Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(107)-149/2025 30.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qаrşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı - LPO İddiaçı ASC-nin nümayəndəsi İbrahimxəlilov Coşğun Əvəz oğlunun, Cavabdeh - cavabdeh2 iştirakı ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “5824.18 ABŞ dolları əsas, 2468,78 ABŞ dolları faiz, 7394,38 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2014-cü il tarixli qərarına əsasən hesablanmış 844,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 16531.36 ABŞ dolları pul vəsaiti və 174,31 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında оlаn ##.##.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdeh2 dövriyyə və əsas vəsaitlərin artırılması məqsədilə 18 ay müddətinə 11400 ABŞ dolları kredit verilmiş, borcalan kreditora kreditin istifadəsinə görə illik 25% ödəməyi öhdəsinə götürmüşdür. 2.5-ci bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi illik 50 faiz dərəcəsilə, aylıq isə 4.17 faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir.
2. ##.##.2014-cü il tarixli *********/ZM nömrəli (zaminlər cavabdeh1 və X2) zaminlik müqaviləsindən görünür ki, həmin müqavilələr bankla borclu – cavabdeh2 arasında kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır.
3. Müqavilənin: 3.4.2-ci bəndinə əsasən, bu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmək zaminin vəzifəsidir. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrasının vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və zaminlərə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilir.
4. İş materiallarında оlаn ##.##.2017-ci il tarixli * nömrəli Əlavə Sazişdən görünür ki, ##.##.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditorun borclana verdiyi kreditin qalıq məbləği 15283,61 ABŞ dolları (8623.87 USD əsas borc, 4550.35 USD faiz borcu, 2109.39 USD cərimə borcu) təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək təşkil edir. Ödəniş cədvəli ilə ##.##.2017-ci il tarixindən ##.##.2018-ci il tarixinədək hər ay 71 ABŞ dolları, ##.##.2018-ci il tarixindən ##.##.2022-ci il tarixinədək hər ay 206.00 ABŞ dolları, sonuncu ay isə 229.68 ABŞ dolları ödəniş edilməsi müəyyənləşdirilmişdir.
5. Eyni zamanda bank, əsas borclu və zamin cavabdeh1 arasında da ##.##.2017-ci il tarixli ** nömrəli “********* saylı ##.##.2014-cü il tarixli zaminlik müqaviləsi” üzrə Əlavə Sazişlər imzalanmışdır.
6. İş materiallarında оlаn cavabdeh cavabdeh2 məxsus ##.##.2016-cı il tarixdən ##.##.2019-cu il tarix aralığınadək olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi məhsulun adı hissəsində kompensasiya ödənişləri üçün cari hesab”, eyni zamanda ##.##.2019-cu il tarixinin açıqlama hissəsində “fərmana əsasən əsas borcdan ödəniş”, “fərmana əsasən kompensasiya ödənişi” qeydləri yazılmışdır. Eyni zamanda ##.##.2019-cu il tarixdən ##.##.2025-ci il tarixədək olan hesabdan çıxarış məlumatından göründüyü kimi cavabdehin dövrün sonuna qalıq borcu 5824.18 ABŞ dolları, manatla isə 9901.12 manat təşkil etmişdir.
7. İş materiallarında оlаn Əmanətlərin Sığortalanması Fondunun Şəki Kommersiya Məhkəməsinə ünvanladığı ##.##.2025-ci il tarixli **-*/*-*****/**** nömrəli məktubda bildirilmişdir ki, məhkəmənin ##.##.2025-ci il tarixli məktubundan məlum olur ki, hazırkı iş üzrə kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli *** nömrəli Fərmanının tələbləri tətbiq olunmaqla güzəşt tətbiq edilmişdir. Odur ki, qeyd edilən iş üzrə “Problemli kreditlərin kompensasiyası”na dair portaldan çıxarış məhkəməyə təqdim edilir.
8. İş materiallarında оlаn ##.##.2025-ci il tarixli “Problemli kreditlərin kompensasiyası”na dair məlumatdan və portaldan çıxarışdan göründüyü kimi restrukturizasiyadan sonra qalıq borc 9901.09 manat müəyyən edilmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “5824.18 ABŞ dolları əsas, 2468,78 ABŞ dolları faiz, 7394,38 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 844,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 16531.36 ABŞ dolları pul vəsaiti və 174,31 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında iddia tələbini müdafiə etdiyini və təmin edilməsini Xahiş etmişdir.
12. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh cavabdeh2 5824.18 ABŞ dolları (9901.09 manat) əsas və 61.41 manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia qalan hissələrdə rədd edilməsi qət edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdeh2 əsas borc olan 5824.18 ABŞ dollarının (yəni, 9901.09 manatın) tutulması hissəsində təmin edilməli, faiz və cərimə məbləğlərinin ödənilməsi hissəsində rədd edilməlidir. Eyni zamanda cavabdehdən 5824.18 ABŞ dolları borc məbləği tutularkən ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə deyil, problemli kreditlərin kompensasiyası hesablanarkən müəyyən edilmiş məbləğ, yəni 9901.09 manat əsas götürməlidir.
14. Birinci instansiya məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 739.2-ci və Mülki Prosessual Məcəllənin 77.1, 81, 217.3, 217.4-cü maddələrinə və azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ## ###### 2019-cu il tarixdə *** nömrəli Fərmanına istinad etməklə əsaslandırmışdır.
15. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ...məhkəmə qətnaməsində qeyd etmişdir ki, “kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ## ###### 2019-cu il tarixli Fərmanının təsir dairəsin düşdüyü öz təsdiqini tapır. Belə ki, qeyd edilən Fərmanın tələbləri hazırkı borc məbləğinə münasibətdə tətbiq edilərək müvafiq kompensasiya edilməklə cavabdehin borclarının ödənilməsinə yönəldilməli, qalan faiz və cərimə borclarının Fərmanın tələblərinə əsasən silinməsi təmin edilməl idi. Bank tərəfindən yalnız əsas borc müvafiq kompensasiya edilməklə azaldılsa da, digər borclar silinməmiş, cavabdehlə yeni güzəştli şərtlərlə bağlı müqavilənin bağlanması təklifinin iddiaçı tərəfindən irəli sürülməsi müəyyən edilməmişdir. Ona görə də iddiaçının qeyd edilən faizləri və cərimə məbləğini tələb etməsi qanunvericiliyə uyğun deyildir. İddiaçı yalnız yeni güzəştli müqavilənin şərtləri əsasında faiz və cərimə borcu tələb edə bilərdi”. Bildirirlər ki, problemli kreditlərin kompensasiyası və restrukturizasiya olunmasına dair məlumatları əks etdirən portaldan çıxarışdan görünür ki, cavabdeh cavabdeh2 mübahisələndirilən kredit müqaviləsi Prezidentin məlum Fərmanının təsiri altına düşsə də, həmin borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşməmişdir. Qeyd etmək istəyirlər ki, iddiaçı qaydalarla müəyyən olunan vəzifələrini həyata keçirmiş, cavabdehin borcuna dair məlumatı aidiyyatı quruma təqdim etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin iddiaçıya müvafiq kredit müqaviləsi üzrə cəmi borcunun məbləği 16.531,36 ABŞ dolları (əsas, faiz, cərimə və illik 5% hesablanmaqla) təşkil edir. Məhkəmə qətnaməsi isə işin hallarına və konkret sübutlara istinad edilməklə, tərəflərlə müzakirə olunub tədqiq edilməklə əsaslandırılmayıb. Bildirirlər ki, iş materiallarında iş üçün əhəmiyyətli olan və faktı təsdiq edən kifayət qədər sübut vardır və tərəflər həmin faktın mövcudluğunu mübahisəsiz şəkildə qəbul etmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları düzgün aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifələrini tam yerinə yetirməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsinin ləğv olunaraq iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
18. Məhkəmə kollegiyasınını iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi İbrahimxəlilov Coşğun Əvəz oğlu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin olunaraq iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasınını iclasında cavabdeh cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdeh cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
24. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
25. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
30. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti - 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. (...).
31. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
32. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
33. Maddə 739. Borc müqaviləsi (köhnə redaksiyada) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
34. Maddə 741. (köhnə redaksiyada). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
39. Maddə 115.0.1. İşə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.
40. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
43. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
45. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
48. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
VI. Apellyasiya məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
51. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
52. Müəyyən edilmişdir ki, ##.##.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xxxx” ASC tərəfindən cavabdeh2 dövriyyə və əsas vəsaitlərin artırılması məqsədilə 18 ay müddətinə 11400 ABŞ dolları kredit verilmiş, borcalan kreditin istifadəsinə görə kreditora illik 25% ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh cavabdeh2 kredit verilərkən cavabdeh1 ilə Bank arasında *********/ZM nömrəli ##.##.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Bundan sonra tərəflər arasında bağlanmış ##.##.2017-ci il tarixli Əlavə Sazişə əsasən kredit müqaviləsinə restrukturizasiya edilmiş, kreditin qalıq məbləği 15283,61 ABŞ dolları (8623.87 USD əsas borc, 4550.35 USD faiz borcu, 2109.39 USD cərimə borcu) və kreditin müddəti isə ##.##.2022-ci il tarixədək müəyyən edilmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Buna görə də iddiaçı bank cavabdehlərə qarşı hazırkı iddia tələbləri ilə məhkəmədə müraciət etmiş, İşə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.
53. İddainı qismən təmin edən birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə xarici valyutada olan kreditinin əsas borc məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan əsas borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Əsas borc məbləği isə 5824.18 ABŞ dolları (9901.09 manat) təşkil edir. Qeyd edilən Fərmanın məqsədləri üçün müvafiq maliyyə vəsaiti ayrıldığından və Banklara faiz və cərimə borclarının silinməsi və güzəştli müddətlə əsas borca münasibətdə yeni müqavilələrin bağlanması qeyd edildiyindən hazırkı tələbin əsas borc məbləği hissəsində təmin edilməsi qanuni və ədalətlidir.
54. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeyd edilən Fərmanın tələbləri hazırkı borc məbləğinə münasibətdə tətbiq edilərək müvafiq kompensasiya edilməklə cavabdehin borclarının ödənilməsinə yönəldilməli, qalan faiz və cərimə borclarının Fərmanın tələblərinə əsasən silinməsi təmin edilməli idi. Bank tərəfindən yalnız əsas borc müvafiq kompensasiya edilməklə azaldılsa da, digər borclar silinməmiş, cavabdehlə yeni güzəştli şərtlərlə bağlı müqavilənin bağlanması təklifinin iddiaçı tərəfindən irəli sürülməsi müəyyən edilməmişdir. Ona görə də iddiaçı qeyd edilən faizləri və cərimə məbləğini tələb etməsi qanunvericiliyə uyğun deyildir. İddiaçı yalnız yeni güzəştli müqavilənin şərtləri əsasında faiz və cərimə borcu tələb edə bilərdi. Bu isə müvafiq müqavilənin bağlanması ilə mümkün ola bilərdi. Həmin müqavilə isə bağlanmamışdır. Məhkəmə, tərəflər arasında Fərmanın tələblərinə uyğun yeni müqavilənin bağlanması təmin edilmədiyindən, eyni zamanda cavabdehdən iddiaçının müvafiq müqavilə şərtləri əsasında əlavə faiz və cərimənin tələb edilməsini mümkün hesab etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi faiz və cərimə məbləğlərinin ödənilməsi hissəsində rədd edilməlidir.
55. Məhkəmə kollegiyası hazırkı kommersiya mübahisəsi üzrə birnci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır.
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin borc məbləğinin problemli kreditlərin restrukturizasiya olunması təklif edilən kreditlər siyahısına düşməməsi, bunun problemli kreditlərin kompensasiyası və restrukturizasiya olunmasına dair məlumatları əks etdirən portaldan çıxarışdan aydın görünməsi barədə dəlili ilə razılaşaraq qeyd edir ki, işdə olan Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarışlardan görünür ki, cavabdeh cavabdeh2 LPO İddiaçı ASC qarşısındakı kredit öhdəliyi üzrə borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşməmişdir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı ləğv prosesində olan “xxxx” ASC ilə cavabdeh cavabdeh2 arasında ##.##.2014-cü il tarixdə bağlanmış, ##.##.2017-ci il tarixli Əlavə Sazişə əsasən ##.##.2022-ci il tarixədək uzadılmış kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli Fərmanına əsasən iddia tələbi faiz və cərimə məbləğlərinin ödənilməsi hissəsində rədd edilməli olması barədə əsaslandırması ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
57. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2019-cu il tarixli, *** nömrəli fərmanında göstərilmişdir;
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il ######ın ##-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il ######ın ##-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il ######ın ##-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin; 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il ######ın #-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; 8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; 8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.
58. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.10-cu bəndinə əsasən kompensasiya dedikdə fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğ başa düşülür.
59. Həmin Qaydanın 4.3.1-ci bəndinə əsasən kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir.
60. Həmin Qaydanın 4.3.2-ci bəndinə əsasən, bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir.
61. Yuxarıda şərh edilən normaların tələblərindən göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi Fərmanın və Qaydanın tələblərini səhv təfsir edərək, bankla cavabdeh arasında bağlanmış müqavilə münasibətinin bütünlükdə Fərmanın təsiri dairəsinə düşməsi nəticəsinə gəlmişdir. Belə ki, sadalanan normaların tələblərindən göründüyü kimi şəxsin xarici valyutada olan əsas kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsinə görə kompensasiya verilməsi ilə kredit borcunun restrukturizasiya edilməsi fərqləndirilməlidir. Kompensasiya verilməsi üçün vacib olan hal şəxsin xarici valyutada olan əsas kredit borcunun devalvasiya ilə bağlı manata nisbətdə artmasıdırsa, restrukturizasiya isə şəxsin vaxtı keçmiş kreditlərə hesablanmış faizlərin silinməsindən sonra əsas kredit borclarının ödənilməsi məqsədi ilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsini ehtiva edir. Bir sözlə kreditin devalvasiya ilə bağlı manatla artmış hissəsinə görə kompensasiya ödənilməsinə baxmayaraq, şəxsin ## ###### 2012-ci il tarixdən Fərmanın qüvvəyə mindiyi günədək kredit müqaviləsi üzrə əsas məbləğdə və (və ya) faiz borcunun ödənilməsində 360 gündən çox gecikdirilmə halı yoxdursa, həmin müqavilə münasibəti üzrə restrukturizasiyanın tətbiqi əsası da mövcud olmur.
62. Bundan başqa mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvаlə edilməli və rəy аlınаnаdək işin icrааtı dаyаndırılmаlıdır.
63. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. - Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ## ###### 2019-cu il tarixli Fərmanına uyğun olaraq ##.##.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə ##.##.2017ci il tarixli, ** nömrəli Əlavə saziş üzrə cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcundan nə qədər hissəsi silinmiş və bundan sonra cavabdeh2 həmin banka nə qədər borcu qalmışdır? - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə ##.##.2017-ci il tarixli ** nömrəli Əlavə saziş üzrə cavabdeh2 ##.##.2022-ci ilədək əsas, faiz və cərimə borcu nə qədər təşkil edir? - ##.##.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə ##.##.2017-ci il tarixli, ** nömrəli Əlavə sazişin bitdiyi ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış illik 5 % faiz borcu nə qədər təşkil edir?
64. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2026-cı il tarixli, */**** nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyinin nəticəsindən görünür ki, - Birinci sual üzrə. - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cavabdeh2 İddiaçı ASC-də olan, təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ## ###### 2019-cu il tarixli Fərmanına uyğun olaraq ##.##.2014-cü il tarixli. ********* saylı kredit müqaviləsi və ##.##.2017-ci il tarixli, ** nömrəli Əlavə saziş üzrə cavabdeh2 "xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcundan 5.470,66 manat silinmişdir (ödənilmişdir). - İkinci və üçüncü suallar üzrə. - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan cari hesabdan çıxarış məlumatları, ##.##.2014-cü il tarixli. ********* saylı kredit müqaviləsinə bağlanmış ##.##.2017-ci il tarixli ** saylı Əlavə Sazişin şərtləri nəzərə alınmaqla cavabdeh2 ##.##.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan faiz və əsas borcu 7.353,12 ABŞ dolları məbləğində və müqavilə dövründən sonra (##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək) illik 5%-lə faiz hesablanmaqla cavabdeh2 ##.##.2025-ci il tarixə (sualda göstərilən tarix) banka olan əldən çıxmış fayda, faiz və əsas borcu 8.094,02 ABŞ dolları məbləğində müəyyən edilir.
##.##.2022-ci il tarixə: - əsas borc üzrə --------------------------- 5.255,64 ABŞ dolları; - faiz borcu üzrə --------------------------- 2.097,48 ABŞ dolları (8-%lə).
##.##.2025-ci il tarixə: - əsas borc üzrə --------------------------- 5.255,64 ABŞ dolları, - faiz borcu üzrə --------------------------- 2.097,48 ABŞ dolları (8-%lə). - əldən çıxmış fayda borcu üzrə ------ 740,90 ABŞ dolları (5-%lə).
65. İş üzrə verilmiş ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır.
66. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
67. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
68. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.
69. “X3rşı işi üzrə” ## ###### 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
70. Kollegiya qeyd edir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də, cərimənin artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 7394,38 ABŞ dolları deyil, 180 ABŞ dolları məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
71. Belə ki, dəbbə pulunun (cərimənin, penyanın) hüquqi təyinatı əsas öhdəlik olan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəkildə bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Halbuki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir.
72. Qanunun tələbinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
73. Məhkəmə kollegiyasının qənaətincə, dəbbə pulunun (cərimənin, penyanın) azaldılaraq 180 AŞ dolları məbləğində müəyyən edilməsi tərəflərin əmlak mənafelərinə uyğundur. Kollegiya cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alır.
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ##.##.2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
75. Eyni zamanda, ##.##.2014-cü il tarixli *********/ZM nömrəli zaminlik müqaviləsinə münasibətdə məhkəmə qeyd edir ki, ##.##.2014-cü il zaminlik müqaviləsinin müddəti, ##.##.2017-ci il tarixli dəyişikliyə əsasən ##.##.2022-ci il tarixinədək uzadılmışdır. Belə ki, zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən, zaminliyə onun təmin etdiyi öhdəliyin icrasının vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və zaminlərə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilir. Qeyd edilən Zaminlik müqaviləsi üzrə Əlavə Sazişin 1.2-ci bəndinə əsasən restruktrizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixinədək uzadılmışdır. Ona görə də, zaminlik müqaviləsinin müddəti ötürüldüyündən borcun zamin cavabdeh1 yönəldilməsi əsassızdır.
76. Bundan başqa, hüquqi müəyyənlik baxımından zaminlik müqaviləsinin qüvvədə olma müddəti öhdəliyin icrası müddətindən çox olmamalı, eyni zamanda öhdəliyin icrası müddəti zaminlik müqaviləsinin müddətindən az olmamalıdır. Hazırki vəziyyətdə zaminlik müqaviləsində onun qüvvədə olma müddəti öhdəliyin icrası müddəti ilə üst-üstə düşdüyündən qanunvericilikdə müəyyən edilmiş müddətin nəzərə alınmasını zəruri hesab edir.
77. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
78. Şərh olunan maddənin birinci abzasında qeyd edilən müddət nəzərə alınsa zaminə qarşı iddia ən geci müqavilənin bitdiyi müddətdən sonra ##.##.2023-cü il tarixədək irəli sürülə bilərdi. Çünki müqavilədə 1 illik müddət müəyyən edilmişdir.
79. Beləliklə də, hazırkı işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.
80. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
81. Həmin qərarda qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
82. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
83. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
84. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini təmin etməməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir.
85. İş üzrə məhkəmə xərci (məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri) olan 300 manat məbləğində pulun 100 manatı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 200 manatı isə cavabdeh cavabdeh2 tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X6, KOD 210005, VÖEN ***********, müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE00000000000002088501) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh cavabdeh2 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 5.255,64 ABŞ dolları əsas borc, 2.097,48 ABŞ dolları faiz borcu, 180 ABŞ dolları cərimə borcu, 740,90 ABŞ dolları (5-%lə) əldən çıxmış fayda borcu, cəmi 8274,02 ABŞ dolları ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə və 132, 2 manat dövlət rüsumu ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci (məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri) olan 300 manat məbləğində pulun 100 manatı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 200 manatı isə cavabdeh cavabdeh2 tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X6, KOD 210005, VÖEN ***********, müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE00000000000002088501) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov