Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-2/2020 18.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2-2(84)-198/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Kənan Vəliyev) xx xxxxxxxx 2018-ci il tarixli 2-2(84)-198/2018 nömrəli qətnaməsi ilə iddiaçı - ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdehdən xx.xx.2017-ci il tarixə qalan kredit borcunun, yəni xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 62287,65 manat əsas borc, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 113588,07 manat əsas borc, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 68662,71 manat əsas borc, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 27724,30 manat əsas borc, 3308,04 manat faiz borcu, 10230,28 manat gecikmə faiz borcu olmaqla, ümumilikdə 285801,05 (iki yüz səksən beş min səkkiz yüz bir manat 05 qəpik) manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilməsi” tələbinə dair iddiаsı təmin edilərək, Cavabdeh-dən xx.xx.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsi üzrə 62287,65 manat, xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə 113588,07 manat, xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə 68662,71 manat və xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə 41262,62 manat olmaqla cəmi 285801,05 ( iki yüz səksən beş min səkkiz yüz bir manat 05 qəpik) manat məbləğində kredit borcunun tutularaq iddiaçı - ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya İddiaçı ASC) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək “cavabdehdən xx.xx.2017-ci il tarixə qalan kredit borcunun, yəni xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 62287,65 manat əsas borc, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 113588,07 manat əsas borc, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 68662,71 manat əsas borc, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 27724,30 manat əsas borc, 3308,04 manat faiz borcu, 10230,28 manat gecikmə faiz borcu olmaqla, ümumilikdə 285801,05 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi” barədə qətnamə çıxarilmasini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)-1407/2018 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh ilə bağlanmış xx.xx.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 75000 manat, xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsinə əsasən 123436 manat, xx.xx.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsinə əsasən 76000 manat, xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsinə əsasən 31550 manat məbləğində, hər dörd kredit müqaviləsi üzrə 12 ay müddətinə illik faiz dərəcəsi 12% ödənilmək şərtilə kredit verilmişdir. Borcalan bankdan aldığı krediti müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin hazırkı tarixədək heç bir ödəniş olunmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2-2(84)- 198/2018 nömrəli qətnaməsi çıxarılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-2(107)-60/2018 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Ekspertizаsı Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 9/307 nömrəli rəyi məhkəmə kollegiyasına daxil olmuş, kollegiyanın xx xxx 2020-ci il tarixli 2-2(107)-2/2020 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2-2(84)-198/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, iddiaçı tərəf əsas borcla yanaşı 3308,04 manat faiz borcu və eyni zamanda 10230,28 manat gecikmə üzrə faiz borcu tələb etmişdir. Müqavilələrdən göründüyü kimi, kredit bir il müddətinə götürülmüşdür. Həmin müddət ərzində cavabdeh tərəfindən ödənişlər yerinə yetirilmişdir. Faiz və gecişməyə görə faiz (dəbbə) müqavilənin qüvvədə olduğu müddətə hesablana bilər. Müqavilənin müddəti bitdikdən sonra bank faiz və dəbbə hesablaya bilməz. Bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq qərarı mövcuddur. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarı.) Göründüyü kimi, iddiaçı tərəfindən hesablamalar düzgün aparılmamışdır. Məhz buna görə də iş üzrə mühasibatlıq ekspertizası təyin edilməlidir. Bundan başqa qeyd olunan iddia tələbi üzrə iddia müddəti 3 il nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış sonuncu müqavilənin müddəti 2014-cü ilin avqust ayında bitmişdir. Bu isə o deməkdir ki, iddia tələbi üzrə müddət 2017-ci ilin avqust ayında bitmişdir. Məhz buna görə də iddiaçının iddia tələbi müddət tətbiq edilməklə rədd edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh -in nümayəndəsi və vəkili Nümayəndə izahatında apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2-2(84)-198/2018 nömrəli qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunması haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx.xx.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASCtərəfindən Cavabdeh-yə 12 ay müddətinə, illik 12 faizlə 75000 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli 101H90 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixə cavabdehin xx.xx.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsi üzrə cəmi 62287,65 manat məbləğində borcu olmuşdur. xx.xx.2018-ci il tarixli 041H87 nömrəli xəbərdarlıqdan görünür ki, xx.xx.2017-ci il tarixə hesablanmış 62287,65 manat borcun 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASCtərəfindən Cavabdeh-yə 12 ay müddətinə, illik 12 faizlə 123436 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli 101H90 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixə cavabdehin xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə cəmi 113588,07 manat məbləğində borcu olmuşdur. xx.xx.2018-ci il tarixli, 041H87 nömrəli xəbərdarlıqdan görünür ki, xx.xx.2017-ci il tarixə hesablanmış 113588,07 manat borcun 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh-yə 12 ay müddətinə, illik 12 faizlə 76000 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli 101H90 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixə cavabdehin xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə cəmi 68662,71 manat məbləğində borcu olmuşdur. xx.xx.2018-ci il tarixli 041H87 nömrəli xəbərdarlıqdan görünür ki, xx.xx.2017-ci il tarixə hesablanmış 68662,71 manat borcun 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh-yə 12 ay müddətinə, illik 12 faizlə 31550 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli 101H90 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixə cavabdehin xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə cəmi 41262,62 manat məbləğində borcu olmuşdur. xx.xx.2018-ci il tarixli 041H87 nömrəli xəbərdarlıqdan görünür ki, xx.xx.2017-ci il tarixə hesablanmış 41262,62 manat borcun 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 9/307 nömrəli Məhkəmə mühasibatlıq ekspertizası rəyində göstərilmişdir ki, “rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh-in iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə maliyyə arayışında borucn hesablandığı tarixə, yəni xx xxxxxx 2017-ci il tarixə olan müqavilələr üzrə borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: - xx.xx.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsi üzrə:əsas borc üzrə 62287,65 manat, faiz borcu üzrə 0,00 manat. - xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə: əsas borc üzrə 113588,07 manat, faiz borcu üzrə 0,00 manat. - xx.xx.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsi üzrə:əsas borc üzrə 68662,71 manat, faiz borcu üzrə 0,00 manat. - xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrəəsas borc üzrə 27724,30 manat,faiz borcu üzrə 3308,04 manat. Qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanılan tarixə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qeyd edilən müqavilələr üzrə cərimə borcu hesablanmadı.” Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə ümumən düzgün nəticəyə gəlsə də, iddia tələbini tam təmin etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək göstərmişdir ki, iş üzrə sübutlarla təsdiq olunur ki, Cavabdeh-nin ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2013cü il tarixli 107/13 nömrəli kredit müqaviləsi üzrə 62287,65 manat, xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə 113588,07 manat, xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə 68662,71 manat və xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə 41262,62 manat olmaqla, cəmi 285801,05 manat manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Buna görə də iddiaçı həmin borc məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli və Cavabdeh-dən xx.xx.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsi üzrə 62287,65 manat, xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə 113588,07 manat, xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə 68662,71 manat və xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə 41262,62 manat olmaqla, cəmi 285801,05 manat manat məbləğində kredit borcu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və bunları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. 386.1-ci mаddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər аrаsındа bаğlаnmış kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.2-ci maddəsinə əsasən, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi icranın gecikdirilməsi sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2.-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə görə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 75000 manat, xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsinə əsasən 123436 manat, xx.xx.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsinə əsasən 76000 manat, xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsinə əsasən 31550 manat məbləğində, hər müqavilə üzrə 12 ay müddətinə illik faiz dərəcəsi 12% ödənilmək şərtilə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə krediti qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh apelyasiya şikayətində məhkəmə tərəfindən hesablanan borc məbləği ilə razı olmadığından məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla qeyd edilən müqavilələr üzrə Cavabdeh-in iddiaçı - ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunun müəyyən edilməsi üçün xx xxxxxx 2019-cu il tarixli 2-2(107)-60/2019 nömrəli qərardadı ilə Məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizаsı Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 9/307 nömrəli ekspert rəyinə əsasən, tərəflər arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh-in İddiaçı ASC-nə maliyyə arayışında borcun hesablandığı tarixə, yəni xx xxxxxx 2017-ci il tarixə xx.xx.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsi üzrə: əsas borc üzrə 62287,65 manat, faiz borcu üzrə 0,00 manat; xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə: əsas borc üzrə 113588,07 manat faiz borcu üzrə 0,00 manat; xx.xx.2013cü il tarixli 111/13 nömrəli kredit müqaviləsi üzrə: əsas borc üzrə 68662,71 manat, faiz borcu üzrə 0,00 manat; xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 27724,30 manat faiz borcu üzrə 3308,04 manat borcunun olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir və hesab edir ki, xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh-in İddiaçı ASC-nə maliyyə arayışında borcun hesablandığı tarixə, yəni xx xxxxxx 2017-ci il tarixə xx.xx.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsinə əsasən, əsas borc üzrə 62287,65 manat, faiz borcu üzrə 0,00 manat, xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsinə əsasən, əsas borc üzrə 113588,07 manat, faiz borcu üzrə 0,00 manat, xx.xx.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsinə əsasən, əsas borc üzrə 68662,71 manat, faiz borcu üzrə 0,00 manat, xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsinə əsasən, əsas borc üzrə 27724,30 manat, faiz borcu üzrə 3308,04 manat olmaqla, cəmi 275571,76 manat kredit borcunun olması müəyyən edildiyindən iddia tələbinin həmin hissədə təmin edilməsi qanunauyğun olmuşdur. Birinci instansiya məhkəməsi xüsusi bilik tələb olunan sualları (müqavilələr və çoxsaylı maliyyə sənədləri əsasında Cavabdeh-in İddiaçı ASC-yə olan borcunun məbləğinin müəyyən edilməsi) izah etmək üçün iş üzrə Məhkəmə-mühasibatlıq ekspertizası təyin etmək əvəzinə, iddia ərizəsində göstərilən məbləğləri əsas götürərək iddia tələbini tam olaraq təmin etmişdir. Ekspert rəyindən görünür ki, xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh-in İddiaçı ASC-yə əsas borc üzrə 27724,30 manat, faiz borcu üzrə 3308,04 manat olmaqla, cəmi 31032,34 manat məbləğində borcu vardır. Lakin birinci instansiya məhkəməsi xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh-in ləğv prosesində olan İddiaçı ASC-yə əsas borc üzrə 27724,30 manat, faiz borcu üzrə 3308,04 manat, 10230,28 manat gecikmə faiz borcu olmaqla, ümumilikdə 41262,62 manat məbləğində kredit borcunun tutularaq iddiaçının xeyrinə ödənilməsini qət etmişdir. Ekspert rəyindən görünür ki, xx.xx.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanılan tarixə Cavabdeh-nə qeyd edilən müqavilələr üzrə cərimə borcu hesablanmamalıdır. Lakin birinci instansiya məhkəməsi əsassız olaraq xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən əlavə 10230,28 manat gecikmə faiz borcunun tutulmasını qət etmiş, bununla da səhvə yol vermişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Qeyd olunmalıdır ki, kredir müqaviləsinin şərtləri heç bir halda kreditorun varlanma vasitəsi olmamalıdır. Bu mənada məhkəmə kollegiyası belə hesab edir ki, İddiaçı ASC tərəfindən xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 10230,28 manat gecikmə faiz borcu tənasübsüz surətdə yüksək olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilərək cavabdehdən iddiaçı bankın xeyrinə tutulmalı olan kredit borcunun məbləğindən 10230,28 manat gecikmə faiz borcunun çıxılması daha məqsədəuyğun və ağlabatan hesab olunmalıdır. Bunun kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X2 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan şikayət qismən təmin edilməli, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2-2(84)-198/2018 nömrəli qətnaməsi xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 10230,28 manat gecikmə faiz borcu hissəsində dəyişdirilməli, Cavabdeh-in ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 10230,28 manat gecikmə faiz borcu müqavilələr üzrə ödənilməli olan ümumi məbləğdən, yəni 285801,05 manat məbləğdən çıxılmalı və cəmi ödənilməli olan məbləğ 275570,77 (iki yüz yetmiş beş min beş yüz yetmiş manat 77 qəpik) manat məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2-2(84)-198/2018 nömrəli qətnaməsi xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 10230,28 manat gecikmə faiz borcu hissəsində dəyişdirilsin. xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 10230,28 (on min iki yüz otuz manat 28 qəpik) manat gecikmə faiz borcu, müqavilələr üzrə ödənilməli olan ümumi məbləğdən, yəni 285801,05 manat məbləğdən çıxılsın və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cəmi ödənilməli olan məbləğ 275570,77 (iki yüz yetmiş beş min beş yüz yetmiş manat 77 qəpik) manat məbləğində müəyyən edilsin. Birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2-2(107)-2/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-2/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver