Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-142/2024 15.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “25000 manat pulun tutulması” tələbi barədə ilkin iddia ərizəsinə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “ “İncə” kafesinin işlədilməsinə görə əldə edilmiş 25000 manat gəlirin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tаrixli 2-2(117)-886/2024 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Şəki Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tаrixli 2-2(117)-886/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “25000 manat pulun tutulması” tələbi barədə ilkin iddia ərizəsi qismən təmin edilərək, “Cavabdeh1 20000 manat, Cavabdeh2 5000 manat pulun tutularaq İddiaçı ödənilməsi və ilkin iddia üzrə ödənilməmiş 165 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi” qət edilmişdir. Eyni zamanda, həmin Qətnamə ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “ “İncə” kafesinin işlədilməsinə görə əldə edilmiş 25000 manat gəlirin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi isə rədd edilmişdir (hakim Rüfət Məcidov). Həmin Qətnamənin tam mətni 23 sentyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilərək imzalanmışdır. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 poçt vasitəsilə ünvanına göndərilmiş Şəki Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tаrixli 2-2(117)- 886/2024 nömrəli qətnaməsinin surətini 02 oktyabr 2024-cü ildə rəsmi qaydada almış (iş vərəqi: 66) və 31 oktyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin qətnamədən apellyasiya şikayəti verərək, “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2 (117)-886\2024 nömrəli məhkəmə qətnaməsinin əsassız və saxtalaşdırılmış sübutlara əsaslandığından və reallığı əks etdirmədiyindən apellyasiya qaydasında qismən ləğv olunmasını və yeni qətnamə qəbul olunmasını” xahiş etmişdir (i/v: 67-71). Birinci instansiya məhkəməsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 Şəki Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tаrixli 2-2(117)-886/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini işlə birlikdə baxılması üçün 14 noyabr 2024cü ildə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması daxildir (maddə 366.1), əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2), apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır (maddə 366.3) və apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər (maddə 366.4),. Məhkəmə kollegiyası, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 Şəki Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tаrixli 2-2(117)-886/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini və iş materiallarını öyrənib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Şəki Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tаrixli 2-2(117)- 886/2024 nömrəli qətnaməsindən 31 oktyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” adlanan 12-ci bəndində şikayətçinin apellyasiya instansiyasından tələbi “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli iş № 2-2 (117)-886\2024 nömrəli məhkəmə qətnaməsi əsassız və saxtalaşdırılmış sübutlara əsaslandığından və reallığı əks etdirmədiyindən məhkəmə qətnaməsi apellyasiya qaydasında qismən ləğv olunmalı və yeni qətnamə qəbul olunmalıdır” kimi ifadə olunmuşdur ki, bu da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya şikayətinin məzmununa dair ümumi tələbləri müəyyənləşdirən 361-ci maddəsi ilə yanaşı, şikayətin “Elektron məhkəmə” informasiya sistemində formasını müəyyənləşdirən “Əlavə 2”-də əksini tapmış şikayətlə bağlı mühüm tələblərə uyğun deyildir. Çünki, həmin Məcəllənin 361.1.4-cü maddəsinin tələblərinə görə “şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi” apellyasiya şikayətində göstərilməlidir. Ona görə də, apellyasiya şikayəti verən şəxs “Əlavə 2”-nin 12-ci bəndində tələblərini aydın göstərməli, yəni “məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair” tələblərini dəqiq bildirməlidir. Bundan əlavə, hazırkı apellyasiya şikayətində onu verən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 ünvanı göstərilməmiş (maddə 361.1.2 və “Əlavə 2”-nin 1.5-ci yarımbəndi) və onun prosessual vəziyyəti düzgün qeyd olunmamışdır (maddə 361.1.2 və “Əlavə 2”-nin 1.8-ci yarımbəndi). Yəni, apellyasiya şikayətini vermiş Cavabdeh2 hazırkı kommersiya işi üzrə prosessual vəziyyəti “cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)” olduğu halda, “Əlavə 2”-nin 1.8-ci yarımbəndində o, “şikayət verən şəxs” kimi qeyd olunmuşdur ki, bu da onun Mülki Prosessual Məcəlləsinin 361.1.2-ci maddəsi ilə qeyd olunması tələb olunan prosessual vəziyyətini əks etdirmir. Məlumdur ki, Mülki Prosessual Məcəllənin tələbləri baxımından iddia icraatları üzrə tərəflər (proses iştirakçıları) - prosessual vəziyyətlərinə görə iddiaçı, cavabdeh və yaxud üçüncü şəxslər olduğundan, - həmin Məcəllənin 361.1.2-ci maddəsində (“Əlavə 2”-nin 1.8-ci yarımbəndində) nəzərdə tutulan “şikayəti verən şəxsin prosessual vəziyyəti” ifadəsi də - şikayət verən şəxsin iddiaçı, cavabdeh və s. olmasının qeyd olunmasını tələb edir. Həmçinin, Mülki-Prosessual Məcəllənin tələblərinə görə “şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar” və “şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar” da apellyasiya şikayətində göstərilməlidir (MPM-nin 361.1.5-ci və 361.1.6-cı maddələri; “Əlavə 2”nin 8, 9 və 10-cu bəndləri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə uyğun olaraq, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində - şikayətin verildiyi məhkəmənin adı və ünvanı (maddə 361.1.1), şikayəti verən şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti (maddə 361.1.2), barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı (maddə 361.1.3), şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi (maddə 361.1.4), şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (maddə 361.1.5), şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar (maddə 361.1.6) və şikayətə əlavə edilən sənədlərin siyahısı (maddə 361.1.7) göstərilməlidir. Göründüyü kimi, yuxarıda qeyd olunan nöqsanlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində apellyasiya şikayətinin məzmununa aid tələblərin təsbit olunduğu 361-ci maddəsinin tələblərinin pozulduğunu təsdiq edir. Eləcə də, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, apellyasiya şikayətinin “Dövlət rüsumunun ödənilməsi ilə əlaqədar qeydin aparıldığı” bölməsində (qrafasında) hazırkı şikayətin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumunun 31 oktyabr 2024cü ildə ödənildiyi qeyd olunmuş və bundan əlavə məhkəməyə 04 noyabr 2024-cü ildə əlavə olaraq 32 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzi də təqdim edilmişdir (cəmi 82 manat). Halbuki, Şəki Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tаrixli 2-2(117)-886/2024 nömrəli qətnaməsində “ilkin iddia üzrə ödənilməmiş 165 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi” qət edilmiş və bundan əlavə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən isə iş üzrə məlum qarşılıqlı iddianın verilməsi üçün ümumilikdə cəmi 165 manat məbləğində dövlət rüsumu da ödənilmişdir. Ona görə də, işin qeyd olunan halları və qanunvericiliyin tələbləri nəzərə alınmaqla, şikayətçi tərəfindən apellyasiya şikayəti verilərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan qaydada və məbləğdə dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə görə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir (108.1.1-ci maddə), məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir (108.2-ci maddə) və dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (108.3cü maddə). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 10-1-ci maddəsinin tələblərinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır (maddə 10-1.1), məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2) və kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (maddə 10-1.3). Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə - apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.2-ci maddəsinin tələblərinə görə, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa - birinci instansiya məhkəməsi tərəfindən apelyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur və hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Ona görə də, məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün bir sıra mühüm prosessual qaydalar və məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, bu məhdudiyyətlərə - Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsində nəzərdə tutulmuş qaydalar da aiddir. Yəni, həmin normaya əsasən apellyasiya şikayəti Mülki- Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, geri qaytarılmalıdır. Çünki, Mülki Prosessual Məcəllənin 361-ci maddəsində apellyasiya şikayəti üçün zəruri olan məzmuna dair tələblər nəzərdə tutulmuşdur ki, bu tələblərə digər hallarla yanaşı, yuxarıda qeyd olunduğu kimi “şikayəti verən şəxsin ünvanının və işdə prosessual vəziyyətinin, şikayəti verən şəxsin tələbinin və məhkəmə aktının hansı hissədə mübahisələndirilməsinin, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasların və şikayət verən şəxsin istinad etdiyi konkret fakt və halların, habelə onları təsdiq edən sübutların” göstərilməsi tələbləri də aiddir. Eyni zamanda, MPMnin apellyasiya şikayətinin məzmununa dair ümumi tələbləri müəyyənləşdirən 361-ci maddəsi ilə yanaşı, onun formasını müəyyənləşdirən “Əlavə 2”-də də şikayətlə bağlı mühüm tələblər öz əksini tapmışdır (qeyd olunan tələblərin düzgün və bir qaydada yerinə yetirilməsi üçün “Elektron məhkəmə” informasiya sistemində apellyasiya şikayətinin ümumi formasını müəyyən edən “Əlavə 2”yə uyğun elektron apellyasiya şikayəti nümunəsi hazırlanaraq apellyasiya şikayəti verən proses iştirakçılarının istifadəsinə verilmişdir). Hazırkı iş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayətində isə yuxarıda qeyd edilən tələblərə əməl olunmamış, yəni onun ünvanı və işdə prosessual vəziyyəti göstərilməmiş, apellyasiya şikayətinin tələbi dəqiq ifadə olunmamışdır. Həmçinin, apellyasiya şikayəti verən şəxs tərəfindən qanunvericiliyin tələblərinə uyğun ödənilməli olan rüsumun məbləği də düzgün müəyyən edilərək, müvafiq qaydada ödənilməlidir. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Şəki Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tаrixli 2-2(117)-886/2024 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinə riayət edilmədən verildiyindən, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq, iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalı və birinci instansiya məhkəməsi isə hazırkı apellyasiya şikayətinə münasibətdə Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir. Eyni zamanda, bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinin tələblərinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərir. Həmin Məcəllənin 363-cü maddəsində isə prosessual tələblərə riayət edilmədən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasının əsasları təsbit olunmuşdur. Yəni, Mülki-Prosessual Məcəllədə apellyasiya şikayətlərinin qanunvericiliyin tələblərinə uyğun verilməsinin yoxlanılması və düzgün verilməyən apellyasiya şikayətlərinin geri qaytarılması vəzifəsi imperativ qaydada birinci instansiya məhkəməsinə həvalə olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 361-366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “25000 manat pulun tutulması” tələbi barədə ilkin iddia ərizəsinə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “ “İncə” kafesinin işlədilməsinə görə əldə edilmiş 25000 manat gəlirin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tаrixli 2-2(117)-886/2024 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-142/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-142/2024
15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver