Məhkəmə qərarları › İş №2-2(107)-15/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-15/2020

14.05.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-15/2020 14.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-73/2020 nömrəli qərardadından iddiaçı Balakən Rayon X4 İctimai X9 tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Balakən Rayon X4 İctimai X9 cavabdeh Balakən Rayon X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2019-cu il tarixli 05 nömrəli müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanunazidd olaraq götürülmüş möhür və ştampın cavabdehdən alınaraq geri qaytarılması, cavabdeh tərəfindən işçilərdən toplanmış aidiyyəti üzrə təqdim edilməmiş 8100 manat miqdarında vəsaitin cavabdehdən alınaraq müəssisəyə qaytarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisənin direktoru X11 vəzifədən çıxmaq üçün ərizə vermiş, direktorun işdən çıxmaq üçün ərizə verməsindən istifadə edən Balakən Rayon X6 sədri Tahir Məmmədov özünün tabe olduğu yuxarı orqanı olan “Azərittifaq”ın işçiləri ilə əlaqəyə girərək müəssisənin ləğv edilib kooperativə birləşdirilməsi üçün fəallıq etmiş və yuxarı orqanının razılığı ilə vəzifəsindən sui-istifadə edərək vəzifə səlahiyyətlərini aşaraq müəssisənin müvəkkillərinin heç birinin iştirakı olmadan, daha doğrusu iclas keçirmədən qərar çıxarmışlar. Həmin qərardan çıxarışın surətini Balakən Rayon Məhkəməsindən 2020-ci il yanvar ayının 24-də əldə edə bilmişlər. Həmin qərardan çıxarışda göstərilir ki, guya müəssisə iflas olduğu üçün müəssisənin ləğv edilərək İİK-ə birləşdiriməsi təklif edilib. İİK-nin yuxarı orqanı olan “Azərittifaq”ın idarə heyəti də onların iştirakı olmadan xx.xx.2019-cu il tarixli 46 nömrəli iclasının qərarı ilə Balakən Rayon İİK-nin xx.xx.2019-cu il tarixli 05 nömrəli qərarı ilə razılaşaraq vəzifəsindən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşaraq müəssisənin ləğv edilməsi haqqında qərar çıxarmış, ləğv etmə komissiyasının yaradılmasını Balakən Rayon İİK-nin sədrinə tapşırmışdır. Həmin qərarı rayona gətirən “Azərittifaq”ın nümayəndəsi müəssisənin direktoru Elçin Şirinovdan müəssisənin möhür və ştampını götürüb qanunazidd olaraq T.Məmmədova vermişdir. Bu vəziyyətdən istifadə edən T.Məmmədov bütün işçilərə, Təhsil şöbəsinə, məktəb direktorlarına məktublar göndərərək X12 Birliyinin ləğv edildiyini, müəssisənin möhür və ştampının özünə verildiyini məlum etməklə və onlara təsir etməklə işçiləri qanunazidd olaraq işə qəbul etməklə onlardan müəssisəyə daxil olacaq pulları yığmağa başlamışdır. T.Məmmədov tərəfindən ləğv etmə komissiyası yaradılmamışdır. “Azərittifaq”la iddiaçı cəmiyyətin mövcud qanunvericiliyə görə heç bir əlaqəsi yoxdur. Möhür və ştampda belə onun və hətta İİK-nin adı qeyd olunmayıb. Müəssisənin vergi və sosial borcları bu günə 7657 manat təşkil etdiyi halda, X6 bu günə vergi və sosial borcu 35000 manatdan çox təşkil edir. Habelə müəssisəni iflas adı ilə saxta sənədlərlə ləğv edən təşkilatlar müəssisənin ləğv edilməsi bağlı və dövlət reyestrindən çıxarılmaları üçün qeydiyyat orqanına heç bir sənəd təqdim edə bilmirlər. Müəssisənin möhürü alındığı üçün heç bir rəsmi sənəddən istifadə edə bilmirlər. Dörd aydan çox vaxtdır ki, İİK-nin sədri müxtəlif üsullardan istifadə edərək müəssisənin büdcəsinə daxil olmalı 8100 manat pulu işçilərə təsir göstərərək heç bir qəbz verməyərək toplayıb demək olar ki, hamısını mənimsəyir. 8100 manat pulun 5140 manatı işçilərə veriləcək əmək haqqı, 1338 manatı müəssisə tərəfindən ödəniləcək sosial sığorta vəsaiti, 209 manat vergi ödənişi, 1413 manat isə digər xərclər üzrə nəzərdə tutulmuş vəsaitdir. Balakən Rayon İstehsal İstehlak Kooperativinin sədrinin qanuna zidd hərəkətlərinin nəticəsidir ki, işçilər 4 aydan çoxdur ki, əmək haqqı ala bilmir, 4 aydır ki, vergi və sosial sığorta borcları ödəməmişlər. Bu pulların hamısı İİK-nin sədri T.Məmmədov tərəfindən mənimsənilmişdir. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxx 2020-ci il tarixli e- 2-2(117)-73/2020 nömrəli qərardadı ilə iddiaçı Balakən Rayon X4 İctimai X7 cavabdeh Balakən Rayon X3rşı “xx.xx.2019-cu il tarixli 05 nömrəli müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanunazidd olaraq götürülmüş möhür və ştampın cavabdehdən alınaraq geri qaytarılması, cavabdeh tərəfindən işçilərdən toplanmış aidiyyəti üzrə təqdim edilməmiş 8100 manat miqdarında vəsaitin cavabdehdən alınaraq müəssisəyə qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı Balakən Rayon X4 İctimai X9 şikayət verərək Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-73/2020 saylı qərardadının ləğv edilərək iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(117)-73/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)-73/2020 nömrəli qərardadından iddiaçı Balakən Rayon X4 İctimai X7 şikayəti baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının MPM və ya MPM) 376.2-ci mаddəsinə əsаsən işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-73/2020 saylı qərardadı ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardadını onunla əsaslandırmışdır ki, tərəflər hüquqi şəxslər olsalar belə, tərəflər arasında yaranmış mübahisə, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə mülki mübahisə olduğundan hazırkı mübahisəyə kommersiya məhkəmələri tərəfindən deyil, ümumi məhkəmələr tərəfindən baxılmalı və bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 259.0, 259.0.3-cü maddələrinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstəriməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 3 saylı Qərarının 6.1-ci bəndində göstərilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq məqsədi ilə yazılı şəkildə ərizə verməklə məhkəməyə müraciət etmək hüququna malikdirlər. MPM-in 149.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi (ərizə, şikayət) müracıət edən şəxsin iradəsini müəyyənləşdirmək üçün şəxsən imza edilməlidir. MPM-in 259.0.3-cü maddəsinə əsasən, ərizənin şəxsən imzalanmaması ərizənin baxılmamış saxlanılması üçün əsasdır. İş materiallarından görünür ki, iddiа ərizəsi Nümayəndə tərəfindən imzalanmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, ünvan 1i ünvanında qeydiyyatda olan İctimai X7 direktoru X11 öz adından Nümayəndə müəyyən səlahiyyətlər (məhkəmələrə iddia ərizələri verməyi, onu imzalamağı və s.) vermişdir. Göründüyü kimi İctimai X7 direktoru X1 Xanım Umaxan qızına müəssisənin deyi, öz adından müəyyən hərəkətləri etməyi etibar etmişdir. Belə olan halda Nümayəndə Balakən Rayon X4 İctimai X9 tərəfindən verilən iddia ərizəsini imzalamaq səlahiyyəti olmamışdır. Hazırkı iddia ərizəsi isə İctimai X7 direktoru tərəfindən deyil Nümayəndə tərəfindən imzalanmışdır. MPM-in 74.2-ci mаddəsinə görə, iddiа ərizəsinin imzаlаnmаsı ilə əlаqədаr nümаyəndənin səlаhiyyətləri təmsil olunаn tərəfin verdiyi etibаrnаmədə xüsusi göstərilməlidir. Birinci instansiya məhkəməsi işin həmin halına diqqət yetirməmiş, iddia ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlmək yerinə, işə mahiyyəti üzrə baxıb başqa hüquqi mövqedən yanaşaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmış, bununla da mülki prosessual qanunvericiliyinin tələblərini pozmuşdur. MPM-in 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə, iddianın baxılmamış saxlanılması barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 263.2-ci maddəsinə görə, məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Kommersiya Məhkəməsi bu işə mahiyyəti üzrə baxaraq prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də, şikayət qismən təmin edilməli və Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2- 2(117)-73/2020 saylı qərardadı ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3, 260, 391 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Balakən Rayon X2 İctimai X9 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-73/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı Balakən Rayon X2 İctimai X7 cavabdeh Balakən Rayon X3rşı “xx.xx.2019-cu il tarixli 05 nömrəli müvəkkilər iclasının qərarının ləğv edilməsi, qanunazidd olaraq götürülmüş möhür və ştampın cavabdehdən alınaraq geri qaytarılması, cavabdeh tərəfindən işçilərdən toplanmış və aidiyyəti üzrə təqdim edilməmiş 8100 manat miqdarında vəsaitin cavabdehdən alınaraq müəssisəyə qaytarılması” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Balakən Rayon X2 İctimai X9nə qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən iddia qaldırmaq hüququ izah edilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar