Məhkəmə qərarları › İş №2-2(107)-19/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-19/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-19/2024 29.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər X5 və X4 ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “xx.xx.2012-ci il tarixli **********12 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 16461,01 manat təşkil edən cərimə faizləri üzrə borc, xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər illik 14 % faiz dərəcəsi ilə hesablanmış 17296,48 manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 33757,49 manat məbləğində pul vəsaiti, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 191,27 manat məbləğində çəkilmiş xərclərin cavabdehdən tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2-2(117)-52/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı xxxx (bundan sonra-iddiaçı və ya ASC "xxxx" Bankı) iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra- cavabdeh) iddiaçının xeyrinə xx.xx.2012- ci il tarixli **********12 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 16461,01 manat təşkil edən cərimə faizləri üzrə borc, xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər illik 14 % faiz dərəcəsi ilə hesablanmış 17296,48 manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 33757,49 manat məbləğində pul vəsaiti, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində pul vəsaiti və üzrə 191,27 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 07 mart 2023-cü il tarixli, e2-2(117)-52/2023 saylı qətnaməsi ilə iddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı “xx.xx.2012-ci il tarixli **********12 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 16461,01 manat təşkil edən cərimə faizləri üzrə borc, xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər illik 14 % faiz dərəcəsi ilə hesablanmış 17296,48 manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 33757,49 manat məbləğində pul vəsaiti, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 191,27 manat məbləğində çəkilmiş xərclərin cavabdehdən tutulması” barədə iddia tələbi rədd edilmiş, işə baxılması ilə əlaqədar ödənilmiş 191,27 manat dövlət rüsumu iddiaçı “ASC "xxxx" Bankına aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Günay Cavadovadan ibarət tərkibdə) 2023-cü il 6 iyun tarixli 2-2(107)-47/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Bəhram Məmmədli (sədrlik edən və məruzəçi), Əhməd Nurməmmədov və Bəhman Qəribovdan ibarət tərkibdə) 30 oktyabr 2023-cü il tarixli, 2-2(102)-555/2023 saylı qərarı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 iyun tarixli 2- 2(107)-47/2023 saylı qətnaməsi qismən - 2017-ci il 2 fevral tarixindən 2021-ci il 14 oktyabr tarixinə qədər illik 14 % faiz dərəcəsi ilə hesablanmış 17.296,48 manat məbləğində əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutulmasına dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2-2(102)- 555/2023 saylı qərarında qeyd edilmişdir ki, yeni apellyasiya baxışı zamanı 1) qanuni qüvvəyə minmiş qətnamə üzrə icra icraatının materialları əsasında qətnamənin icrasının müvəqqəti dayandırılması tarixlərini və icra tədbirlərinin davam etdiyi tarixləri müəyyənləşdirməli, dayandırmanın nəticəsinə və hazırkı vəziyyətinə, yekunda isə icra tədbirlərinin ümumilikdə hansı müddətdə həyata keçirildiyinə qiymət verməli; 2) MM-in 445.7-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi perspektivlərini dəyərləndirməli; 3) bu zaman qanuni qüvvəyə minmiş qətnamənin icrasının kreditorun (iddiaçının) özünün müraciəti əsasında dayandırıldığı və icra tədbirlərinin cavabdehdən asılı olmayan səbəblərə görə davam etmədiyi dövrün tələb olunan zərər üzrə əvəzin tərkibinə daxil ola bilməyəcəyini nəzərə alınmalıdır. Apellyasiya baxışı zamanı iddiaçı “"xxxx" ASC və Cavabdeh məhkəmə kоllegiyаsınа mürаciət edərək tərəflər arasında bağlanmış Barışıq Sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 52.3-cü mаddəsinə əsаsən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsi ilə bаrışıq sаzişi bаğlаmаqlа qurtаrа bilərlər. İş materiallarına əlavə olunmuş tərəflər arasında bağlanmış 27 avqust 2024-cü il tarixli Barışıq sazişində göstərilmişdir ki, Bundan sonra birlikdə «Tərəflər» və ya müvafiq olaraq «Tərəf» adlandırılacaq, xx.xx.2024-cü il tarixli BO-E-23.8.2024-001 №-li Etibarnamə əsasında fəaliyyət göstərən Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının «İsmayıllı» filialının direktoru X3 şəxsində Azərbaycan Respublikasının qanunvericiliyinə görə hüquqi şəxs olan Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı (bundan sonra «Bank» və ya «İddiaçı» adlandırılacaq), bir tərəfdən və öz adından çıxış edən Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh (bundan sonra «Cavabdeh» adlandırılacaq), digər tərəfdən, aşağıdakı şərtlərlə bu Barışıq sazişini (bundan sonra «Saziş» adlandırılacaq) bağladılar:

1. Sazişin predmeti

1.1. İddiaçının «xx.xx.2012-ci il tarixli **********12 №-li Kredit xətti müqaviləsi üzrə qalıq borc məbləğinin Borcalandan tutulması haqqında» iddia tələbi üzrə Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(107)-19/2024 №-li məhkəmə işinin (bundan sonra «Məhkəmə işi» adlandırılacaq) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci və 370-ci maddələrinə əsasən qarşılıqlı razılıqla həll edilməsi ilə bağlı Tərəflərin münasibətlərinin tənzimlənməsi bu Sazişin predmetini təşkil edir. 1.2. Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixli **********12 №-li Kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixində 10 000 (on min) manat məbləğində ödəniş edildiyini və Tərəflərin bu Sazişin 1.1-ci bəndində əks olunmuş iradə ifadəsini nəzərə alaraq, Tərəflər razılığa gəldilər ki, Məhkəmə işi bu Sazişlə müəyyən olunan şərtlərlə və qaydada barışıq yolu ilə həll edilsin. 1.3. Bununla Tərəflər bu Sazişin təsdiq edilməsini Şəki Apellyasiya Məhkəməsindən xahiş edir.

2. Tərəflərin öhdəlikləri

2.1. Bununla İddiaçı, «xx.xx.2012-ci il tarixli **********12 №-li Kredit xətti müqaviləsi üzrə qalıq borc məbləğinin Borcalandan tutulması haqqında» iddiasından imtina edir və həmin mübahisə ilə bağlı hər hansı digər tələbinin olmadığını bildirir. 2.2. Bununla Cavabdeh, Məhkəmə işi üzrə mübahisə, habelə xx.xx.2012-ci il tarixli **********12 №-li Kredit xətti müqaviləsindən irəli gələn münasibətlərlə ilə bağlı İddiaçıya qarşı hər hansı tələb, irad və etirazının olmadığını bildirir və gələcəkdə həmin mübahisə və münasibətlər üzrə İddiaçıya qarşı hər hansı pretenziya irəli sürməyəcəyinə və ya iddia qaldırmayacağına təminat verir. 2.3. Bununla Cavabdeh İddiaçıya məxsus İsmayıllı şəhəri, R.Hacıyev küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 144,91 kv.m yaşayış, 181,26 kv.m köməkçi sahədən ibarət 10 saylı fərdi yaşayış evini xx.xx.2025-ci il tarixinə qədər 55 000 (əlli beş min) manata almaq hüququ əldə edir, İddiaçı isə həmin müddət ərzində əmlakı başqa şəxsə satmamaq barəsində üzərinə öhdəlik götürür. Bu bənddə qeyd olunan tarixə qədər Cavabdeh tərəfindən əmlakın əldə edilməsi üçün lazımi tədbirlər görülmədiyi təqdirdə Cavabdehin bu cür hüququ itirilir, İddiaçının isə götürmüş olduğu öhdəliyə xitam verilir. 2.4. «xx.xx.2012-ci il tarixli **********12 №-li Kredit xətti müqaviləsi üzrə qalıq borc məbləğinin Borcalandan tutulması haqqında» iddia çərçivəsində çəkilmiş, məhkəmə xərcləri, işə baxılması ilə əlaqədar olan məsrəflər və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər Cavabdehə aid edilir. Cavabdeh növü və məbləği aşağıda müəyyən olunan xərcləri bu Sazişin təsdiq edilməsinə dair müvafiq qərardad qəbul edildiyi tarixdən 5 (beş) iş günü ərzində İddiaçıya ödəməlidir: (i) iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu – 191 ,67 (bir yüz doxsan bir manat 67 qəpik) manat; (ii) birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu – 96,40 (doxsan altı manat 40 qəpik) manat; (iii) apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu – 96,40 (doxsan altı manat 40 qəpik) manat; (iv) müvəqqəti təminatı tədbiri barədə ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu 39,06 (otuz doqquz manat 06 qəpik) manat; (v) müvəqqəti təminat tədbiri barədə məhkəmə qərardadından şikayətin verilməsinə görə ödənilmiş dövlət rüsumu – 50,40 (əlli manat 40 qəpik) manat;

Cəmi: 473,93 (dörd yüz yetmiş üç 93 qəpik) manat.

3. Tərəflərin məsuliyyəti 3.1. Bu Sazişin şərtlərinin vaxtında və lazımınca icra edilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və həcmdə məsuliyyət daşıyırlar. 3.2. Bu Sazişin müddəalarının pozulmasına nəticəsində yaranan mübahisələr məhkəmə qaydasında həll edilir.

4. Digər müddəalar

4.1. Tərəflər təsdiq edir ki, bu Saziş onların sərbəst iradə ifadəsini əks etdirir və onlara bu Sazişin bağlanmasının hüquqi nəticələri tam izah edilmiş və hər iki Tərəf bu nəticələri qəbul edərək razılaşırlar. 4.2. Bu Saziş hər iki Tərəfdən imzalandığı andan qüvvəyə minir və məhkəmə qaydasında təsdiqlənməsi tələb olunur. 4.3. Bu Saziş hər Tərəfə 1 (bir) nüsxə verilməklə, 1 (bir) nüsxəsi isə Şəki Apellyasiya Məhkəməsində iş materiallarında saxlanılmaqla 3 (üç) eyni hüquqi qüvvəyə malik olan nüsxədə imzalanmışdır. Belə olan halda hazırkı mübahisə üzrə tərəflər arasında yuxarıda qeyd edilən şərtlərlə barışıq sazişinin bağlanması mübahisənin hüquqi həllinin ən məqbul variantı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər bаrışıq sаzişi bаğlаmışlаrsа və bu sаziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icrааtа xitаm verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, barışıq sazişinin 2.4-cü bəndinə əsasən 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh tutulmalıdır. Belə olаn hаldа, məhkəmə kollegiyаsı hesаb edir ki, tərəflər arasında bağlanmış bаrışıq sazişi Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin tələblərinə uyğun olduğundаn və digər şəxslərin hüquqlаrını və qаnunlа qorunаn mənаfelərini pozmаdığındаn, sazişin 1.3-cü bəndi nəzərə alınmaqla barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 402.2, 402.2.4-cü maddələrinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalı, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e2-2(117)-52/2023 saylı qətnaməsi ləğv edilməli, hazırkı işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.5, 262, 402.2.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı

qərara aldı:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin: Bundan sonra birlikdə «Tərəflər» və ya müvafiq olaraq «Tərəf» adlandırılacaq, xx.xx.2024-cü il tarixli BO-E-23.8.2024-001 №-li Etibarnamə əsasında fəaliyyət göstərən Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının «İsmayıllı» filialının direktoru X3 şəxsində Azərbaycan Respublikasının qanunvericiliyinə görə hüquqi şəxs olan Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı (bundan sonra «Bank» və ya «İddiaçı» adlandırılacaq), bir tərəfdən və öz adından çıxış edən Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh (bundan sonra «Cavabdeh» adlandırılacaq), digər tərəfdən, aşağıdakı şərtlərlə bu Barışıq sazişini (bundan sonra «Saziş» adlandırılacaq) bağladılar:

1.Sazişin predmeti

1.1. İddiaçının «xx.xx.2012-ci il tarixli **********12 №-li Kredit xətti müqaviləsi üzrə qalıq borc məbləğinin Borcalandan tutulması haqqında» iddia tələbi üzrə Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(107)-19/2024 №-li məhkəmə işinin (bundan sonra «Məhkəmə işi» adlandırılacaq) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci və 370-ci maddələrinə əsasən qarşılıqlı razılıqla həll edilməsi ilə bağlı Tərəflərin münasibətlərinin tənzimlənməsi bu Sazişin predmetini təşkil edir. 1.2. Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixli **********12 №-li Kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixində 10.000 (on min) manat məbləğində ödəniş edildiyini və Tərəflərin bu Sazişin 1.1-ci bəndində əks olunmuş iradə ifadəsini nəzərə alaraq, Tərəflər razılığa gəldilər ki, Məhkəmə işi bu Sazişlə müəyyən olunan şərtlərlə və qaydada barışıq yolu ilə həll edilsin. 1.3. Bununla Tərəflər bu Sazişin təsdiq edilməsini Şəki Apellyasiya Məhkəməsindən xahiş edir.

2.Tərəflərin öhdəlikləri

2.1. Bununla İddiaçı, «xx.xx.2012-ci il tarixli **********12 №-li Kredit xətti müqaviləsi üzrə qalıq borc məbləğinin Borcalandan tutulması haqqında» iddiasından imtina edir və həmin mübahisə ilə bağlı hər hansı digər tələbinin olmadığını bildirir. 2.2. Bununla Cavabdeh, Məhkəmə işi üzrə mübahisə, habelə xx.xx.2012-ci il tarixli **********12 №-li Kredit xətti müqaviləsindən irəli gələn münasibətlərlə ilə bağlı İddiaçıya qarşı hər hansı tələb, irad və etirazının olmadığını bildirir və gələcəkdə həmin mübahisə və münasibətlər üzrə İddiaçıya qarşı hər hansı pretenziya irəli sürməyəcəyinə və ya iddia qaldırmayacağına təminat verir. 2.3. Bununla Cavabdeh İddiaçıya məxsus İsmayıllı şəhəri, R.Hacıyev küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 144,91 kv.m yaşayış, 181,26 kv.m köməkçi sahədən ibarət 10 saylı fərdi yaşayış evini xx.xx.2025-ci il tarixinə qədər 55 000 (əlli beş min) manata almaq hüququ əldə edir, İddiaçı isə həmin müddət ərzində əmlakı başqa şəxsə satmamaq barəsində üzərinə öhdəlik götürür. Bu bənddə qeyd olunan tarixə qədər Cavabdeh tərəfindən əmlakın əldə edilməsi üçün lazımi tədbirlər görülmədiyi təqdirdə Cavabdehin bu cür hüququ itirilir, İddiaçının isə götürmüş olduğu öhdəliyə xitam verilir. 2.4. «xx.xx.2012-ci il tarixli **********12 №-li Kredit xətti müqaviləsi üzrə qalıq borc məbləğinin Borcalandan tutulması haqqında» iddia çərçivəsində çəkilmiş, məhkəmə xərcləri, işə baxılması ilə əlaqədar olan məsrəflər və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər Cavabdehə aid edilir. Cavabdeh növü və məbləği aşağıda müəyyən olunan xərcləri bu Sazişin təsdiq edilməsinə dair müvafiq qərardad qəbul edildiyi tarixdən 5 (beş) iş günü ərzində İddiaçıya ödəməlidir: (i) iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu-191 ,67 (bir yüz doxsan bir manat 67 qəpik) manat; (ii) birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu – 96,40 (doxsan altı manat 40 qəpik) manat; (iii) apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu – 96,40 (doxsan altı manat 40 qəpik) manat; (iv) müvəqqəti təminatı tədbiri barədə ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu 39,06 (otuz doqquz manat 06 qəpik) manat; (vi) müvəqqəti təminat tədbiri barədə məhkəmə qərardadından şikayətin verilməsinə görə ödənilmiş dövlət rüsumu – 50,40 (əlli manat 40 qəpik) manat;

Cəmi: 473,93 (dörd yüz yetmiş üç 93 qəpik) manat.

3. Tərəflərin məsuliyyəti

3.1. Bu Sazişin şərtlərinin vaxtında və lazımınca icra edilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və həcmdə məsuliyyət daşıyırlar. 3.2. Bu Sazişin müddəalarının pozulmasına nəticəsində yaranan mübahisələr məhkəmə qaydasında həll edilir.

4. Digər müddəalar

4.1. Tərəflər təsdiq edir ki, bu Saziş onların sərbəst iradə ifadəsini əks etdirir və onlara bu Sazişin bağlanmasının hüquqi nəticələri tam izah edilmiş və hər iki Tərəf bu nəticələri qəbul edərək razılaşırlar. 4.2. Bu Saziş hər iki Tərəfdən imzalandığı andan qüvvəyə minir və məhkəmə qaydasında təsdiqlənməsi tələb olunur. 4.3. Bu Saziş hər Tərəfə 1 (bir) nüsxə verilməklə, 1 (bir) nüsxəsi isə Şəki Apellyasiya Məhkəməsində iş materiallarında saxlanılmaqla 3 (üç) eyni hüquqi qüvvəyə malik olan nüsxədə imzalanmışdır. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e2-2(117)-52/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “xx.xx.2012-ci il tarixli **********12 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 16461,01 manat təşkil edən cərimə faizləri üzrə borc, xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər illik 14 % faiz dərəcəsi ilə hesablanmış 17296,48 manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 33757,49 manat məbləğində pul vəsaiti, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 191,27 manat məbləğində çəkilmiş xərclərin cavabdehdən tutulması tələbinə dair” kommersiya mübahisəsinə dair işin icraatına xitam verilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 200 manat Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar