Məhkəmə qərarları › İş №2-2(107)-185/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-185/2025

19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-185/2025 19.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Cavabdeh1 dövlət hesabına vəkil ilə təmin olunması barədə vəsatət üzrə (Açar sözlər: dövlət hesabına vəkil) X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli, e-2-2(117)-1242/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçının хеyrinə 007R********** saylı krеdit razılaşması üzrə 22671,44 manat kredit borcu, 1015,73 manat faiz borcu, 231.24 manat cərimə borcu, 007R********** saylı krеdit razılaşması üzrə 6069,06 manat kredit borcu, 293,76 manat faiz borcu, 70,40 manat cərimə borcu olmaqla, cəmi 30361,63 manat borcun və ödənilmiş 181.09 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Cavabdeh1 elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə vəsatətinin təmin edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(117)-1242/2025 nömrəli qərardadı (hakim: M.Hüseynov) ilə, vəsatət təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan Cavabdeh1 şikayət vermişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(117)-1242/2025 nömrəli qərardadı (hakim: M.Hüseynov) ilə, şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli e- 2-2(117)-1242/2025 nömrəli qərardadı (hakim: Z.Sadiqov) ilə, qərardad ləğv edilərək şikayət yenidən baxılması üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılmışdır. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(117)-1242/2025 nömrəli qərardadı (hakim: M.Hüseynov) ilə, şikayət geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh1 kassasiya şikayəti vermişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(117)-1242/2025 nömrəli qərardadı (hakim: M.Hüseynov) ilə, şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 19 noyabr 2025-ci il tarixli, 2-2(102)-790/2025 saylı qərardadı ilə, şikayət qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Daha sonra, Cavabdeh1 kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunması barədə vəsatət vermişdir. Vəsatəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi Elektron Məhkəmə Sistemi vasitəsi ilə və ya Elektron Vergi Xidməti Sistemi vasitəsi ilə onun adına olan ********** nömrəli VÖEN barədə məlumat əldə etsəydi görərdi ki, həmin VÖEN passivdir və bu vaxtadək onun heç bir gəlirinin olmamasını aydın şəkildə görərdi. Lakin, göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan sadəcə olaraq formal mülahizələr əsasında qərardad qəbul etmişdir. Həmçinin o, məhkəməyə ağır ürək xəstəsi olmağı barədə sənədlər təqdim etmiş və belə ağır xəstəliyi olan şəxsin hər hansı yerdə işləməsi və ya iş görməsi mümkün olmadığını bildirmişdir. Maddi vəziyyətinin ağır olmaqla aylıq gəlirinin cari il üçün yaşayış minimumundan aşağı olmasını əsas göstərərək dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. Odur ki, dövlət hesabına vəkil ilə təmin olunmasını barədə vəsatətinin təmin edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(117)-1242/2025 nömrəli qərardadı (hakim: M.Hüseynov) ilə, vəsatət təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan Cavabdeh1 şikayət verərək qərardadın ləğv edilərək, vəsatətinin təmin olunmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(117)-1242/2025 nömrəli qərardadı (hakim: M.Hüseynov) ilə, şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Hazırkı şikayət də birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarı). Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Həmin Məcəllənin 14.5-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir. Azərbаycаn Respublikаsı Mülki Prosesuаl Məcəlləsinin 67-1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. Həmin Məcəllənin 67-1.2-ci maddəsinə əsasən, birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 67-1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. Həmin Məcəllənin 67-1.4-cü maddəsinə əsasən bu Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir: 67-1.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən şəxslər, eləcə də əlilliyi olan uşaqlar; 67-1.4.2. insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər; 67-1.4.3. valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar; 67-1.4.4. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; 67-1.4.5. müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər; 67-1.4.6. maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20 maddəsinin İ bəndinə əsasən, inzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə, məişət zorakılığından zərər çəkmiş şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olmuş və cinayət prosesində öz hüquqlarını müstəqil həyata keçirən və pulsuz hüquqi yardım göstərilməsini tələb edən uşaqlara xidmət göstərən vəkilə ödənilməli olan haqq, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla, dövlət büdcəsinin vəsaiti hesabına təmin edilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi, yuxarıda qeyd edilən qanunvericilik normalarında hansı hallarda vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsibi əsasları göstərilmişdir. Məhkəmə kollegiyası apellyatorun şikayətində göstərdiyi dəlilləri qanunvericiliyin müvafiq normaları ilə qarşılıqlı təhlil edərək qeyd edir ki, Cavabdeh1 əlilliyi olması, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvü olması, müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olması, maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş olması, insan alverinin qurbanı və ya məişət zorakılığından zərər çəkmiş şəxs olması barədə nə birinci instansiya mhkəməsinə nə də apellyasiya məhkəməsinə heç bir sənəd təqdim etməmişdir. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemindən şəxsin vergi məlumatları bölməsindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh1 vergi ödəyicisi olan şəxsdir. Həmçinin, iş apellyasiya icraatında olduğu müddətində də apellyator məhkəməyə poçt və ya elektron kabinet vasitəsilə müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olması, maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması, əlliliyi barədə hər hansı arayış və ya elektron sistemdən çıxarış təqdim etməmişdir. Yuxarıda sadalananlar konteksində kollegiya hesab edir ki, Cavabdeh1 dövlət büdcəsi hesabına pulsuz hüquqi yardım göstərilməsi barədə ərizəsinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, Cavabdeh1 vəkilin prosesdə dövlət hesabına iştirakı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş normalardan hansının təsir dairəsinə düşməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi vəsatəti təmin etməkdə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrааldı: Cavabdeh1 şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli e-2-2(117)-1242/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar