Məhkəmə qərarları › İş №2-2(107)-173/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-173/2025

06.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-173/2025 06.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X2 və Sadiqov Zülfüqar Əhməd oğlundаn ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı1 və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 1800 manat, Cavabdeh2 44270 manat məbləğində pulun və ödənilmiş 231 manat dövlət rüsumunun iddiaçıların xeyrinə tutulması” tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, e-2-2(117)- 997/2025 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis şöbəsinin 19 aprel 2025ci il tarixli 3-13-103/2-11308/2025 nömrəli məktubu ilə Göyçay Rayon Məhkəməsinin sorğusuna münasibət bildirilərək məhkəməyə təqdim edilmiş izahatlardan görünür ki, Cavabdeh2 İddiaçı2 şəxsən tanımadığını, ondan heç vaxt ştil almadığını, onun bildiyi qədərilə Azərin şəriki olduğunu, İddiaçı1 20 ildən artıq müddətdir tanıdığını, son 3 il ərzində ondan pomidor ştilləri aldığını və Göyçay rayonu Mırtı kənd sakinlərinə satdığını bildirmişdir. 2021-ci ilin 9 iyul tarixində Azər yük avtomobili ilə Mırtı kəndinə gətirdiyi pomidor ştillərindən 142 000 ədədini hər birini 30 qəpikdən alıb kənd sakinlərinə 32 qəpikdən payladıb. Sakinlər 2 aydan sonra məhsul yığımı zamanı ştillərdən şikayətlənərək həmin ştillərin keyfiyyətsiz olduğunu, bar vermədiyini, bu səbəbdən kənd sakinlərinin aldıqları ştillərin pulunu vermədiklərini və onun da Azər Mehtiyevə borcu qaldığını bildirmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, “Cavabdeh1 1800 manat, Cavabdeh2 44 270 manat məbləğində pulun və ödənilmiş 231 manat dövlət rüsumunun iddiaçıların xeyrinə tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçılar uzun müddətdir ki, şərikli olaraq pomidor şitillərinin topdan satışı ilə məşğuldurlar. Göyçay rayon, Mırtı kənd sakinləri olan cavabdehlərlə bir neçə ildir ki, alver etmişlər. xx.xx.2021-ci il tarixdə İddiaçı1 Göyçay rayonu, Mırtı kəndində Cavabdeh2 142.900 ədəd hər biri 0.30 manat olmaqla pomidor şitili satmışdır. Şifahi razılaşmaya əsasən Ayaz onlara 42.870 manat pul verməli idi. Bundan əlavə, Cavabdeh2 əvvəllər onlara borclu olduğu 1.400 manat pulu da verməli idi. Lakin sonradan onlar verilən şitillərin deyilən növə aid olmadığını, məhsuldarlığın aşağı olmasını və digər bəhanələri əsas gətirərək pulu verməkdən imtina etdilər. Bununla da, Cavabdeh2 44270 manat, Cavabdeh1 isə ödənilməmiş 1800 manat borcu yarandı. Həmin müraciətin Sabirabad RPŞ-də araşdırılması zamanı izahatları alınmış cavabdehlər eyni məzmunlu izahat verərək bildirmişlər ki, X1 20 ildir tanısa da, İddiaçı2 tanımır. İddiaçı1 pomidor şitillərini alıb Mırtı kənd sakinlərinə satır. xx.xx.2021-ci il tarixdə İddiaçı1 142000 ədəd pomidor şitilini hər birini 0.30 manata razılaşdırılmaqla almış və 0.32 manata kənd sakinlərinə paylamışdır. Sakinlər 2 aydan sonra məhsul yığımı zamanı şikayətlənməyə başlamış, pomidor şitillərinin məhsul vermədiyini bildirmişdir. Kənd sakinləri pulu verməmiş, əksinə dəymiş zərərlə bağlı pul tələb etmişlər. O, həmin adamları aldatmamış, kənd sakinlərindən pulları yığa bilmədiyinə görə borclu qalmışdır. Bu hadisədən sonra iddiaçılar cavabdehlərdən pullarını tələb etsələr də, cavabdehlər müxtəlif bəhanələrlə pulu verməkdən yayınmış, ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən tələblərinin təmin edilməsini xahiş etmişlər.

4. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 389.1-ci, 425.1-ci, 739.1-ci maddələri göstərilmişdir.

5. Cavabdeh2 xx.xx.2025-ci il tarixdə Göyçay Rayon Məhkəməsinə daxil olmuş etiraz ərizəsində qeyd edilmişdir ki, 2021-ci ilin payız aylarında iddiaçılar ona müraciət edərək satdıqları pomidor ştillərini yaşadığı Göyçay rayonu, Mırtı kəndində yaşayan və pomidor əkini ilə məşğul olan kənd camaatına satmaqda kömək göstərməsini xahiş etmişlər. Həmin ilin yaz aylarında kənd camaatına pomidor ştillərini iddiaçılardan almağı məsləhət görmüş, ona inandıqlarından etiraz etməmişlər. Onun köməyilə iddiaçılar ştillərin pulunun kənd sakinləri tərəfindən məhsul satışından sonra ödənilməsi şərtilə Mırtı kəndinin bir çox sakininə pomidor ştili sata bildilər. Təxminən 3 ay sonra mövsümlə əlaqədar pomidor satışı zamanı məlum olmuşdur ki, kənd sakinlərinə satılmış pomidor ştilləri yetişmiş, lakin məhsul olmadığından yığım mümkün olmamışdır. Məhsul yetişmədiyindən kənd sakinləri ştillərin pulunu ödəməkdən imtina etmişdir. İddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh2 izahatında bildirmişdir ki, 142 000 ədəd ştil almış, ştilin pulu 42 870 manat edir. Həmin puldan 2000 manat Göyçayda Azərə vermişdir. Buna dair dəftərdə qeydiyyat var, dəftər maşındadır, məhkəməyə təqdim edə bilər. Azər ona deyib ki, ştili paylasa ona da həmin puldan verəcək. Səfər bəy isə onun şəriki olmayıb, o, Azər müəllimi 10 ildən çoxdur ki, tanıyır. O, tək işləyirdi. Ştildən kənd camaatı narazı qalmışdı. Bunu Azər müəllimə də demiş, o isə buna əhəmiyyət verməmişdir. Ştilin pulu kənd camaatındadır, onda deyil. Azər müəllim ala bilirsə, özü alsın. Onun maddi imkanı yoxdur. Növbəti məhkəmə iclasında iştirak etməyəcək. 2000 manat ödənişlə bağlı sübutunun olmadığını bildirmişdir. Ştilə görə əvvəllər 1400 manat borcu qalmışdır. İddiaçının iddiası əsassızdır.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, iş kifayət qədər araşdırılmış və zəruri sübutlar tərəflərindən məhkəməyə təqdim edilmişdir. Mübahisə predmeti olan 142 900 ədəd pomidor ştili iddiaçılar tərəfindən ədədi 30 qəpikdən olmaqla Cavabdeh2 satılmışdır. Keçən məhkəmə iclasında da Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddiaçılara 1800 manat borcu olduğunu etiraf etdiyindən hesab edirlər ki, iddia tələbinin bu hissəsində sübutetmə vəzifəsindən azaddırlar. İddia tələbini müdafiə edirlər və təmin edilməsini xahiş etmişlər.

8. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 verdiyi izahatında vəkillərinin dedikləri ilə razı olduğunu və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 məhkəmə iclasında verdiyi izahatında vəkillərinin dedikləri ilə razı olduğunu və iddia tələbinin təmin edilməsini etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 verdiyi izahatında bildirmişdir ki, əmisi hazırkı iclasda xəstə olduğundan iştirak edə bilmədi. Atasının isə iddiaçılara 1800 manat borcu var. Həmin borcu da hazırda ödəməyə maddi imkanları yoxdur. O, həmin vaxtlar əmisinin yanında fəhlə kimi işləmişdir. Ştilin paylanmasında iştirak etmişdir. Hazırda özü də əkinlə məşğul olur, ştilləri başqa yerdən alıb əkmiş və yaxşı məhsul əldə etmişdir. Demək istədiyi odur ki, iddiaçıların o vaxt satdığı ştillər keyfiyyətli olmadığından bar gətirməmiş, buna görə də atası borcu ödəyə bilməmişdir. Ancaq 1800 manat borcu qəbul edirlər.

11. Şəki Kommersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) 02 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-997/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh1 1800 manat məbləğində borc, 38 manat məbləğində dövlət rüsumu, Cavabdeh2 44 270 manat məbləğində borc və 190.21 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada ödənilməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar müştərək tələblə eyni cavabdehlərə qarşı iddia qaldır

13. Məhkəmə müəyyən etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə fəaliyyətlə məşğul olar

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Belə ki, tərəflər arasında pomidor ştillərinin alqı-satqısı ilə bağlı münasibətlərin yaranması, iddiaçılar tərəfindən Cavabdeh2 42 870 manat dəyərində ştil satıldığı, qeyd edilən cavabdeh tərəfindən həmin borcdan ödəniş edilmədiyi tərəflərin izahatları ilə öz təsdqini tapır. Cavabdeh2 sonradan məhkəmə iclasında verdiyi izahatında həmin borcdan 2000 manat ödəniş etdiyini bildirsə də, bunu təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

15. Məhkəmə həmçinin, qeyd etmişdir ki, cavabdehlər şifahi qaydada üzərlərinə götürdükləri ö

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, 448.1, 567, 600.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cаvаbdeh Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 həmin qətnamədən apellyasiya şikаyəti vermişdir. III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ...Cavabdeh2 məhkəmədə izahatında 142.900 ədəd hər biri 0.30 qəpik olmaqla pamidor şitilini aldığını və həmin pulu iddiaçılara qaytardığını bildirsə də, məhkəmə qətnaməsində cəmi 2000 manat qaytarılması qeyd olunmuşdur. Bundan əlavə cavabdeh Göyçay Rayon Məhkəməsində də, eynilə Şəki Kommersiya Məhkəməsində də, iddiaçı tərəfindən iddia müddətinin keçməsini əsas gətirmiş və tətbiq olmasını xahiş etsə də, qətnamədə bu hal qeyd edilməmişdir. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz. Məhkəmə iclaslarında iştirakım təmin edilmədiyindən tərəflərin çəkişmə prinsipi pozulmuşdur. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Onun məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən çəkişmə prinsipinin tələblərinə riayət edilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən iş üçün əhəmiyyətli olan sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-997/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

20. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və onun nümayəndəsi və vəkili Nümayəndə1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, e-2-2(117)- 997/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

21. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər İddiaçı2, cavabdehlər və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376. 2-ci maddəsinə əsasən işə, həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

24. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

25. İş üzrə Cavabdeh2birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı ona aid hissədə tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi

26. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

27. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

28. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

29. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

35. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

36. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

38. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

39. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 273. İşdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.

46. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, e-2- 2(117)-997/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

53. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

54. Müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə fəaliyyətlə məşğul olaraq şərikli qaydada pomidor ştillərini şifahi razılaşmaya əsasən cavabdehlərə satmışlar. Tərəflər arasında malların nisyə alqı-satqı münasibətləri yaranmışdır.

55. İddiaçılar 142900 ədəd hər biri 0,30 manat olmaqla pomidor şitilini cavabdehlərə nisyə satmış, cavabdehlər də onu öz növbəsində kənd sakinlərinə 0,32 manata satmışlar. Lakin sonradan onlar verilən şitillərin deyilən növə aid olmadığını, məhsuldarlığın aşağı olmasını və digər bəhanələri əsas gətirərək şitillərin pulunu verməkdən imtina etmişlər.

56. İddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisıni yuxarıda göstərilən qaydada həll etmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir.

57. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi 1800 manat borcunun olduğunu qəbul etmiş, digər Cavabdeh2 isə İddiaçı1 tərəfindən verilmiş ştilləri kənd sakinlərinə satdığını və həmin ştillərin keyfiyyətsiz olduğunu, bar vermədiyini, bu səbəbdən kənd sakinləri tərəfindən həmin ştillərin pulunun ödənilməsindən imtina edildiyi, ona görə də borcunu ödəmədiyini, ştillərin pulunun kənd sakinlərində olduğunu, iddiaçıların pulu kənd sakinlərindən almalı olmasını, eyni zamanda əvvəlki dövrdən 1400 manat borcunun qaldığını, 42870 manat ştilin pulundan 2000 manat ödəniş etdiyini, lakin buna dair sübutunun olmadığını bildirmişdir.

58. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında pomidor ştillərinin alqı-satqısı ilə bağlı münasibətlərin yaranması, iddiaçılar tərəfindən Cavabdeh2 42870 manat dəyərində ştil satıldığı, qeyd edilən cavabdeh tərəfindən həmin borcdan ödəniş edilmədiyi tərəflərin izahatları ilə öz təsdqini tapır. Cavabdeh2 sonradan məhkəmə iclasında verdiyi izahatında həmin borcdan 2000 manat ödəniş etdiyini bildirsə də, bunu təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda həmin ştillərin keyfiyyətsiz olduğundan bar vermədiyini bildirsə də, bu halı və iddiaçıların həqiqətən təqsirli olmasını təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

59. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Cavabdeh2 birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir.

60. Apellyasiya şikayətinin dəlillərindən biri guya Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında vermiş olduğu izahatında 142.900 ədəd hər biri 0,30 manat olmaqla pomidor şitilini aldığını və həmin pulu iddiaçılara qaytardığını bildirsə də, məhkəmə qətnaməsində cəmi 2000 manat qaytarılmasının qeyd olunması barədədir.

61. Kollegiya həmin dəlili əsassız sayaraq ilk növbədə qeyd edir ki, qeyd edir ki, apellyasiya şikayətinin imzalamış Cavabdeh2 nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində iştirak etməmişdir.

62. İkincisi, Cavabdeh2 nə iddia ərizəsinə yazılı etirazında, nə də iştirak etdiyi birinci instansiya məhkəməsinin iclasında vermiş olduğu izahatında iddiaçılara olan borcunun tam qaytardığını bildirir. Əksinə, etirazda və izahatında, o cümlədən polis orqanında aparılan araşdırma zamanı verdiyi izahatında iddiaçılardan satın aldığı ştillərin keyfiyyətsiz olduğunu, bar vermədiyini, bu səbəbdən kənd sakinlərinin aldıqları ştillərin pulunu vermədiklərini və bu na görə də onun Azər Mehtiyevə borcu qaldığını, eyni zamanda əvvəlki dövrdən 1400 manat borcunun qaldığını, 42 870 manat ştilin pulundan 2000 manat ödəniş etdiyini, lakin sübutunun olmadığını bildirmişdir. Həmin faktlar birinci instansiya məhkəməsinin iclas protokolunda da öz əksini tapmişdır.

63. Apellyasiya şikayətinin dəlillərindən biri cavabdehin iştirakı olmadan işə baxması ilə bağlıdır.

64. Kollegiya apellyasiya şikayətinin hakimin işə baxarkən çəkişmə prinsipini təmin etməməsi barədə dəlili ilə əlaqədar onu qeyd edir ki, birinci instansiya məhkəməsi lazımi şərait yaratmasına baxmayaraq Cavabdeh2 09 sentyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, ...növbəti məhkəmə iclasında iştirak etməyəcək, eyni zamanda 2000 manat ödənişlə bağlı sübutunun olmadığını bildirmişdir.

65. Digər cavabdeh Cavabdeh1 isə birinci instansiya məhkəməsinin iclasında nümayəndə ilə (oğlu) ilə təmsil olunmuşdur.

66. Belə olan halda şikayətin həmin dəlilləri də əsassız hesab edilməlidir.

67. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

68. Bununla bağlı kollegiya qeyd edir ki, qanunun tələbinə görə işdə iştirak edən şəxs tərəfindən mübahisəyə iddia müddətinin tətbiqinə dair ərizə yazılı şəkildə birinci instansiya məhkəməsində verilir. Apellyasiya instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə yalnız o vaxt verilə bilər ki, tərəf birinci instansiya məhkəməsində baxılan işdən tam məlumatsız olsun və ya üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməsin.

69. Kollegiya iddia müddətinin tətbiqi ilə bağlı onu da qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə baxılarkən ümumiyyətlə, hazırkı mübahisə üzrə iddia müddətinin keçib-keçməməsi barədə məsələ müzakirə edilməmiş, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə vermədiyindən təbii ki, məhkəmə münasibət bildirməmişdir, bildirə də bilməzdi.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. ... Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

71. Ona görə də, apellyasiya şikayətinin cavabdehin iddiaçı tərəfindən iddia müddətinin keçməsini əsas gətirməsi və tətbiq olmasını xahiş etməsi barədə dəlili də əsassızdır.

72. MPM-in protokola dair qeydlərdən bəhs edən 273-cü maddəsində göstərilmişdir ki, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.

73. İş materialları ilə cavabdeh tərəfin birinci instansiya məhkəməsinin iclas protokolu ilə tanış olması və protokol barədə yazılı qeydlər verməsi müəyyən olunmur.

74. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 lazımi qaydada dəvət edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclaslasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişlər.

75. Beləliklə də, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəf yuxarıda qeyd edilən borcun mövcudluğu ilə bağlı məhkəmədə iddia qaldırmış, Cavabdeh2 isə 42 870 manat ştilin pulundan 2000 manat ödədiyini, eyni zamanda ştillərin keyfiyyətsiz olduğunu bildirsə də, qeyd etdiyi halları təsdiqləyən sübutlarını işə baxan məhkəmələrə təqdim etməyərək üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmişdir.

76. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud Bmübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

77. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.

78. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum unun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

79. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

80. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

81. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

82. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.

83. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-997/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cаvаbdeh Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, e-2-2(117)- 997/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar