Azərbaycan Respublikası adından Qətnamə İş № 2-2(107)-151/2025 09.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi, apellyasiya şikayəti vermiş iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, cavabdeh cavabdeh2 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh2 (VÖEN: 6000204172) və cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. Işin halları
Iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ## #### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər cavabdeh2 (VÖEN: 6000204172) və cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 1519,37 (min beş yüz on doqquz ABŞ dolları 37 sent) ABŞ dolları əsas, 449,56 (dörd yüz qırx doqquz ABŞ dolları 56 sent) ABŞ dolları faiz, 3014,14 (üç min on dörd ABŞ dolları 14 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 219,24 (iki yüz on doqquz ABŞ dolları 24 sent) ABŞ dolları faiz borcu olmaqla – cəmi 5202,31 (beş min iki yüz iki ABŞ dolları 31 sent) ABŞ dolları məbləğində borcun və iş üzrə ödənilmiş 108,44 (yüz səkkiz manat 44 qəpik) manat dövlət rüsumunun cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə cavabdeh cavabdeh2 arasında bağlanmış 1286-1 USD saylı, ##.##.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə cari kreditin bağlanması və əsas vəsaitin təmiri məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh cavabdeh2 kredit verilərkən cavabdeh1 ilə Bank arasında ZM-1-1286-1 USD saylı, ##.##.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra ##.##.2014-cü il tarixli kredit müqaviləsinə ## #### 2017-ci il tarixdə ** nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 7675,34 (yeddi min altı yüz yetmiş beş ABŞ dolları 34 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4774,27 (dörd min yeddi yüz yetmiş dörd ABŞ dolları 27 sent) ABŞ dolları əsas borc, 2292,68 (iki min iki yüz doxsan iki ABŞ dolları 68 sent) ABŞ dolları faiz borcu və 608,39 (altı yüz səkkiz ABŞ dolları 39 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə ##.##.2025-ci il tarixli, **-*/*-Ə-**-***/**** saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh cavabdeh2 ##.##.2025-ci il tarixə kredit üzrə cəmi borcu 5202,31 (beş min iki yüz iki ABŞ dolları 31 sent) ABŞ dolları təşkil edir. Bundan 1519,37 (min beş yüz on doqquz ABŞ dolları 37 sent) ABŞ dolları əsas, 449,56 (dörd yüz qırx doqquz ABŞ dolları 56 sent) ABŞ dolları faiz, 3014,14 (üç min on dörd ABŞ dolları 14 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 219,24 (iki yüz on doqquz ABŞ dolları 24 sent) ABŞ dolları faiz borcu təşkil edir (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 445.7, 448.1, 449.1, 465, 449.4, 470.1, 472.2, 474.2 və 739.1-ci maddələri ilə əsaslandırılmışdır). Birinci instansiya məhkəməsində aparılan icraat zamanı Şəki Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadına əsasən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh2 (VÖEN: 6000204172) və cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Iş üzrə birinci instansiya məhkəməsində iddia icraatı qaydasında aparılan araşdırma zamanı cavabdeh cavabdeh2 Şəki Kommersiya Məhkəməsinə iş üzrə “iddia müddətinin tətbiqi” barədə yazılı ərizə təqdim edərək, iş üzrə iddia müddətini tətbiq edib, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “borcun tutulması” tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmiş və həmin ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı LPO İddiaçı ASC ona və digər cavabdeh cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia qaldırmışdır. Bildirir ki, LPO xxxx ASC ilə ##.##.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və ona 24 ay müddətinə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. 2015ci ildə ABŞ dollarının məzənnəsi qalxdığı üçün onun sonuncu ödənişi 2015-ci ildə olmuşdur. Banka ödəniş etmədiyi üçün iddiaçı LPO İddiaçı ASC 2016-cı il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qərarına əsasn mülki iş baxılmamış saxlanılmışdır. Bundan sonra Bank tərəfindən ona müraciət edilərək, yenidən müqavilə bağlanması təklif edilmişdir. Lakin, o, razılaşmamışdır. Keçən müddət ərzində isə ərizə ilə məhkəməyə müraciət edilməmişdir. Maddi imkanı olmadığından sonuncu ödənişi 2015-ci ildə olmuşdur. Iddiaçı LPO İddiaçı ASC isə məhkəməyə 2025-ci il tarixdə müraciət etmişdir. Yəni, kredit müqaviləsinin müddəti bitdikdən 9 il, sonuncu ödəniş etdiyidən tarixdən isə 10 il keçmişdir. Qanunun mənasından və işin faktiki hallarında görünür ki, LPO İddiaçı ASC kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia müddətini ötürmüşdür. Iş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Şəki Kommersiya Məhkəməsinə cavabdeh cavabdeh2 “iddia müddətinin tətbiqi” barədə ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək, cavabdeh cavabdeh2 “iddia müddətinin tətbiqi” barədə ərizəsinin rədd olunması xahiş edilmiş və həmin etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizəsinə cavab olaraq bildirilir ki, iddiaçı Bank tərəfindən iddia müddəti ötürülmədən məhkəməyə müraciət edilmişdir. Belə ki, cavabdeh2 ilə İddiaçı ASC arasında ##.##.2014-cü il tarixində 24 ay müddətinə müddətinə kredit müqaviləsi imzalanmışdır. Daha sonra kredit müqaviləsi üzrə ##.##.2017-ci il tarixli ** saylı Əlavə saziş bağlanmışdır. Sonuncu, yəni ##.##.2017-ci il tarixli Əlavə Saziş üzrə restruktruzasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, kredit müqaviləsinin müddəti ##.##.2022-ci il tarixində, qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti isə ##.##.2025-cü ildə bitməlidir. Bank tərəfindən isə iddia ərizəsi - iddia müddəti bitməmiş, yəni ##.##.2025-ci il tarixində “Elektron Məhkəmə” Sisteminə yüklənmişdir. “Elektron Məhkəmə” Sistemindən çıxarışdan da görünür ki, iddia ərizəsinin göndərilmə tarixi “##.##.2025-ci il”, statusu isə “göndərilmiş” yazılmışdır.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## ###### 2025-ci il tarixli, e-*- *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh2 (VÖEN: 6000204172) və cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, həmin Qətnamədə qət olunmuşdur ki: - “Iddia qismən təmin edilsin. Cavabdeh cavabdeh2 ##.##.2014-cü il tarixli kredit müqaviləsinə ##.##.2017-ci il tarixli Əlavə saziş üzrə 619,70 ABŞ dolları əsas, 204,64 ABŞ dolları faiz, 30,98 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 86,41 ABŞ dolları faiz borcu olmaqla, cəmi 941,73 ABŞ dolları məbləğdə pul vəsaiti (ödəniş gününə Azərbaycan Respublikasının manat məzənnəsi ilə) və 36 manat ödənilmiş dövlət rüsumuna görə pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Iddia cavabdeh cavabdeh1 münasibətdə və qalan hissədə rədd edilsin. Iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Iş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pul cavabdeh cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:1700326621, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE00000000000002088501) hesabına ödənilsin.” Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında ##.##.2014-cü il tarixli 1286-1 USD nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh2 bank tərəfindən 24 ay müddətinə illik faiz dərəcəsi 29 % olmaq şərti ilə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditor borcalana müqavilədə göstərilən məbləğdə kredit verməyi, borcalan isə öz növbəsində həmin krediti faziləri ilə birlikdə kreditora qaytarmağı öhdəsinə götürür. 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə illik 58 %, aylıq 4.83 % dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında ##.##.2014-cü il tarixli 1286-1 USD nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafiki imzalanmışdır. Həmin qrafikə əsasən cavabdehə hər ay 353 ABŞ dolları, sonuncu ay 362 ABŞ dolları ödəmək şərti ilə 6370 ABŞ dolları kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh1 arasında ##.##.2014-cü il tarixdə ZM-*-****/*-USD nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh1 borcalan cavabdeh2 ##.##.2014-ci il tarixli kredit müqaviləsi üzrə yaranan öhdəliyini icra edilməsinə görə məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında bağlanmış ##.##.2014-cü il tarixli 1286-1 USD nömrəli kredit müqaviləsinə ##.##.2017-ci il tarixdə ** saylı Əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən kreditorun borcalana 6370 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 7675,34 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti ##.##.2022-ci il tarixədək təyin edilmişdir. Əlavə Sazişə əsasən cavabdeh1 ilə ##.##.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zaminliyin müddəti də ##.##.2022-ci il tarixədək uzadılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh2 ##.##.2014-cü il tarixli 1286-1 USD nömrəli kredit müqaviləsinə bağlanmış ##.##.2017-ci il tarixdə ** saylı Əlavə saziş üzrə banka ödənilməmiş 1519,37 ABŞ dolları əsas, 449,56 ABŞ dolları faiz, 3014,14 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 219,24 ABŞ dolları faiz borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən ##.##.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, cavabdeh2 bank tərəfindən 6370 ABŞ dolları məbləğində pul verilmişdir. “xxxx ASC tərəfindən cavabdehə ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Iş üzrə məhkəmə tərəfindən ##.##.2014-cü il tarixdə cavabdehin kredit müqaviləsinin bitdiyi ##.##.2023-cü il tarixə və ##.##.2025-ci il tarixə əsas, faiz borcunun məbləği ilə bağlı araşdırma aparılması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyində göstərilir ki, cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ##.##.2022-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) 619,70 ABŞ dolları əsas, 204,64 ABŞ dolları faiz, ##.##.2025-ci il tarixə 619,70 ABŞ dolları əsas, 204,64 ABŞ dolları faiz, AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5 faiz borcu isə 86,41 ABŞ dolları təşkil edir. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ### 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Iddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 6370 ABŞ dolları məbləği cavabdeh cavabdeh2 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir. Cavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir. Məhkəmə cavabdeh cavabdeh2 tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh2 arasında ##.##.2014-cü il tarixli 1286-1 USD nömrəli kredit müqaviləsinə ##.##.2017-ci il tarixdə ** nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7675,34 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək müəyyən edilmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhz bu baxımdan iddia müddətinin başlanğıcı üzrə 3 illik iddia müddəti müqavilə müddətinin bitdiyi ##.##.2022-ci il tarixdən hesablanmalıdır. Iddiaçı isə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmiş və bununla da qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməmişdir. Məhkəmə zamin cavabdeh1 qarşı olan tələbə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh2 arasında ##.##.2014-cü il tarixli 1286-1 USD nömrəli kredit müqaviləsinə ##.##.2017-ci il tarixdə ** nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7675,34 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında bağlanmış ##.##.2014-cü il tarixli Zaminlik müqaviləsi üzrə ## #### 2017-ci il tarixdə ** №-li Əlavə Saziş imzalanmış, həmin sazişdə də Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək qeyd olunmuşdur. Yuxarıda qeyd olunan qanunun tələbinə əsasən zaminlik müqaviləsi üzrə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia qaldırılmadıqda zaminliyə xitam verilir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinin müddəti ##.##.2022-ci il tarixdə başa çatmış və kreditor tərəfindən bir il ərzində zaminə qarşı iddia qaldırılmamış, iddiaçı məhkəməyə yalnız ##.##.2025-ci il tarixdə müraciət etmiş və nəticədə kreditor tərəfindən qanunda nəzərdə tutulmuş müddət ötürülmüşdür. Bu səbəbdən məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh1 arasında bağlanmış zaminliyə xitam verilməli, cavabdeh cavabdeh1 qarşı irəli sürülmüş tələb rədd edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia cavabdeh cavabdeh2 münasibətdə qismən təmin edilməlidir. Məhkəmə, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə hesablanmış 1519,37 ABŞ dolları əsas, 449,56 ABŞ dolları faiz və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Republikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 219,24 ABŞ dolları borcunun tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyinə əsasən cavabdeh2 ##.##.2022-ci il tarixə (müqavilə bitdiyi tarixə) 619,70 ABŞ dolları əsas, 204,64 ABŞ dolları faiz, cavabdehə borcun ödənilməsi barədə bildirişin göndərdildiyi ##.##.2025-ci il tarixə 619,70 ABŞ dolları əsas, 204,64 ABŞ dolları faiz, Azərbaycan Republikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5 faiz borcu isə 86,41 ABŞ dolları borcunun yarandığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, işdə olan ekspert rəyinə hüquqi qiymət verilərək həmin rəy sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edərək, onunla razılaşmışdır. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə əsas və faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehə göndərilmiş ##.##.2025-ci il tarixli xəbərdarlıq bildirişində cavabdehin həmin tarixə 619,70 ABŞ dolları əsas, 204,64 ABŞ dolları faiz, Azərbaycan Republikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5 faiz borcu isə 86,41 ABŞ dolları məbləğində borcunun yaranması qeyd edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində də qismən təmin edilməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcuna münasibətdə 30,98 ABŞ dolları məbləğində cərimə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə qeyd edir ki, cavabdeh borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia cavabdeh cavabdeh2 münasibətdə qismən əsaslı olduğundan cavabdeh cavabdeh2 ##.##.2014-cü il tarixli kredit müqaviləsinə ##.##.2017-ci il tarixli Əlavə saziş üzrə 619,70 ABŞ dolları əsas, 204,64 ABŞ dolları faiz, 30,98 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 86,41 ABŞ dolları faiz borcu borcu olmaqla cəmi 941,73 ABŞ dolları məbləğdə pul vəsaiti (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 108,44 manat məbləğində pulun iddianın təmin olunan hissəsinə mütənasib olaraq 36 manat hissəsi cavabdeh cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pul cavabdeh cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 373.2, 375.1, 375.2, 377.1, 377.2, 377.3, 385.1, 386.1, 427.3, 428.4, 442, 443.1, 448.1, 448.2, 462.1, 470.1, 472.1, 472.2, 477, 739.1 və 741-ci maddələrinə və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1, 217.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “kredit borcunun qaytarılması” tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 1.519,37 ABŞ dollarıəsas, 449,56 ABŞ dolları faiz, 3.014,14 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 219,24 ABŞ dolları faiz olmaqla, ümumilikdə 5.202,31 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 108,44 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər və onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bankın cavabdehdən əsas borcu üzrə 1519,37 ABŞ dollar məbləğində pulun tutulmasına dair iddia tələbi Bank ilə cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanır, iş materiallarına əlavə edilmiş sənədlərlə bu tələbin əsaslılığı sübuta yetirilir. Əgər məhkəmə qətnaməsi ilə əsas borc məbləği azaldılıbsa, bu, müqavilənin təməl prinsiplərini pozur və müqavilə ilə müəyyən edilmiş şərtləri yerinə yetirmir. Bildirilir ki, Problemli kreditlərin kompensasiyası və restrukturizasiya olunmasına dair məlumatları əks etdirən Mərkəzi Banka aidhttps://pk.cbar.az/az/kompensasiya saytında asanlıqla cavabdehin borcuna dair məlumatları yoxlamaq mümkündür. Həmin portaldan çıxarışdan görünür ki, cavabdeh cavabdeh2 LPO İddiaçı ASC-yə olan bocuna görə 4.183,79 manat məbləğində kompensasiya hesablanmışdır. Həmin kompensasiya məbləği cavabdehin LPO İddiaçı ASC-də olan hazırda mübahisələndirilən kredit öhdəliyinə yönəldilmişdir. Portaldan çıxarışdan göründüyü kimi, hazırkı mübahisələndirilən kredit üzrə kompensasiya məbləği üzrə silinmə aparıldıqdan sonra əsas borc üzrə qalıq məbləğ 2582,92 manat, yəni hazırkı iddia tələbində qeyd olunan əsas borc məbləği 1519,37 ABŞ dolları (ABŞ dolları ekvivalenti) ilə eynilik təşkil etmişdir. Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarış apellyasiya şikayətinə əlavə edilir. Həmçinin qeyd olunur ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi Bankları ödənilməyən bu məbləğini dəyərləndirmək imkanlarından məhrum edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Mülki Məcəllənin 467ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bildirilir ki, məhkəmə iddiaçı Bank tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Qanunda cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda maddədə “tənasübsüz” deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də, amma hüquqi düşüncə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirilir ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamış və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Eyni zamanda bildirilir ki, cavabdeh tərəfindən müqavilə imzalanarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına cavabdeh razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür. Məhkəmə, öz qətnaməsində MMnin 448.1-ci maddəsinə istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Bu səbəbdən də iddia ilə tələb edilən 3014,14 ABŞ dolları cərimə məbləğinin azaldılaraq 30,98 ABŞ dolları saxlanılması əsaslı hesab edilə bilməz. Həmin qərarda qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclununicranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. Icranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyər. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Bundan başqa, Konstitusiya Məhkəməsi həmin qərarda göstərir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7cimaddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, Bank tərəfindən cavabdehə kredit ##.##.2014-cü il tarixdə, yəni Bankın fəaliyyət göstərdiyi dövrdə verilmişdir. Həmin dövrdə Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirmişdir. Cavabdehin öhdəliyini vaxtında icra etməməsi Bankın bu fəaliyyətləri həyata keçirməsinə mane olmuş və belə olan halda iddiaçının əldən çıxmış fayda olaraq cavabdehdən 5%-lik məbləği tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə, iddiaçının bu hüququnu əsassız yerə təmin etməyərək, onun mənafeyini pozmuşdur. Mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsi tələb olunan borc məbləğlərini azaldarkən ekspert rəyinə istinad etmiş, lakin özünün bu istinadını əsaslandırmamışdır. Iddia ərizəsində göstərilən məbləğlərlə ekspertin tərtib etdiyi rəydəki məbləğlər arasında böyük fərq vardır. Ödənişlər üzrə silinmələr ekspertlər tərəfindən düzgün hesablanmamışdır. Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarışlar və maliyyə arayışı mövcuddur. Ödəniş qrafikində müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr yazılır. Hesabdan çıxarışda isə müştərinin etdiyi ödənişlər, həmin ödənişlərin edildiyi tarixlər və açıqlamaları qeyd edilmişdir. Bu borclar peşəkar maliyyəçilər tərəfindən hesablandıqdan və yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir. Ekspert rəyi isə üçüncü şəxs tərəfindən təqdim edilən subyektiv fikirdir və qanunvericilik bu rəyin yanlış olması ehtimalını qəbul edir (əks halda əlavə və təkrar ekspertiza barədə müddəalar olmazdı). Bu müddəaların olmasına baxmayaraq, ekspert rəyini bu cür əsaslandırmadan, sadəcə qeyd-şərtsiz şübhəsiz olan sübut kimi yanaşması ilə məhkəmə ekspert rəyini özü üçün məcburi bir sənədə çevirib, onu tədqiq etməyərək, Mülki ProsessualMəcəllənin 103-cü maddəsinin 1-ci bəndini pozmuş olur (Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir). Birinci instansiya məhkəməsi sübutlara bu dərəcədə fərq qoyub, ekspert rəyinə bu cür yanaşaraq Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin 1-ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddəalarına da riayət etməmiş olur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi tərəfindən ekspert rəyinə etiraz bildirilərək, iş üzrə təkrar məkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi xahiş edilsə də, məhkəmə tərəfindən nəzərə alınmamşdır. Beləliklə də, məhkəmə həqiqətin müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını məqsədəmüvafiq hesab etməmiş, nəticədə Bankın maraqlarına toxunaraq əsassız qətnamə qət etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh cavabdeh2 müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir.
- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. Iş üzrə apellyasiya icraatı:
– 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə və cavabdeh cavabdeh2 gəlmiş olsalar da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdeh cavabdeh1 isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iş üzrə digər cavabdeh cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh cavabdeh2 isə apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunmasını və Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)- ***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bundan əlavə, hazırkı apellyasiya şikayətinə baxılması ilə əlaqədar qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli qərаrdаdına əsasən apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq, apellyasiya şikayəti üzrə işin mübahisələndirilən hissədə hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılması və mübahisənin obyektiv həlli məqsədi ilə kommersiya işi üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ## ###### 2026-cı il tarixli */**** nömrəli Ekspert Rəyindən görünür ki, keçirilmiş ekspertiza nəticəsində maliyyə arayışında qeyd edilən tarixə, yəni iddia tələbində borcun hesablandığı ## ###### 2025-ci il tarixə ## ####### 2014-cü il tarixli ****-** nömrəli Kredit Müqaviləsi əsasında bağlanmış ## #### 2017-ci il tarixli ** nömrəli Əlavə Sazişin şərtlərinə və müvafiq normativ xarakterli aktların tələblərinə uyğun olaraq borcalan cavabdeh2 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 619,71 ABŞ dolları əsas borcunun, 204,64 ABŞ dolları müqavilə müddətinə hesablanmış faiz borcunun və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 88,31 ABŞ dolları faiz borcunun (illik 5 %-lə) olduğu müəyyən edilmişdir. Eyni zamanda, həmin Ekspert Rəyində göstərilmişdir ki, “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli Fərmanına əsasən ##.##.2014cü il tarixli 1286-1 USD nömrəli kredit müqaviləsi üzrə borcalan cavabdeh2 borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcundan ##.##.2019-cu il tarixdə 4183,79 manat məbləğində (##.##.2017-ci il tarixli Əlavə Sazişin 1.1 bəndinə əsasən 1 ABŞ dolları = 1,4 manat olaraq hesablanmış və əsas borcdan 2988,42 ABŞ dolları silinmişdir (4183.79 / 1,4) pul vəsaiti silinmişdir.
- 4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi – iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*- *(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
- 4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; .... 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: --- 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739. Borc müqaviləsi (hazırkı iş üzrə mübahisə predmeti olan kredit müqaviləsi bağlandığı dövrdə qüvvədə olan redaksiyada): 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ## #### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 1519,37 ABŞ dolları əsas, 449,56 ABŞ dolları faiz, 3014,14 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 219,24 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5202,31 ABŞ dolları məbləğində borcun və iş üzrə ödənilmiş 108,44 manat dövlət rüsumunun cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı məhkəmə tərəfindən cavabdehin kredit müqaviləsinin bitdiyi ##.##.2023-cü il tarixə və borcun qaytarılması üçün iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş bildirişin (pretenziyanın) tarixi olan ##.##.2025-ci il tarixə əsas və faiz borcunun məbləği ilə bağlı araşdırma aparılması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyi (ekspert Rəvan Nağızadə) ilə müəyyən edilmişdir ki, borcalan cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ##.##.2022-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) 619,70 ABŞ dolları əsas, 204,64 ABŞ dolları faiz, ##.##.2025-ci il tarixə (cavabdehlərə göndərilmiş bildirişin (pretenziyanın) tarixinə) 619,70 ABŞ dolları əsas, 204,64 ABŞ dolları faiz, AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən 5 faizlə hesablanmış borcu isə 86,41 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən həmin ekspert rəyi və işin digər konkret halları, o cümlədən də Mülki Qanunvericiliyin müvafiq tələbləri nəzərə alınmaqla qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e- *-*(***)-***/**** nömrəli qətnaməsi ilə həmin iddia qismən təmin edilərək, cavabdeh cavabdeh2 ##.##.2014-cü il tarixli kredit müqaviləsinə ##.##.2017-ci il tarixli Əlavə Saziş üzrə 619,70 ABŞ dolları əsas, 204,64 ABŞ dolları faiz, 30,98 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 86,41 ABŞ dolları faiz borcu borcu olmaqla, cəmi 941,73 ABŞ dolları məbləğdə pul vəsaitinin (ödəniş gününə Azərbaycan Respublikasının manat məzənnəsi ilə) və 36 manat ödənilmiş dövlət rüsumuna görə pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi və iddianın cavabdeh cavabdeh1 münasibətdə və qalan hissədə isə rədd edilməsi qət edilmişdir. Qeyd etmək lazımdır ki, hazırkı apellyasiya şikayətinin dəlillərindən biri kimi də “birinci instansiya məhkəməsinin qətnaməsində ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinə istinad olunmaqla, iddianın qismən təmin edilməsinin əsassız olması və həmin Rəy alındıqdan sonra keçirilən məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi tərəfindən ekspert rəyinə etiraz bildirilərək, iş üzrə təkrar məkəməmühasibatlıq ekspertizasının keçirilməsi xahiş edilsə də, məhkəmə tərəfindən həmin vəsatətin nəzərə alınmamasının olduğu” qeyd edilmişdir. Odur ki, apellyasiya instansiyasında aparılan araşdırma zamanı apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq, apellyasiya şikayəti üzrə işin mübahisələndirilən hissədə hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılması və mübahisənin obyektiv həlli məqsədi ilə kommersiya işi üzrə təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının ## ###### 2026-cı il tarixli, */**** nömrəli Ekspert Rəyi (ekspert Sevil Həşimova) ilə müəyyən edilmişdir ki, keçirilmiş ekspertiza nəticəsində maliyyə arayışında qeyd edilən tarixə, yəni iddia tələbində borcun hesablandığı ## ###### 2025-ci il tarixə ## ####### 2014-cü il tarixli ****-** nömrəli Kredit Müqaviləsi əsasında bağlanmış ## #### 2017-ci il tarixli ** nömrəli Əlavə Sazişin şərtlərinə və müvafiq normativ xarakterli aktların tələblərinə uyğun olaraq borcalan cavabdeh2 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 619,71 ABŞ dolları əsas borcunun, 204,64 ABŞ dolları müqavilə müddətinə hesablanmış faiz borcunun və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 88,31 ABŞ dolları faiz borcunun (illik 5 %-lə) olduğu müəyyən edilmişdir. Göründüyü kimi, başqa-başqa ekspertlər tərəfindən keçirilmiş ekspertizanın rəylərində müqavilə müddətinə hesablanmış faiz borcunun məbləğində hər hansı bir fərq olmamışdır. Həmin ekspert rəylərində hesablanan əsas borc üzrə yalnız bir sent, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış faiz borcunun (illik 5 %-lə) məbləğində isə cəmi 1,9 (bir dollar 90 sent) ABŞ dolları fərq etmişdir ki, bu da birinci instansiya məhkəməsi tərəfindən aparılan ekspertiza zamanı borcun qaytarılması üçün iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş bildirişin (pretenziyanın) tarixi olan ##.##.2025-ci il tarixə həmin borcun hesablanması, apellyasiya instansiyası məhkəməsində isə borcun ## ###### 2025-ci il tarixə hesablanması ilə əlaqədar olmuşdur. Bu qeyd olunanlar isə birinci instansiya məhkəməsinin qətnaməsində istinad olunan məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinin mötəbərliliyinə təsir etmir və eləcə də, həmin qətnamədə tutulan borcun maliyyə arayışının tətbiq edildiyi tarixə deyil, iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş bildirişin (pretenziyanın) tarixi olan ##.##.2025-ci il tarixə hesablanması isə müvafiq qanunvericiliyin və işin hallarına zidd deyildir. Eyni zamanda, apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bundan əlavə, həmin Məcəllənin hüquqdan sui-istifadənin qadağan edilməsini nəzərdə tutan 560-cı maddəsinin tələblərinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1); Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi - iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hazırkı apellyasiya şikayətində mübahisələndirdiyi hissələrdə iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, onun özünə aid edilməlidir. Eləcə də, işin yuxarıda qeyd olunan halları nəzərə alınmaqla, iş üzrə apellyasiya instansiyasında aparılan məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manat hissəsi iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan və 50 (əlli) manat hissəsi isə cavabdeh cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2- *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Iş üzrə apellyasiya instansiyasında aparılan məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manat hissəsi iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan və 50 (əlli) manat hissəsi cavabdeh cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.