Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-125/2025 14.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Аpellyаsiyа Məhkəməsinin Kommersiya Kоllegiyаsı-hаkimlər Quliyev Nuru Nаdir оğlu (sədrlik edən və məruzəçi), Sadiqov Zülfüqar Əhməd oğlu və X3 ibаrət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2-2(117)- 30/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ:
1. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə 150.000 (bir yüz əlli min) manat məbləğində əsas borcun, 440 manat məbləğində dövlət rüsumunun və vəkilə xidmət haqqına görə ödənilmiş pul məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Şəki Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(075)-212/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 150.000 (bir yüz əlli min) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 440 (dörd yüz qırx) manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hisssədə təmin edilməməsi qət edilmişdir.
3. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır.
4. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 100.000 manat, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 60.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 40.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 20.000 ABŞ dolları ekvivalenti 34.000 manat borc pulun, 662 manat ödənilmiş dövlət rüsumunun və vəkilə xidmət haqqına görə ödənilmiş 1000 manat xidmət haqqı məbləğinin tutulması barədə iddia ilə xx.xx.2024-cü il tarixdə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadına əsasən iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.
5. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 100.000 manat, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 60.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 40.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 20.000 ABŞ dolları ekvivalenti 34.000 manat borc pulun, 662 manat ödənilmiş dövlət rüsumunun və vəkilə xidmət haqqına görə ödənilmiş 1000 manat xidmət haqqı məbləğinin tutulması tələbinə dair e-2-2(117)- 1617/2024 nömrəli iş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “150.000 manat pul tələbinə dair” tələbinə dair e-2-2(117)-1454/2024 nömrəli işə birləşdirilmişdir.
6. Şəki Kommersiya məhkəməsində hər iki kommersiya işi üzrə icraat bir icraatda birləşdirildikdən sonra iddiaçı tələblərini birləşdirmiş və ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh2 (borc alan), Cavabdeh1 (zamin) iddiaçının xeyrinə xx.xx.2017-ci il tarixli 3M1310 nömrəli kredit müqaviləsinə əsasən 100.000 manat, 3M-1311 nömrəli kredit müqaviləsinə əsasən 150.000 manat, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 60.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 40.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 20.000 ABŞ dolları ekvivalenti 34.000 manat borc pulun, xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 40.000 ABŞ dolları ekvivalenti 68.000 manat dəyərində pul məbləğinin, 662 manat ödənilmiş dövlət rüsumunun və vəkilə xidmət haqqına görə ödənilmiş 500 manat xidmət haqqı məbləğinin, ümumilikdə 250.000 (iki yüz əlli min) manat pulun və 160.000 ( bir yüz altmış min) ABŞ dolları (ekvivalenti 275200 – iki yüz yetmiş beş min iki yüz manat) məbləğində pulun, ödənilmiş dövlət rüsumunun və vəkilə ödənilmiş xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Şəki Kommersiya Məhkəməsinin (hakim M.Hüseynov) 03 iyul 2025-ci il tarixli, 2- 2(117)-30/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh2 135 000 manat borc, 300 manat vəkil üçün xidmət haqqının dəyəri və dövlət rüsumunun 210 manat hissəsi, cəmi 135510 manatın (bir yüz otuz beş min beş yüz on manat) tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, aparılmış tədqiqatların dəyəri olan 150 manat pulun 75 manat hissəsinin İddiaçı, 75 manat hissəsinin Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41nabz**********0000003944, sfift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, Vöen: **********, hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
8. Həmin qətnamədən narazı qalan Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün kоmmersiyа işi ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini kоmmersiyа mübahisəsinə dair iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər; 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
11. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2-2(117)-30/2025 nömrəli qətnaməsi 7 iyul 2025-ci il tarixdə Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir (səhifə 30). Şəki Kommersiya Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2-2(117)-30/2025 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən apellyasiya şikayəti 08 avqust 2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi, Cavabdeh2 qətnamənin surətini 07 iyul 2025-ci il tarixdə aldığına görə, apellyasiya şikayətinin verilmə müddəti həmin tarixdən, yəni 07 iyul 2025-ci il tarixdən hesablanmalı idi. Belə olduqda müəyyən edilir ki, apellyasiya şikayətinin verilməsi müddəti 1 gün ötürülmüşdür. Eyni zamanda müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir.
12. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı kommersiya mübahisəsinə dair işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.3-cü maddəsinin tələblərinə uyğun qaydada verilib-verilməməsinə xüsusi diqqət yetirmədən kommersiya mübahisəsinə dair işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir.
13. Məhkəmə kollegiyası sonda qeyd edir ki, "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2 və 402.2.1-ci maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Şəki Kommersiya Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2-2(117)-30/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kommersiya mübahisəsinə dair iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər.