Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(107)-162/2025 17.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Sədiyev Elvin İlham oğlunun katibliyi, apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Quliyeva İlahə Poladxan qızının iştirakı ilə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 (VÖEN: **********), cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. İşin halları
İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ## ##### 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdеhlər cavabdeh2 (VÖEN: **********), cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 1)- Cavabdehlər cavabdeh2 və cavabdeh3 birgə qaydada KS****-***LG saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 250000 manat əsas borc, 563,62 manat faiz borcu və 40636,68 manat cərimə borcu olmaqla, cəmi 291200,30 manat məbləğində borcun iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; 2)- Tutmanın cavabdeh cavabdeh1 mülkiyyətində olan Yevlax şəhərinin Kür küçəsində xüsusi mülkiyyətdə olan 0,0450 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 351,9 kv.m ümumi sahədən ibarət ** saylı fərdi yaşayış evinə yönəldilməsi və əmlakın hərracdan ilkin satış qiymətinin 32900 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması; 3)- Qeyd edilən ipoteka predmetinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; 4)- Daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; 5)- İpoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdeh2 və cavabdeh3 birgə qaydada tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi; 6)- Mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının, 182 manat dövlət rüsumunun, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə cavabdeh2 (bundan sonra “Borcalan”) arasında ##.##.2021-ci il tarixdə OnGTC/SE/***** saylı “Bank xidmətlərinin göstərilməsinə dair X2” müqaviləsinin şərtlərinin qəbul edilməsi barədə Razılaşma imzalanmışdır. Sonradan tərəflər arasında ##.##.2021-ci il tarixdə S****-***LG saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana ##.##.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, gecikdirilmiş illik cərimə faiz dərəcəsi 32% olmaqla 250000 (iki yüz əlli min) manat məbləğində X7 verilmişdir. Sonradan tərəflər arasında bağlanılmış ##.##.2021-ci il tarixli, S****-***LG saylı Maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə cavabdeh3 arasında ##.##.2021-ci il tarixli Z**** saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan əlavə, ##.##.2021-ci il tarixli, S****-***LG saylı Maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri, Kür küçəsində xüsusi mülkiyyətdə olan 0,045 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 351,9 kv.m ümumi sahədən ibarət ** saylı fərdi yaşayış evi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ## ###### 2021-ci il tarixli İS3974 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Sonrakı İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: 901013004649-10301, qeydiyyat tarixi: ##.##.2021, qeydiyyat nömrəsi: 2021015935) dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmiş, 199 gün ərzində kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də, Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Eyni zamanda, İpoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti İpoteka qoyanlara “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanların Banka məlum olan qeydiyyat ünvanlarına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi İdarəsinə təqdim olunmuş və qeydiyyata alınmışdır. Bundan başqa iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında müvafiq Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. Borcalanın ##.##.2023-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəlikləri ##.##.2021-ci il tarixli KS****-***LG saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən 250000 (iki yüz əlli min) manat əsas borc, 563,62 (beş yüz altmış üç manat 62 qəpik) manat faiz borcu və 40636,68 (qırx min altı yüz otuz altı manat 68 qəpik) manat cərimə borcu olmaqla, cəmi 291200,30 (iki yüz doxsan bir min iki yüz manat 30 qəpik) manat təşkil edir. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqı, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 182 (yüz səksən iki) manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı ödəmişdir. Belə ki, tərəflər arasında imzalanmış X2 əsasən Bu Müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər (Overdraftlara şamil olunmur). Eyni zamanda, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İpoteka müqaviləsinin 5.1-ci bəndinə əsasən bu müqavilə ilə təminat verilən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmə baxışına təyin edilməsi haqqında qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə baxış iclası ## ###### 2025-ci il tarixinə təyin edildikdən sonra, yəni ## #### 2025-ci il tarixdə iddiaçı İddiaçı ASC tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad edilməklə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim olunsa da, həmin ərizə işin məhkəmə baxışı mərhələsində verildiyindən və ərizədə qeyd edilən hallar hazırkı iddia ərizəsi ilə müraciət edilən dövrdə də iddiaçıya məlum olduğundan, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qərardadı ilə geri qaytarılmışdır (həmin qərardaddan şikayət verilməmişdir və qərardad qanuni qüvvəsini almışdır).
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) ## ######## 2025-ci il tarixli, e- *-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddia qismən təmin edilsin. Cavabdeh cavabdeh2 239005,78 manat əsas borc, 11950,29 manat cərimə borcu olmaqla, cəmi 250956,07 manat pul və 200 manat mediasiya xərci, 101,68 manat dövlət rüsumu, qeydiyyata alınma ilə bağlı 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,045 ha torpaq sahəsinə, onun üzərində yerləşən 351,90 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, likvid dəyəri 83000 manat məbləğində müəyyən edilsin. Qeyd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsait cavabdehlərin iddiaçı İddiaçı ASC-yə olan hazırkı qətnamə üzrə kredit borclarının ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh cavabdeh2 399,2 manat məbləğində ödənilməmiş dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində vəsaitin 100 manat hissəsi iddiaçı İddiaçı ASC-dən, 100 manat hissəsi isə cavabdeh cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (adı: X10, kodu: 210005, VÖEN **********, müxbir hesab: Z41NABZ01360100000000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində vəsaitin 125 manat hissəsi iddiaçı İddiaçı ASC-dən, 125 manat hissəsi isə cavabdeh cavabdeh2 tutularaq Əmlak Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab N AZN: AZ68IBAZ35090019447981193205, bank: ABB ASC, VÖEN **********, müxbir hesab: AZ03NABZ01350100000000002944, kod: 805711, SWİFT BİK: IBAZAZ2X) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh2 arasında X2 çərçivəsində ##.##.2021-ci il tarixində S****-***LG saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və həmin ərizə əsasında cavabdehə ##.##.2022-ci il tarixədək, illik 2.5% faiz dərəcəsi ilə 250000 manat məbləğində kredit verilmişdir. Bankla borcalan arasında bağlanmış ##.##.2021-ci il tarixli S****-***LG saylı maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ##.##.2021-ci il tarixində Bankla zamin cavabdeh3 arasında Z**** nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin qüvvədə olma müddəti borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən müqavilə və ya müqavilədən irəli gələn öhdəliklərin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Eyni zamanda, Bankla cavabdehlər cavabdeh1 (ipoteka qoyan), cavabdeh2 (borc alan) arasında ##.##.2021-ci il tarixli İS3974 saylı sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,045 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 351,90 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi poteka müqaviləsi ilə yüklü edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 0,045 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 351,90 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ##.##.2021-ci il tarixli S****-***LG saylı Maliyyələşdirmə üçün Ərizə əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. ##.##.2023-cü il tarixli maliyyə arayışından da görünür ki, cavabdehin ##.##.2023-cü il tarixinə S****-***LG saylı ərizə üzrə 250000 manat əsas borcu, 563,62 manat faiz borcu, 40636,68 manat cərimə borcu olmaqla, ümumilikdə 291200,3 manat borcu mövcuddur. Məhkəmənin sorğusuna əsasən Əmlak Ekspert Mərkəzinin ##.##.2024-cü il tarixli ƏEM/O **-***/** nömrəli mütəxəssis rəyinə əsasən cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,045 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 351,90 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 83000 manat müəyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli */**** nömrəli və ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəylərinə əsasən cavabdehin ##.##.2021-ci il tarixli S****-***LG saylı ərizə üzrə ##.##.2024-cü il tarixə (məhkəməyə müraciət edilən tarixə) 239005,78 manat əsas borcu və 0 manat faiz borcu mövcuddur. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh2 arasında ##.##.2021-ci il tarixdə S****- ***LG saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və həmin ərizə əsasında cavabdehə ##.##.2022-ci il tarixədək, illik 2,5% faiz dərəcəsi ilə 250000 manat məbləğində kredit verilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi maliyyə arayışı ilə cavabdehin ##.##.2023-cü il tarixinə 250000 manat əsas borcu, 563,62 manat faiz borcu, 40636,68 manat cərimə borcu olmaqla, ümumilikdə 291200,3 manat borcunun olduğunu bildirmiş və hazırkı iddia tələbi ilə qeyd edilən borcun tutulmasını xahiş etmişdir. Bundan sonra iş üzrə məhkəmə baxış iclası ## #### 2025-ci il tarixinə təyin edildikdən sonra iddiaçı ## #### 2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Belə ki, iş üzrə iddia tələbinin həcminin artırılması barədə ərizə məhkəmə baxış iclasına qədər məhkəməyə təqdim edilməli olduğundan, həmin ərizə Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*- *(***)-**/**** nömrəli qərardadı ilə geri qaytarılmış və qeyd edilən qərardad qanuni qüvvəsini almışdır. Məhkəmə iddia tələbinin “maliyyələşdirmə üçün ərizəyə əsasən 250000 manat əsas borc, 563,62 manat faiz borcu, 40636,68 manat cərimə borcu olmaqla, cəmi 291200,30 manat məbləğində borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, əsas və faiz borcuna münasibətdə ekspert rəylərinin nəzərə alınması, faiz borcunun isə ekspert rəylərində müəyyənləşdirilməməsi səbəbindən hər iki tərəfin mənafeləri nəzərə alınaraq əsas borcun 5%-i həddində tutulması əsaslıdır. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli */**** nömrəli ekspert rəyi ilə razılaşmadığını bildirərək, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmiş, Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)- **/**** nömrəli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025ci il tarixli */**** nömrəli ekspert rəyi ilə yenidən cavabdehin ##.##.2024-cü il tarixə (məhkəməyə müraciət edilən tarixə) 239005,78 manat əsas borcunun olduğu və faiz borcunun isə olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edilən hallara münasibətdə qeyd edir ki, Maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehin məhkəməyə müraciət edilən tarixə hansı məbləğdə əsas, faiz və cərimə borcunun mövcud olduğunun müəyyənləşdirilməsi üçün iki dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, iddiaçı ekspert rəyi ilə razılaşmadığını bildirsə də, bunun əksini sübut edəcək hər hansısa dəlil məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı maliyyələşdirmə üçün ərizəyə əsasən, 239005,78 manat əsas borcun, 0 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə iddia tələbinin “40636,68 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə o qənaətə gəlmişdir ki, tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cərimə borcunun əsas borcun 5%-i həcmində müəyyən edilərək 11950,29 manat məbləğində tutulması qanuni və ədalətlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən 11950,29 manat həddində cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağlabatandır. Eyni zamanda, iş üzrə cavabdehlər tərəfindən qeyd edilən borc məbləği ilə razılaşmamaları və ya artıq ödəniş etmələri, həmin borcun əsassızlığı ilə bağlı məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamış, bu səbəbdən məhkəmə tərəfindən əlavə araşdırma aparılmamış, məhkəmə təqdim edilən sübutlar və rəylər əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Bundan başqa, S****-***LG saylı Maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ##.##.2021-ci tarixdə bankla zamin cavabdeh3 arasında Z**** nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinin 6-cı bəndində qeyd edilmişdir ki, bu müqavilənin qüvvədə olma müddəti borcalanın S****-***LG saylı maliyyələşdirmə üçün ərizə və ya ondan irəli gələn öhdəliklərin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Maliyyələşdirmə üçün ərizədən də göründüyü kimi qüvvədə olma müddəti ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək olmuşdur. Göründüyü kimi, zaminlik müqaviləsinin qüvvədə olma müddəti ##.##.2022-ci il tarixində bitdiyindən iddiaçı zamin cavabdeh3 borcun tutulmasını tələb etməkdə haqlı deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Nəticədə məhkəmə hesab edir ki, iddiaçı cavabdeh cavabdeh2 239005,78 manat əsas borc, 11950,29 manat cərimə borcu olmaqla, cəmi 250956,07 manat məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmə iddia tələbinin “borcun cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,045 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 351,90 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 32900 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin cavabdehin borcuna yönəldilməsi” hissəsinə münasibətdə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Əmlak Ekspert Mərkəzinin ##.##.2024-cü il tarixli ƏEM/O *****/** nömrəli mütəxəssis rəyinə əsasən cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,045 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 351,90 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 83000 manat müəyyən edilmişdir. İddiaçı tərəf iddia tələbində daşınmaz əmlakın ilkin satış qiymətinin 32900 manat müəyyən edilməsini xahiş etsə də, tələbini bu hissədə əsaslandırmamış, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə, Əmlak Ekspert Mərkəzinin ipoteka predmetlərinin likvid dəyəri ilə bağlı verdiyi rəyi daha mötəbər və real hesab etməklə, ipoteka predmeti olan əmlakın likvid dəyərinin 83000 manat təşkil etdiyini qəbul edir. Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli hazırkı iş üzrə qəbul etdiyi qərardadına əsasən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı hazırkı tələb üzrə iddianın “daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” hissəsi üzrə icraata xitam verilmişdir. İddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edilməlidir ki, bununla bağlı qanunvericiliyin tənzimləməsi mövcuddur. Belə ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası, ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Yekun olaraq məhkəmə o nəticəyə gəlir ki, iddia tələbi “cavabdeh cavabdeh2 239005,78 manat əsas borc, 11950,29 manat cərimə borcu olmaqla, cəmi 250956,07 manat pulun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdeh1 mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 83000 manat məbləğində müəyyən edilməsi, açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin cavabdehin borcuna yönəldilməsi” hissəsində təmin edilməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 77.1, 78.1, 78.1-1, 78.2, 81, 217.3 və 217.4-cü maddələri). İş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli */**** nömrəli və ##.##.2025-ci il tarixli */**** nömrəli ekspertiza xərclərinə dair bildirişlərdən göründüyü kimi, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqatların ümumi dəyəri 200 manat təşkil edir. Əmlak Ekspert Mərkəzinin ##.##.2024-cü il tarixli ƏEM/O **-***/** nömrəli məktubundan göründüyü kimi, xidmət haqqının 500 manat təşkil etdiyi qeyd edilmişdir. Lakin məhkəmə hesab edir ki, qeyd edilən tədqiqatın aparılması üçün 500 manat xidmət haqqı azaldılaraq 250 manat məbləğində xidmət tutulması ədalətli və məntiqlidir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatların dəyəri tərəflərdən tutularkən iddiaçının ərizəsi əsasında təkrar ekspertizanın təyin edilməsi halı da nəzərə alınmaqla iddiaçı və cavabdeh cavabdeh2 müştərək qaydada tutularaq müvafiq olaraq Məhkəmə Ekspertizası Mərkəzinin və Əmlak Ekspert Mərkəzinin hesablarına ödənilməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı cavabdeh cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. ##.##.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 581,20 manat olmalıdır. İddia tələbinin təmin edilən hissəsinə münasibətdə dövlət rüsumunun 500,88 manat hissəsi cavabdeh cavabdeh2, rədd edilən hissəsinə münasibətdə isə 80,32 manat hissəsi iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin dövlət rüsumunun 182 manat hissəsi iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Bu səbəbdən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 101,68 manat (182 manat - 80,32 manat) hissəsi cavabdeh cavabdeh2 tutularaq iddiaçının hesabına ödənilməli, dövlət büdcəsinə ödənilməmiş 399,2 manat hissəsi isə cavabdeh cavabdeh2 tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə ki, ##.##.2023-cü il tarixli İlkin Mediasiya Sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi, mediasiya sessiyasında hər iki tərəf iştirak etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya xərcinin 200 manat hissəsi cavabdeh2 tutularaq iddiaçının hesabına ödənilməli, 200 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə ekspertiza və mütəxəssis rəyinin alınması üçün tədqiqatın dəyərinə münasibətdə qeyd edir ki, mütəxəssis rəyi məhkəmənin təşəbbüsü və ekspertizanın təyin edilməsi isə iddiaçının təşəbbüsü ilə aparıldığından Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 117-ci maddəsinə əsasən qeyd edilən xərclər tərəflər arasında bərabər bölüşdürülməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 385.1, 386.1, 442, 448.1, 448.2, 462.1, 462.3, 467, 470.1, 470.2, 472.1, 477.0.4, 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33 və 39.3.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1, 78.1, 78.1-1, 78.2, 81, 115.0.1, 116.2, 117.1, 119.1 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə “icraata hissəvi xitam verilməsi” haqqında qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) ## ######## 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbinin “Daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” hissəsi üzrə icraata xitam verilmişdir (həmin qərardaddan şikayət verilməmişdir və qərardad qanuni qüvvəsini almışdır).
3. Apellyasiya şikayəti və ona etiraz
3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin iddianın cavabdeh cavabdeh3 dair təmin edilməyən hissəsində və eyni zamanda, əsas, faiz və cərimə borcunun təmin edilməyən hissəsində ləğv olunaraq, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi zamin cavabdeh3 aid S****-***LG saylı müqaviləsi üzrə iddianın təmin edilməyən hissəsində, o cümlədən əsas, faiz və cərimə borcunun iddianın təmin edilməyən hissəsində əsassızdır, buna görə də işə apelyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissələrdə ləğv olunmalıdır. Belə ki, tərəflər arasında ##.##.2021-ci il tarixdə S****-***LG saylı Maliyyələşdirmə üçün Ərizə imzalanmış, Bank tərəfindən Borcalana ##.##.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, gecikdirilmiş illik cərimə faiz dərəcəsi 32% olmaqla, 250000 (iki yüz əlli min) manat məbləğində X7 verilmişdir. Sonradan tərəflər arasında bağlanılmış ##.##.2021-ci il tarixli, S****-***LG saylı Maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə cavabdeh3 arasında ##.##.2021-ci il tarixli Z**** saylı zaminlik müqaviləsi bağlanmışdır. Adıçəkilən müqavilənin 6-cı maddəsinə əsasən, bu müqavilənin qüvvədə olma müddəti borcalanın 2.1-ci bəndində göstərilən müqavilə (##.##.2021-ci il tarixli, S****-***LG saylı Maliyyələşdirmə üçün ərizə) və müqavilələrdən irəli gələn öhdəliklərin Bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Göründüyü kimi, norma blanket xarakter daşımaqla, ##.##.2021-ci il tarixli, S****-***LG saylı müqavilədəki hallara istinadı özündə ehtiva edir. ##.##.2021-ci il tarixli, S****-***LG saylı Maliyyələşdirmə üçün ərizədə, eləcə də X2 müəyyən olunmuşdur ki, borcalanın Bank qarşısındakı öhdəlikləri, öhdəliyin tam icra olunduğu anadək qüvvədədir. Hazırda borc öhdəliyinin olması da, müqavilə münasibətlərinin qüvvədə olmasını göstərməkdədir. Mülki Məcəllənin 405-ci maddəsinə görə müqavilənin bağlanması üçün tərəflər bütün mühüm şərtlər barədə razılığa gəlməlidir. Mühüm şərtlər hər müqavilədən asılı olaraq dəyişə bilir. Belə şərtlər ya qanunun tələbi kimi Məcəllədə yer almalı, ya da tərəflərdən birinin təklifi ilə razılaşdırılaraq müqavilə üçün əhəmiyyət kəsb etməlidir. Məcəllədə xüsusi forma nəzərdə tutulmadığı halda, mülki müqavilələr tərəflərin razılaşdığı qaydada bağlanır. Müqavilənin standart şərtləri anlayışı ilə bağlı qeyd etmək lazımdır ki, belə şərtlər dəfələrlə istifadə üçün nəzərdə tutulmuş, ümumi olaraq qəbul edilən, kifayət qədər aydın formada tərtib edilməli olan və tərəf müqabillərini fərqləndirmədən hamıya tərtib olunan şərtlərdir. Müqavilənin standart şərtlərinə ən çox müraciət olunan müqavilə tiplərindən biri məhz kredit müqavilələridir. Kredit müqavilələri və onların təminatı olan zaminlik müqavilələrində qeyd edilən öhdəliyin icra müddətləri, bir qayda olaraq, öhdəliyin icra olunub yekunlaşması gözlənilən müddəti nəzərdə tutur. Lakin kredit müqavilələrinə münasibətdə öhdəliyin icrası bir çox hallarda müqavilədə nəzərdə tutulan müddətdə yekunlaşmır və bu zaman gecikdirmə günləri üçün cərimə məbləği hesablanır. Konstitusiya Məhkəməsinin də bir sıra qərarlarında qeyd edildiyi kimi, müqavilə müddətinin bitməsi, heç də müqavilənin ləğv olunaraq müqavilə üzrə yaranan öhdəliklərə xitam verildiyi mənasına gəlmir. Belə ki, kredit müqaviləsinin müddəti bitsə də, yaranmış tələblər borclu üçün öhdəlik olaraq qalmağa davam edir və kreditor “ex tunc” qaydada borcu tələb edə bilər. Zaminlik müqaviləsi haqqında isə o qeyd olunmalıdır ki, belə müqavilədə subsidiar zaminlik barədə hər hansı qeyd nəzərdə tutulmadığı təqdirdə, əsas kredit borcu zaminliklə tam olaraq təmin olunur və zamin əsas borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu baxımdan, qanunverici əsas borclu ilə zamin arasında hər hansı fərqləndirmə aparmır. Həm Mülki Məcəllədə qeyd edilən 477.0.4-cü, həm də zaminlik müqaviləsi üçün mühüm şərtləri sadalayan və sözügedən maddənin də şərh edildiyi müvafiq Konstitusiya Məhkəməsi qərarında zaminlik müqaviləsinin mühüm şərti kimi müddətin dəqiq göstərilməsi də qeyd edilir. Müqavilə üzrə öhdəliyin icrası müddətləri ilə bağlı Mülki Məcəllənin 427-ci maddəsində öhdəliyin icrası müddəti təyin edilmiş günlə və ya vaxt dövrü ilə ifadə edilir. Lakin kredit müqavilələri üzrə öhdəliklər vaxtaşırı icra olunduğundan, bu tipli müqavilələrdə praktikada, bir qayda olaraq, kreditorun əmlak mənafeləri nəzərə alınaraq, öhdəliyin tam icra olunduğu ana qədər zaminlik üzrə müqaviləyə xitam verilməməsi nəzərdə tutulur. Müqavilə müddəti olaraq “öhdəliyin tam icra olunduğu ana kimi” müddəasının nəzərdə tutulması, heç də müqavilədə dəqiq müddətin nəzərdə tutulmadığı mənasına gəlmir. Belə ki, müddət anlayışı hüquqi müəyyənlik prinsipinin tələbləri gərəyincə zaminin hansı ana qədər zaminlik müqaviləsi üzrə kredit borcuna görə öhdəlik daşıdığından xəbərdar olmasını təmin edir. Belə müddətlər dəqiq tarixlə də göstərilə bilər, hər hansı hərəkətin yerinə yetirildiyi anla da şərtlənə bilər. Bu baxımdan “öhdəliyin tam icra olunduğu ana kimi” müddəası tərəflərdə öhdəliyin hansı an yekunlaşması ilə bağlı kifayət qədər müəyyənlik və dəqiqlik gətirməyə qadirdir. Konstitusiya Məhkəməsinin və Mülki Məcəllədə də nəzərdə tutulan mövqe əslində məhz qeyd edilən formada şərh olunmalıdır. Həmçinin, bildirilir ki, məhkəməmühasibatlıq ekspertizası ilə bağlı olaraq iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışa nəzər yetirdikdə məlum olur ki, ##.##.2024-cü il tarixədək ##.##.2021ci il tarixli S****-***LG saylı maliyyələşdirmə üçün ərizə üzrə Bank tərəfindən əsas, faiz və cəriməyə ümumilikdə 12353,22 manat məbləğində ödəniş edilmişdir. Müvafiq ödənişin 2000 manat hissəsi əsas borca, 3214,15 manat hissəsi faiz borcuna, 7139,07 manat hissəsi isə cərimə borcuna silinmişdir. Belə ki, tərəflər arasında əldə edilmiş razılığa və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən silinmə ardıcılllığı ilk növbədə cərimə, daha sonra faiz borcu və əsas borc olaraq müəyyən edilmişdir. Bunun sübutu olaraq məhkəməyə Maliyyələşdirmə üçün ərizə, X2 və onun qəbul edilməsi ilə bağlı Razılaşma təqdim edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, ekspertə təqdim edilən hesabdan çıxarışlarda ödənişlərin təyinatı dəqiq göstərilir. Buna baxmayaraq, ekspert tərəfindən cərimə silinmiş məbləğlər əsas və faiz borcuna silinməyə yönləndirilmişdir. Ekspertiza üçün təqdim edilmiş hesabdan çıxarışdakı əməliyyatlara ekspert tərəfindən diqqət yetirilməmiş, S****-***LG saylı Maliyyələşdirmə üçün ərizə üzrə faiz borcu yanlış hesablanmışdır. Belə ki, ##.##.2024-cü il tarixinə müştərinin ümumi ödənişlərinin həcmi 12353,22 AZN olmuşdur. Bu məbləğdən 2000 AZN həcmi əsas borca, 3214,15 AZN hissəsi faiz borcuna, 7139,07 AZN hissəsi isə cərimə borcuna silinmişdir. Ekspert tərəfindən cərimə və faiz borcuna silinmiş 9702,55 AZN məbləğ əsas borca silinmə kimi qiymətləndirilmiş, bu səbəbdən də sualda qeyd edilən tarixlərə əsas borcun hesablanması düzgün olmamışdır. Əlavə olaraq ekspert qarantiyanın verildiyi andan faizin hesablanmasını aparmayıb. Ekspert tərəfindən faiz hesablanması yalnız müvafiq qarantiyadan istifadə edildiyi ##.##.2022-ci il tarixdən etibarən hesablanmışdır. Nəzərə alınmalıdır ki, tərəflər arasında maliyyələşdirmə üçün ərizədə qeyd edilən şərtlər razılaşdırılmış və qarantiyanın verilməsinə görə faiz hesablanmışdır. Borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Cavabdeh tərəfindən edilən ödənişlər qanuna və müqaviləyə uyğun olaraq ardıcıllıqla öncə cərimə borcundan, sonra faiz borcundan, sonra əsas borcdan silinmələr edilməlidir. Silinmələrin qeyri-dəqiq aparılması yekun rəyin qeyri-real olması ilə nəticələnmişdir. Nəzərə alınmalıdır ki, tərəflər arasında ilkin olaraq X2 imzalanmış və müvafiq şərtlər toplusunun müddəalarında silinmə ardıcıllığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.
4. İş üzrə apellyasiya icraatı:
- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayətini vermiş iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Quliyeva İlahə Poladxan qızı gəlmiş olsa da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Quliyeva İlahə Poladxan qızı Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*- *(***)-**/**** nömrəli qətnaməsinin iddianın cavabdeh cavabdeh3 qarşı təmin edilməyən hissəsində və eyni zamanda, əsas, faiz və cərimə borcunun təmin edilməyən hissəsində ləğv olunaraq, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə Şəki Kommersiya Məhkəməsində baxılmış və Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli Qətnaməsində birinci instansiya məhkəməsi aşağıda qeyd olunan hallara görə apellyasiya şikayətində müvahisələndirilən hissələr üzrə, yəni iddianın cavabdeh cavabdeh3 qarşı təmin edilməyən hissəsində və eyni zamanda, əsas, faiz və cərimə borcunun təmin edilməyən hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, məhkəmə tərəfindən tərəflər arasında bağlanmış müqavilənin mahiyyətinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, tərəflər arasında ##.##.2021-ci il tarixdə S****-***LG saylı Maliyyələşdirmə üçün ərizə imzalanaraq, Bank tərəfindən Borcalana ##.##.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, gecikdirilmiş illik cərimə faiz dərəcəsi 32% olmaqla, 250000 manat məbləğində X7 verilmişdir. Müvafiq müqavilənin mahiyyəti bundan ibarətdir ki, müştəri cavabdeh2 benefisiar “xxxx” MMC qarşısında ##.##.2021-ci il tarixli distribütorluq müqaviləsindən irəli gələn 250000 manat məbləğində öhdəliyinə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarantiya vermişdir. Müqavilədə qeyd olunan ##.##.2022-ci il tarixədək müəyyən edilmiş müddət - qarantiya üzrə tələbdən istifadəni ehtiva edir. Bu müddət ərzində X7 Benefisiar tərəfindən tələb olunduqda, müqaviləyə əsasən icraçı Bank olaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 250000 manat məbləğində ödənişi Benefisiara ödəməlidir. Müştəri cavabdeh2 öz öhdəliklərini icra etmədiyindən, Bank tərəfindən müvafiq vəsait Benefisiara ödənilmiş və bununla da, ##.##.2021-ci il tarixli S****-***LG saylı Maliyyələşdirmə üçün ərizə üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1 ay müddətində “ticarətin maliyyələşdirməsi” əməliyyatı üzrə illik faiz dərəcəsi 17%, gecikdirilmiş illik cərimə faiz dərəcəsi 32% olmaqla, kreditləşmə baş tutmuşdur. Göründüyü kimi, kreditləşmə sadəcə bir aylıq müddəti ehtiva etmişdir. Lakin, məhkəmə tədqiqatı çərçivəsində keçirilən bütün ekspert rəylərində X7 üzrə ödəniş cədvəlinin Bank tərəfindən təqdim olunmamasına istinad edilməklə, tələb üzrə adekvat ekspert rəyləri təqdim olunmamışdır. İşin hallarından məlum olur ki, kreditləşmə yalnız 1 aylıq dövrü əhatə edir. Bu qısa müddətdə ödəniş qrafikinin olması çox absurd bir mövqedir. Eyni zamanda, dəfələrlə məhkəmə iclaslarında çıxış zamanı tələb üzrə bütün sübutların məhkəməyə təqdim olunması nümayəndələr tərəfindən bildirilmişdir. Digər bir məqam isə ondan ibarətdir ki, məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı olaraq Bank tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışa nəzər yetirildikdə məlum olur ki, ##.##.2024-cü il tarixədək ##.##.2021-ci il tarixli S****-***LG saylı Maliyyələşdirmə üçün ərizə üzrə Bank tərəfindən əsas, faiz və cəriməyə ümumilikdə 12353,22 manat məbləğində ödəniş edilmişdir. Müvafiq ödənişin 2000 manat hissəsi əsas borca, 3214,15 manat hissəsi faiz borcuna, 7139,07 manat hissəsi isə cərimə borcuna silinmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, ##.##.2021-ci il tarixli S****-***LG saylı Maliyyələşdirmə üçün ərizə üzrə Bank tərəfindən əsas, faiz və cəriməyə ##.##.2024cü il tarixədək ümumilikdə 11702,55 manat məbləğində silinmə olmuşdur. Rəydə Bank tərəfindən 10994,22 manat məbləğin əsas, 708,33 manat məbləğin isə faiz borcunun silinməsinə yönləndirildiyi qeyd edilmişdir. Halbuki, bank xidmətlərinin göstərilməsinə dair X2 4-cü bölümünün 3.8-ci bəndinə əsasən, müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Bundan əlavə, hazırkı apellyasiya şikayətinə baxılması ilə əlaqədar qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli qərаrdаdına əsasən apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq, apellyasiya şikayəti üzrə işin mübahisələndirilən hissədə hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılması və mübahisənin obyektiv həlli məqsədi ilə iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının ## ##### 2026-cı il tarixli, */**** nömrəli Ekspert Rəyinin “Nəticə” hissəsində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, ## ###### 2021-ci il tarixdə bağlanmış S****-***LG nömrəli Maliyyələşdirmə haqqında ərizədə (Kredit Müqaviləsi) qeyd olunan şərtlər nəzərə alınmaqla, cavabdeh cavabdeh2 iddiaçı "xxxx” ASC-yə olan borcu ekspert qarşısında qoyulmuş suallar üzrə aşağıdakı kimi müəyyən edilir: ##.##.2022-ci il tarixinə (müqavilə müddəti bitən tarixə) əsas borc üzrə - 250000 AZN və faiz borcu üzrə - 708,33 AZN; ##.##.2023-cü il tarixinə (sualda göstərilən tarixə) əsas borc üzrə - 244248,91 AZN, faiz borcu üzrə - 0,00 AZN və illik 5% hesablanmaqla faiz borcu üzrə - 7571,75 AZN; ##.##.2024-cü il tarixinə (sualda göstərilən tarixə) əsas borc üzrə - 239,005,78 AZN və faiz borcu üzrə - 0,00 AZN. Qeyd edilir ki, iş materiallarında iddiaçı Bank tərəfindən ödəniş qrafiki təqdim edilmədiyindən, hazırki ekspertiza zamanı borcalana ## ###### 2021-ci il tarixli S****-***LG nömrəli kredit sazişi üzrə müqavilə müddəti ərzində cərimə hesablanmadı.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin iddianın cavabdeh cavabdeh3 dair təmin edilməyən hissəsində və eyni zamanda, əsas, faiz və cərimə borcunun təmin edilməyən hissəsində ləğv olunaraq, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: --- 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 739. Borc müqaviləsi (hazırkı iş üzrə mübahisə predmeti olan kredit müqavilələri bağlandığı dövrdə qüvvədə olan redaksiyada): 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hazırkı apellyasiya şikayətində Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)- **/**** nömrəli qətnaməsinin mübahisələndirilən hissələri üzrə, yəni “iddianın cavabdeh cavabdeh3 dair təmin edilməyən” hissəsi üzrə və “əsas, faiz və cərimə borcunun təmin edilməyən” hissəsi üzrə işin müəyyən olunmuş hallarına birinci instansiya məhkəməsi tərəfindən Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarı iə formalaşmış hüquqi mövqeyə əsasən, Mülki-Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Apellyasiya instansiyasında aparılan məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunmuşdur ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə iddia tələbinin əsaslılığı Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş hissələrdə və hədlərdə öz təsdiqini tapmışdır. Hazırkı apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin mübahisə üzrə qəbul etdiyi qətnamənin iddiaçı tərəfindən mübahisələndirilən hissələrdə ləğvi və yaxud, dəyişdirilməsi üçün əsas deyildir. Eyni zamanda, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə, yəni “iddianın cavabdeh cavabdeh3 dair təmin edilməyən” hissəsi üzrə və “əsas, faiz və cərimə borcunun təmin edilməyən” hissəsi üzrə apellyasiya icraatı qaydasında araşdırma aparmış məhkəmə kollegiyası, hazırkı apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi lazım bilir. Belə ki, hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələri üzrə işin mübahisə yaratmayan faktiki halları aşağıdakılardır: - İddiaçı İddiaçı ASC (kredit verən) ilə cavabdeh cavabdeh2 (borcalan, (VÖEN: **********)) arasında “Bank xidmətlərinin göstərilməsinə dair X2 ##.##.2021-ci il tarixli, 1.0.* №-li versiyasının şərtlərinin qəbul edilməsi” barədə imzalanmış ##.##.2021-ci il tarixli, OnGTC/SE/***** nömrəli Razılaşma əsasında həmin tərəflər arasında ## ###### 2021-ci il tarixli, S****-***LG nömrəli “Maliyyələşdirmə üçün Ərizə” imzalanmışdır (iş vərəqi: 1-ci cild, səhifə 13-14). Həmin Ərizənin müəyyən olunmuş şərtlərinə görə müştəri (borc alan) cavabdeh2 benefisiar (vəsait alan) “xxxx” MMC qarşısında ##.##.2021-ci il tarixli distribütorluq müqaviləsindən irəli gələn öhdəlikləri üzrə “Ticarətin maliyyələşdirilməsi” məqsədi ilə 250000 manat həddində icraçı Bank olaraq (qarantiya üzrə kredit verən) İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X7 verilmişdir. Həmin ## ###### 2021-ci il tarixli “Maliyyələşdirmə üçün Ərizə”nin tərəflər arasında təsdiq olunmuş konkret şərtlərinə görə “Ticarətin maliyyələşdirilməsi” əməliyyatının müddəti ## ###### 2022-ci il tarixinədək, “Ticarətin maliyyələşdirilməsi” əməliyyatı üzrə verilən 250000 manat məbləğində kreditin müddəti isə 1 (bir) ay həddində müəyyən olunmuşdur; - İddiaçı İddiaçı ASC (kredit verən) ilə cavabdeh cavabdeh2 (borc alan) arasında bağlanılmış ##.##.2021-ci il tarixli, S****-***LG nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə kredit verən Bank ilə cavabdeh (zamin) cavabdeh3 arasında ##.##.2021-ci il tarixli, Z**** nömrəli Zaminlik Müqaviləsi bağlanmış və həmin Müqavilənin şərtlərinə görə Zaminliklə təmin olunan öhdəlik - ##.##.2021-ci il tarixli, S****-***LG nömrəli “Maliyyələşdirmə üçün Ərizə”də nəzərdə tutulan öhdəlikdir (müqavilənin 2.1-ci bəndi), Zaminliklə təmin olunan müqavilənin predmeti (öhdəliyin məbləği) - ##.##.2022-ci il tarixinədək, illik 2,5 % olmaqla, 250000 (iki yüz əlli min) manat məbləğində X7dır (müqavilənin 2.2-ci bəndi) və borcalan - hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh2dur (müqavilənin 2.3-cü bəndi). Eləcə də, Zaminlik Müqaviləsinin 6-cı bəndində qeyd olunmuşdur ki, “bu Müqavilənin qüvvədə olma müddəti - Borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən müqavilə və ya müqavilədən irəli gələn öhdəliklərin Bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür”(iş vərəqi: 1-ci cild, səhifə 18-19); - İş materiallarında olan kredit verən İddiaçı ASC tərəfindən “Ödəniş Qarantiyası: ## ###### 2021-ci il tarixli, № SBGO/******/**** saylı; Qarantiyanın cari məbləği: 250000 (iki yüz əlli min) Azərbaycan manatı; Qarantiya üzrə tələbin məbləği: 250000 (iki yüz əlli min) Azərbaycan manatı, Qarantiyanın qüvvədən düşmə tarixi: ##.##.2022-ci il; Benefisiar: "xxxx" MMC” qeyd olunmaqla, borcalan (müştəri) cavabdeh2 ünvanlanmış ## ###### 2022-ci il tarixli, PB-OUT-*****-**** nömrəli məktubda göstərilmişdir ki (məktubun məzmunu olduğu kimi qeyd olunur), “Hörmətli Müştəri, bununla biz, İddiaçı ASC, nəzərinizə çatdırırıq ki, ##.##.2022-ci il tarixində Benefisiar tərəfindən İddiaçı ASC-nin SBGO/011221/**** qeydiyyat nömrəli ödəniş qarantiyası üzrə ödəniş tələbi daxil olunmuşdur. Ödəniş tələbinin ödənilməsi üçün son tarix ##.##.2022-ci il kimi təyin olunmuşdur. Sizdən xahiş olunur ki, yuxarıda qeyd olunmuş tarixdə İddiaçı ASC-də olan cari hesabınızda 250000 (iki yüz əlli min) Azərbaycan manatı məbləğində vəsaiti təmin edəsiniz. Əks təqdirdə ##.##.2021-ci il tarixli S****-***LG saylı Maliyyələşdirmə üçün ərizənin şərtlərinə əsasən ödəniş tələbi illik 17 (on yeddi) % olmaqla, 1 (bir) ay müddətinə veriləcək kreditin hesabına ödəniləcəkdir” (iş vərəqi: 1-ci cild, səhifə 17); - İş materiallarından görünür ki, kredit verən İddiaçı ASC tərəfindən borcalan (müştəri) cavabdeh2 yuxarıda qeyd olunan ## ###### 2022-ci il tarixli, PB-OUT-*****- **** nömrəli məktub göndərildikdən sonra ## ###### 2021-ci il tarixli, S****-***LG nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə X7 kimi nəzərdə tutulan 250000 (iki yüz əlli min) manat məbləğində kredit məbləği ## ###### 2022-ci il tarixində borcalan cavabdeh2 kredit hesabına mədaxil edilməklə, benefisiar "xxxx" MMC qarşısında qarant münasibətləri üzrə öhdəlik yerinə yetirilmişdir; - İş materiallarından görünür ki, ## ###### 2021-ci il tarixli, S****-***LG nömrəli “Maliyyələşdirmə üçün Ərizə”də nəzərdə tutulan şərtlərə görə ## ###### 2022-ci il tarixindən hesablanmaqla 1 (bir) ay müddətində, yəni ## ###### 2022-ci il tarixinədək qaytarılmalı olan 250000 (iki yüz əlli min) manat məbləğində kredit məbləğini borcalan cavabdeh2 qaytarmadığına görə iddiaçı İddiaçı ASC ## ##### 2024-cü ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, digər tələblərlə yanaşı “cavabdehlər cavabdeh2 (borcalan) və cavabdeh3 (zamin) birgə qaydada KS****-***LG saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 250000 manat məbləğində əsas borcun, 563,62 manat məbləğində faiz borcunun və 40636,68 manat məbləğində cərimə borcunun iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması” barədə də qətnamə qəbul olunmasını xahiş etmişdir. - İş materiallarından görünür ki, iddiaçı həmin iddia tələbində tutulmasını tələb etdiyi borcun miqdarını təsdiq edən rəsmi sənəd kimi məhkəməyə ## ####### 2023-cü il tarixli Maliyyə Arayışı təqdim etmiş və həmin Maliyyə Arayışında borcalan cavabdeh2 ## #### 2023-cü il tarixinə 250000 manat məbləğində əsas borcunun, 563,62 manat məbləğində faiz borcunun və 40636,68 manat məbləğində cərimə borcunun olduğunu bildirmişdir; - İş materiallarından görünür ki, hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı keçirilmiş məhkəmə-mühasibatlıq və təkrar məhkəmə-mühasibatlıq ekspertizaları üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli, */**** nömrəli və ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəylərinə əsasən, eləcə də iş üzrə apellyasiya instansiyasında aparılan icraat zamanı keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2026-cı il tarixli, */**** nömrəli Ekspert Rəyinə əsasən müəyyən olunmuşdur ki, ## ###### 2021-ci il tarixli, S****-***LG nömrəli “Maliyyələşdirmə üçün Ərizə”yə əsasən borcalan cavabdeh2 1 (bir) ay müddətinə verilmiş 250000 manat məbləğində kredit üzrə ## ##### 2024-cü il tarixinə, yəni hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu tarixə cəmi 239005,78 manat məbləğində əsas borc olsa da, faiz borcu mövcud deyildir. Eyni zamanda, həmin ekspert rəylərində qeyd olunmuşdur ki, iddiaçı Bank tərəfindən ödəniş qrafiki təqdim edilmədiyindən, ekspertiza zamanı borcalana ## ###### 2021-ci il tarixli S****-***LG nömrəli kredit sazişi üzrə müqavilə müddəti ərzində cərimə hesablanmamışdı; - Apellyasiya instansiyasında aparılan icraat zamanı keçirilmiş əlavə məhkəməmühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2026-cı il tarixli, */**** nömrəli Ekspert Rəyi ilə müəyyən olunur ki, ## ###### 2021-ci il tarixli, S****-***LG nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə borcalan cavabdeh2 tərəfindən ## ##### 2024-cü il tarixədək ümumilikdə 11702,55 manat ödəniş edilmişdir ki, ekspertiza tədqiqatı zamanı ödənilmiş məbləğdən 10994,22 manat məbləğində olan hissəsi əsas borca, 708,33 manat məbləğində olan hissəsi isə faiz borcuna silinməsi müəyyən edilmişdir. Eləcə də, həmin Ekspertiza Rəyində tərtib edilmiş cədvəllə müəyyən olunmuşdur ki, borcalan cavabdeh2 tərəfindən sonuncu ödəniş 2000 manat miqdarında olmaqla, ## ####### 2023-cü il tarixdə icra olunmuşdur. Göründüyü kimi, işin yuxarıda qeyd olunan halları ilə müəyyən edilir ki, ## ###### 2021-ci il tarixli, S****-***LG nömrəli “Maliyyələşdirmə üçün Ərizə”yə əsasən cavabdeh cavabdeh2 benefisiar (vəsait alan) “xxxx” MMC qarşısında ##.##.2021-ci il tarixli distribütorluq müqaviləsindən irəli gələn öhdəlikləri üzrə “Ticarətin maliyyələşdirilməsi” məqsədi ilə 250000 manat həddində icraçı Bank olaraq İddiaçı ASC tərəfindən X7 üçün 250000 manat miqdarında müəyyən edilmiş kredit məbləği kredit verən İddiaçı ASC tərəfindən borcalan (müştəri) cavabdeh2 yuxarıda qeyd olunan ## ###### 2022-ci il tarixli, PB-OUT-*****-**** nömrəli məktub göndərildikdən sonra ## ###### 2022-ci il tarixində sonuncunun kredit hesabına mədaxil edilməklə, benefisiar "xxxx" MMC qarşısında qarant münasibətləri üzrə öhdəlik yerinə yetirilmişdir. Odur ki, ## ###### 2021ci il tarixli, S****-***LG nömrəli “Maliyyələşdirmə üçün Ərizə”də nəzərdə tutulan şərtlərə görə 250000 (iki yüz əlli min) manat məbləğində kredit məbləğini borcalan cavabdeh2 ## ###### 2022-ci il tarixindən hesablanmaqla 1 (bir) ay müddətində, yəni ## ###### 2022ci il tarixinədək iddiaçı Banka qaytarmalı idi. Qeyd etmək lazımdır ki, ## ###### 2021-ci il tarixli, S****-***LG nömrəli “Maliyyələşdirmə üçün Ərizə” kimi rəsmiləşdirilmiş məlum kredit sazişinin müddəti isə ## ###### 2022-ci il tarixində, yəni yuxarıda qeyd olunan 250000 (iki yüz əlli min) manat miqdarında kredit məbləği real olaraq borcalan cavabdeh2 hesabına ## ###### 2022-ci il tarixində daxil edilməklə, sonuncunun Benefisiar qarşısında öhdəliklərinin icrasına yönəldildikdən 5 gün sonra bitmişdir. Yəni, məlum kredit məbləği Borcalana verildikdən 5 gün sonra ## ###### 2021-ci il tarixli, S****-***LG nömrəli “Maliyyələşdirmə üçün Ərizə” ilə müəyyən edilmiş “Ticarətin maliyyələşdirilməsi” əməliyyatının müddəti bitmiş və həmin Ərizənin şərtlərinə görə Borcalan aldığı 250000 (iki yüz əlli min) manat məbləğində krediti 1 (bir) ay ərzində, yəni ## ###### 2022-ci il tarixinədək qaytarmalı idi. Bu halda isə iddiaçı tərəfin “əsas, faiz və cərimə borcunun təmin edilməyən” hissəsi üzrə apellyasiya şikayətinin dəlillərinin, o cümlədən də “Əlavə olaraq ekspert qarantiyanın verildiyi andan faizin hesablanmasını aparmayıb. Ekspert tərəfindən faiz hesablanması yalnız müvafiq qarantiyadan istifadə edildiyi ##.##.2022-ci il tarixdən etibarən hesablanmışdır” kimi dəlilinin tamamilə əsassız olduğu müəyyən olunur. İşin digər halları ilə yanaşı, bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Borcalanın aldığı kreditin qaytarılması vaxtının, o cümlədən də faizlərin hesablanmasının başlanğıc tarixi - müqavilənin bağlandığı tarix deyil, həmin müqavilə əsasında ona kreditin verildiyi, yəni kreditin faktiki olaraq Borcalanın hesabına daxil edilməsi tarixi olduğundan, ekspertiza tərəfindən faizlərin hesablanmasının ## ###### 2022-ci il tarixdən aparılması işin hallarına görə əsaslı olmuşdur. Bundan əlavə, iddiaçının Borcalan tərəfindən edilən ödənişlərin əvvəlcə “cərimə və faiz, sonra isə əsas borca silinməsi” dəlili ilə əlaqədar qeyd etmək lazımdır ki, işin yuxarıda qeyd olunan halları və tərəflər arasında hazırkı iş üzrə kredit münasibətlərinin xarakterinə görə, eləcə də işin xüsusi hallarına, yəni 250000 manat məbləğində pul vəsaitinin Banka bir ay müddətində qaytarılmalı olması, kreditin hissə-hissə qaytarılması üçün müvafiq ödəniş qaydasının müəyyən edilməməsi, yəni ödəniş cədvəlinin olmaması, keçirilmiş ekspertiza tədqiqatlarının nəticəsi və Mülki Məcəllənin 404, 425 və 560-cı maddələrinin tələbləri kimi hallar - bu iş üzrə iddiaçı Bankın belə yanaşmasının əsassız olmasını təsdiq edir. Nəzərə almaq lazımdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində ekspertiza rəyləri ilə müəyyən olunmuş əsas borcla yanaşı, əlavə olaraq ağlabatan məbləğdə cərimə borcunun da tutulması təmin edilmişdir. Həmçinin, apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etmək lazımdır ki, işin hallarına görə ödənilməyən borc üzrə iddiaçı tərəf hər hansı bir itkiyə məruz qalmışdırsa belə, bu hal - iddiaçının öz hərəkətsizliyi nəticəsində yaranmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bundan əlavə, həmin Məcəllənin hüquqdan sui-istifadənin qadağan edilməsini nəzərdə tutan 560cı maddəsinin tələblərinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1) və hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.2). Eyni zamanda, qeyd etmək lazımdır ki, iddiaçı tərəf apellyasiya şikayətində cavabdeh tərəfin ödədiyi pulun 2000 manat hissəsinin əsas borca silindiyini bildirsə də, ## ##### 2024-cü ildə məhkəməyə təqdim etdiyi hazırkı iddia ərizəsində cavabdehdən kredit kimi verilmiş 250000 manat məbləğində kreditin tam tutulmasını tələb etmişdir. Halbuki, iş materiallarından görünür ki, borcalan cavabdeh2 tərəfindən sonuncu ödəniş 2000 manat miqdarında olmaqla, ## ####### 2023-cü il tarixdə icra olunmuş və iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmiş Maliyyə Arayışı isə ## ####### 2023-cü il tarixində tərtib edilmişdir. Yəni, ## ##### 2024-cü ildə məhkəməyə müraciət edilərkən cavabdeh tərəfin etdiyi ödənişlərdən 2000 manat hissəsinin əsas borca silindiyi iddiaçı tərəfə məlum olsa da, iddiaçı özünün etiraf etdiyi bu xüsusatı da öz iddia ərizəsində qeyd etməmiş və əsas borc kimi 250000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasını tələb etmişdir. Eləcə də, “iddianın cavabdeh cavabdeh3 dair təmin edilməyən” hissəsi üzrə apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, ##.##.2021-ci il tarixli, S****-***LG nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə Borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə kredit verən Bank ilə cavabdeh (zamin) cavabdeh3 arasında ##.##.2021-ci il tarixli, Z**** nömrəli Zaminlik Müqaviləsi bağlanmış və həmin Müqavilənin şərtlərinə görə Zaminlik Müqaviləsinin qüvvədə olma müddəti - Borcalanın ##.##.2021-ci il tarixli, S****-***LG nömrəli “Maliyyələşdirmə üçün Ərizə”nin qüvvədə olma müddəti ilə, yəni ## ###### 2022-ci il tarixi ilə və ya müqavilədən irəli gələn öhdəliklərin Bank qarşısında qüvvədə olma müddəti, yəni ## ###### 2022-ci il tarixi ilə üst-üstə düşür. Lakin, iddiaçı zaminliklə təmin edilmiş həmin öhdəliyin icrası vaxtının bitdiyi gündən, yəni müvafiq olaraq ## ###### 2022-ci il tarixindən və ya ## ###### 2022-ci il tarixindən 1 (bir) il ərzində həmin zaminlərə qarşı iddia irəli sürməmişdir (hazırkı iddia ərizəsi ## ##### 2024-cü ildə məhkəməyə təqdim edilmişdir). Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. və 477.0.4-cü maddələrinin tələblərinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir və belə müddət təyin edilmədikdə isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, iddiaçı məlum kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini - qeyd olunan müddət (bir illik müddət) keçdikdən sonra, yəni ## ##### 2024-cü ildə məhkəməyə təqdim etmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərinə görə, yəni “məlum Kredit Müqaviləsi üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən zaminlərə qarşı iddia irəli sürülmədiyi” üçün, hazırkı iddia ərizəsi üzrə Kredit Müqaviləsi üzrə tələb edilən borc zamindən tutulmamalı və zamin qismində cavabdeh3 qarşı məlum zaminliklə əlaqədar yönəlmiş iddia tələbi həmin Məcəllənin 477-ci maddəsində müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması ilə əlaqədar təmin edilə bilməzdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin hazırkı apellyasiya şikayəti üzrə işin mübahisələndirilən hissələri üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələri üzrə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, həmin apellyasiya şikayəti təmin edilməyərək, Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Eləcə də, işin yuxarıda qeyd olunan halları nəzərə alınmaqla, iş üzrə apellyasiya instansiyasında aparılan məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. İş üzrə apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.