Məhkəmə qərarları › İş №2-2(107)-157/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-157/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-157/2025 21.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2-2(117)- 1242/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 11 sentyabr 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin “İşin məhkəmədə baxılmağa hazırlanması” barədə qəbul edilmiş 12 sentyabr 2025-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə hazırlıq iclası təyin edilməklə, Şəki Kommersiya Məhkəməsində iş üzrə məhkəmə prosesi başlanmışdır. İş üzrə məhkəmə prosesi başlandıqdan sonra Cavabdeh1 Nəsif oğlu 06 oktyabr 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şəki Kommersiya Məhkəməsinə ərizə (yazılı vəsatət) təqdim edərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinin məhkəmə aidiyyatı üzrə Şəki Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 07 oktyabr 2025-ci il tarixli e-2-2(117)-1242/2025 nömrəli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinin “məhkəmə aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməsi” barədə Cavabdeh1 tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilməmişdir. Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin qərardaddan şikayət vermiş və şikayətində Şəki Kommersiya Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-1242/2025 nömrəli qərardadının tamamilə ləğv edilməsini və işin “aidiyyatı üzrə göndərilməsi” barədə vəsatətinin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Həmin şikayət üzrə Şəki Kommersiya Məhkəməsinin qəbul etdiyi 16 oktyabr 2025-ci il tarixli e-2-2(117)-1242/2025 nömrəli qərardadı ilə məhkəmənin 07 oktyabr 2025-ci il tarixli e-2-2(117)-1242/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, Cavabdeh1 Şəki Kommersiya Məhkəməsinin 07 oktyabr 2025ci il tarixli e-2-2(117)-1242/2025 nömrəli qərardadından verdiyi şikayəti və iş materiallarını öyrənib, şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 həmin şikayətinə Şəki Apellyasiya Məhkəməsində apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, yuxarıda təsvir olunan işin hallarından görünür ki, Şəki Kommersiya Məhkəməsinin şikayət olunan 07 oktyabr 2025-ci il tarixli e-2-2(117)-1242/2025 nömrəli qərardadı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “borcun tutulması” tələbi barədə hazırkı iddia ərizəsinin məhkəmə aidiyyatı üzrə Şəki Rayon Məhkəməsinə göndərilməsi ilə əlaqədar Cavabdeh1 Nəsif oğlunun ərizəsinin təmin olunmaması barədə qəbul edilmiş və sonuncu həmin qərardaddan şikayət vermişdir. Lakin, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin aşağıda qeyd olunan tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsi həmin şikayəti təmin etmədiyi halda, şikayəti baxılması üçün iş materialları ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərməli olduğu halda, cavabdehin məhkəmə aidiyyəti ilə bağlı vəsatəti üzrə qəbul etdiyi qərardaddan verilmiş məlum şikayəti 16 oktyabr 2025-ci il tarixli e-2-2(117)-1242/2025 nömrəli qərardadına əsasən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin məhkəmə aidiyyəti ilə əlaqədar verilən ərizələr üzrə qəbul edilən məhkəmə qərardadlarından verilən şikayətlərin baxılmasını tənzimləyən normaları (maddələri): 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. 403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. 403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qəbul etdiyi 16 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-1242/2025 nömrəli qərardadına əsasən məhkəmə aidiyyəti ilə bağlı qəbul edilmiş qərardaddan verilmiş şikayəti baxılması üçün müvafiq prosessual səlahiyyətlərə malik olmayan məhkəməyə göndərmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şəki Kommersiya Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-1242/2025 nömrəli qərardadı ləğv edilsin. Şəki Kommersiya Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-1242/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətin apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və həmin şikayət - Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsində yenidən baxılması üçün iş materialları ilə birlikdə Şəki Kommersiya Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar