Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-17/2023 06.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əhmədov Nəzir Qurban oğlu, "xxxx" firması (Cavabdeh7 MMC), Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qızı və Cavabdeh6 qаrşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cаvаdovа Günаy İsmаyıl qızı və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı QSC-nin nümayəndəsi X3, Cavabdehlər - Cavabdeh1 və "xxxx" firmasının (Cavabdeh7 MMC-nin) nümayəndəsi, eyni zamanda digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qızı və Cavabdeh6 vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əhmədov Nəzir Qurban oğlu, "xxxx" firması (Cavabdeh7 MMC), Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qızı və Cavabdeh6 qarşı “kredit razılaşmaları üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbi”nə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2-2(117)-866/2022 saylı qətnaməsindən İddiaçı QSC və cavabdehlər Cavabdeh1 və "xxxx" firmasının (Cavabdeh7 MMC-nin) nümayəndəsi, eyni zamanda digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qızı və Cavabdeh6 vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kreditlər tərəflər arasında “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar (Kredit razılaşmaları) əsasında veriləcək. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlərin hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşması ilə müəyyən edilir.
2. 19 may 2014-cü il tarixli 15K000000022 nömrəli kredit razılaşmasının 1-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100 000 (bir yüz min) ABŞ dolları məbləğində kredit götürmüşdür.
3. xx.xx.2014-cü il tarixli 015K**********87 nömrəli kredit razılaşmasının 1-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən Cavabdeh1 İddiaçı QSC ilə bağladığı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 17% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 200 000 (iki yüz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür.
4. “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 14 oktyabr 2015-ci il tarixli 015K**********87S nömrəli saziş üzrə 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 10 oktyabr 2014-cü il tarixdə bağlanmış 015K**********87 Kredit Razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir.
5. xx.xx.2015-ci il tarixli 015R********** nömrəli kredit razılaşmasına əsasən bank kredit xətti müqaviləsi üzrə kredit alana kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 (altmış min) ABŞ Dolları məbləğində kredit verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəssi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2.2-ci bəndinə əsasən kredit alan Ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 %-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür.
6. xx.xx.2014-cü il tarixli 15S000005233 nömrəli, xx.xx.2014-cü il tarixli 15S000005303 nömrəli və xx.xx.2015-ci il tarixli 015S**********02 nömrəli zaminlik müqavilələrindən görünür ki, cavabdehlər ‘Nigar" firması, Cavabdeh2 və Əhmədov Nəzir Qurban oğlu kredit xətti müqaviləsi üzrə Cavabdeh1 1 000 000 (bir milyon) ABŞ dolları dəyərində kredit öhdəliklərini, 120 ay müddətinə icrasını təmin etmək məqsədilə bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər.
7. xx.xx.2014-cü il tarixli 15M00000635 nömrəli ipoteka müqaviləsindən görünür ki, ‘‘Nigar” firmasına (Cavabdeh7 MMC) məxsus Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətində olan 0.0374 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 7 girişli 424.46 kv/m ümumi 85.22 kv/m - əsas, 46.24 kv/m köməkçi sahədən ibarət mərtəbəli qeyri yaşayış binası (YDM) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekanın predmeti 156880 manat məbləğində qiymətləndirilmişdir.
8. xx.xx.2015-ci il tarixli 015M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında istifadədə olan 0.0265 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmeti 64000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir.
9. RX ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 nömrəli fərdi yaşayış evi Əhmədov Nəzir Qurban oğlunun xüsusi mülkiyyətindədir.
10. RX ******* seriya nömrəli çıxarışdan görünür ki, ünvan 2 nömrəli fərdi yaşayış evi Əhmədov Nəzir Qurban oğlu tərəfindən İddiaçı QSC-nə ipoteka ilə yüklü edilmişdir.
11. MH ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, "xxxx" firmasının (Cavabdeh7 MMC) Şəki şəhəri, X6 prospektində mülkiyyətində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424.46 kv/m ümumi, 85.22 kv/m əsas, 46.24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (YDM) tam mülkiyyət hüququ üzrə "xxxx" firmasının adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 128 nömrəli vərəqində qeydiyyata alınmışdır.
12. RX ******* seriya nömrəli çıxarışdan görünür ki, "xxxx" firmasının mülkiyyətində olan Şəki şəhəri, X6 prospektində olan qeyri-yaşayış binası YDM 0.374 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC tərəfindən 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir.
13. Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qızı və Cavabdeh6 tərəfindən Şəki şəhər Notariat Kontorunda yazılmış ərizələrdən görünür ki, onlar Əhmədov Nəzir Qurban oğluna məxsus olan və ünvan 2 ünvanında yerləşən evin İddiaçı QSC-yə və ya onun hər hansı filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdırlar. İpoteka qoyulmuş evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda həmin mənzili qeyd-şərtsiz tərk etməyi öhdələrinə götürmüşlər.
14. “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 11 iyul 2016-cı il tarixli15K000000022S nömrəli saziş üzrə 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 27 iyun 2014-cü il tarixdə bağlanmış 15K000000022 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 14 dekabr 2016-cı il tarixli 15K000000022SA nömrəli 19 may 2014- cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 27 iyun 2014cü il tarixdə bağlanmış 15K000000022 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 10 may 2017-ci il tarixli 15K000000022SB nömrəli saziş üzrə 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 27 iyun 2014-cü il tarixdə bağlanmış 15K000000022 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 09 yanvar 2018-ci il tarixli 15K000000022SC nömrəli sazişdən görünür ki, 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 27 iyun 2014-cü il tarixdə bağlanmış 15K000000022 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 04 may 2016-cı il tarixli 015K**********87S nömrəli saziş üzrə, 19 may 2014- cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 10 oktyabr 2014-cü il tarixdə bağlanmış 015K**********87 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 14 dekabr 2016-cı il tarixli 015K**********87SA nömrəli saziş üzrə, 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 10 oktyabr 2014cü il tarixdə bağlanmış 015K**********87 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 15 may 2017-ci il tarixli 015K**********87SB nömrəli sazişdən görünür ki, 19 may 2014- cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 10 oktyabr 2014-cü il tarixdə bağlanmış 015K**********87 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 09 yanvar 2018-ci il tarixli 015K**********87SC nömrəli sazişdən görünür ki, 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 10 oktyabr 2014-cü il tarixdə bağlanmış 015K**********87 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 11 iyul 2016-cı il tarixli 015R**********SA nömrəli sazişdən görünür ki, 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 03 aprel 2015-ci il tarixdə bağlanmış 015R********** Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 14 dekabr 2016-cı il tarixli 015R**********SB nömrəli sazişdən görünür ki, 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 03 aprel 2015-ci il tarixdə bağlanmış 015R********** Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 04 may 2017-ci il tarixli 015R**********SC nömrəli sazişdən görünür ki, 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 03 aprel 2015-ci il tarixdə bağlanmış 015R********** Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 31 yanvar 2018-ci il tarixli 015R**********SE nömrəli sazişdən görünür ki, 19 may 2014- cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 03 aprel 2015-ci il tarixdə bağlanmış 015R********** Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 04 mart 2016-cı-ci il tarixli 015R**********S nömrəli sazişdən görünür ki, 19 may 2014- cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 03 aprel 2015-ci il tarixdə bağlanmış 015R********** Kredit Razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir.
15. "xxxx" MMC tərəfindən 07 yanvar 2021-ci il tarixli, ƏEM/Y 10010/21 nömrəli rəyindən görünür ki, Əhmədov Nəzir Qurban oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 07 yanvar 2021-ci il tarixə bazar dəyəri: 70000 manat, likvid dəyəri: 65000 manat təşkil edir. "xxxx" firmasının (Cavabdeh7 MMC) mülkiyyətində olan Şəki şəhəri, X6 prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424,46 kv.m ümumi, 85,22 kv.m əsas, 46,24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (YDM) hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 07 yanvar 2021-ci il tarixə bazar dəyəri: 264 000 manat, likvid dəyəri: 250 000 manat təşkil edir. Xidmət haqqı "xxxx" MMCnin tarif cədvəlinə müvafiq olaraq 400 manat təşkil edir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 iyul 2021-ci il tarixli, 9/1360 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki: - “AccessBank" QSC ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2014cü il tarixli 15K000000022 nömrəli kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan 68370,212 ABŞ dolları əsas, 15839,87 ABŞ dolları faiz olmaqla, cəmi borcu 84.210,08 ABŞ dolları məbləğində müəyyən olunur. - “AccessBank" QSC ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2014-cü il tarixli 015K**********87 nömrəli kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan 79802,55 ABŞ dolları əsas, 18582,69 ABŞ dolları faiz olmaqla cəmi borcu 98.385,24 ABŞ dolları məbləğində müəyyən olunur. - “AccessBank" QSC ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2015-ci il tarixli 015R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan 36737,01 ABŞ dolları əsas, 8608,42 ABŞ dollar faiz olmaqla cəmi borcu 45.345,43 ABŞ dolları məbləğində müəyyən olunur. Kredit razılaşmaları üzrə cərimə məbləği hesablanmamışdır.
17. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əhmədov Nəzir Qurban oğlu, "xxxx" firması (Cavabdeh7 MMC), Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qızı və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, “Nigar" firmasından, Cavabdeh2 və Əhmədov Nəzir Qurban oğlundan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 15K000000022 nömrəli kredit razılaşması üzrə 68370.21 ABŞ Dolları kredit borcu, 39994.04 ABŞ Dolları faiz borcu və 63478.03 ABŞ Dolları cərimə olmaqla, cəmi 171842.28 ABŞ dolları, 015K**********87 nömrəli kredit razılaşması üzrə 79802.55 ABŞ Dolları kredit borcu, 44943.57 ABŞ Dolları faiz borcu, 70979.01 ABŞ Dolları cərimə olmaqla, cəmi 195725.13 ABŞ dolları, 015R********** nömrəli kredit razılaşması üzrə 36737.01 ABŞ Dolları kredit borcu, 23177.30 ABŞ Dolları faiz borcu və 34523.36 ABŞ Dolları cərimə olmaqla, cəmi 94437.67 ABŞ dolları, 3 (üç) kredit razılaşması üzrə ümumilikdə cəmi 462005 (dörd yüz altmış iki min beş) ABŞ Dolları, 08 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanında istifadədə olan 0.0265 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 99.8 kv/m, yaşayış sahəsi 59.4 kv/m, yardımçı sahəsi 40.4 kv/m, 3 otaqlı fərdi yaşayış evinə və Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətdə olan 0.0374 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 girişli, 424.46 kv/m ümumi 85.22 kv/m əsas, 46.24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (YDM) yönəldilməsinə, ipoteka predmetlərinin açıq hərracdan satılması və 462005 (dörd yüz altmış iki min beş) ABŞ Dolları, 08 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, "xxxx" firmasından, Cavabdeh2 və Əhmədov Nəzir Qurban oğlundan müştərək qaydada tutulması, ünvan 3 ünvanında yerləşən 12 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Əhmədov Nəzir Qurban oğlunun, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 həmin evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətdə olan 0.0374 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 7 girişli 424.46 kv/m ümumi 85.22 kv/m əsas, 46.24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına (YDM) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri yaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 317.1, 442, 445.2.1, 448.1, 465.2, 472.1, 472.2, və 501-ci “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 36.1, 36.2, 39.1, 59.3 və 59.4-cü maddələrinə istinad edilmişdir
II. Birinci instansiya məhkəməsində icraat
19. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh1 və "xxxx" firmasının (Cavabdeh7 MMC-nin) nümayəndəsi, eyni zamanda digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qızı və Cavabdeh6 vəkili Vəkil verdiyi izahatında müqaviləni bağlayan Qurban Əhmədovun heç bir müqavilədə imzası olmadığını, sadəcə olaraq ödəniş tapşırıqlarının birində kiril əlifbası ilə yazılmış imzasının olduğunu, digər imzaların isə Qurban Əhmədova aid olmadığını bildirmişdir. Kredit müqaviləsində cavabdehə 1 000 000 kredit verilə biləcəyi göstərilmiş, lakin ipoteka və zaminlik müqaviləsində kreditin valyutası, faizi öz əksini tapmamışdır. Odur ki, iddia tələbinin əsaslı olmadığını bildirmişdir.
20. Birinci instansiya məhkəməsində işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
21. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 15 dekabr 2022-ci il tarixli, e-2-2(117)-866/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1, "xxxx" firmasından (Cavabdeh7 MMC) və Cavabdeh2 15K000000022 nömrəli kredit razılaşması üzrə 68370,212 ABŞ dolları əsas, 15839,87 ABŞ dolları faiz borcu olmaqla, cəmi 84210,082 ABŞ dolları borc, 10 oktyabr 2014-cü il tarixli 015K**********87 nömrəli kredit razılaşması üzrə 79802,55 ABŞ dolları əsas, 18582,9 ABŞ dolları faiz borcu olmaqla, cəmi 98385,24 ABŞ dolları borc, 03 aprel 2015-ci il tarixli 015R********** nömrəli kredit razılaşması üzrə 36737,01 ABŞ dolları əsas, 8608,42 ABŞ dolları faiz borcu olmaqla, cəmi 45345,43 ABŞ dolları borc, ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Əhmədov Nəzir Qurban oğluna məxsus ünvan 2 nömrəli fərdi yaşayış evinin likvid dəyəri olan 65000 manat olmaqla və "xxxx" firmasına (hazırki Cavabdeh7 MMC) məxsus olan Şəki şəhəri, X6 prospektində mülkiyyətində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424,46 kv/m ümumi, 85,22 kv/m əsas, 46,24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasının açıq hərracda satışı üçün likvid dəyəri 250000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin göstərilən tələblərin təmin edilməsi üçün İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 400 manat Cavabdeh1 alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA400600358 **********0, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********0 000047944, KOD: 505594; SWİFT: GUNAAZ22) Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilməsi, 145 manat mühasibatlıq ekspertiza xərci Cavabdeh1 alınıb Dövlət büdcəsinə- Az. MEM, VÖEN**********, X2 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir.
22. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında İddiaçı QSC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilərlə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq, Cavabdeh1 Bankdan kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı ödənilməyən kredit borcunu bütövlükdə qaytarılmasını tələb edir və bu da müqavilə şətlərinin qüvvədə qalması üçün hər hansı bir əsas qoymur. Eyni zamanda, borclunun öhdəliklərini icra etməməkdə davam etməsi, kreditoru özündən asılı edir. Əsas və faiz borcları üzrə aparılmış ekspert rəyinin nəticələrini istisna edə biləcək arqument və sübutlar məhkəməyə təqdim edilməyindən ekspert rəyini kredit sazişləri üzrə əsas və faiz borcuna münasibətdə mötəbər sübut olaraq qəbul edir.
23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti ilə bağlı razılıq əldə edilsə də məhkəmə ipoteka qoyulmuş əmlakların qiymətləndirilməsini "xxxx" MMC-yə həvalə etmiş və Əhmədov Nəzir Qurban oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən əmlakın likvid dəyəri 65000 manat, "xxxx" firmasının mülkiyyətində olan Şəki şəhəri, X6 prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424,46 kv/m ümumi, 85,22 kv/m əsas, 46,24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (YDM) evin ilkin qiyməti kimi müəyyən edilmiş likvid dəyəri 250 000 manat müəyyən edilmişdir. Bu halı tərəflər mübahisələndirməmişdir.
24. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə yaşayış evini ipoteka qoyan şəxs Əhmədov Nəzir Qurban oğlu, həmçinin digər zaminlər Cavabdeh2 və "xxxx" Firması (qanuni təmsilçi Cavabdeh1 şəxsində) sonradan bağlanmış kredit sazişləri ilə bağlı ödəniş cədvəlləri ilə tanış olmaları, kreditin məbləği, müddəti və faiz dərəcəsi ilə tanış olmaları, öhdəlikdən məlumatları olmaları barədə imza və möhürlərlə təsdiq etmişlər
25. Birinci instansiya məhkəməsi iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, "xxxx" firmasından (Cavabdeh7 MMC), Cavabdeh2 və Əhmədov Nəzir Qurban oğlundan müştərək qaydada tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, bu tələbin məhkəmə tərəfindən təmin edilməsi qanunsuz və ədalətsiz olardı. Belə ki, ipoteka predmetinin satışından hərrac nəticəsində əldə olunacaq vəsaitin məbləği və həmin vəsait borcun tam ödənilməsinə kifayət edib-etməyəcəyi hazırkı vəziyyətdə məlum olmadığından gələcəkdə baş verə biləcək hallarla bağlı məhkəmə fərziyyələrə əsaslanan qərar qəbul edə bilməz.
26. Birinci instansiya məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 386.1, 385.1, 425.1. 442, 448.2, 460.1, 465.2, 472.1, 472.2, 472.3, 739, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39.3, 39.3.2, 39.3.3, 39.3.4, 59.4-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli və 25 iyul 2019-cu il tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.
27. Şəki Kommersiya Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2-2(117)-866/2022 saylı qətnaməsindən İddiaçı QSC və cavabdehlər Cavabdeh1 və "xxxx" firmasının (Cavabdeh7 MMC-nin) nümayəndəsi, eyni zamanda digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qızı və Cavabdeh6 vəkili Vəkil tərəfindən apellyasiya şikayətləri verilmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
28. İddiaçı QSC apellyasiya şikayətində Şəki Kommersiya Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2-2(117)-866/2022 saylı qətnaməsinin iddia tələbinin Şəki şəhəri 20 Yanvar küçəsi döngə 6 ünvanında yerləşən 12 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Əhmədov Nəzir Qurban oğlunun, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 həmin evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi və Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətdə olan 0.0374 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 7 girişli 424.46 m ümumi 85.22 m əsas, 46.24 m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına (YDM) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri yaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Cavabdehlər Cavabdeh1 və "xxxx" firmasının (Cavabdeh7 MMC-nin) nümayəndəsi, eyni zamanda digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qızı və Cavabdeh6 vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uzunmüddətli Kredit Müqaviləsi üzrə zamin və ipoteka qoyan tərəflərin hansı bir öhdəliyi mövcud deyil. Həmin müqavilə müştəri kredit almaq üçün İddiaçı QSC-yə müraciət edə bilər, İddiaçı QSC isə krediti verə də bilər, verməyə də bilər. Deməli, tərəflər arasında hər hansı öhdəlik yoxdur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun normalarına istinadən hesab edirik ki, İddiaçı QSC ilə aramızda bağlanmış ipoteka müqaviləsi, əsas öhdəlik müqaviləsinin təminatı kimi bağlanmadığından, eləcə də Cavabdeh1la İddiaçı QSC arasında bağlanmış kredit razılaşması əsas müqavilə sayılmadığından, tələbinin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsi yolverilməzdir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış ipoteka müqaviləsi isə bu tələblərə cavab vermir. Qeyd edilməsi zəruridir ki, uzunmüddətli kredit müqaviləsində tərəflər hər hansı bir öhdəlik götürmədiyindən, həmin müqaviləyə əsasən bağlanmış ipoteka müqaviləsi də əhəmiyyətsiz əqdir. İş materiallarında olan tərəflər arasındabağlanmış ipoteka müqavilələrində isə yalnız uzunmüddətli kredit xəttinin ümumi müddəti və ümumi məbləği qeyd edilməklə yuxarıda sadalanan qanunun müddəalarında tələb olunan şərtlər öz əksini tapmamışdır. Məhkəmə isə qanunun bu normalarına nəzər yetirməmişdir. İş materiallarında olan uzunmüddətli kredit müqaviləsində, ipoteka müqaviləsində və zaminlik müqaviləsində kreditin məbləği, müddəti və faiz dərəcəsi kimi əsas öhdəliklər təsvir edilməmişdir. u hallar da məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Uzunmüddətli Kredit Müqaviləsi adlanan sənədin mahiyyətindən görünür ki, tərəflər qanunda nəzərdə tutulan öhdəliklə bağlı normalarda müəyyən edilmiş, yəni hər hansı bir hərəkəti etməyə dair öhdəlik götürməmişlər, başqa sözlə mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə, əyişdirilməsinə və ya xitamı haqqında müqavilə bağlamamışlar. Həmin müqavilədə tərəflər hər hansı bir hərəkəti etməyə dair öhdəlik götürməyibsə, deməli sözügedən müqavilə tərəflər üçün məcburiyyət yaratmır. Deməli, tərəflər arasında hər hansı öhdəlik yoxdur. Nə qədər ki, həmin müqavilədə kreditin konkret məbləği, müddəti və faiz dərəcəsi göstərilməyib həmin müqavilə zamin və ipoteka qoyan üçün məsuliyyət müəyyən edə bilməz. Hətta müqaviləyə əsas öhdəliyi yaradan müqavilə kimi baxsaq belə həmin müqavilə yalnız Cavabdeh1la İddiaçı QSC arasında bağlanmış, zamin tərəfindən imzalanmışdır. Çünki nə kredit xətti nə də kredit razılaşmasında zaminin imzası olmuşdur. Zaminlik müqaviləsinə gəlincə də həmin müqavilədə yalnız uzunmüddətli kredit müqaviləsinin formal şərtləri göstərilmiş, mühüm şərtləri göstərilməmişdir. Bu hal da öz-özlüyündə onu təsdiq edir ki, zamin onun üçün öhdəlik yaradan kredit razılaşmasından xəbərsiz olmuşdur. Kreditin hansı faizlə (aylıq və yaxud illik) verilməsindən, neçə ay müddətinə verilməsindən xəbərsiz olmuşdur. Belə olan halda onun üzərinə maliyyə məsuliyyətinin qoyulması ədalətsiz yanaşmadır. İşdə olan zaminlik müqaviləsindən aşkar görünür ki, kredit razılaşmasınınn əsas şərtlərinin heç biri bu müqavilədə əks olunmamışdır. Eyni zamanda ödəniş planlarında da zaminin imzası mövcud deyildir. Lakin məhkəmə kollegiyası qanunvericiliyin bu tələblərini nəzərə almadan qeyri obyektiv və düzgün olmayan nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2-2(117)-866/2022 saylı qətnaməsinin qismən ləğv edilməsini, iddianın təmin edilən hissəsində əsassız olduğu üçün təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X5 özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(117)-866/2022 saylı qətnaməsinin iddia tələbinin Şəki şəhəri 20 Yanvar küçəsi döngə 6 ünvanında yerləşən 12 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Əhmədov Nəzir Qurban oğlunun, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 həmin evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi və Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətdə olan 0.0374 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 7 girişli 424.46 m ümumi 85.22 m əsas, 46.24 m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına (YDM) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri yaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və "xxxx" firmasının (Cavabdeh7 MMC-nin) nümayəndəsi, eyni zamanda digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qızı və Cavabdeh6 vəkili Vəkil özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2-2(117)-866/2022 saylı qətnaməsinin qismən ləğv edilməsini, iddianın təmin edilən hissəsində əsassız olduğu üçün təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Apellyasiya şikayətlərinə yazılı etiraz daxil olmamışdır.
33. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
34. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətlərinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, apellyasiya şikayətləri mümkün hesab edilmişdir.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
35. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
36. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır.
37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
39. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
40. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
41. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminilk, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
42. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
43. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
44. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
45. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
46. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır.
47. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
48. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
54. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
55. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
56. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
57. İddia ərizəsi aşağıdakı tələblərdən ibarətdir: - cavabdehlər Cavabdeh1, “Nigar" firmasından, Cavabdeh2 və Əhmədov Nəzir Qurban oğlundan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 15K000000022 saylı kredit razılaşması üzrə 68370.21 ABŞ Dolları kredit borcu, 39994.04 ABŞ dolları faiz borcu və 63478.03 ABŞ Dolları cərimə olmaqla, cəmi 171842.28 ABŞ dolları, 015K**********87 saylı kredit razılaşması üzrə 79802.55 ABŞ Dolları kredit borcu, 44943.57 ABŞ dolları faiz borcu, 70979.01 ABŞ Dolları cərimə olmaqla, cəmi 195725.13 ABŞ dolları, 015R********** saylı kredit razılaşması üzrə 36737.01 ABŞ dolları kredit borcu, 23177.30 ABŞ Dolları faiz borcu və 34523.36 ABŞ dolları cərimə olmaqla, cəmi 94437.67 ABŞ dolları, 3 (üç) kredit razılaşması üzrə ümumilikdə cəmi 462005 (dörd yüz altmış iki min beş) ABŞ dolları, 08 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması; - tələbin ünvan 1 ünvanında istifadədə olan 0.0265 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 99.8 kv/m, yaşayış sahəsi 59.4 kv/m, yardımçı sahəsi 40.4 kv/m, 3 otaqlı fərdi yaşayış evinə və Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətdə olan 0.0374 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 girişli, 424.46 kv/m ümumi 85.22 kv/m əsas, 46.24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (YDM) yönəldilməsinə, ipoteka predmetlərinin açıq hərracdan satılması və 462005 (dörd yüz altmış iki min beş) ABŞ dolları, 08 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; - hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, "xxxx" firmasından (Cavabdeh7 MMC), Cavabdeh2 və Əhmədov Nəzir Qurban oğlundan müştərək qaydada tutulması; - ünvan 3 ünvanında yerləşən 12 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Əhmədov Nəzir Qurban oğlunun, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 həmin evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; - Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətdə olan 0.0374 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 7 girişli 424.46 kv/m ümumi 85.22 kv/m. əsas, 46.24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına (YDM) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri yaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi.
58. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələblərinin ipoteka predmeti olan yaşayış evi və qeyri yaşayış sahəsinə tutma yönəldikdən və həmin əmlaklar satıldıqdan 1 ay sonra cavabdehlərin evdən çıxarılması, həmin əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinin rədd edilməsi hissəsində mübahisələndirmiş və həmin hissədə qətnamənin ləğv edilərək iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir.
59. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 mart 2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə Şəki Kommersiya Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e- 2-2(117)-866/2022 saylı qətnaməsi qismən - ünvan 3 ünvanında yerləşən 12 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Əhmədov Nəzir Qurban oğlunun, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 həmin evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətdə olan 0.0374 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 7 girişli 424.46 kv/m ümumi 85.22 kv.m əsas, 46.24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına (YDM) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri yaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsində ləğv edilərək həmin hissə üzrə işin icraatına xitam verilmişdir.
60. Cavabdeh tərəf isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddianın təmin edilən hissəsində əsassız olduğu üçün təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası indiki vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunması hissəsində qanuniliyi və əsaslılığını yoxlamışdır.
61. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və "xxxx" firmasının (Cavabdeh7 MMC-nin) nümayəndəsi, eyni zamanda digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qızı və Cavabdeh6 vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2-2(117)-866/2022 saylı qətnaməsi kredit razılaşmaları üzrə borcun tutulması hissəsində dəyişdirilməlidir.
62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
63. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
64. Müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli kredit xətti müqaviləsi ilə bank tərəfindən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açılmış, 19 may 2014cü il tarixli 15K000000022 nömrəli kredit razılaşması ilə Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (bir yüz min) ABŞ dolları məbləğində kredit götürmüş, xx.xx.2014-cü il tarixli 015K**********87 nömrəli kredit razılaşması ilə 12 ay müddətinə, aylıq faiz dərəcəsi 17% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 200000 (iki yüz min) ABŞ Dolları məbləğində kredit götürmüş, xx.xx.2015-ci il tarixli 015R********** nömrəli kredit razılaşmasına əsasən bank kredit xətti müqaviləsi üzrə kredit alana kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 60000 (altmış min) ABŞ Dolları məbləğində kredit vermiş, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəssi olan 1 saylı Əlavələrdə göstərilmiş Ödəniş planlarına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğlərini, ona hesablanmış faizlərlə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.
65. Həmçinin üəyyən edilmişdir ki, Əhmədov Nəzir Qurban oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
66. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Əhmədov Nəzir Qurban oğlu vərəsələri- arvadı Cavabdeh3, oğlu Cavabdeh4 Nəzir oğlu iş üzrə icraata cəlb edilmişdir.
67. Məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" Firmasının adı dəyişdirilərək Cavabdeh7 Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmış, lakin eyni VÖEN əsasında fəaliyyət göstərir.
68. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh1, "xxxx" firmasından (Cavabdeh7 MMC) və Cavabdeh2 müştərək qaydada 15K000000022 nömrəli kredit razılaşması üzrə 68370,212 ABŞ dolları əsas, 15839,87 ABŞ dolları faiz borcu olmaqla 84210,082 ABŞ dolları borc, 10 oktyabr 2014-cü il tarixli 015K**********87 nömrəli kredit razılaşması üzrə 79802,55 ABŞ dolları əsas, 18582,69 ABŞ dolları faiz borcu olmaqla cəmi 98385,24 ABŞ dolları borc, 03 aprel 2015-ci il tarixli 015R********** nömrəli kredit razılaşması üzrə 36737,01 ABŞ dolları əsas, 8608,42 ABŞ dolları faiz borcu olmaqla cəmi 45345,43 ABŞ dolları borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, Əhmədov Nəzir Qurban oğluna məxsus ünvan 2 nömrəli fərdi yaşayış evi likvidid dəyəri olan 65000 manata, "xxxx" firmasına (Cavabdeh7 MMC) məxsus Şəki şəhəri, X6 prospektində mülkiyyətində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424,46 kv/m ümumi, 85,22 kv/m əsas, 46,24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (YDM) 250000 manata (likvidid dəyəri) açıq hərracda satılmalı və satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı “AccessBank" QSC-yə ödənilməlidir.
69. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır.
70. Cavabdeh tərəfin apellyasiya şikayətində irəli sürülmüş cavabdehlərin zamin və ipoteka qoyan şəxslər olaraq bağlanmış kredit sazişlərindən məlumatlı olmaması barədə dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə yaşayış evini ipoteka qoyan şəxs Əhmədov Nəzir Qurban oğlu, həmçinin digər zaminlər Cavabdeh2 və "xxxx" Firması (qanuni təmsilçi Cavabdeh1 şəxsində) sonradan bağlanmış kredit sazişləri ilə bağlı ödəniş cədvəlləri, kreditin məbləği, müddəti və faiz dərəcəsi ilə tanış olmuş, öhdəliklərdən məlumatları olmuş, bu barədə imza və möhürlərlə təsdiq etmişlər.( 1-ci cild, iş vərəqi 63, 70, 72, 78, 151-165).
71. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin tutmanın ipoteka predmetlərinə yönəldilməsinin yolverilməz olması barədə dəlilləri əsassızdır.
72. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin kredit borcu üzrə tutmanın ipoteka predmeti olan yaşayış evinə və qeyri-yaşayış evinə yönəltməsi və həmin əmlakların likvid dəyərlərininn müəyyən etməsi barədə gəldiyi nəticə doğrudur.
73. Tərəflərin razılaşmaları əsasında tərəflər arasında bağlanmış kredit xətti müqaviləsi üzrə bağlanmış kredit sazişlərinə qeyd edildiyi kimi, kreditin müddətinin uzadılması, faizlərin azaldılması və digər yüngülləşdirici hallarla bağlı hər üç kredit sazişinə əlavə və dəyişikliklər edilmiş, buna baxmayaraq cavabdehlərin iddiaçıya ödənilməmiş borcu qalmışdır.
74. Məhkəmə kollegiyası işin hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, iş üzrə qətnamədə Cavabdeh1, "xxxx" firması (Cavabdeh7 MMC) və Cavabdeh2 kredit borcu vəsaitinin tutulması hissəsində borcun “müştərək qaydada” müddəasını əlavə etməməklə səhvə yol vermişdir.
75. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (MPM, maddə 218.3)
76. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmə bir neçə cavabdeh barədə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərməlidir.
77. Həmçinin həmin qərarda qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
78. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
79. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
80. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdehlər Cavabdeh1 və "xxxx" firmasının (Cavabdeh7 MMC-nin) nümayəndəsi, eyni zamanda digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qızı və Cavabdeh6 vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 15 dekabr 2022ci il tarixli, e-2-2(117)-866/2022 saylı qətnaməsi - Cavabdeh1, "xxxx" firması (Cavabdeh7 MMC) və Cavabdeh2 kredit razılaşmaları üzrə borcun tutulması hissəsində “müştərək qaydada” müddəası artırılmaqla dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh1 və "xxxx" firmasının (Cavabdeh7 MMC-nin) nümayəndəsi, eyni zamanda digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qızı və Cavabdeh6 vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2-2(117)-866/2022 saylı qətnaməsi - Cavabdeh1, "xxxx" firması (Cavabdeh7 MMC) və Cavabdeh2 kredit razılaşmaları üzrə borcun tutulması hissəsində “müştərək qaydada” müddəası artırılmaqla dəyişdirilsin. İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə mübahisələndirilən iddianın təmin edilən qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov