Məhkəmə qərarları › İş №2-2(107)-14/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-14/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-14/2024 09.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 Fikrət oğlu və Cavabdeh1 qarşı “cavabdehlərdən müştərək qaydada 7266,93 manat əsas borc, 549,14 manat faiz borcu və 217.65 manat cərimə borcu, 5 oktyabr 2023-cü il tarixdən 6 oktyabr 2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 1 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 8034,72 manat borcun, 110 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması tələbinə dair” kоmmersiyа mübаhisəsi üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 13 dekabr 2023-cü il tаrixli, e-2-2(117)-1395/2023 saylı “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə qərаrdаdındаn iddiаçı İddiaçı ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 Fikrət oğlu və Cavabdeh1 qarşı ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehlərdən müştərək qaydada 7266,93 manat əsas borc, 549,14 manat faiz borcu və 217.65 manat cərimə borcu, 5 oktyabr 2023-cü il tarixdən 6 oktyabr 2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 1 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 8034,72 manat borcun, 110 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kоmmersiyа Məhkəməsinin (hakim Rüfət Məcidov) 13 dekabr 2023-cü il tаrixli, e-2-2(117)-1395/2023 saylı qəraradadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 Fikrət oğlu və Cavabdeh1 qarşı “cavabdehlərdən müştərək qaydada 7266,93 manat əsas borc, 549,14 manat faiz borcu və 217.65 manat cərimə borcu, 5 oktyabr 2023cü il tarixdən 6 oktyabr 2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 1 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 8034,72 manat borcun, 110 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı ASC Şəki Kоmmersiyа Məhkəməsinin 13 dekabr 2023-cü il tаrixli, e-2-2(117)- 1395/2023 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ...məhkəmənin qeyd edilən maddəyə istinad etməklə iddia ərizələrini geri qaytarması, məhkəmənin birtərəfli mövqedən çıxış etməsinə dəlalət edir və bu hal əsassız olaraq iddianın geri qaytarılmasına və süründürməçiliyə səbəb olur. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin MAPS şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli arayışından görünür ki, vətəndaş Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Əziz Nəzərov küçəsi, ev 5, mənzil 8 ünvanında qeydiyyatdadır. Cavabdeh1 həmin ünvana xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilməsi, verilmiş kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilməsi və borc məbləğini xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı ASCyə tam ödəməsi qeyd edilmişdir. Xəbərdarlıq rəsmi olaraq cavabdehin qeydiyyat ünvanına göndərilmiş, "xxxx" MMC tərəfindən tərtib edilmiş xəbərdarlıq qəbzinin aktına əsasən “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin tələbinə əsasən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması dedikdə vətəndaşa xəbərdarlığın düzgün ünvana göndərilməsi başa düşülür. Vətəndaşa göndərilmiş xəbərdarlığın müəyyən səbəblərdən vətəndaş tərəfindən qəbul edilməməsinin (“qapı bağlıdır”, “köçüb”, “bu ünvanda yaşamır” və s.) pretenziya qaydasının pozulması kimi qiymətləndirilməsi Mülki Prosessual qanunvericiliyin tələblərində yoxdur. Qanunvericiliyin tələbi vətəndaşa konkret olaraq xəbərdarlığın göndərilməsidir, göndərilmiş xəbərdarlığın cavabdeh tərəfindən qəbul edilməməsi və ya çatmaması halları bankın məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra və pretenziya qaydasının pozulması kimi qiymətləndirilə bilməz. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmənin qərardadında əsaslandırdığı Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə gəldikdə isə qeyd edirlər ki, cavabdehin nə “Elektron məhkəmə informasiya sistemində”, nə də Dövlət Vergi Xidmətinin X1 Sistemində VÖEN-i (X2 Nömrəsi) var. Belə olan halda iddiaçı tərəf iddia ərizəsini və xəbərdarlıq məktubunu poçt vasitəsi ilə çatdırmış, yəni cavabdehə məhkəmədən öncə iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin çatdırılması vəzifəsini icra etmişdir. Cavabdehin hər hansı digər səbəblərdən həmin bildirişi almaması artıq iddiaçının məsuliyyətinə aid deyil, çünki cavabdeh tərəfin həmin bildirişi hansı səbəbdən almaması (“qapı bağlıdır”, “köçüb”, “bu ünvanda yaşamır” və s.) və ya qəsdən almaması iddiaçının verdiyi iddia ərizəsinin məhkəmənin icraata qəbulundan imtina üçün əsas ola bilməz. Hesab edirlər ki, məhkəmənin iddia ərizəsini geri qaytarması sadəcə süründürməçiliyə səbəb olur. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməklə vətəndaşa borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıq düzgün ünvana göndərilmişdir, cavabdehin mənzildə olmaması və yaxud kuryer tərəfindən gətirilmiş sənədi qəbul etməmək məqsədi ilə mənzilin qapısını açmaması iddiaçının pretenziya qaydasına əməl etməməsi kimi qiymətləndirilə bilməz. Ona görə də hesab edirlər ki, məhkəmənin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və bu səbəbdən ləğv edilərək iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməlidir. Şəki Kоmmersiyа Məhkəməsinin 18 dekabr 2023-cü il tаrixli, e-2-2(117)-1395/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Şəki Kоmmersiyа Məhkəməsinin 13 dekabr 2023-cü il tаrixli, e-2- 2(117)-1395/2023 saylı qərardadı ləğv edilməli və kоmmersiyа mübаhisəsinə dair iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Kоmmersiyа Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, ...ədalət mühakiməsinin həyata keçirilməsi prinsiplərindən biri də çəkişmə prinsipidir ki, çəkişmə prinsipi təmin olunmadan ədalət mühakiməsinin həyata keçirilməsi yolverilməzdir. Nə qədər ki, iddiaçı tərəfindən cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, habelə iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiq edən müraciətin cavabdehə çatdırılması təmin edilməyib cavabdehin məhkəmə araşdırmasının gedişindən məlumatı olmayacaq və iddia ərizəsinin tərkib hissəsi hesab edilən cavabdehlərin ünvanı barədə rəsmi sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədən hazırki işə baxıla bilməz. Qeydiyyat ünvanı üzrə yaşamayan və faktiki yaşadığı ünvan məlum olmayan hər hansı borcluya qarşı iddia tələbinin irəli sürülməsinin mümkünlüyünə dair məhkəmə qeyd edir ki, qanunverici iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə cavabdehə çatdırlmasını təmin etmək vəzifəsini məhz iddiaçının üzərinə qoymuşdur və belə təqdimetməni təmin etmək iddiaçının vəzifəsidir ki, qanunvericiliyin bu tələbləri formal xarakter daşımır. Qeyd olunduğu kimi çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür ki, belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və çəkişmə prinsipinin təmin edilməsindən ibarətdir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Şikayətin dəlilləri ilə razılaşan kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-ci maddəsində göstərilmişdir ki, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. İş materiallarından görünür ki, iş üzrə cavabdeh olan Cavabdeh1 Dövlət Vergi Xidmətinin AVİS-də elektron kabineti və VÖEN-i (X2 Nömrəsi) mövcud deyil. Göründüyü kimi, Cavabdeh1 Elektron məhkəmə” informasiya sistemində və Dövlət Vergi Xidmətinin AVİS-də elektron kabineti olmadığına görə iddiaçının MPM-in 150.1.6-ci maddəsinin tələblərinə riayət etməsi istisna olunur. Belə olan halda iddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri sənədləri, pretenziya məktubunu cavabdeh olan Cavabdeh1 poçt vasitəsilə çatdırılmalıdır. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin MAPS şöbəsindən alınmış arayışdan görünür ki, vətəndaş Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Əziz Nəzərov küçəsi, ev 5, mənzil 8 ünvanında qeydiyyatdadır. Cavabdeh1 həmin ünvana xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilməsi, verilmiş kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilməsi və borc məbləğini xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində Yelo Bank ASC-yə tam ödəməsi qeyd edilmişdir. Xəbərdarlıq rəsmi olaraq cavabdehin qeydiyyat ünvanına göndərilmiş, "xxxx" MMC-tərəfindən tərtib edilmiş xəbərdarlıq qəbzinin aktına əsasən “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Bu isə ona dəlalət edir ki, iddiaçı tərəf iddia ərizəsini və xəbərdarlıq məktubunu poçt vasitəsi ilə cavabdehin qeydiyyat ünvanına çatdırılması vəzifəsini icra etmişdir. Cavabdehin hər hansı səbəblərdən həmin bildirişi almaması artıq iddiaçının məsuliyyət dairəsinə aid deyildir. Bundan əlavə, iddiaçının şikayətinə əlavə olunmuş qəbzdən məlum olur ki, Cavabdeh1 qeydiyyatda olduğu, yəni iddiaçı tərəfindən pretenziya və iddia ərizəsinin göndərildiyi eyni ünvana xx.xx.2023-cü il tarixdə mediasiya təklifi göndərilmiş və həmin məktub xx.xx.2023-cü il tarixdə “Hüseynov” soyadı və imza edilməklə cavabdeh tərəfindən qəbul edilmişdir. Bu isə onu deməyə əsas verir ki, Cavabdeh1 başqa yerdə yox məhz rəsmi qeydiyyatda olduğu ünvanda yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Qanunvericiliyin tələbinə əsasən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması dedikdə cavabdehə xəbərdarlığın düzgün ünvana göndərilməsi başa düşülür. Cavabdehə göndərilmiş xəbərdarlığın müəyyən səbəblərdən onun tərəfindən qəbul edilməməsinin (“qapı bağlıdır”, “köçüb”, “bu ünvanda yaşamır” və s.) pretenziya qaydasının pozulması kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə ziddir. Göndərilmiş xəbərdarlığın cavabdeh tərəfindən qəbul edilməməsi və ya çatmaması halları bankın məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra və pretenziya qaydasının pozulması kimi qiymətləndirilə bilməz. Xəbərdarlıq düzgün ünvana (Azərbaycan Respublikası DİN-nin MAPS şöbəsindən alınmış arayış) göndərildiyi halda cavabdehin mənzildə olmaması və yaxud kuryer tərəfindən gətirilmiş sənədi qəbul etməmək məqsədi ilə mənzilin qapısını açmamasının məhkəmə tərəfindən iddiaçının pretenziya qaydasına əməl etməməsi kimi qiymətləndirilməsi iddiaçının məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına gətirib çıxarmaqla bərabər cavabdeh tərəfindən də öhdəlikdən yayınmağa şərait yaradır. Kollegiya kollegiyası iş materialları əsasında bu qənaətə gəlir ki, iddia ərizəsinin qaytarılması haqqında birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli olsa da, apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata götürülməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Çünki, iddianın mümkünlüyü məsələsinin həlli, təkcə iddianın geri qaytarılması üçün müəyyən olunmuş halların mövcud olub-olmaması ilə bağlı aparılan araşdırma ilə bitmir. İddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsaslarının mövcudluğu da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll edilməlidir. Lakin birinci instansiya məhkəməsinin qərardadının məzmunundan görünür ki, iddianının mümkünlüyü ilə bağlı olan digər əsaslar araşdırılıb onlara qiymət verilməmişdir. Ona görə də kollegiya hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin 13 dekabr 2023-cü il tаrixli, e-2-2(117)-1395/2023 saylı qərardadı ləğv edilməli və kоmmersiyа mübаhisəsinə dair iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddianın icraata götürülməsini istisna edən digər halların olub-olmamasını araşdırmalı, həmin hallar müəyyən edilməzsə, iddianı icraata qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 13 dekabr 2023-cü il tаrixli, e-2-2(117)-1395/2023 saylı qərardadı ləğv edilsin və kоmmersiyа mübаhisəsinə dair iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar