Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-179/2025 27.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr -alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X7 və Sadiqov Zülfüqar Əhməd oğlundаn ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı və onun vəkili Vəkil2 Ramhim oğlunun, Cavabdeh - Cavabdeh və onun nümayəndəsi və nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 14043 manat borc pul və 142 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 2-2(117)- 803/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası Sərhəd Xidmətinin 26 avqust 2025-ci il tarixli, 3-38-3***-******* nomrəli məktubundan görünür ki, Cavabdeh xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədindən daxil olmuş, xx.xx.2021-ci il tarixdə ölkəni tərk etmiş, xx.xx.2022-ci il tarixdə yenidən Azərbaycan Respublikasına gəlmişdir.
2. İş materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixdə öz şəxsi telefonundan istifadə etməklə Cavabdeh danışığını qeydə almış, bu barədə özü qeyd etmişdir ki, onun başqa sübutu olmadığından qarşı tərəfin xəbərdarlıq etmədən danşığını yazdırmışdır. Qeyd edilən səs yazılarının dinlənilməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən tərəflərin fikri öyrənilmiş, tərəflər səs yazılarının dinlənilməsinə etiraz etməmişlər. Qeyd edilən səs yazıları dinlənildikdən sonra cavabdeh tərəf qeyd edilən səs yazılarının qanunsuz yazıldığını bildirərək həmin səs yazılarının sübut olaraq nəzərə alınmamasını xahiş etmişdir. Məhkəmə iclaslarında qeyd edilən səs yazılarının hər hansı bir təzyiq və ya hədə qorxu altında yazılıb-yazılmaması ilə bağlı cavabdeh tərəfə suallar ünvanlanmış, cavabdeh hər hansı bir təzyiq və ya hədə-qorxu olmadan sərbəst formada söhbət olduğunu bildirmişdir.
3. İş materiallarında olan İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə öz şəxsi telefonundan istifadə etməklə Cavabdeh qeydə alınmış söhbəti və səs yazılarında cavabdeh qeyd edir “qoyunun pulu 7700 manat etmiş, 700 manatını həmin həftə, 1000 manatını bir qaytarmışam”, “qoyunun pulundan başqa bizim aramızda 9000 manat pul vardır”, “9000 manatdan heç nə qaytarmamışam”, “4400 manatını mən almışam, 4600 manatını Gülağa almışdır”. İddiaçı qeyd edir ki, “qardaşın Gülağaya pulu sən demisən mən də vermişəm.”, Cavabdeh bildirir “mən demişəm sən də vermisən, qardaşım dedi Fuadda heyvan var, gəl onu alaq, o isə ağrıyıram qalsın sonra alarıq, ağrıkəsici vurub getdim, heyvanı aldıq, 1 başı öldü, 7700 manat idi, bir həftə sonra verildi, 1000 manatı da sonra pivəxananın yanında verdim sənə”, Cavabdeh bildirir ki, “mənim sənə borcum 9000 manat əvvəlki borc, 6000 manat heyvanın pulu, cəmi 15000 manat borcdur”.
4. İş materiallarında olan diskdə olan digər səs yazısında Cavabdeh bildirir ki, “2020də yayda müharibə başlayan ili evə köçmüşəm, həmin ili azarladım, qışı birtəhər çıxdım, yazda qəssabxana açdıq, pulu mən 2021-ci ilin axırları-payızı, yəni dekabr ayı götürmüşəm, yüz faiz, borcumu danmıram”. İddiaçı bildirir ki, “9000 manat kredit götürdüm, dedin ki, mən ödəyəcəm, sən də ödəmədin, 950 manat ödəmisən.” - Eyni zamanda, səs yazılarında Cavabdeh səs yazısında qeyd edir ki, İddiaçı tərəfindən təqdim edilmiş bank ödəniş cədvəli üzrə “105 manat,108 manat və digər rəqəmlərlə ifadə olunan məbləği 4 dəfə mən ödəmişəm, 1 aylıq ödənişini sən ödəmisən, indi isə sənə göndərmişəm 170,150, 200 manat da indi”, “Mən demirəm həmin pulu mənə verməmisən, vermisən, pulu tam verə bilmirəm”.
5. İş materiallarında olan qəbzlərdən müəyyən edilir ki, 14 may 2024-cü il tarixdə poçt vasitəsilə İddiaçı 172 manat, xx.xx.2024-cü il tarixli pul köçürmə vasitəsilə 150 manat, xx.xx.2024-cü il tarixli birbank qəbzi ilə 200 manat məbləğində ödənişlər olmuşdur.
6. İş materiallarında olan İddiaçı ilə Bank Respublika ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 28041***-*******01 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən edilir ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdən başlayaraq 8998,52 manat kredit borcu üzrə 101,48 manat məbləğdən başlamaqla ödəniş edilməli idi. İddiaçı qeyd edilən cədvəli təqdim edərək bildirir ki, borcun qaytarılmadığına görə bankdan iddiaçı tərəfindən kredit götürülmüş, həmin məbləğ üzrə aylıq ödənişləri xx.xx.2023-cü il tarixdən başalayaraq Cavabdeh tərəfindən ödənilmiş, 4 dəfə ödənildikdən sonra ödəməmişdir. II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
7. İddiaçı Cavabdeh qarşı 14043 (on dörd min əlli üç) manat pulun və ödənilmiş dövlət rüsumuna görə 132 (bir yüz otuz iki ) manat pulun tutularaq ona ödənilməsi barədə iddia ilə Zərdab Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə yaxın dost münasibətləri olmuş, buna əsasən cavabdeh təxminən 2021-ci ilin dekabr ayında ona müraciət edərək borc pul verməsini xahiş etmişdir. İlkin olaraq cavabdehə 2000 (iki min) manat pul vermiş, sonradan cavabdeh yenə dost münasibətlərindən istifadə edərək biznesə girişdiyi üçün ona yenə borc pul verməyi xahiş etmişdir. Buna əsasən cavabdehə 9000 (doqquz min) manat borc pul verilmişdir. Sonradan cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdeh ona məxsus xırda buynuzlu heyvanları nisyə şəkildə 7700 manata almışdır. Bununla da cavabdehin ümumilikdə 16600 manat borcu yaranmışdır. Cavabdehə bununla bağlı müraciət edərək yaranmış borcunu ödəməsini xahiş etmişdir. Cavabdeh 16600 manat borcundan ümumilikdə 2557 manatını hissə-hissə ödəmişdir. Hazırda cavabdehin 14043 manat borcu yaranmışdır. Cavabdeh borcunu etiraf etsə də, lakin maddi imkanının zəif olması səbəbi ilə borcunu ödəməkdən imtina edir. İddiaçı tələbinin təmin edilməsini xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlə yaxın dost olmuş, 2021-ci ildə Ramala 9000 manat nağd pul vermiş, pulu Ramal iş görmək üçün götürmüşdür. O, da heyvan alış-satışı ilə məşğul olur, özünə məxsus qoyunları satmaq istəmiş, Ramal qoyunları almaq istədiyini və pulu hələlik olmadığını bildirmiş, o da qoyunları ona nisyə satmışdır. 2022-ci ilin yanvarın 17 ya 18-i 33 baş xırdabuynuzlu heyvanları ona satmış, heyvanların dəyri 7700 manat təşkil etmiş, cavabdeh 9000 manat borcdan 1700 manat, qoyunların pulundan isə 957 manat pul qaytarmış, qalan məbləği qaytarmamışdır. Bəzi hallarda pulu özü götürə bilməyəndə qardaşı vasitəsilə pulu cavabdehə göndərmişdir. İş üzrə ekspertiza təyin edilməsi və ailə üzvlərinin şahid qismində dindirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş, cavabdehə borc pul şəklində verdiyi 9000 manat pulun hazırkı günə kimi infilyasiya göstəriciləri və müvafiq indeksasiya əmsalları nəzərə alınmaqla cari ekvivalent dəyərinin nə qədər təşkil etməsi, cavabdehə verdiyi ümumi dəyəri 7700 manat müəyyən olunmuş 33 ədəd xırda buynuzlu mal-qaranın hazırkı bazar dəyəri nə qədər təşkil etməsi, həmçinin yoldaşı və qardaşının məhkəmə iclasında şahid qismində dindirilməsini xahiş etmişdir. Bundan əlavə səs yazıları vardır, həmin səs yazılarında da cavabdeh borcunu etiraf etmişdir. Onları kompakt diskdə məhkəməyə təqdim etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı ilə münasibətləri olmuş, al-verləri olmamışdır. İddiaçıdan iki dəfə pul almış, ehtiyacı olduğu üçün 2020-ci ilin oktyabr ayında 2000 manat borc pul almış, sonradan isə bir dəfə də 2020-ci ilin dekabr ayında 2000 manat pul almış, 2021-ci ilin oktyabrından ailəsi ilə birgə Rusiyaya getmiş, 4 il orada qalıb müalicə almışdır. 2021-ci ildən sonra Fuaddan pul almamış, pulu qaytarmışdır. Cavabdehə pulu 1000 manat, 1700 manat və 957 manat olmaqla qalan məbləği isə hər dəfə 200 manat olmaqla tamamilə ona qaytamışdır. Qardaşı iddiaçıdan mal almaq istədiyindən onunla birgə gedib heyvanları gətirmişlər. İddiaçıya məxsus səs yazılarında da bu öz əksini tapmışdır. Heyvanın birinin çəkisi təxminən 30 kiloqram olmuş, qardaşı Fuaddan mal almışdır. O, Fuaddan heç vaxt mal almamış, iki dəfə ondan pul almışdır. Həmin pulu da qaytarmışdır. Sonradan qardaşı narkotiklə bağlı həbs edilmiş, səs yazılarından xəbəri olmayıb, lakin həmin səs yazılarının dinlənilməsini istəyir. O səs yazılarından da aydın olacaq ki, o cavabdehdən mal almamış, qardaşı almışdır.
12. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia əsassızdır və rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçının ekspertiza təyin edilməsi və indeksasiya əmsallarının təyin edilməsi barədə vəsatətinə münasibətdə qeyd edir ki, qanunvericilyin tələbinə əsasən iddiaçı bu barədə iddia ərizəsində qeyd etmədiyindən təmin edilməməlidir. İddiaçı başqa şəxslərə də sələmə pul vermişdir. O, qeyd etdiyi pulu Ramala iş görmək üçün yox, sələmə vermişdir. Bununla bağlı onda məlumatlar vardır. Növbəti məhkəmə iclasında həmin məlumatlara dair sübutları məhkəməyə təqdim edə bilər. Bundan əlavə səs yazılarının dinlənilməsini onlar da istərdi ki, məsələyə aydınlıq gətirilsin.
13. Cavabdeh ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək 2020-ci ilin sentyabr, oktybar aylarında iddiaçıdan 4000 manat borc pul almış, həmin pulu da 2021-ci ilin sentyabr ayına qədər qaytarmış, pulu iddiaçıya qaytarb qurtardıqdan sonra 2021-ci ilin oktyabrın 4-də Rusiya Fedarasiyasna getmişdir. Onun, Rusiya Fedarasiyasından iddiaçının kartına sonralar pul göndərməsinə gəlincə həmin pullar qardaşı X1 iddiaçıya borcunun olduğunu zənn etdiyindən göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, qardaşı Gülağa iddiaçı ilə aralarında olan borcunu həbs edilməmişdən əvvəl iddiaçıya qaytarmışdır. Lakin, məhkəmə iclasında iddiaçı israrla bildirmişdir ki, o, borc pulları və qoyunları məhz Cavabdeh 2021-ci ilin dekabr-2022-ci ilin yanvar aylarında vermişdir. Azərbaycan Respublikası Sərhəd Xidmətinin 26 avqust 2025-ci il tarixli, 3-38-3***-******* nomrəli arayışında göstərilir ki, Cavabdeh 4 oktyabr 2021-ci ildə Rusiya Federasiyasına getmiş, 05 noyabr 2022-ci ildə Azərbaycan Respublikasına geri qayıtmışdır. Belə olan təqdirdə məlum olur ki, iddiaçı pulu və qoyunları Cavabdeh dekabr 2021yanvar 2022-ci il tarixlərdə verməsi yalandır. Onun məqsədi iddia müddətinin məhkəmə tərəfindən tətbiq edlməsinə mane olmaq və borc məbləğini cavabdehin üzərinə qoymaq məqsədi daşımışdır. Burdan belə görünür ki, hazırkı iddia üzrə iddia müddəti ötmüşdür. İddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, cavabdeh qardaşıdır, baba tərəfin soyadını götürdüyünə görə soyadları fərqlidir, iddiaçını həmkəndli kimi tanıyır. 2020-ci ildə iddiaçıdan, cəmi 5000 manata yaxın pul almış, həmin pulu iki dəfəyə hər dəfəsində 2000 manat, sonradan isə 600 manat pul almışdır. Həmin pulları da artıqlaması ilə qaytarmışdır. Fuad pulu faizlə vermiş, Kür çayının aşağısında yerləşən kafenin yanında ona pulu qaytarmışdır. Fuadı əvvəllər tanımamışdır. Kənd camaatından onun barəsində eşitmiş, aldığı pullara da heyvan alıb kəsib satmış, əvvəllər qəssab işləmişdir. Qəssab işlədiyi yerə gəlmiş və borcunu qaytarmışdır. Heyvanları alanda orada özü, iddiaçı, yük maşınının sürücüsü və qardaşı Ramal olmuşdur. Qardaşı xəstə olduğundan maşında oturmuşdur. Dəqiq tarix yadında qalmasa da, təxmini soyuq vaxtlar idi, ya sentyabr ya da dekabr ayı olardı. Həmin vaxt Vətən müharibəsi olmuş və pandemiya dövrünə təsadüf edir.
15. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Fuad və Ramalı yaxından olmasa da, tanıyır. Özünə məxsus yük maşını ilə mal-qara daşıyır. Zərdabın Sarıqaya kəndindən iddiaçıya məxsus alınan 33 baş heyvanları təxminən 2020-2021-ci illərdə Gülağanın xahişi ilə aparmışdır. Həmin vaxt qış fəsli və hava soyuq olmuşdur. Həmin heyvanların qiymətini bilməmiş, maşın pulu 15 manat almışdır.
16. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçı qardaşıdır, cavabdehi və Gülağanı həmkəndli kimi tanıyır. O, Ramalla bir neçə ay birlikdə heyvan alveri ilə məşğul olmuş, ondan 4 baş heyvan almış, Ramala demiş ki, qardaşında da heyvan var. Qardaşı ilə bir həyətdə yaşayır, o, da heyvanları almaq istədiyini bildirmişdir. Heyvanların qiymətini Ramalla qardaşı Fuad razılaşmış, sonra da Gülağa gəlib heyvanları maşına yığıb aparmışdır.
17. Şəki Kommersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) 29 oktyabr 2025-ci il tarixli, 2-2(117)-803/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 14043 manat əsas borc və 132.13 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, iş üzrə cavabdehin sərbəst formada iddiaçıya göndərdiyi səs y
19. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında hazırkı münasibət sahibkarlıq fəaliyyəti ilə bağlı olmuş, borc və alqı-satqı müqavilələrindən yaranmışdır. Məhkəmə tərəfindən müəyyən edilən hal ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə bilavasitə özü tərəfindən və ya cavabdehin özünün xahişi ilə qardaşı Gülağa vasitəsilə göndərilməklə borc pul verilmişdir. Bundan əlavə 7700 manat məbləğində xırdabuynuzlu mal-qara alqı-satqısı da cavabdehin qardaşı Gülağanın xahişi ilə cavabdehlə iddiaçı arasında bağlanmış və həmin malları cavabdehə görə iddiaçı cavabdehə nisyə satmışdır. Eyni zamanda, tərəflər arasında aparılmış danşıqlarda cavabdeh etiraf edir ki, iddiaçıya borcu 4600 manat məbləğində borcu qardaşı vasitəsilə, 4400 manat məbləğində borcu isə özü bilavasitə almış, 7700 manat isə iddiaçıdan aldığı heyvanların dəyəri olaraq borcu qalmışdır.
20. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin 15000 (9000+6000=15000) manat borcu qalmış həmin məbləğdən 957 manat kart vasitəsilə bank kreditini ödəmək üçün iddiaçıya göndərdiyi vəsaiti çıxılmaqla 14043 manat məbləğində iddiaçıya borcu qalmışdır.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 377.1, 377.2, 380.1, 353, 385.1, 386.1, 425.1, 567, 600.1, 600.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. Cаvаbdeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə həmin qətnamədən apellyasiya şikаyəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
23. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ...məhkəmənin qətnaməsi tamamilə ədalətsiz və əsassızdır. Ona görə də, qətnamə ləğv edilərək iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qətnamə çıxarılmalıdır. Bildirir ki, iddiaçı ilə onun arasinda olan borc məsələsi 2020-ci ilin sentyabr-oktyabr aylarında olmuşdur. Belə ki, o, əvvəl iddiaçıdan 2000 (iki min) manat daha sonra yenə 2000 manat, ümumilikdə 4000 manat borc pul almışdır. Həmin pulları da üstünün faizi ilə birgə 2021-ci ilin oktyabr ayına qədər tamamilə ona ödəmişdir və 2021-ci ilin oktyabr ayının 4-də ailəsi ilə birlikdə Rusiya Federasiyasına getmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən Şəki Kommersiya Məhkəməsinin sorğusuna əsasən məhkəməyə göndərilmiş arayışında göstərdiyi xüsusat təsdiqini tapmışdır. Buna görə də, məhkəmənin hazırlıq iclasında iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəmədə vəsatət qaldırmışdır, lakin məhkəmə vəsatətinə münasibət bildirməmişdir. İddiaçının qardaşı ilə olan borc münasibətlərini ona aid etməklə barəsində qeyri-qanuni və ədalətsiz qətnamə çıxarmışdır. Bundan başqa, məhkəmə iddiaçı tərəfindən onun ağır formalı xərçəng xəstəliyindən istifadə edərək qabaqcadan düşünülmüş şəkildə razılığı və xəbəri olmadan məni danışdıraraq çaşdırıcı suallar verməklə səsini yazmış olduğu diskləri sübut növü kimi qiymətləndirmiş və ədalətsiz mövqe nümayiş etdirmişdir. Halbuki, həmin səs yazıları qeyriqanuni olduğu üçün sübut növü kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95-ci maddəsinə görə elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Mülki işlər üzrə məhkəmə praktikasında uzun müddətdir belə bir fikir formalaşmışdır ki, şəxsin xəbəri olmadan qeydə alınmış səs yazısı məhkəmədə sübut kimi qiymətləndirilə bilməz və belə məlumatların qeydə alınması və təqdim edilməsi şəxsi toxunulmazlıq hüququnun pozulmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Ona görə də, onun xəbəri olmadan iddiaçı tərəfindən səsinin yazılması və həmin audioyazının sübut növü kimi məhkəməyə təqdim edilməsi qanunsuzdur və həmin audioyazı sübutlar siyahısından çıxarılmalıdır. Bununla bağlı iddiaçının məhkəməyə təqdim etdiyi səs yazılarının sübutlar siyahısından çıxarılması ilə bağlı məhkəmənin hazırlıq iclasında vəsatət verməyimə baxmayaraq həmin vəsatət ümumiyyətlə müzakirə olunmamış, məhkəmə bir tərəfli və qərəzli mövqe tutaraq əsassız olaraq iddiaçını müdafiə etmişdir. Məhkəmə iddianı təmin edərkən yalnız işə əlavə edilmiş qeyri-qanuni səs yazılarına istinad etməsinə baxmayaraq, həmin səs yazılarında tələb olunan pulun yarıdan çoxunun qardaşı ilə iddiaçının borc münasibətinə aid olduğunu iddiaçının həmin səs yazılarında etiraf etməsinə baxmayaraq bunu da nəzərə almamış, qardaşımla olan borc münasibətindən irəli gələn məbləği də ona yükləmişdir. Halbuki, bu hal məhkəmədə şahid qismində dindirilən ona heç bir qohumluq əlaqəsi çatmayan qardaşı Gülağa ilə iddiaçının xırda buynuzlu heyvanlarını almağa gedən şahidin də ifadəsini qiymətləndirməmiş, qeyriqanuni və ədalətsiz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 2-2(117)-803/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən ərizə daxil olmuş, həmin ərizədə qeyd edilmişdir ki, ...sübut kimi qiymətləndirilən səs yazısından müəyyən olunur ki, o, pulun 2020-ci ildə verilməsini isarlı şəkildə bildirsə də lakin cavabdeh onun fikirini dəyişərək pulun məhs 2021-ci ildə verilməsini bildirir. Bununlada onda fikir dəyişikliyi yaranır. Ümumilikdə isə qeyd edir ki, hazırkı, işə heç bir halda iddia müddəti tədbiq oluna bilməz. Çünki cavabdeh ona olan borcundan 2024-cü ildə hissə-hissə ödəməklə borcu olduğunu və könüllü ödəmək niyyətini ortaya qoymuşdur. Buna əsasəndə borcun nə zaman verilməsindən aslı olmayaraq sonuncu borcun qaytarılmasına nisbətdə iddia müddəti tədbiq oluna bilməz. Cavabdeh digər dəlilində pulu ona vermədiyini bildirmişdir. Lakin bildir
25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və nümayəndəsi və vəkili Nümayəndə hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər.
26. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil2 hər biri ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 2-2(117)-803/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
29. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
30. İş üzrə cavabdeh birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı ona aid hissədə tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi
31. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
32. Maddə 353. Tərəflər əqdin etibarsızlığını bildikdən sonra etibarlı olmasını arzuladıqda, əgər etibarsız əqd başqa əqd üçün nəzərdə tutulan tələblərə uyğun gəlirsə, başqa əqdin qaydaları tətbiq edilir.
33. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
34. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
35. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
36. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
37. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
38. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
39. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
42. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
43. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
44. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
45. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 273. İşdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.
52. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
53. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
55. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
56. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 2- 2(117)-803/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
59. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
60. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasınd
61. Müəyyən edilmişdir ki, borcla bağlı münasibət 2021-ci ilin payızında tərəflər arasında yaranmışdır. Qeyd edilən borcdan sonra 1 və ya 2 ay sonra tərəflər arasında heyvanların alqı-satqı münasibəti baş vermiş, bir həftə sonra cavabdeh tərəfindən 700 manat, bir müddət sonra isə 1000 manat qaytarılmışdır. İddiaçının satdığı heyvanların dəyərindən 6000 manat, borc müqaviləsi əsasında verilən borcdan isə 9000 manat borc qalmışdır. Tərəflərin məhkəmə iclaslarında etiraf etdikləri sübutlar əsasında isə 957 manat qeyd edilən borcdan ödəniş edilmişdir. Cavabdeh tərəfindən borc ödənilmədiyi təqdirdə cavabdeh tərəfindən ödənilmək şərti ilə tərəflər razılaşmış ki, iddiaçı adına kredit götürsün. İddiaçı ilə xx.xx.2023-cü il tarixli Bank Respublika ASC arasında kredit müqaviləsi əsasında 9000 manat kredit götürülmüş həmin kreditin ilk 4 ayını cavabdeh aylıq ödənişləri ödəmişdir. Bunu tərəflər etiraf etmişlər. Ödənilən 957 manat məbləğində vəsaitin ödənilməsi 2023-cü ilin noyabr ayı və ondan sonrakı aylara təsadüf edir.
62. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir.
63. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə cavabdehin sərbəst formada iddiaçıya göndərdiyi səs yazıları, o cümlədən iddiaçı tərəfindən bilərəkdən cavabdehin danışığının qeyd alınması ilə bağlı səs yazıları tərəflərin etiraz etməmələri və onların təkidi əsasında məhkəmə iclasında dinlənilmişdir. Cavabdeh tərəf səs yazılarını dinlədikdən sonra qeyd edilən yazıların qarşı tərəfin xəbəri olmadan aparıldığından qanunsuz hesab edilməsini və sübut olaraq nəzərə alınmamasını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh tərəfdən hər hansı bir təzyiq və ya fiziki zor tətbiq edilməsi nəticəsində danışığının qeydə alınması ilə bağlı soruşulmuş və cavabdeh səs yazıları zamanı iddiaçı tərəfindən hər hansı bir qeyri-qanuni təsirlərə məruz qalmadığını bildirmişdir.
64. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir.
65. Tərəflər arasında baş vermiş səs yazısına qulaq asıldıqda müəyyən olunur ki,cavabdeh səs yazısında iddiaçıya pul borclu olduğunu və bu pulu danmadığını etiraf edir. Eyni zamanda səs yazısından aydın olur ki,cavabdeh tərəf borcu tam şəkildə qaytara bilmədiyini bildirmiş amma bunun əvəzində iddiaçıya öz adına kredit götürməsini, şəxsi məqsədləri üçün xərcləməsini və həmin kredit borcunu özünün yəni cavabdehin ödəyəcəyini bildirmişdir. Həmçinin 10 dəqiqəlik səs yazısının 9:50-ci dəqiqəsində cavabdeh etiraf edir ki,”mənim fakt sənə borcum budur. 6000 (altı min) qoyunun pulu ,9000 (doqquz min) verdiyin pul.
66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10.10-cu maddəsində göstərilmişdir ki, şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur.
67. Həmin Məcəllənin 200-ci maddəsinə əsasən, şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Əgər belə razılıq olmazsa həmin sübutların elan və tədqiq edildiyi məhkəmə iclasları qapalı keçirilir.
68. Həmin Məcəllənin 175.1-ci maddəsinə görə, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.
69. Məhz birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edilən normaların tələbləri baxımından səs yazılarının hər iki şəxsin arasında olan mübahisənin obyektiv qiymətləndirilməsi üçün hər hansı bir təzyiq və hədə-qorxu olmadan sərbəst formada aparılan söhbətin səs yazısı kimi qəbul edərək həmin səs yazılarını qanunsuz sübut olaraq qiymətləndirməsi üçün əsasların olmadığı qənaətinə gəlmişdir .
70. Apellyasiya şikayətinin əsas dəlilləriişə baxan birinci instansiya məhkəməsinin MPM-in 76.3 və 95-ci maddələrinin tələblərini pozaraq iddiaçı tərəfindən gizli yolla qanunsuz olaraq əldə edilmiş səs yazılardan sübut kimi istifadə etməsi barədədir.
71. Kollegiya həmin dəlillərlə bağl vurğulayır ki, qeyd edilən səs yazılarının dinlənilməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən tərəflərin fikri öyrənilmiş, tərəflər səs yazılarının dinlənilməsinə etiraz etməmişlər.
72. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh səs yazılarının ona və iddiaçıya aid olduğunu təsdiq etmişdir.
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi olenumunun N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarında göstərimişdir ki, “...mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.
74. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.
75. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz- özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”.
76. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi səs yazılarının sübut kimi qəbul edilməsi məsələsinə münasibət bildirərək qeyd edir ki, təqdim olunmuş səs yazıları sübutlar siyahısına aid edilməsəydi də belə, orada olan tərəflər arasında danışıqlar işə baxan məhkəmələrdə mübahisənin həlli ilə bağlı əsaslı fikir yaratmaqla tərəflər arasındakı qarşılıqlı münasibətin qiymətləndirilməsində mühüm rol oynamış, ən əsası da cavabdehin izahatlarının qeyriqeyri-səmimiliyi ilə bağlı daxili inam yaratmışdır.
77. Bunan başqa cavabdeh apellyasiya şikayətində hazıkı işə birinci instansiya məhkəməsində baxılarkən iddia müddətinin tətbiq edilməsi ilə bağlı vəsatət verməsini və həmin vəsatətə məhkəmə tərəfindən münasibət bildirilməməsini qeyd etmişdir.
78. Halbuki, iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdeh tərəfin ərizəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış borc və digər alqı-satqı müqavilələri üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, tərəflərin (əsasən səs yazıları) təsdiq etdikləri fakt odur ki, borc məbləği 2021-ci ilin payızında cavabdehə verilmiş, 2023-cü ilin noyabr ayından başlayaraq iddiaçının götürdüyü kredit üzrə aylıq bank ödənişlərini iddiaçıya göndərərək borcu ödəməklə borcu etiraf edən hərəkətlər etməklə icra müddəti bitdikdən sonra 3 illik iddia müddətinin axımı kəsilmişdir. 2020-ci ilin dekabr ayında cavabdehin qeyd etdiyi kimi borcun verildiyi qəbul edilsə belə, yenə də iddia müddəti ötürülməmişdir. Çünki cavabdeh 2023-cü ilin noyabr, dekabr aylarından bank ödənişi üzrə kart vasitəsilə iddiaçıya borcundan qaytarmaqla pul göndərmişdir. Ödəniş cədvəlində olan ödəniş tarixləri ilə qeyd edilən faktlar üst-üstə düşür. Bunu tərəflər məhkəmə iclasında etiraf etmişlər.
79. Cavabdehin qeyd etdiyi əsas arqument borcun hamısını ona deyil, qardaşı Gülağaya verildiyi və heyvanların alqı-satqısı ilə bağlı müqavilənin Gülağa ilə bağlandığını bildirsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin tərəflərlə yaxın qohumluq münasibətləri baxımından onların ifadələrinin obyektivliyinə də diqqət yetirib, iş materiallarında olan ifadə və izahatlar və səs yazılarından müəyyən edilmişdir ki, qeyd edilən borc pul məbləğləri bilavasitə cavabdehə çatdırmaq və cavabdehin xahişi ilə onun qardaşı vasitəsilə cavabdeh özü almış, eyni zamanda heyvanlar da cavabdeh tərəfindən qiyməti razılaşdırılmaqla iddiaçı tərəfindən cavabdehə nisyə satılmışdır. Ən əsası ilə qeyd edilən həm borc məbləğlərindən geri qaytarılan vəsait və həm də satılmış heyvanların dəyəri yalnız cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, həmçinin cavabdehin qardaşı ilə iddiaçının hər hansı bir yoldaşlıq, dostluq və ya digər yaxınlıq mütəmadi əlaqə saxlama ilə bağlı münasibətlərinin olması müəyyən edilməmişdir. İddiaçının belə münasibətlərinin yalnız cavabdeh ilə olduğu müəyyən edilmişdir.
80. Qeyd edilən borc və nisyə mal-qaranın dəyərindən ödənilən vəsaitlərin cavabdeh tərəfindən bilavasitə iddiaçıya qaytarılması bir daha sübut edir ki, qeyd edilən həm borc, həm də alqı-satqı müqaviləsi üzrə borc Cavabdeh borcudur.
81. Beləliklə də, iş materialları ilə müəyyən olunur ki, cavabdehin 15000 (9000+6000=15000) manat borcu qalmış həmin məbləğdən 957 manat kart vasitəsilə bank kreditini ödəmək üçün iddiaçıya göndərdiyi vəsaiti çıxılmaqla 14043 manat məbləğində iddiaçıya borcu qalmışdır.
82. Kollegiya qeyd edir ki, işin diqqətə layiq məqamlarından biri odur ki, iddiaçı iddia ərizəsində ilkin olaraq cavabdehə 2000 manat pul verdiyini, sonradan cavabdeh yenə dost münasibətlərindən istifadə edərək biznesə girişdiyi üçün ona yenə borc pul verməyi xahiş etdiyinə görə, cavabdehə ümumilikdə 9000 manat borc pul verdiyini, sonradan cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdeh ona məxsus xırda buynuzlu heyvanları nisyə şəkildə 7700 manata aldığını, bununla da cavabdehin ümumilikdə 16600 manat borcu yarandığını göstərmişdir. Cavabdeh isə birinci instansiya məhkəməsinin iclasında iddiaçıdan hər dəfə 2000 manat olmaqla iki dəfə pul aldığını bildirmişdir. Göründüyü kimi, tərəflər arasında borc müqaviləsi şifahi qaydada bağlanmışdır.
83. Mülki Məcəllənin 740.2-ci maddəsinə (köhnə redaksiyada) əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
84. Tərəflər borc münasibətlərinə girərkən əvvəlcə sözü gedən maddənin tələblərinə uyğun hərəkət etmiş, onların sonrakı münasibətlərində (hərəkətlərində) həmin maddənin tələbi pozulsa da, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında olan 9000 manata dair mübahisəyə ümumilikdə borc münasibətləri kimi qiymət vermişdir.
85. Kollegiya tərəflər arasında uzunmüddətli işgüzar münasibətlərin olduğunu, bu münasibətlərin yaranmasında tərəflərin sərgilədiyi davranışları, onlar arasındakı borc münasibətlərindən sonra, malların nisyə alqı-satqı münasibərtlərinin yarandığını nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında şifahi qaydada bərqərar olmuş borc münasibətlərinin bir hissəsinə Mülki Məcəllənin əsassız varlanmaya aid müddəlarını tətbiq etməməsi ilə razılaşır.
86. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
87. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.
88. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum unun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
89. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
90. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
91. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
92. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
93. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 2-2(117)-803/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cаvаbdeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 2-2(117)- 803/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov