Məhkəmə qərarları › İş №2-2(107)-15/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-15/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-15/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “cavabdehdən 14.02.2017-ci il tarixə qalan 20.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 62287,65 manat əsas borc, 21.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 113588,07 manat əsas borc, 27.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 68662,71 manat əsas borc, 02.08.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 27724,30 manat əsas borc, 3308,04 manat faiz borcu, 10230,28 manat gecikmə faiz borcu olmaqla, ümumilikdə 285801,05 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinə dair iqtisadi iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2-2(84)-198/2018 nömrəli qətnaməsindən Cavabdeh-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Kənan Vəliyev) 11 sentyabr 2018-ci il tarixli 2-2(84)-198/2018 nömrəli qətnaməsi ilə iddiaçı - ləğv prosesində olan İddiaçı ASCnin Cavabdeh-yə qarşı “cavabdehdən 14.02.2017-ci il tarixə qalan - 20.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 62287,65 manat əsas borc, 21.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 113588,07 manat əsas borc, 27.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 68662,71 manat əsas borc, 02.08.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 27724,30 manat əsas borc, 3308,04 manat faiz borcu, 10230,28 manat gecikmə faiz borcu olmaqla, ümumilikdə 285801,05 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilməsi” tələbinə dair iddiаsı təmin edilərək, Cavabdeh-dən 20.06.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsi üzrə 62287,65 manat, 21.06.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə 113588,07 manat, 27.06.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsi üzrə 68662,71 manat və 02.08.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə 41262,62 manat olmaqla cəmi 285801,05 ( iki yüz səksən beş min səkkiz yüz bir manat beş qəpik) manat məbləğində kredit borcunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2-2(84)- 198/2018 nömrəli qətnaməsindən аpellyаsiyа şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2-2(84)-198/2018 nömrəli qətnaməsi 02.08.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 10230,28 manat gecikmə faiz borcu hissəsində dəyişdirilməsi, 02.08.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 10230,28 (on min iki yüz otuz manat 28 qəpik) manat gecikmə faiz borcu, müqavilələr üzrə ödənilməli olan ümumi məbləğdən, yəni 285801,05 manat məbləğdən çıxılması və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cəmi ödənilməli olan məbləğ 275570,77 (iki yüz yetmiş beş min beş yüz yetmiş manat 77 qəpik) manat məbləğində müəyyən edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılması qət etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC və cavabdeh “xxxx” MMC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 03 noyabr 2020-ci il tarixli qərarı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayəti qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 18 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş apellyasiya qaydasında yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya İddiaçı ASC) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək “cavabdehdən 14.02.2017-ci il tarixə qalan kredit borcunun, yəni 20.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 62287,65 manat əsas borc, 21.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 113588,07 manat əsas borc, 27.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 68662,71 manat əsas borc, 02.08.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 27724,30 manat əsas borc, 3308,04 manat faiz borcu, 10230,28 manat gecikmə faiz borcu olmaqla, ümumilikdə 285801,05 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi” barədə qətnamə çıxarilmasini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 14.05.2018-ci il tarixli, 2(046)-1407/2018 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh ilə bağlanmış 20.06.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 75000 manat, 21.06.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsinə əsasən 123436 manat, 27.06.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsinə əsasən 76000 manat, 02.08.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsinə əsasən 31550 manat məbləğində, hər dörd kredit müqaviləsi üzrə 12 ay müddətinə illik faiz dərəcəsi 12% ödənilmək şərtilə kredit verilmişdir. Borcalan bankdan aldığı krediti müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin hazırkı tarixədək heç bir ödəniş olunmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 20.06.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh-yə 12 ay müddətinə, illik 12 faizlə 75000 manat məbləğində kredit verilmişdir. 09.01.2018-ci il tarixli 101H90 nömrəli maliyyə arayışından görünür ki, 14.12.2017-ci il tarixə cavabdehin 20.06.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsi üzrə cəmi 62287,65 manat məbləğində borcu olmuşdur. 08.01.2018-ci il tarixli 041H87 nömrəli xəbərdarlıqdan görünür ki, 14.12.2017-ci il tarixə hesablanmış 62287,65 manat borcun 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 21.06.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh-yə 12 ay müddətinə, illik 12 faizlə 123436 manat məbləğində kredit verilmişdir. 09.01.2018-ci il tarixli 101H90 nömrəli maliyyə arayışından görünür ki, 14.12.2017-ci il tarixə cavabdehin 21.06.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə cəmi 113588,07 manat məbləğində borcu olmuşdur. 08.01.2018-ci il tarixli, 041H87 nömrəli xəbərdarlıqdan görünür ki, 14.12.2017-ci il tarixə hesablanmış 113588,07 manat borcun 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 27.06.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh-yə 12 ay müddətinə, illik 12 faizlə 76000 manat məbləğində kredit verilmişdir. 09.01.2018-ci il tarixli 101H90 nömrəli maliyyə arayışından görünür ki, 14.12.2017-ci il tarixə cavabdehin 27.06.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə cəmi 68662,71 manat məbləğində borcu olmuşdur. 08.01.2018-ci il tarixli 041H87 nömrəli xəbərdarlıqdan görünür ki, 14.12.2017-ci il tarixə hesablanmış 68662,71 manat borcun 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 02.08.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh-yə 12 ay müddətinə, illik 12 faizlə 31550 manat məbləğində kredit verilmişdir. 09.01.2018-ci il tarixli 101H90 nömrəli maliyyə arayışından görünür ki, 14.12.2017-ci il tarixə cavabdehin 02.08.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə cəmi 41262,62 manat məbləğində borcu olmuşdur. 08.01.2018-ci il tarixli 041H87 nömrəli xəbərdarlıqdan görünür ki, 14.12.2017-ci il tarixə hesablanmış 41262,62 manat borcun 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2-2(84)- 198/2018 nömrəli qətnaməsi çıxarılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2021-ci il tarixli 2- 2(107)-15/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Ekspertizаsı Mərkəzinin 01 aprel 2021-ci il tarixli 9/1741 nömrəli rəyi məhkəmə kollegiyasına daxil olmuş, kollegiyanın 14 aprel 2021-ci il tarixli 2-2(107)-15/2021 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2-2(84)-198/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, iddiaçı tərəf əsas borcla yanaşı 3308,04 manat faiz borcu və eyni zamanda 10230,28 manat gecikmə üzrə faiz borcu tələb etmişdir. Müqavilələrdən göründüyü kimi, kredit bir il müddətinə götürülmüşdür. Həmin müddət ərzində cavabdeh tərəfindən ödənişlər yerinə yetirilmişdir. Faiz və gecişməyə görə faiz (dəbbə) müqavilənin qüvvədə olduğu müddətə hesablana bilər. Müqavilənin müddəti bitdikdən sonra bank faiz və dəbbə hesablaya bilməz. Bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq qərarı mövcuddur. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli qərarı.) Göründüyü kimi, iddiaçı tərəfindən hesablamalar düzgün aparılmamışdır. Məhz buna görə də iş üzrə mühasibatlıq ekspertizası təyin edilməlidir. Bundan başqa qeyd olunan iddia tələbi üzrə iddia müddəti 3 il nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış sonuncu müqavilənin müddəti 2014-cü ilin avqust ayında bitmişdir. Bu isə o deməkdir ki, iddia tələbi üzrə müddət 2017-ci ilin avqust ayında bitmişdir. Məhz buna görə də iddiaçının iddia tələbi müddət tətbiq edilməklə rədd edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh -in nümayəndəsi və vəkili Nümayəndə izahatında apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2-2(84)-198/2018 nömrəli qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunması haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə ümumən düzgün nəticəyə gəlsə də, iddia tələbini tam təmin etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək göstərmişdir ki, iş üzrə sübutlarla təsdiq olunur ki, Cavabdeh-nin ləğv prosesində olan İddiaçı ASC-yə 20.06.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsi üzrə 62287,65 manat, 21.06.2013cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə 113588,07 manat, 27.06.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə 68662,71 manat və 02.08.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə 41262,62 manat olmaqla, cəmi 285801,05 manat manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Buna görə də iddiaçı həmin borc məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli və Cavabdeh-dən 20.06.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsi üzrə 62287,65 manat, 21.06.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə 113588,07 manat, 27.06.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsi üzrə 68662,71 manat və 02.08.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə 41262,62 manat olmaqla, cəmi 285801,05 manat manat məbləğində kredit borcu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və bunları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. 386.1-ci mаddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər аrаsındа bаğlаnmış kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.2-ci maddəsinə əsasən, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi icranın gecikdirilməsi sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2.-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə görə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən hesablanan borc məbləği ilə razı olmadığından məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla qeyd edilən müqavilələr üzrə Cavabdeh-in iddiaçı - ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunun müəyyən edilməsi üçün 18 dekabr 2019-cu il tarixli 2-2(107)-60/2019 nömrəli qərardadı ilə Məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizаsı Mərkəzinin 06 aprel 2020-ci il tarixli 9/307 nömrəli ekspert rəyinə əsasən, tərəflər arasında bağlanılmış 20.06.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsi, 21.06.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi, 27.06.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsi və 02.08.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh-in İddiaçı ASC-nə maliyyə arayışında borcun hesablandığı tarixə, yəni 14 dekabr 2017-ci il tarixə 20.06.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsi üzrə: əsas borc üzrə 62287,65 manat, faiz borcu üzrə 0,00 manat; 21.06.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə: əsas borc üzrə 113588,07 manat faiz borcu üzrə 0,00 manat; 27.06.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsi üzrə: əsas borc üzrə 68662,71 manat, faiz borcu üzrə 0,00 manat; 02.08.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 27724,30 manat faiz borcu üzrə 3308,04 manat borcunun olması müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi xüsusi bilik tələb olunan sualları (müqavilələr və çoxsaylı maliyyə sənədləri əsasında Cavabdeh-in İddiaçı ASC-yə olan borcunun məbləğinin müəyyən edilməsi) izah etmək üçün iş üzrə Məhkəmə-mühasibatlıq ekspertizası təyin etmək əvəzinə, iddia ərizəsində göstərilən məbləğləri əsas götürərək iddia tələbini tam olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 03 noyabr 2020-ci il tarixli, 2-2(102)-324/2020 saylı qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan 10.230,28 manat məbləğin hansı borc olduğunu (apellyasiya instansiyası məhkəməsinin qətnaməsində həmin borc həm cərimə, həm də gecikdirmə faiz borcu adlanır) konkret müəyyən edə bilməmişdir. Hərçənd ki, tərəflər arasında bağlanmış müqavilələrin 2.6-cı bəndində söhbət hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% dərəcəsi ilə tutulan cərimədən, habelə vaxtı keçmiş kredit üzrə 24% dərəcəsi ilə tutulan faizdən gedir. Eyni zamanda kassasiya şikayətində iddiaçı ASC göstərir ki, onun tələb etdiyi 10.230,28 manat borc məbləği gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə tutulan məbləğdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malik olması qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən borc məbləğinin tənasübsüz yüksək olub-olmaması məsələsinin həlli bu borcun dəqiq təyinatının müəyyən edilməsindən və bundan sonra onun əsas borcla müqayisəsindən asılıdır. Eyni zamanda qanuna, habelə formalaşmış məhkəmə təcrübəsinə görə də tənasübsüz yüksək olan cərimə məbləğləri məhkəmə tərəfindən adətən, azaldılır, amma silinmir (bax hazırki qərarın 49-cu bəndinə). Məhkəmə kollegiyası onu da qeyd etməyi zərur hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində mötəbər sübut növü kimi istinad etdiyi 06 aprel 2020-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizanın rəyinə kritik yanaşmamış, həmin ekspertiza tərəfindən aparılan araşdırmanın əhatəli olmamasına kifayət gədər diqqət yetirməmişdir. Məsələn, cavabdeh MMC-nin kassasiya şikayətində qeyd edilənərə görə, həmin MMC məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə müvafiq ərizə vermiş və göstərlmişdir ki, iddiaçı Fond hazırki iddia ilə məhkəməyə müraciət edərkən artıq qanunla nəzərdə tutulmuş iddia müddəti pozulmuşdur (bax hazırki qərarın 50-53-cü bəndlərinə). Belə ki, tərəflər arasında bağlanmış 4 kredit müqaviləsi MMC-nin sonuncu ödənişi 2015-ci ilin may ayında həyata keçirilmişdir. İddiaçı Fond iddia ərizəsi ilə məhkəməyə iddia müddətinin bitməsinə 1 ay qaldığı, 2018-ci ilin aprel ayında müraciət etmişdir. İşin materiallarına əlavə edilmiş “xxxx”da MMC-nin ödənişləri görünsə də, bu ödənişlərin hansı kredit müqaviləsi üzrə silinməsini müəyyən etmək olmur. Məhz buna görə də, cavabdeh MMC tərəfindən ödənilmiş sonuncu ödənişlərin hansı kreditlərinə silinməsini araşdırmaq üçün mütəxəssis rəyinin alınması vacibdir. İş üzrə 4 kredit müqaviləsi mövcuddursa, deməli müştərinin (cavabdeh MMCnin) adına Bankda 4 (hər müqavilə üzrə) ssuda hesabı mövcuddur. Ödəniş qəbzlərindən isə ödənişlərin yalnız 1 cari hesaba ödənildiyi görünür. Əlbətdə, bunları müəyyənləşdirmək üçün ekspertin və ya mütəxəssisin rəyinə ehtiyac yaranır. Nəticədə, sonuncu ödəniş, əgər 1 müqavilə üzrə silinmişdirsə, deməli digər 3 müqavilə üzrə iddia müddəti keçmiş sayılmalıdır. İşdəki ekspertiza rəyində yuxarıda qeyd edilən məsələlərə zəruri yer verilməmişdir. O zaman apellyasiya instansiyası məhkəməsi buna lazımi hüquqi qiymət verməli idi (bax hazırki qərarın 54-cü bəndinə). Göründüyü kimi, hazırki mübahisənin ədalətli məhkəmə həlli üçün əlavə araşdırmaya zərurət yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı yuxarıda qeyd edilən sualların cavablandırılması üçün iş üzrə mütəxəssis rəyi alınmalı və ya yeni məhkəmə-mühasibətlıq ekspertizası təyin edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının göstərişlərini yerinə yetirərək iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. İş üzrə daxil olmuş 01 aprel 2021-ci il tarixli, 9/1741 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş üzrə cavabdeh “xxxx” MMC- dən iddiaçının xeyrinə tutulması qət edilən 285.101,05 manat ümumi kredit borc məbləğindən çıxılmış 10.230,28 manat borc maliyyə arayışında gecikdirilmiş faiz borcu kimi qeyd edilsə də, tərəflər arasında imzalanmış kredit müqavilənin 2.6-cı bəndində nəzərdə tutulmuş hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% dərəcəsi ilə tutulmuş cərimədir. 06.04.2020-ci il tarixdə verilmiş 9/307 nömrəli ekspert rəyində də qeyd edildiyi kimi, iş materiallarında olan kredit müqavilələri üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (yəni cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün borc hesablanılan tarixə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qeyd edilən müqavilələr üzrə cərimə borcu hesablanmadı.Bundan başqa qeyd edilir ki, 4 kredit borcu üzrə bankda hər müqavilə üzrə ssuda hesabı mövcud olmuşdur. Cavabdeh borcunu cari hesaba ödəmiş, həmin ödənişlər ödəniş qrafikində göstərilən tarixlərə uyğun olaraq müvafiq üzrə silinmişdir. Cavabdeh 2015-ci ilin aprel ayında etdiyi 1000 manat məbləğində ödənişi 21.06.2013-cü il tarixli, 109/13 nömrəli kredit müqaviləsi üzrə hesaba ödəmişdir. İş materiallarından görünür ki, cavabdeh iddiaçının tələbi üzrə iddia müddətinin keçməsini mübahisələndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci mаddəsinə əsаsən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci mаddəsinə əsаsən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci mаddəsinə əsаsən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 380.1-ci mаddəsinə əsаsən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İş materialları ilə müəyyən edildi ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh “xxxx” MMC arasında 20.06.2013-cü il tarixli, 107/13 nömrəli, 21.06.2013-cü il tarixli, 109/13 nömrəli, 27.06.2013-cü il tarixli, 111/13 nömrəli və 02.08.2013-cü il tarixli, 153/13 nömrələri ilə kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələri 1 (bir) il müddətinə bağlanmışdır. Deməli kredit müqaviləsi üzrə iddia müddəti 20.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə 20.06.2017-ci ildə, 21.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə 21.06.2017-ci ildə, 27.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə 27.06.2017-ci ildə, 02.08.2013-cü il tarixli kredit müqaviləsi üzrə 02.08.2017-ci ildə bitmiş olur. İddiaçı isə 2015-ci ilin aprel ayında yalnız 21.06.2013-cü il tarixli, 109/13 saylı kredit müqaviləsi üzrə cavabdehin hesabına 1000 (bir min) manat kredit ödəmişdir. Bununla o, borcu oldığunu etiraf edən hərəkət etmişdir. Odur ki, kredit müqaviləsi üzrə iddiaçı tərəfin iddia müddətinin axımı kəsilmişdir. Beləliklə, iddiaçı həmin müqavilə üzrə iddia müddətini buraxmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 21.06.2013-cü il tarixli, 109/13 nömrəli kredit müqaviləsindən başqa digər kredit mqavilələri üzrə iddia müddətini buraxmışdır. İşdən göründüyü kimi cavabdehin Cavabdeh-nin 14 dekabr 2017-ci il tarixdə 21.06.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borc 113588,07 manat olmuşdur. Cavabdeh tərəfdən isə həmin müqavilə üzrə iddiaçının hesabına 2015-ci il aprel ayında 1000 (bir min) manat ödənilmişdir. Faiz borcu yoxdur. Cərimə hesablanmamışdır. Odur ki, ümumi iddia tələbi kredit müqaviləsi üzrə 112588,07 manat məbləğində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə məhkəmə xərcləri tərəflər arasında bərabər bölünməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan şikayət qismən təmin edilməli, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2-2(84)-198/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdehdən 21.06.2013-cü il tarixli 109/13 nömrəli kredit müqavilə üzrə 112588,07 manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsümünun 15 (on beş) manat hissəsi tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə 06.04.2020-ci il tarixli ekpertiza rəyinə görə müəyyən edilmiş cəmi 145,00 (bir yüz qırx beş) manat ekspertiza xərci iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-dən, 01.04.2021-ci il tarxili, 9/1741 nömrəli rəy üzrə 145,00 (bir yüz qırx beş) manaty ekspertiza tədqiqatının dəyəri Cavabdeh-dən tutularaq Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22, VÖEN **********, H/hesabı AZ34CTRE******************** hesаbа ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apeılyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2-2(84)-198/2018 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh-dən 21.06.2013-cü il tarixli 109/13 nömrəli kredit müqavilə üzrə 112588,07 manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsümünun 15 (on beş) manat hissəsi tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 06.04.2020-ci il tarixli ekpertiza rəyinə görə müəyyən edilmiş cəmi 145,00 (bir yüz qırx beş) manat ekspertiza xərci iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-dən, 01.04.2021-ci il tarxili, 9/1741 nömrəli rəy üzrə 145,00 (bir yüz qırx beş) manaty ekspertiza tədqiqatının dəyəri Cavabdeh-dən tutularaq Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22, VÖEN **********, H/hesabı AZ34CTRE******************** hesаbа ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar