Məhkəmə qərarları › İş №2-2(107)-180/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-180/2025

27.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-180/2025 27.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi) Sədrlik edən (məruzəçi) -Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-771/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş 3M-496 reyestr nömrəli “biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı Cavabdeh müxtəlif ceşiddə və növdə malları təqdim etməyi, cavabdeh isə öz növbəsində həmin malları qəbul edib iddiaçıya məxsus mağazada satmağı, həmin mağazanı idarə etməyi, gəlir götürməyi və həmin gəlirdən müəyyən məbləğdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə tərəflərin imza və möhürləri ilə və Bakı şəhər 11 saylı notariat ofisi tərəfindən təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

2. İş materiallarında olan xx.xx.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş 3M-513 reyestr nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh məxsus, xüsusi mülkiyyətdə olan **********09-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 211.9 kv/m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi, Cavabdeh, tərəflər arasında bağlanan xx.xx.2021-ci il tarixli “biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi” müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə əlavə öhdəlik qismində İddiaçı xeyrinə yüklü edilmişdir. Həmin müqavilə tərəflərin imza və möhürləri ilə və Bakı şəhər 11 saylı notariat ofisi tərəfindən təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

3. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 211.9 kv/m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi İddiaçı xeyrinə yüklü edilməsi müvafiq reyestr orqanında qeydiyyata alınmışdır.

4. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin ipoteka predmentinə yönəldilməsi barədə bildirişdən görünür ki, Cavabdeh öhdəlikləri icra etməyəcəyi təqdirdə tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir.

5. İddiaçı tərəfindən Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətin PHŞ-yə ünvanlanmış ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə xx.xx.2025-ci il tarxli ərizəyə əsasən bank tərəfindən ipoteka predmenti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 211.9 kv/m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh göndərilmiş bildirişin xx.xx.2025-ci il tarixdə ona çatdırılması əsası ilə ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətin PHŞ-dən xahiş edilmişdir.

6. Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətin PHŞ-nin 9 saylı Qəbələ ərazi İdarəsindən İddiaçınə ünvanlanan məktubdan görünür ki, reyestr orqanı tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7295/2024 saylı qətnaməsi ilə “Ərizəçi İddiaçı MMC ilə maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanılmış MŞB/9/2024- 00284 nömrəli barışıq sazişinin aşağıdakı məzmunda təsdiq edilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxs Cavabdeh tutularaq ərizəçi İddiaçı MMC-yə ödənilməsi, 1. Tərəflər etiraf edir ki, İkinci Tərəfin xx.xx.2021-ci il tarixli “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” Müqavilə üzrə 60000 (altmış min) AZN borcu var. 2. İkinci Tərəf həmin borc məbləğini hər ay 1200 (min iki yüz) AZN olmaqla xx.xx.2024-cü il tarixindən başlayaraq 50 (əlli) ay ərzində ödəməyi öhdəsinə götürür. 3. X3 Tərəfin hər hansı bank və ya kredit təşkilatından kredit götürəcəyi zaman xx.xx.2021-ci il tarixli İpoteka Müqaviləsinə əsasən ipoteka qoyulmuş fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin sonrakı ipoteka saxlayan kimi girov qoyulmasına razılıq verəcək. 4. İkinci Tərəf ikinci bənddə göstərilən ödənişlərini (hər ay 1200 AZN) gecikdirmədən stabil ödəyəcəyi halda, İpoteka predmeti olan torpaq sahəsinin fərdi yaşayış evinin yerləşmədiyi hər hansı yerindən 0.02 ha satılmasına Birinci Tərəf razılıq verməyi öhdəsinə götürür...” qət edilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7295/2024 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsindən görünür ki, qətnamə ilə təsdiq edilmiş barışıq sazişinin şərtləri icra edilməsi üçün müvafiq icra qurumuna göndərilmişdir.

9. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin, likvid dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və bununla bağlı "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli MB-18/1097 nömrəli rəydə ipoteka predmenti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 211.9 kv/m olan fərdi yaşayış evinin likvid dəyərinin 150000 manat və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin likvid dəyərinin isə 75000 manat olması qeyd edilmişdir. Qiymətləndiricinin xidmət haqqı 300 manat müəyyən edilmişdir.

I. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh qarşı “tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 3M-513 reyestr nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh məxsus **********09-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 211.9 kv/m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi açıq hərracda satılmaqla Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7295/2024 saylı qətnaməsinə ilə müəyyən edilmiş 59500 manat məbləğində pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun, cəmi 59600 manat məbləğində pulun alınması barədə tələbin həmin əmlaklara yönəldilməsi, satışdan əldə olunmuş məbləğ İddiaçı MMC-nin tələblərindən artıq olduqda, artıq məbləğin Cavabdeh qaytarılması, ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 211.9 kv/m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi satıldıqda cavabdeh və onunla birlikdə yaşayan şəxslərin yaşadıqları ipoteka predmeti olan mənzili bir ay ərzində tərk etmələri, göstərilən müddət ərzində cavabdeh könüllü olaraq mənzili tərk etmədikdə, onların məcburi qaydada mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə imzalanmış və mağaza fəaliyyətə başlamışdır. “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqaviləyə əsasən, yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh və İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli, 3M-513 reyestr nömrəli notarial ipoteka müqaviləsi imzalanmışdır. İpoteka müqaviləsinə əsasən, Cavabdeh məxsus **********09-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 211.9 kv/m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi ipotekaya qoyulmuşdur. Həmin ipoteka müqaviləsi üzrə qeyd olunan əmlak xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə İddiaçı MMC-nin xeyrinə yüklü edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, MŞB\9\2024-00284 nömrəli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən, tərəflər etiraf edir ki, ikinci tərəfin xx.xx.2021-ci il tarixli “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” Müqavilə üzrə 60000 manat borcu var. “İkinci tərəf” yəni Cavabdeh həmin borc məbləğini hər ay 1200 manat olmaqla xx.xx.2024-cü il tarixdən başlayaraq 50 ay ərzində ödəməyi öhdəsinə götürür. X3 tərəfin hər hansı bank və ya kredit təşkilatından kredit götürəcəyi zaman xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin sonrakı ipoteka saxlayan kimi girov qoyulmasına razılıq verəcək. İkinci tərəf ikinci bənddə göstərilən ödənişlərini (hər ay 1200 manat) gecikdirmədən stabil ödəyəcəyi halda, ipoteka predmeti olan torpaq sahəsinin fərdi yaşayış evinin yerleşmədiyi hər hansı yerindən 0.02 ha satılmasına birinci tərəf razılıq verməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB\9\2024-00284 nömrəli barışıq sazişinin şərtlərinə Cavabdeh tərəfindən əməl olunmadığı üçün barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 7295/2024 saylı qətnaməsinə əsasən, Cavabdeh 60000 (altımış min) manat borcu olması ilə bağlı barışıq sazişinin təsdiqlənməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün xx.xx.2024cü il tarixdə Qəbələ İcra şöbəsinə göndərilmişdir. Cavabdeh tərəfindən bu müddət ərzində ümumilikdə 500 manat məbləğində ödəniş olunmuşdur. Mövcud qanunvericiliyin tələblərinə əsasən cavabdehə tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildiriş xx.xx.2025-ci il tarixdə təqdim olunmuşdur. Eyni zamanda müəyyən olunmuş müddət ərzində tələbinin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə xx.xx.2025ci il tarixdə elektron ərizə ilə dövlət qeydiyyat orqanına müraciət olunmuşdur. Azərbaycan Respublikası İN ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubunda qanunda nəzərdə tutulan müddət ərzində bildirişin qeydiyyata alınması öz əksini tapmışdır.

12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iştirak edərək izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edərək, 19 aprel 2021-ci il tarixli, 3M-513 reyestr nömrəli ipoteka müqaviləri ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 211.9 kv/m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi açıq hərracda satılmaqla Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 59500 manat məbləğində pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun, cəmi 59600 manat məbləğində pulun alınması barədə tələbin həmin əmlaklara yönəldilməsi, satışdan əldə olunmuş məbləğ iddiaçı Araz Supermarket MMC-nin tələblərindən artıq olduqda, artıq məbləğin Cavabdeh qaytarılması, ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 211.9 kv/m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi satıldıqda cavabdeh və onunla birlikdə yaşayan şəxslərin yaşadıqları ipoteka predmeti olan mənzili bir ay ərzində tərk etmələri, göstərilən müddət ərzində cavabdeh könüllü olaraq mənzili tərk etmədikdə, onların məcburi qaydada mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iştirak edərək izahatında bildirmişdir ki, Araz Supermarket” MMC-nin səhvinə görə vergiyə borcu yarandı və vergiyə ödənişlər etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən ziyana məruz qalıb. İddiaçı tərəf evin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin satılmasına icazə verməlidir ki, bölgü planı hazırlasın və 2 sot torpaq sahəsini satıb qarşı tərəfə borcunu ödəsin. Bununla bağlı iddiaçı ilə razılığa gələ bilməmişdir.

14. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) 23 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-771/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7295/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş 59500 manat məbləğində pul və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 59600 manat borc məbləği Cavabdeh məxsus **********09- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 211.9 kv/m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh məxsus **********09-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 211.9 kv/m olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin birlikdə likvid dəyəri (ilkin satış) 225000 manat məbləğində müəyyən edilsin və həmin əmlaklar açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7295/2024 saylı qətnaməsi üzrə İddiaçınə olan borcunun ödənilməsinə yönəldilməsi, borcun ödənilməsindən sonra qalan pul cavabdehə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməsi, qalan 50 manatı iddiaçıya aid edilməsi, aparılmış tədqiqatın dəyəri olan 300 manat məbləğdə pul Cavabdeh müştərək qaydada tutularaq, "xxxx" MMC-nin bank hesabına ödənilməsi qət edilmişdir.

15. Məhkəmə tərəfindən müəyyən etmişdir ki, cavabdehlə iddiaçı arasında yaranmış hazırkı mübahisə tərəflər arasında bağlanmış ipoteka müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ilk öncə tərəflər arasında “biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi” barədə müqavilə bağlanmış və bu müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə tərəflər arasında əlavə öhdəlik qismində ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi əsasında cavabdehə məxsus daşınmaz əmlak iddiaçının xeyrinə yülkü edilmişdir. Həmin “biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi” barədə müqavilə üzrə cavabdeh öhdəliklərini tam icra etməmiş və tərəflər arasında öhdəliklərin könüllü icrası ilə əlaqədar barışıq sazişi bağlanmışdır. Barışıq sazişi Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə təsdiq edilmiş və həmin qətnamədə Cavabdeh iddiaçıya 60000 manat borcu olması barışıq sazişi ilə təsdiq edilmişdir. Daha sonra Cavabdeh qeyd olunan borcdan 500 manat ödəniş etmiş və ödənilməmiş 59500 manat borcu qalmışdır. Qeyd olunan barışıq sazişinin şərtlərinin icra edilməsi məqsədi ilə Bakı Kommersiya Məhkəməsinin qətnaməsi icra edilməsi üçün müvafiq icra qurumuna göndərilmiş, lakin hazırkı vaxta qədər cavabdeh borcunu ödəməmiş və bu halı məhkəmə iclaslarında verdiyi izahatla təsdiq etmişdir. Bununla bağlı tərəflər arasında mübahisə yoxdur.

16. Məhkəmə hesab etmişdir ki, iddia tələbi “xx.xx.2021-ci il tarixli, 3M-513 reyestr nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh məxsus **********09-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 211.9 kv/m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi açıq hərracda satılmaqla Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7295/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 59500 manat məbləğində pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 59600 manat məbləğində pulun alınması barədə tələbin həmin əmlaklara yönəldilməsi, satışdan əldə olunmuş məbləğ İddiaçı MMC-nin tələblərindən artıq olduqda, artıq məbləğin Cavabdeh qaytarılması” hissəsində təmin edilməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1, 269.2, 269.3, 269.4, 295, 296.1, 317.1, 317.2, 319.1, 385.1, 386.1, 442, 448.1, 448.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33 və 39.3.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikаyəti vermişdir.

II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə zamanı məhkəməyə təqdim etdiyi sübutlar kifayət qədər araşdırılmamışdır. İlk növbədə bildirir ki, İddiaçı MMC-nin nümayəndələri ilə Barışıq Sazişi bağlanmasına səbəb onların nümayəndələrinin gələcəkdə mənim borcumdan 15000 (on beş min) manat pulun silinməsi barədə öhdəlik götürmələri olmuşdur. Lakin həmin nümayəndələr məhkəmə zamanı şahid qismində dindirilməmişdir. Belə ki, əlimdə olan video görüntülərlə də sübuta yetməkdədir ki, İddiaçı MMC onunla olan öhdəliyinə kifayət qədər əməl etməmişdir. Tərəfidən işlədilən mağaza iddiaçı tərəfindən tam olaraq ərzaq məhsulları ilə doldurulmalı olsa da, buna əməl edilməmişdir. Yəni İddiaçı MMC öz işini düzgün qurmamışdır. Nəticədə ona da ziyan dəymişdir. Əlində olan video görüntülərdə sübuta yetirilir ki, İddiaçı MMC tərəfindən mağaza təhvil alınmamış xeyli sayda yumurta və yağ xarab olmuşdur. Burdan da ona maddi ziyan dəymişdir. Bundan əlavə İddiaçı MMC mağazanı gec boşaltmış, nəticədə əlavə olaraq iki ay üçün 6000 manat icarə haqqı ödəmişdir. Digər ona dəyən ziyan isə iddiaçı ilə arasında Barışıq Sazişi imzalandıqdan sonra ona 3845,76 AZN vergi hesablanması olmuşdur. Bununla bağlı sübutu məhkəməyə təqdim etsə də, məhkəmə həmin sübuta qiymət verməmişdir. Göründüyü kimi Şəki Kommersiya Məhkəməsi tərəfindən işin halları kifayət qədər araşdırılmamışdır. Əgər ona iddiaçı tərəfindən dəymiş ziyan barışıq sazişində göstərilmiş məbləğdən çıxılsaydı, o, Barışıq Sazişində nəzərdə tutulmuş məbləği hər ay vaxtında ödəyərdi. Beləliklə də, işin ipoteka predmetinə yönəldilməsinə ehtiyac olmazdı. Eyni zamanda bildirir ki, iddiaçının əməkdaşları Rəşad və Rasim müəllim adlı şəxslər verdikləri öhdəliklərinə əməl etməmişlər. Onlar Qəbələ rayonunda onun kimi digər şəxslərə də maddi ziyan yetirmişlər. Bu da iddiaçının qanunsuz hərəkətlərinin göstəriciləridir. Məhkəmə tərəfindən bu hallar da araşdırmamışdır. Əlavə olaraq iddiaçı "xxxx" MMC mağazanın açılışı üçün təkcə 3000 (üç min) manat pul xərcləmişdir. O, cəmi 5 ay işləmiş və birinci ay "xxxx" MMC-nin səhvi ucbatından 12000 (on iki min) manat vergi sanksiyası gəlmişdir. Bu məbləği əvəz etmək üçün ona külli miqdarda “Yeni Zellendiya” yağı verilmişdir ki, həmin məbləği vergi borcundan silsin. Lakin bunun da nəticəsi olmamışdır və həmin məbləği də iddiaçı ümumi borcundan silməmişdir. Bundan başqa məhkəmə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 211.9 kv/m olan fərdi yaşayış evinin likvid dəyərinin 150000 manat və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin likvid dəyərinin isə 75000 manat müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, onun və ailəsinin mülkiyyətində olan torpaq sahəsinin və fərdi yaşayış evinin mütəxəssis rəyində göstərilmiş formada qiymətləndirilməsi işin hallarına uyğun deyildir. Məhkəmə mülkiyyətdən məhrum olma məsələsinə ciddi yanaşmamışdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-771/2025 saylı qətnaməsinin qismən, yəni qətnamənin “ona məxsus **********09-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 211.9 kv/m olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin birlikdə likvid dəyərinin (ilkin satış) 225000 manat məbləğində müəyyən edilməsi” hissəsində ləğv edilməsi, təkrar əmlakın qiymətləndirilməsi ekspertizasının keçirilməklə həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-771/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

25. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

26. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən – cavabdehə məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin likvid dəyərlərinin (ilkin satış) müəyyən edilməsi hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

IV. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

27. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

28. Maddə 269. Girov və ipoteka hüququ anlayışı - 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. - 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. - 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

29. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

30. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

31. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir.

32. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

33. Maddə 317.2. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

34. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

35. Maddə 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

36. Maddə 39.3.3 ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

43. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

V. Apellyasiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-771/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

48. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

49. Müəyyən edildiyi kimi, cavabdehlə iddiaçı arasında yaranmış hazırkı mübahisə tərəflər arasında bağlanmış ipoteka müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ilk öncə tərəflər arasında “biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi” barədə müqavilə bağlanmış və bu müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə tərəflər arasında əlavə öhdəlik qismində ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi əsasında cavabdehə məxsus daşınmaz əmlak iddiaçının xeyrinə yülkü edilmişdir. Həmin “biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi” barədə müqavilə üzrə cavabdeh öhdəliklərini tam icra etməmiş və tərəflər arasında öhdəliklərin könüllü icrası ilə əlaqədar barışıq sazişi bağlanmışdır. Barışıq sazişi Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə təsdiq edilmiş və həmin qətnamədə Cavabdeh iddiaçıya 60000 manat borcu olması barışıq sazişi ilə təsdiq edilmişdir. Daha sonra Cavabdeh qeyd olunan borcdan 500 manat ödəniş etmiş və ödənilməmiş 59500 manat borcu qalmışdır. Qeyd olunan barışıq sazişinin şərtlərinin icra edilməsi məqsədi ilə Bakı Kommersiya Məhkəməsinin qətnaməsi icra edilməsi üçün müvafiq icra qurumuna göndərilmiş, lakin hazırkı vaxta qədər cavabdeh borcunu ödəməmiş və bu halı məhkəmə iclaslarında verdiyi izahatla təsdiq etmişdir. Bununla bağlı tərəflər arasında mübahisə yoxdur.

50. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

51. Apellyasiya şikayətinin başlıca tələbi ipoteka predmetinin dəyərinin müəyyən edilməsi üzrə əmtəəşünaslıq-ekspertizasının keçirilməsi ilə bağlıdır.

52. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işə baxmış birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini müəyyənləşdirmək məqsədi ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş və "xxxx" MMC şirkətinin qiymətləndirmə rəyini almışdır. Həmin rəydə göstərilir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 211.9 kv/m olan fərdi yaşayış evinin likvid dəyərinin 150000 manat və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin likvid dəyərinin isə 75000 manat təşkil edir. Cavabdeh fərdi yaşayış evinin və torpaq sahəsinin qiymətinin daha da yüksək olduğunu bildirsə də, bu xüsusatı təsdiq edən və qiymətləndirici tərəfindən verilmiş rəyi şübhə altına ala biləcək sübutları (məsələn: başqa qiymətləndiricinin rəyini) məhkəməyə təqdim etməmişdir.

53. Kollegiya qeyd edir ki, MPM-in 372.2-ci maddəsinin tələbinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdehlər, o cümlədən Cavabdeh birinci instansiya məhkəməsində işə baxılan zaman təkrar qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə vəsatət verməmişdir.

54. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2021-ci il tarixli, 3M-513 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən, həmin müqavilənin tərəfləri ipoteka predmeti olan daşınmaz əmlakın qiymətini 100000 manat dəyərində qiymətləndirmişlər.

55. Göründüyü kimi, qiymətləndirmə rəyində müəyyən edilən ipoteka predmeti olan daşınmaz əmlakın likvid dəyəri tərəflərin ipoteka müqaviləsində razılaşdıqları dəyərdən əhəmiyyətli dərəcədə (2 dəfədən də çox) artıqdır.

56. Şəki Kommersiya Məhkəməsi tərəfindən iş üzrə verilmiş qiymətləndirmə rəyinə düzgün hüquqi qiymət verilmiş və həmin rəyin doğru olmaması qənaətinə gəlmək üçün heç bir əsas müəyyən olunmamışdır.

57. Belə ki, təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları MPM-in 102-ci maddəsində göstərilmiş, lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş qiymətləndirmə rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy məhkəmənin qərardadı əsasında verilmiş, qiymətləndirici tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Apellyator isə ipoteka predmetinin düzgün qiymətləndirilmədiyini bildirsə də, bunu təsdiq edən hər hansı təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

58. Apellyasiya şikayətinin dəlillərindən birisi də cavabdehin təqdim etdiyi sübutları birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılmaması barədədir.

59. Kollegiya həmin dəlillə bağlı qeyd edir ki, hazırkı mübahisəyə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi təqdim olunmuş sübutları lazımi qaydada araşdırmiş və qiymət vermişdir, həmin sübutlar iş üzrə yekun nəticəyə gəlinməsi üçün yetərli olmuşdur.

60. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı tərəfindən dəymiş ziyan barışıq sazişində göstərilmiş məbləğdən çıxılsaydı, o, Barışıq Sazişində nəzərdə tutulmuş məbləği hər ay vaxtında ödəyərdi və işin ipoteka predmetinə yönəldilməsinə ehtiyac olmazdı.

61. Həmin dəlillə bağlı qeyd edilməlidir ki, iş materiallarında cavabdehin bəyan etdiyi dəymiş ziyan barədə sübutlar yoxdur və cavabdeh Barışıq sazişində göstərilən məbləğdən ancaq 500 manat ödəmişdir.

62. Kollegiya apellyasiya şikayətinin İddiaçı MMC-nin nümayəndələri ilə Barışıq sazişi bağlanmasına səbəb onların nümayəndələrinin gələcəkdə cavabdehin borcundan 15000 (on beş min) manat pulun silinməsi barədə öhdəlik götürmələri olması barədə dəlili ilə əlaqədar bildirir ki, tərəflər arasında bağlanmış və məhkəmə tərəfindən təsdiq edilmiş Barışıq sazişində belə şərt nəzərdə tutulmamışdır.

63. Şikayətdə iddiaçı tərəfindən mağaza təhvil alınmamış xeyli sayda yumurta və yağ xarab olması, bununla da cavabdehə maddi ziyan dəyməsi, iddiaçının mağazanı gec boşaltması nəticəsində əlavə olaraq iki ay üçün 6000 manat icarə haqqı ödəməsi barədə dəlillər də əsaslandırılmamışdır. Həmin dəlilləri təsdiq edən sübutlar işə baxan məhkəmələrə təqdim edilməmiş, qarşılıqlı iddia irəli sürülməmişdir.

64. Kollegiya şikayətin Barışıq sazişi imzalandıqdan sonra ona 3845,76 AZN vergi hesablanması dəlili ilə bağlı qeyd edir ki, verginin hesablanması iddiaçının səlahiyyətləri xaricindədir.

65. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

66. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

67. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

68. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

69. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

70. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

71. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-771/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, e-2-2(117)- 771/2025 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar