Məhkəmə qərarları › İş №2-2(107)-13/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-13/2022

04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-13/2022 04.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 və X4 qarşı “40104,56 manat əsas borc, 8121,19 manat məbləğində faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh3 və X2 mülkiyyətində olan Ağsu şəhərində (Ağsu çayının sag sahilində) 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 kv.m olan əmlak kompleksi kimi müəssisəyə (şirə emalı zavoduna) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan pul vəsaiti kifayət etmədikdə borcun qalan məbləğinin cavabdeh "xxxx" MMC-yə məxsus olan daşınar və daşınmaz əmlaklara yönəldilməsi (o cümlədən nəqliyyat vasitələrinə), həmin əmlaklar üzərində "xxxx" MMC-nin mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və yeni mülkiyyətçi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin DƏDRX-in üzərinə qoyulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-535/2021 saylı qətnaməsindən Cavabdeh3 nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 30 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-535/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 40104,56 manat əsas borc, 8121,19 manat məbləğində faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, borc məbləği Cavabdeh3 Fizuli oğlu və X2 mülkiyyətində olan Ağsu şəhərində (Ağsu çayının sağ sahilində) 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 kv.m olan əmlak kompleksinə yönəldilməsi, ipoteka predmeti olan Ağsu şəhərində (Ağsu çayının sag sahilində) 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 kv.m olan əmlak kompleksinin likvid dəyəri 102000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait "xxxx" MMC-nin İddiaçı QSC BOKT-a olan borcunun ödənilməsinə yönəldilməsi, iddia qalan hissələrdə rədd edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 manat pulun 75 manatı İddiaçı QSC BOKT-dan və 150 manatı cavabdeh "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA********************, m/h – AZ25NABZ********************, kod – 505594, swift – GUNAAZ22) ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 Fizuli oğluna və X4 qarşı “40104,56 manat əsas borc, 8121,19 manat məbləğində faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh3 Fizuli oğlu və X2 mülkiyyətində olan Ağsu şəhərində (Ağsu çayının sag sahilində) 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 kv.m olan əmlak kompleksi kimi müəssisəyə (şirə emalı zavoduna) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan pul vəsaiti kifayət etmədikdə borcun qalan məbləğinin cavabdeh "xxxx" MMC-yə məxsus olan daşınar və daşınmaz əmlaklara yönəldilməsi (o cümlədən nəqliyyat vasitələrinə), həmin əmlaklar üzərində "xxxx" MMC-nin mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və yeni mülkiyyətçi kimi qeydiyyata alınması ilə bağlı hərəkərlərin edilməsi öhdəliyinin DƏDRX-in üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh3 nümayəndəsi 23.08.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət edərək iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş, "xxxx" MMC“-yə göndərilən məhkəmə bildirişlərində “ünvan bağlıdır” qeydi aparılmaqla, Abuşov Cavanşir oğluna məhkəmə bildirişlərində “köçüb” qeydi aparılmaqla bildirişlər məhkəməyə qaytarımış, "xxxx" MMCnin qanuni təmsilçisi Nümayəndə2 Abdulhəmid oğluna SMS bildiriş göndərilmiş, qeyd edilən məhkəmə bildirişləri tərəflərə çatdırılması üçün yerli icra orqanlarına da təqdim edilmişdir. Cavabdeh3 30.09.2021-ci il tarixdə elektron poçt vasitəsi ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsi cavabdehlər lazımi qaydada məlumatlandırıldıqlarından və iş üzrə lazımi məhkəmə araşdırılması aparıldığından işin əlavə araşdırılmasına ehtiyac olmadığını və əsassız vaxt itkisinə yol verilməməsi baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-147-ci maddələrini rəhbər tutataq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-535/2021 saylı qətnaməsindən Cavabdeh3 nümayəndəsi Cavabdeh2 tərəfindən аpellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh3 nümayəndəsi Cavabdeh2 apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv olunmalı və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, ona və digər cavabdehlərə qarşı irəli sürülən iddia tələblərinin əsasları kimi "xxxx" ASC ilə bağlanılan 01 avqust 2013-cü il tarixli 9895 saylı kredit müqaviləsi və həmin tarixli 35 nömrəli ipoteka müqaviləsinə istinad edilmişdir. Həmin müqavilə üzrə kredit və faiz borclar iri məbləğləri təşkil etdiyindən, və ipoteka predmeti qiymətləndiriləndən sonra əmlak bazarında dəyişikliklər baş verdiyindən, iddianın verilmiş tələblər çərçivəsində (mövcud vəziyyətdə) təmin olunması cavabdehlərin həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərinin ağır pozulmasına səbəb olacağı barədə ehtimallar yüksəkdir. Əsas və faiz borcunun əks etdirən və iddiaçı təşkilat tərəfindən məhkəməyə təqdim olunmuş müvafiq maliyyə sənədləri mötəbər sənəd kimi hesab oluna bilməz, çünki iddiaçının bu rəqəmləri məhkəməyə təqdim etməkdə birmənalı şəkildə maraqlıdır. Göstərilənlərə əsaslanaraq, o, birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək, iş üzrə məhkəmə ekspertizalarının keçirilməsini, ekspertlər qarşısında isə vəsatətin təsviri hissəsində göstərilən xüsusiyyətlər nəzərə alınmaqla tərəflər arasında bağlanmış 01 avqust 2016-cı il tarixli 9895 saylı kredit müqaviləsi və sair digər kredit razılaşmaları (sonrakı ərizələr) üzrə əsas və faiz borclarının düzgün hesablanıb-hesablanmaması, habelə ipoteka predmetinin hazırkı real bazar dəyərinin müəyyən olunması barədə suallar qoyulmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsi isə bu vəsatəti ümumiyyətlə nəzərə almamış və həqiqət əsas və faiz borcu, habelə ipoteka predmetinin faktiki dəyərini müəyyən etmək üçün heç bir tədbir görməmişdir. Göründüyü kimi, Şəki Kommersiya Məhkəməsi iddia müddətini tətbiq etməsə də belə, iş üzrə təkrar məhkəmə-mühasibatlıq və məhkəmə-qiymətləndirici ekspertizalar keçirilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcun tutulması və ipoteka predmeti olan mənzilin likvid dəyəri hissədə ləğv edilərək və bu hissədə təkrar məhkəmə-mühasibatlıq və məhkəmə-qiymətləndirici ekspertizalarin nəticəsinə uyğun yeni qətnamə qəbul olunmalıdı idi. Hesab edir ki, belə olan halda Şəki Kommersiya Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası MPM-nin 14 və 217-ci maddələrinin, habelə «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının yuxarıda sadalanan bəndlərin müddəalarına uyğun olaraq əsaslı hesab edilə bilməz. Bundan başqa qətnamədə qeyd olunur ki, iddiaçı tərəfindən 29 sentyabr 2021-ci il tarixdə məhkəməyə təqdim edilən məktubdan və bank hesabından çıxarışdan müəyyən edilmişdir ki, 12 mart 2017-ci il tarixdə "xxxx" MMC tərəfindən kredit ödənişi edilmişdir. Bu isə cavabdeh tərəfindən borcun etiraf edildiyini göstərir və qanunvericiliyə əsasən iddia müddətinin axımının yenidən başlanılması deməkdir. Halbuki, nə onun, nə də ki digər cavabdeh tərəfindən 12 mart 2017-ci il tarixdə iddiaçı təşkilatına heç bir ödəniş həyata keçirilməmiş, müvafiq ödəniş qəbzin surəti bizə təqdim olunmamışdır. Əgər belə bir imza vardırsa, həmin imza saxtadır. 12 mart 2017-ci il tarixdə işlərin təhvil-təslim aparılması və məhz həmin tarixdə ödənişin guya həyata keçirilməsi məhz iddiaçının əməkdaşları tərəfindən ödənişin edilməsini təsdiq edir ki, iddia müddətinin ötürülməməsi barədə saxta dəlil əmələ gəlmiş olsun. Faktiki olaraq isə iddia müddətinin axımı 01 avqust 2016-cı il tarixdən hesablanmalıdır. Həmçinin iddia ərizəsində qeyd olunduğu kimi, 01 avqust 2013-cü il tarixli müqavilə öhdəliklərindən irəli gələn problemli borc üzrə tələb hüququ da S-KUR-2 nömrəli 12 mart 2017-ci il tarixli təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə keçmişdir. Borc öhdəlikləri üzrə hüquqlarının gec ötürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379-cu maddəsi (İddia müddəti axımının dayandırılması) ilə nəzərdə tutulmuş hallara aid edilməmişdir. Ona görə də iddia ərizəsinin iddia müddətinin keçməsi ilə məhkəməyə verilməsi borc öhdəlikləri üzrə hüquqlarının gec ötürülməsi ilə əsaslandırıla bilməz. Şəki Kommersiya Məhkəməsinin qətnaməsində eyni zamanda yazılmışdır ki, «…Hazırkı iddia ərizəsi bu tarixdən sonra, yəni, 15.07.2021-ci il tarixdə verilsə də, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən eyni tələblə eyni cavabdehə qarşı Ağsu Rayon Məhkəməsində 2020-ci ilin yanvar ayında iddia qaldırılmışdır. Odur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. İddiaçı vaxtında məhkəmələrə müraciətlər etmiş, lakin məhkəmələr həmin iddialara müvafiq prosessual manelər olması səbəbindən mahiyyəti üzrə baxmamışdır.». Faktiki hallar isə ondan ibarətdir ki, iddiaçı hazırkı iddia tələbləri ilə 2020-ci ilin yanvar ayında məhkəməyə müraciət etsə də, məhkəməyə nümayəndəsini göndərmədiyi səbəbindən iddiası baxılmamış saxlanılmışdır və iddiasına baxılması üçün heç bir prosessual maneəsi olmamışdır. Sadəcə iddiaçının səhlənkarlığı ucbatından iddiasına mahiyyəti üzrə baxılmamışdır. Şəki Kommersiya Məhkəməsi isə heç bir konkret hallara istinad etmədən «müvafiq prosessual maneələri» görmüşdür. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-535/2021 saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin dəlilləri Məhkəmə kollegiyasının iclаsında iddiаçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-535/2021 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cаvаbdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 və X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasında MMC-nin nümayəndəsi və digər cavabdehlər iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə həmin onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh3 nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-535/2021 saylı qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 01.08.2013-cü il tarixli 9895 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmeti 50000 manat, illik 18 faiz olmaqla, müddəti 36 aydır. Həmin kredit müqaviləsinin təminatı olaraq bağlanmış 01.08.2013-cü il tarixli 35 saylı ipoteka müqaviləsi ilə Cavabdeh3 Fizuli oğlu və X2 mülkiyyətində olan Ağsu şəhərində (Ağsu çayının sağ sahilində) 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 kv.m olan əmlak kompleksi "xxxx" ASC-nin ipoteka ilə yüklü edilmişdir. 30.04.2021-ci il tarixə olan maliyyə arayışından görünür ki, həmin tarixə "xxxx" MMCnin İddiaçı QSC BOKT-a 40 104,56 manat əsas borc üzrə, 8 121,19 manat faizlər üzrə olmaqla, ümumilikdə 48225,75 manat məbləğində borcu mövcuddur. 01.01.2009-cu il tarixdən 24.09.2017-ci il tarixədək olan dövrdə "xxxx" MMC-nin hesabından çıxarışndan görünür ki, sonuncu tərəfindən 30.09.2013-cü il tarixdə 829 manat, 27.12.2013-cü il tarixdə 2007,47 manat, 31.01.2014-cü il tarixdə 2707,47 manat və 992,53 manat, 09.04.2014-cü il tarixdə 297 manat, 22.04.2014-cü il tarixdə 2458,01 manat və 1641,99 manat, 29.05.2014-cü il tarixdə 3240,56 manat və 829,44 manat, 21.07.2014cü il tarixdə 1 000 manat, 30.09.2014-cü il tarixdə 1249,42 manat, 31.03.2015-ci il tarixdə 200 manat, 29.06.2015-ci il tarixdə 5600 manat, 16.11.2015-ci il tarixdə 1489,40 manat və 16.11.2015-ci il tarixdə 2910,60 manat məbləğində ödənişlər edilmişdir. Həmin ödənişlər ******************** nömrəli hesaba, yəni kredit müqaviləsi üzrə kredit məbləği ilə bağlı hesablaşma hesabına ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanması, kredit müqaviləsi üzrə yaranmış borc öhdəliklərinin cavabdeh "xxxx"MMC tərəfindən lazımi qaydada icra edilməməsi işin mübahisələndirilməyən hallarıdır. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhimlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” 15.07.2015-ci il tarixli Fərmanının, AR Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli 101 s nömrəli Sərəncamının tələblərinə əsasən 12.03.2017-ci il tarixli təhvil-təslim aktına əsasən həmin müqavilə üzrə bütün tələblər və hüquqlar İddiaçı QSC BOKT-a keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193-cü maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Həmin Məcəllənin 193.2-ci maddəsinə görə, əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. İddiaçı tərəfindən 29.09.2021-ci il tarixdə məhkəməyə ünvanlanan 3-11/2219 nömrəli məktubundan görünür ki, 12.03.2017-ci il tarixdən hazırki vaxtadək "xxxx" MMC tərəfindən heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Cavabdeh3 nümayəndəsi 23.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi barədə Cavabdeh3 nümayəndəsinin 23.08.2021-ci il tarixli ərizəsinə münasibətdə göstərmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizə bilavasitə kredit müqaviləsini bağlamış cavabdeh olan "xxxx" MMC tərəfindən verilə bilər. Cavabdeh3 ipoteka müqaviləsi üzrə tərəfdir və əsas borcla bağlı bağlanan kredit müqaviləsi üzrə iddia müddətinin tətbiqini tələb etmək üçün subyektiv hüququ mövcud olmadığından belə tələblə çıxış edə bilməz. ... cavabdehin hazırkı tələb üzrə kredit və ya ipoteka müqaviləsi ilə bağlı müvafiq etiraz tələbi ilə çıxış edə bilər. Cavabdeh imzalamadığı və tərəf olmadığı kredit müqaviləsi üzrə hər hansı bir tələblə çıxş etmək hüququ məntiqə və qanuna əsasən mövcud deyil, o yalnız öz səlahiyyəti dairəsində olan məsələlərlə bağlı iddia müddətinin tətbiq edilməsini tələb edə bilər. Çünki qeyd edilən ərizəni verən cavabdehdən hər hansı bir kredit borcunun tutulması barədə də məhkəmə hər hansı qərar qəbul etmir. İş üzrə X5 Cavabdeh3 Fizuli oğlunun nümayənədəsi olaraq kredit müqaviləsi üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək üçün subyektiv hüququ mövcud deyildir. İpoteka müqaviləsi isə kredit müqaviləsinin təminatı üçün bağlandığından həmin kredit müqaviləsindən asılı olduğundan ipoteka müqaviləsi üzrə iddia müddəti tətbiq edilə bilməz. Çünki qanunvericiliyin tələbinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bununla yanaşı məhkəmə iddia müddətinin tətbiqi barədə ərizə verənin belə səlahiyyətinin olmasını qəbul edib həmin ərizəyə mahiyyəti üzrə baxsa belə qeyd edir ki, qanunvericiliyin tələbinə görə müqavilə tələblərinə görə iddia müddəti 3 il nəzərdə tutulmuşdur və icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. (Mülki Məcəllə 373.2-ci, 377.2-ci maddə) Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticə ilə razılaşmır. Birinci instansiya məhkəməsi əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçməsini göstərsə də yanlış olaraq ipoteka qoyanın əsas öhdəlik üzrə tələbə şamil olunan iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermək səlahiyyətinə malik olmadığını bildirir . Halbuki, həm kreditor (iddiaçı), həm borc alan (cavabdeh), həm də ipoteka qoyan (digər cavabdeh) eyni münasibətlərin iştirakçılarıdırlar. Ona görə də əsas borca şamil olunan iddia müddətinin keçməsi əlavə öhdəliyə də şamil edilməlidir. Belə olan halda ipoteka qoyanın da əsas tələb üzrə iddia müddətinin tətbiqi ilə əlaqədar ərizə vermək hüququ olduğundan iddia müddəti keçdiyi təqdirdə həmin ərizə nəzərə alnmalıdır. Birinci instansiya məhkəməsi qətnamədə ziddiyyətli nəticəyə gələrək həm ipoteka qoyanın iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermək hüququnun olmadığını bildirir, həm də hazırkı tələblə əlaqədar ümumiyyətlə iddia müddətinin keçmədiyini bildirir. Belə ki, məhkəmə iş üzrə qətnaməsində göstərir ki, ... “hazırki iddia tələbi üzrə tərəflər arasında 01.08.2013-cü il tarixdə 36 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. Göründüyü kimi, 01.08.2016-cı il tarixi həmin müqavilə üzrə öhdəliklərin son icra tarixidir. Müqavilə üzrə sonuncu dəfə 12.03.2017-ci il tarixdə ödəniş edilmişdir. Həmin vaxtdan etibarən qanunvericiliklə müqavilə öhdəlikləri üzrə müəyyən edilmiş 3 illik iddia müddətini axımı başlanmışdır. Məhkəmə araşdırılması zamanı və iddiaçı tərəfindən 29.09.2021-ci il tarixdə məhkəməyə təqdim edilən məktubdan və bank hesabından çıxarışdan müəyyən edilmişdir ki, 12.03.2017-ci il tarixdə "xxxx" MMC tərəfindən kredit ödənişi edilmişdir. Bu isə cavabdeh tərəfindən borcun etiraf edildiyini göstərir və qanunvericiliyə əsasən iddia müddətinin axımının yenidən başlanılması deməkdir. (Mülki Məcəllənin 380.1 və 380.2-ci maddələri). Odur ki, hazırki iddia tələbi üzrə iddiaçının qanunvericiliklə 3 illik iddia müddəti sonuncu ödənişin edildiyi tarixdən sonrakı aydan yenidən başlanılır və 2020-ci ilin mart ayının sonuna qədər olan dövrü əhatə edir. Hazırkı iddia ərizəsi bu tarixdən sonra, yəni, 15.07.2021-ci il tarixdə verilsə də, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən eyni tələblə eyni cavabdehə qarşı Ağsu Rayon Məhkəməsində 2020-ci ilin yanvar ayında iddia qaldırılmışdır. Odur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. İddiaçı vaxtında məhkəmələrə müraciətlər etmiş, lakin məhkəmələr həmin iddialara müvafiq prosessual manelər olması səbəbindən mahiyyəti üzrə baxmamışdır...”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaməsi ilə razılaşmayaraq qeyd edir ki, həmin nəticə işin hallarına uyğun deyildir. Belə ki, araşdırma nəticəsində müəyyən edildiyi kimi tərəflər arasında bağlanmış hazırkı müqavilə üzrə son ödəniş 16.11.2015-ci il tarixdə 2910,60 manat məbləğində olmuşdur. Həmin tarixdən sonra ödənişin olması iş materilları ilə təsdiq olunmur. Yəni birinci instansiya məhkəməsinin iddiaçının bəyanına əsaslanaraq 12.03.2017-ci il tarixdə kredit ödənişi edildiyi barədə göstərdikləri də həqiqəti əks etdirmir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi də 16.11.2015-ci il tarixdən sonra ödənişin olduğunu bildirsə də, bunu təsdiq edən sübutları təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 12.03.2017-ci il tarixdə kredit müqaviləsi üzrə ödəniş edimiş olsaydı belə, həmin tarixdən hazırkı iddianın veildiyi 15.07.2021-ci il tarixədək iddia müddəti 1 ildən artıq müddətə keçmiş olardı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən eyni tələblə eyni cavabdehə qarşı Ağsu Rayon Məhkəməsində 2020-ci ilin yanvar ayında iddia qaldırılması ilə bağlı qənaəti ilə əlaqədar da onu qeyd edir ki, iş materiallarından görünür ki, Ağsu Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli 2(016)-168/2020 saylı qərardadı ilə İddiaçı QSC BOKT-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 və X4 qarşı kredit borcunun tutulması və borc tələbinin ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Şəki Kommersiya Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, e-2-2(117)-288/2020 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 və X4 qarşı “40104,56 manat əsas borc, 8121,19 manat məbləğində faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh3 və X2 mülkiyyətində olan Ağsu şəhərində (Ağsu çayının sag sahilində) 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 kv.m olan əmlak kompleksi kimi müəssisəyə (şirə emalı zavoduna) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan pul vəsaiti kifayət etmədikdə borcun qalan məbləğinin cavabdeh "xxxx" MMC-yə məxsus olan daşınar və daşınmaz əmlaklara yönəldilməsi (o cümlədən nəqliyyat vasitələrinə), həmin əmlaklar üzərində "xxxx" MMC-nin mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və yeni mülkiyyətçi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin DƏDRX-in üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddianın baxılmamış saxlanılmasına səbəb iddiaçının məhkəmə iclasında təmsil olunmaması olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin iddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımından bəhs edən 381.1-ci maddəsində deyilir ki, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Kredit müqaviləsinin müddəti 01 avqust 2016–cı ildə bitdiyindən və həmin tarixdən müqavilə üzrə heç bir ödəniş olmadığından (sonuncu ödəniş 16.11.2015-ci il tarixdə baş vermişdir) yuxarıda sadalanan bütün hallarda iddia müddəti keçmişdir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.3-ci maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 376-cı maddəsinə müvafiq olaraq əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. İş materiallarında olan, iddiaçı tərəfindən təqdim erdilən maliyyə arayışından və ödəmə məlumatlarında "xxxx" MMC tərəfindən arxırıncı 16.11.2015-ci il tarixdə 2910,60 manat məbləğində ödəniş edildiyi öz əksini tapır Göründüyü kimi cavabdeh "xxxx" MMC-nin banka axırıncı dəfə etdiyi ödəniş etdiyi 16.11.2015-ci il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim 15.07.2021-ci il tarixədək təxminən 6 il müddət, həmçinin kredit müqaviləsinin bitdiyi 01.08.2016-cı il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 15.07.2021-ci il tarixədək təxminən isə 5 il, müqavilə üzrə bütün tələb və hüquqların İddiaçı QSC BOKT-a keçirildiyi 12.03.2017-ci il tarixldən isə təxminən 4 il bir müddət keçmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdeh "xxxx" MMC-dən kredit borcunu tələb etməkdə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Qeyd edilən Plenum qərarında məhkəmə belə qərara gəlmişdir ki, kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəfərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisləri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göründüyü kimi, iddiaçı bank 07 sentyabr 2019-cu il tarixə kimi X1 qarşı iddia tələbi irəli sürməli olduğu halda həmin müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İş üzrə cavabdeh iddia müddətinin keçməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsinin apellyasiya şikayəti əsaslıdır, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə işin müəyyən olunmuş halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməklə çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, Cavabdeh3 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-535/2021 saylı qətnaməsi ləğv edilməli və yeni qətnаmə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh3 nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, e-2-2(117)- 535/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnаmə qəbul edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 və X4 qarşı “40104,56 manat əsas borc, 8121,19 manat məbləğində faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh3 və X2 mülkiyyətində olan Ağsu şəhərində (Ağsu çayının sag sahilində) 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 kv.m olan əmlak kompleksi kimi müəssisəyə (şirə emalı zavoduna) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan pul vəsaiti kifayət etmədikdə borcun qalan məbləğinin cavabdeh "xxxx" MMC-yə məxsus olan daşınar və daşınmaz əmlaklara yönəldilməsi (o cümlədən nəqliyyat vasitələrinə), həmin əmlaklar üzərində "xxxx" MMC-nin mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və yeni mülkiyyətçi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin DƏDRX-in üzərinə qoyulması tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar