Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-161/2024 20.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə; İddiaçı Cavabdeh qarşı “iddiaçıya məxsus Qax rayonu, Qaxıngiloy kəndində yerləşən, ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı mənimlə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, qeyd edilən icarə müqaviləsi əsasında yaranmış 9500 manat icarə haqqı borcunun, icarə müqaviləsinin qüvvədə olduğu müddətdə təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 814 manat borcun, təhvil verilməsinə baxmayaraq hazırda yerində olmayan 3 ədəd hər biri 570 manat dəyərində 32 ekran televizor, 1 ədəd 850 manat dəyərində 42 ekran televizor, 1 ədəd 410 manat dəyərində suqızdırıcısı (ariston), 1 ədəd 300 manat dəyərində kartof qızardan aparat, 1 ədəd 670 manat dəyərində elektrik ət maşını, 14 ədəd hər biri 12 manat dəyərində piti qabı, 44 ədəd hər biri 4 manat dəyərində qatıq üçün dopu, 4 ədəd hər biri 800 manat dəyərində kondinsioner, 1 ədəd 180 manat dəyərində böyük gəmi maketi, 1 ədəd 90 manat dəyərində su nasosu, 24 ədəd hər biri 30 manat dəyərində taxta stul, 28 ədəd hər biri 17 manat dəyərində dəmir stul, 80 personluq 800 manat dəyərində yemək dəsti, 19 ədəd hər biri 15 manat dəyərində qızdırıcı radiator, 7 ədəd hər biri 22 manat dəyərində sac qabı, 8 ədəd hər biri 90 manat dəyərində jalüz pərdə, 1 ədəd 90 manat dəyərində bıçaq itiləyən, 1 ədəd 270 manat dəyərində mühafizə kamerası sisteminin bloku, 1 ədəd 400 manat dəyərində barın xrom qədəh və aksesuar asılqanları və 8 ədəd hər biri 240 manat dəyərində mühafizə kameraları daxil olmaqla bütünlükdə həmin əşyaların dəyərinin əvəzi olaraq cəmi 13589 manatın Cavabdeh alınaraq iddiaçıya verilməsi” tələbinə dair kommersiya mübahisəsinə dair üzrə Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, e-2-2(117)-672/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “iddiaçıya məxsus Qax rayonu, Qaxıngiloy kəndində yerləşən, ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı mənimlə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, qeyd edilən icarə müqaviləsi əsasında yaranmış 9500 manat icarə haqqı borcunun, icarə müqaviləsinin qüvvədə olduğu müddətdə təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 814 manat borcun, təhvil verilməsinə baxmayaraq hazırda yerində olmayan 3 ədəd hər biri 570 manat dəyərində 32 ekran televizor, 1 ədəd 850 manat dəyərində 42 ekran televizor, 1 ədəd 410 manat dəyərində suqızdırıcısı (ariston), 1 ədəd 300 manat dəyərində kartof qızardan aparat, 1 ədəd 670 manat dəyərində elektrik ət maşını, 14 ədəd hər biri 12 manat dəyərində piti qabı, 44 ədəd hər biri 4 manat dəyərində qatıq üçün dopu, 4 ədəd hər biri 800 manat dəyərində kondinsioner, 1 ədəd 180 manat dəyərində böyük gəmi maketi, 1 ədəd 90 manat dəyərində su nasosu, 24 ədəd hər biri 30 manat dəyərində taxta stul, 28 ədəd hər biri 17 manat dəyərində dəmir stul, 80 personluq 800 manat dəyərində yemək dəsti, 19 ədəd hər biri 15 manat dəyərində qızdırıcı radiator, 7 ədəd hər biri 22 manat dəyərində sac qabı, 8 ədəd hər biri 90 manat dəyərində jalüz pərdə, 1 ədəd 90 manat dəyərində bıçaq itiləyən, 1 ədəd 270 manat dəyərində mühafizə kamerası sisteminin bloku, 1 ədəd 400 manat dəyərində barın xrom qədəh və aksesuar asılqanları və 8 ədəd hər biri 240 manat dəyərində mühafizə kameraları daxil olmaqla bütünlükdə həmin əşyaların dəyərinin əvəzi olaraq cəmi 13589 manatın Cavabdeh alınaraq iddiaçıya verilməsi” tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən mülkiyyətində olan, Qax rayonu, Qaxıngiloy kəndində yerləşən, ümumi sahəsi 239,2 kvadrat metr olan qeyriyaşayış sahəsini icarəyə verən olaraq Cavabdeh icarəsinə vermişdir. İcarə haqqı olaraq hər ay 500 manat müəyyən olunmuşdur. Cavabdeh öhdəliyini yerinə yetirməmiş və onun ödənilməmiş 17 aylıq icarə haqqının məbləği olaraq 9500 manat borcu qalmışdır. Cavabdeh tərəfindən istifadə edilmiş təbii qazın dəyəri olan 814 manat borc da ödənilməmiş qalmışdır. Bundan başqa cavabdehin icarəsinə obyektlər birlikdə orada yerləşən əşyalar da verilmişdir. Lakin 3 ədəd hər biri 570 manat dəyərində 32 ekran televizor, 1 ədəd 850 manat dəyərində 42 ekran televizor, 1 ədəd 410 manat dəyərində suqızdırıcısı (ariston), 1 ədəd 300 manat dəyərində kartof qızardan aparat, 1 ədəd 670 manat dəyərində elektrik ət maşını, 14 ədəd hər biri 12 manat dəyərində piti qabı, 44 ədəd hər biri 4 manat dəyərində qatıq üçün dopu, 4 ədəd hər biri 800 manat dəyərində kondinsioner, 1 ədəd 180 manat dəyərində böyük gəmi maketi, 1 ədəd 90 manat dəyərində su nasosu, 24 ədəd hər biri 30 manat dəyərində taxta stul, 28 ədəd hər biri 17 manat dəyərində dəmir stul, 80 personluq 800 manat dəyərində yemək dəsti, 19 ədəd hər biri 15 manat dəyərində qızdırıcı radiator, 7 ədəd hər biri 22 manat dəyərində sac qabı, 8 ədəd hər biri 90 manat dəyərində jalüz pərdə, 1 ədəd 90 manat dəyərində bıçaq itiləyən, 1 ədəd 270 manat dəyərində mühafizə kamerası sisteminin bloku, 1 ədəd 400 manat dəyərində barın xrom qədəh və aksessuar asılqanları və 8 ədəd hər biri 240 manat dəyərində mühafizə kameraları obyektdən yoxa çıxmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, e-2(117)-672/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinin xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilməsi, Cavabdeh icarə müqaviləsi əsasında yaranmış 7000 manat icarə haqqı borcu və icarə müqaviləsinin qüvvədə olduğu müddətdə təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 814 manat borcun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmiş, apellyasiya şikayətləri baxılması üçün kommersiya mübahisəsinə dair işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarında olan (iş vərəqi 214) hazırkı apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləğindən görünür ki, Cavabdeh dövlət rüsumunu 80 manat 85 qəpik məbləğində ödəməli olduğu halda, 65 manat 60 qəpik məbləğində ödəmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 108.1.7-ci maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsəsən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Həmin Qanunun 8.1.3-cü maddəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilməlidir. Beləliklə, iş materiallarına əsasən (iş vərəqi 3), İddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən iddia qiyməti 23903 manat təşkil etmişdir. Belə olan halda iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 161 manat 71 qəpik təşkil etdiyinə görə, Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən 161,71 (bir yüz altmış bir manat 71 qəpik) manatın 50 faizi olaraq 80,85 manat (səksən manat səksən beş qəpik) məbləğində dövlət rusumu ödənilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə və həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilib-ödənilməməsini, bir sözlə apellyasiya şikayətinin MPM-ə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, e-2-2(117)-672/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayətini geri qaytarmaq səlahiyyəti birinci instansiya məhkəməsinə aiddir. Buna görə də, kommersiya mübahisəsinə dair iş materialları, qanunun tələbinə uyğun olaraq, Cavabdeh apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi Cavabdeh apellyasiya şikayətini geri qaytardıqdan sonra, kommersiya mübahisəsinə dair işi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə baxılması üçün apellyasiya məhkəməsinə göndərməlidir. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 363, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrа аldı: Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, e-2-2(117)-672/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilsin. Apellyasiya şikayəti mülki işlə birlikdə Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 361-363-cü maddələrinin tələblərinə riayət edilməsi üçün Şəki Kommersiya Məhkəməsinə geri qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-161/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-161/2024
20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver