023-cü ilin fevral tarixli ödəniş planına uyğun olaraq ödəməli olduğu qeyd edilmişdir.
9. İddiaçı pretenziya sənədi ilə cavabdehlərdən borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərini icra etmədiklərindən kredit müqaviləsi üzrə ödənilməmiş 9613.76 manat əsas borc, 1063.56 manat faiz bоrcu və 499.04 manat cərimə borcu qalmışdır.
I. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
10. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.
11. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 01 avqust 2024-cü il tarixli, e-2-2(117)-807/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 9613.76 manat əsas bоrc, 1063.56 manat faiz borcu, 400 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı, 122.44 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməsi, borc məbləği Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi və üzərində yerləşən 144.37 kv.m ümumi sahədən ibarət 94 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi və üzərində yerləşən 144.37 kv.m ümumi sahədən ibarət 94 saylı fərdi yaşayış evinin likvid dəyəri 55000 manat məbləğində müəyyən edilməsi və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait cavabdehlərin İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 500 manat pulun cavabdehlər Cavabdeh4 və Cavabdeh1 tutularaq "xxxx" MMC-nin müvafiq hesabına ödənilməsi qət edilmişdir.
12. Məhkəmə hesab edib ki, borcverən borcalan Cavabdeh4 qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 9613,76 manat əsas borcu və aylıq faiz dərəcəsi 1.6667 % olmaqla 1063.56 manat faiz borcu qalmışdır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və zaminlik müqaviləsi qüvvədə olduğundan 9613,76 manat əsas və 1063.56 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq kredit təşkilatına ödənilməlidir.
13. Məhkəmə qeyd edib ki, Cavabdeh4 kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edib ki, cavabdehlərdən tələb olunduğu kimi 499.04 manat deyil, 400 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməlidir.
14. Cavabdeh4 müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyinə görə iddiaçıya borcu yarandığından məhkəmə hesab edib ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır.
15. Eyni zamanda məhkəmə hesab edib ki, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti, əmlakın likvid dəyəri ilə götürülərək 55000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalıdır.
16. İddia tələbinin “satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh4 və Cavabdeh1 ümumi qaydada tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edib ki, iddia bu hissədə rədd edilməlidir.
17. Məhkəmə tələbin ipoteka predmeti olan yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi münasibətdə qeyd edib ki, ipoteka predmeti olan fərdi yaşayış evi bankın xeyrinə yüklü edilmişdir ki, kredit müqaviləsi üzrə borc ödənilməyəcəyi təqdirdə daşınmaz əmlak açıq hərrac vasitəsilə satılacaq və əldə edilmiş vəsait kredit borcuna yönəldiləcəkdir. Belə olan halda daşınmaz əmlak hərrac vasitəsilə satılacağı təqdirdə mülkiyyətçi tərəfindən evin boşaldılması tələbi irəli sürülə bilər. Hazırki vəziyyətdə iddiaçı bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Bu səbəbdən də tələb bu hissədə də rədd edilməlidir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1, 385.1, 386.1, 442, 445.2, 448.1, 462.1, 462.3, 467, 470.1, 472.1 və 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 33, 39.3.3, 47.5ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.1, 116.2, 119, 216-220ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Qətnamədən narazı qalan Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikаyəti vermişdir.
20. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Uzunmüddətli kredit müqaviləsi, Kredit razılaşması, Uzunmüddətli kredit müqaviləsi və Kredit razılaşmasına Əlavə sazişlər, Zaminlik müqaviləsi, İpoteka müqaviləsi, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, Maliyyə arayışı, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
21 Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ...məhkəmə maddi hüquq normalarını pozmuşdur. Belə ki, kredit müqaviləsinə əsasən borc təmin edilərək mənzilə yönəldilmişdir. ünvan 2 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi üzərində yerləşən, 144.37 kv.m ümumi sahədən ibarət 94 saylı fərdi yaşayış evi 55000 manat qiymətlənib. Bu qiymət çox aşağı bir qiymətləndirmədir. Onun evi ucuz qiymətləndirilib. Onun dəyəri ən azı 120000 manatdır. Ən azı onun qiyməti 20-30 min endirilə bilərdi. Ancaq 55000 manat qiymətləndirmə ən ucuz qiymət vermədir. O, ekspertizanın (qiymətləndirmə) keçirilməsini və evinin qiymətləndirilməsini istəyir. Bu hal məhkəmə tərəfindən obyektiv araşdırılmayıb. Bundan başqa, məhkəmə prosessual hüquq normalarını da pozmuşdur. Belə ki, o, məhkəməyə çağrılsa da, bundan xəbərdar olmamışdır. Qətnamə evinə gələrək bundan xəbərdar olmuşdur. Onun evinin qiymətləndirilməsi aşağı həddə olsa da, məhkəmə bunları nəzərə almadı. Evinin ucuz olmasını görsə də məhkəmə tərəfindən sərbəst qaydada ekspertizanın keçirilməsi və bu hala qiymət verilməsi öz əksini tapmamışdır. Bununla da evi ucuz qiymətləndirilmişdir. Hesab edir ki, bu ona qarşı ədalətli deyildir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, e-2-2(117)-807/2024 saylı qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin mübahisələndirilən mənzilin yeni qiymətinə münasibətdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
23. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı QSCnin nümayəndəsi ərizə ilə müraciət edərək hazırkı kommersiya mübahisəsinə dair işə nümayəndənin iştirakı olmadan baxılmasını, eyni zamanda cavabdeh tərəfindən verimiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil da ərizə ilə məhkəməyə müracət iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
26. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
27. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən – yaşayış evinin qiymətləndirilməsi (likvid dəyərinin müəyyən edilməsi) hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
IV. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
28. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
29. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. (...). 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. (...).
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
33. Maddə 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
34. Maddə 39.3.3 ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
V. Apellyasiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, e-2-2(117)-807/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
46. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
47. Müəyyən edildiyi kimi, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh4 apellyasiya şikayəti vermişdir.
48. Apellyasiya şikayətinin dəlillərindən biri birinci instansiya məhkəməsi tərəfindən işə cavabdehlərin iştirakı olmadan baxılaraq prosessual hüquq normalarının pozulması barədədir.
49. Kollegiya həmin dəlillə bağlı qeyd edir ki, iş materialları ilə birinci instansiya məhkəməsi tərəfindən işə baxılmanın yeri və vaxtı barədə cavabdehlərin lazımi qaydada məlumatlandırıldığı müəyyən edilsə də sonuncular heç bir üzrlü səbəb göstərmədən məhkəmənin iclasında iştirak etməmişlər.
50. Apellyasiya şikayətinin başlıca bir dəlili ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti kimi müəyyən etdiyi 55.000 manat həmin əmlakın real qiymətindən aşağıdır. İpoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməsi məqsədilə əmlak yenidən qiymətləndirilməlidir.
51. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işə baxmış birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini müəyyənləşdirmək məqsədi ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş və "xxxx" MMC-nin qiymətləndirmə rəyini almışdır. Həmin rəydə göstərilir ki, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 55.000 manatdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil əmlakın qiymətinin daha da yüksək olduğunu bildirsə də, bu xüsusatı təsdiq edən və qiymətləndirici tərəfindən verilmiş rəyi şübhə altına ala biləcək sübutları (məsələn: başqa qiymətləndiricinin rəyini) məhkəməyə təqdim etməmişdir.
52. Kollegiya qeyd edir ki, MPM-nin 372.2-ci maddəsinin tələbinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin Cavabdeh4 birinci instansiya məhkəməsində işə baxılan zaman üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş və təkrar qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə vəsatət verməmişdir.
53. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2018-ci il tarixli, 015M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən, həmin müqavilənin tərəfləri ipoteka predmeti olan daşınmaz əmlakın qiymətini 42.000 manat dəyərində qiymətləndirmişlər.
54. Göründüyü kimi, qiymətləndirmə rəyində müəyyən edilən ipoteka predmeti olan daşınmaz əmlakın likvid dəyəri tərəflərin ipoteka müqaviləsində razılaşdıqları dəyərdən təxminən 24 faiz artıqdır.
55. Şəki Kommersiya Məhkəməsi tərəfindən iş üzrə verilmiş həm məhkəmə qiymətləndirmə rəyinə düzgün hüquqi qiymət verilmiş və həmin rəyin doğru olmaması qənaətinə gəlmək üçün heç bir əsas müəyyən olunmamışdır.
56. Belə ki, təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları MPM-in 102-ci maddəsində göstərilmiş, lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş qiymətləndirmə rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy məhkəmənin qərardadı əsasında verilmiş, qiymətləndirici tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ipoteka predmetinin düzgün qiymətləndirilmədiyini bildirsə də, bunu təsdiq edən hər hansı təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
57. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
58. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.
69. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
60. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
61. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
62. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
63. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, e-2-2(117)-807/2024 saylı qətnaməsi mübahisələndirilən hissə də dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, e-2-2(117)- 807/2024 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh4 özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov