Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-2/2025 20.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC “Xalq” Bankın cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit borcu, tutmanın ipoteka predmetinə yönəldilməsi, likvid dəyər) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil Fərhad oğlunun iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2-2(117)-100/2023 nömrəli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil Fərhad oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh1 MMC arasında xx.xx.2015-ci il tarixli, **********69515 nömrəli 1-ci kredit müqaviləsi üzrə dövriyyə vəsaitinin məqsədləri üçün istifadə müddəti 120 ay olan 5 000 000 manat kredit verilmiş. Daha sonra xx.xx.2017-ci il tarixli **********44417 nömrəli 2-ci Kredit müqaviləsi üzrə bank tərəfindən Cavabdeh1nə dövriyyə vəsaitinin məqsədləri üçün istifadə müddəti 120 ay olan 1 500 000 manat kredit verilmişdir. xx.xx.2015-ci il tarixli **********69515/01/İP və xx.xx.2017-ci il tarixli **********44417/02/İP nömrəli İpoteka müqavilələrinə əsasən Cavabdeh1 MMC-nə məxsus olan Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi, 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksi (1-ci ipoteka predmeti), Cavabdeh2 MMC-nə məxsus olan Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksi (2-ci ipoteka predmeti) və Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (3-cü ipoteka predmeti) kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə hər üç əmlak xxxxn adına ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı xxxxn cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetlərinə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilk dəfə məhkəməyə müraciət edərkən tələbinin borc məbləği hissəsində xx.xx.2015-ci il tarixli **********69515 №-li Kredit müqaviləsi (1-ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 3 831 625,90 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 55933,15 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanmış 89023,05 manat məbləğində cərimə faizləri, cəmi 3976582,10 manat, xx.xx.2017-ci il tarixli **********44417 №-li Kredit müqaviləsi (2-ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 1 500 000 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 22125 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 % dərəcəsi ilə hesablanmış 58750 manat məbləğində cərimə faizləri, cəmi ******* manat tələb etmiş, digər tələblərində sonradan hər hansı dəyişiklik etməmişdir. Daha sonra, iddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbində dəqiqləşmə apararaq xx.xx.2015-ci il tarixli **********69515 №-li Kredit müqaviləsi (1-ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 3 831 625,90 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 99996,86 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanmış 250589,94 manat məbləğində cərimə faizləri, cəmi 4182212,70 manat, xx.xx.2017-ci il tarixli **********44417 №-li Kredit müqaviləsi (2-ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 1 500 000 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 39375 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 % dərəcəsi ilə hesablanmış 231250 manat məbləğində cərimə faizləri, cəmi ******* manat tələb etmiş, əvvəlki tələblərdə qeyd edilməmiş ipoteka predmetinə yönəldilmə hissəsində artıraraq Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə (3-cü ipoteka predmeti) tutmanın yönəldilməsini xahiş etmiş, digər tələblərində sonradan hər hansı dəyişiklik etməmişdir. İddiaçının nümayəndəsi sonuncu dəfə xx.xx.2023-cü il tarixdə “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə müraciət edərək bildirmişdir ki, “xx.xx.2015-ci il tarixli **********69515/01/İP №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ əsasında Cavabdeh1 MMC-nə məxsus olan Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi, 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinə tutmanın yönəldilməsi, ipoteka predmetləri açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına Borcalan Cavabdeh1 MMC-nin xx.xx.2015-ci il tarixli **********69515 №-li Kredit müqaviləsi (1-ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 3 831 625,90 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 145018,44 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanmış 415618,24 manat məbləğində cərimə faizləri, cəmi 4 392 262,58 manat; xx.xx.2023-cü il tarixindən başlayaraq 1-ci Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 3% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 130 (bir yüz otuz) manat məbləğində çəkilmiş xərclər 1-ci ipoteka predmetinin dəyərindən; xx.xx.2017-ci il tarixli **********44417/02/İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ əsasında Cavabdeh2 MMC-nə məxsus olan Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinə (2-ci ipoteka predmeti) və Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə (3-cü ipoteka predmeti) tutmanın yönəldilməsi, ipoteka predmeti açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına borcalan Cavabdeh1 MMC-nin xx.xx.2017-ci il tarixli **********44417 №-li Kredit müqaviləsi (2-ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 1 500 000 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 57000 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 % dərəcəsi ilə hesablanmış 407 500 manat məbləğində cərimə faizləri, cəmi ******* manat; xx.xx.2023-cü il tarixindən başlayaraq 2-ci Kredit müqaviləsi üzrə İddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 3% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 260 manat məbləğində çəkilmiş xərclərin. 2-ci və 3-cü ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pul 2 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2-2(117)-100/2023 nömrəli (hakim: M.Hüseynov) qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********69515 saylı kredit müqaviləsi üzrə 3 754 944,21 manat əsas, 139 245,56 manat faiz və 41,561.8 manat cərimə borcu, Cavabdeh1ndən, xx.xx.2017-ci il tarixli **********44417 nömrəli kredit müqaviləsi üzrə 1 500 000 manat əsas, 57 000 manat faiz və 40,750 manat cərimə borcunun iddiaçı xxxxn xeyrinə tutulmasını təmin etmək məqsədi ilə borc məbləği kredit müqavilələrinə müvafiq olaraq xx.xx.2015-ci il tarixli **********69515/01/İP №-li ipoteka müqaviləsi üzrə Cavabdeh1 MMC-nə məxsus olan Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi, 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinə (1-ci ipoteka müqaviləsi), xx.xx.2017-ci il tarixli **********44417/02/İP №-li İpoteka müqaviləsi üzrə Cavabdeh2 MMC-nə məxsus olan Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinə (2-ci ipoteka predmeti) və Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə (3-cü ipoteka predmetinə) yönəldilməsi, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi; 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyərinin 7 997 000 manat; Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinin likvid dəyərinin 1 400 000 manat; Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyərinin 2 694 000 manat məbləğində müəyyən edilməklə və həmin əmlakların açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh1 MMC-nin və Cavabdeh2 müvafiq kredit müqavilələri üzrə xxxxna olan borcunun ödənilməsinə yönəldilməsi, ödənilmiş 3969 manat dövlət rüsumunun 577.79 manat hissəsi iddiaçıya aid edilməsi, 3391.21 manat hissəsi, 390 manat ipoteka bildirişlərinin dövlət qeydiyyatına alınması üçün ödənilmiş rüsumu və 400 manat mediasiya xərci Cavabdeh1 MMC-dən tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank”a ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xxxx ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********69515 №-li Kredit müqaviləsinin 1-ci bəndinə əsasən (1-ci Kredit müqaviləsi) əsasən bank tərəfindən Cavabdeh1nə dövriyyə vəsaitinin məqsədləri üçün istifadə müddəti 120 ay olan 5 000 000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 3% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2015-ci il tarixli **********69515/01/İP №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ əsasında Cavabdeh1 MMC-nə məxsus olan Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi, 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksi xxxxn adına yüklü edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, Cavabdeh1 MMC-nə məxsus olan Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi, 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinə mülkiyyət hüququ (1-ci ipoteka predmeti) xx.xx.2019cu il tarixdə xxxxn adına 2 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. xxxx ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli **********44417 №-li Kredit müqaviləsinin 1-ci bəndinə əsasən (2-ci Kredit müqaviləsi) əsasən bank tərəfindən Cavabdeh1nə dövriyyə vəsaitinin məqsədləri üçün istifadə müddəti 120 ay olan 1 500 000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 3% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2017-ci il tarixli **********44417/02/İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ əsasında Cavabdeh2 MMC-nə məxsus olan Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksi (2-ci ipoteka predmeti) və Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (3-cü ipoteka predmeti) xxxxn adına yüklü edilmiş və RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, "xxxx" MMC-nə məxsus olan Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə mülkiyyət hüququ (3-cü ipoteka predmeti) və RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, Cavabdeh2 MMC-nə məxsus olan Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında yerləşən 5279,9 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksinə mülkiyyət hüququ (2-cü ipoteka predmeti) xx.xx.2017-ci il tarixdə xxxxn adına qeydiyyata alınmışdır. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi sübut qismində qiymətləndirilərək həmin rəydə qeyd edilən əsas faiz və faiz borcları cavabdehdən tutulmalıdır. Lakin həmin faiz məbləğləri xx.xx.2023-cü il tarixədək olan məbləği nəzərdə tutduğundan, həmçinin, iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin həcminin artırılması barədə sonuncu ərizə xx.xx.2023-cü il tarixində verildiyindən və məhkəmə tərəfindən icraata qəbul edildiyindən, ekspert rəyində əhatə edilməyən xx.xx.2023- xx.xx.2023-cü il aralığında olan dövr üçün faiz borcunun hesablanması məhkəmə tərəfindən sadə hesablama üsulu ilə aşağıdakı qaydada hesablanmalıdır: xx.xx.2015-ci il tarixli **********69515 №-li Kredit müqaviləsi üzrə: gündəlik faiz məbləği 312,91 manat müəyyən edildiyindən, 312,91 manat (günlük faiz məbləği) x 144 gün (xx.xx.2023- xx.xx.2023) =45,059.04 manat. 94186,52+45,059.04 = 139 245,56 manat təşkil edir. xx.xx.2017-ci il tarixli **********44417 №-li Kredit müqaviləsi üzrə gündəlik faiz məbləi 125 manat müəyyən edildiyindən 125 manat (günlük faiz məbləği) x 144 gün (xx.xx.2023-xx.xx.2023) =18 000 manat. 18 000+39625 = 57,625 manat təşkil edir. Qeyd edilən müqavilə üzrə faiz borcu iddia tələbinin həcmindən çox olduğundan 57000 manat faiz məbləği qəbul eediləcəkdir. Tərəflər qeyd edir ki, son bir il ərzində hər hansı bir ödəniş olmamış, bu səbəbdən məhkəmə tərəfindən iddia tələbinin həcminin artırılması ilə bağlı təkrara ekspertiza təyin edilməmişdir. Məhkəmə iddia tələbinin “xx.xx.2015-ci il tarixli **********69515 saylı kredit müqaviləsi üzrə 415618,24 manat məbləğində cərimə, xx.xx.2017-ci il tarixli **********44417 nömrəli kredit müqaviləsi üzrə 407 500 manat məbləğində cərimə məbləği” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hər iki kredit müqaviləsinin müvafiq olaraq 6.2 və 5.2-ci bəndlərində borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdimənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanan penya ödəyir. Odur ki, məhkəmə tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən “xx.xx.2015-ci il tarixli **********69515 saylı kredit müqaviləsi üzrə 41,561.8 manat məbləğində cərimə, xx.xx.2017-ci il tarixli **********44417 nömrəli kredit müqaviləsi üzrə 40,750 manat məbləğində cərimə məbləğinin tutulması qanuni, əsaslı, ədalətli və ağılabatan hesab edir. Məhkəmə ipoteka predmetinin likvid dəyəri ilə bağlı qeyd etmişdir ki, məhkəmə ədalətli yanaşma baxımından və tərəflərin qanuni mənafelərini nəzərə alaraq ipoteka predmetinin likvid dəyərini müəyyən edərkən iddiaçının maraqlarını təmin edən ən aşağı qiyməti, eyni zamanda cavabdeh tərəfin maraqlarını təmin edən ən yüksək qiyməti deyil, tərəflərin maraqlarını mütənasüblüyünü təmin edən orta dəyərləndirməni əsas götürərək belə nəticəyə gəlir ki, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi; 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 7 997 000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 2 694 000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinin likvid dəyəri 1 400 000 manat müəyyən edilməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 385.1, 386.1, 442, 448.1, 448.2, 739.1 və 739.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil Fərhad oğlu birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni əmlakın likvid dəyər hissəsində dəyişdirilərək, şikayətin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2015-ci ildə qeyd olunan əmlak kompleksinə yarım tikili vəziyyətdə olduğu vaxt 9 000 000 manat qiymətləndirilmişdir. İddiaçı bank, Cəmiyyətə ayırdığı kredit vəsaiti Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında yerləşən əmlak kompleksinə xərclənməsi nəticəsində dəyəri dəfələrlə artaraq 2017-ci ildə likvid dəyəri 25 000 000 manat təşkil etmişdir. Bu haqda məhkəməyə məlumat verilmişdir. Məhkəmə zamanı təyin edilmiş qiymətləndirmə əmlak kompleksinə baxış keçirilmədən aparılmış və nəticədə 2015-ci ildə yarım tikili halda qoyulmuş qiymətdən dəha aşağı qiymət qoyulmuşdur. Hesab edir ki. Qiymətləndirmə nəticələri haqda rəydəki qiymət reallığı əks etdirmədiyindən ağlabatan deyil. Əmlakların təkrar qiymətləndirilməsi barədə verildikləri vəsatət təmin edilmədən reallıqdan kənar və formal xarakter daşıyan qiymətləndirmə rəyinə uyğun qətnamə qəbul edildiyindən hesab edirik ki, qətnamə həmin hissədə dəyişdirilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi "xxxx" MMC-nin 2023-cüildə verdiyi r ə y i 7 997 000 manat, “X3 Şirkətinin 2017-ci ildəverdiyi rəy üzrə Gəncə şəhərində yerləşən ipoteka predmetinin bazar dəyəri 28.000.000 manat likvid dəyəri 25 000 000 manat təşkil edir. Arada ciddi yəni 20 000 000 (iyirmi milyon ) manat qiymət fərq olması mübahisənin özəyini təşkil edir. Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 2 694 000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinin likvid dəyəri 1 400 000 manat müəyyən edilmiş əmlaklara gəldikdə isə əmlak bazarındakı qiymət artımı nəzərə alınmadan əmlakın likvid dəyəri müəyyən edilmişdir. "xxxx" MMC-nin mütəxəssis rəyləri 8 il əvvəl keçirilmiş qiymətləndirmə rəyində qeyd olunan əmlak dəyəri ilə demək olar ki, üst-üstə düşdüyündən şübhə yaradır. Belə ki, mütəxəssis rəyi 8 il ərzində əmlak bazarındakı qiymət artımı nəzərə alınmadan verilmiş olduğundan ipoteka predmetlərinin təkrar qiymətləndirməsi zərurəti yaradır. Halbuki, əmlak bazarında 2 dəfəyə yaxın qiymət artması müşahidə olunur. Eyni zamanda tikinti materiallarının dəyəri artmışdır Göründüyü kimi iş üzrə qiymətləndirmə təyin edilməli idi. Hesab edirik ki, məhkəmə cavabdeh tərəfindən verilmiş vəsatəti təmin etməklə iş üzrə girov əmlakların təkrar qiymətləndirilməsini təyin etməklə əmlakın real dəyərinə uyğun likvid dəyərinin dəqiqləşdirməsi obyektiv qərar qəbul edilməsi üçün zəruridir. Qeyd olunan fərqin olması sənədlərlə sübut olduğu halda təkrar qiymətləndirmə keçirilməsinə dair vəsatətin təmin edilməməsi səbəbləri aydın deyil. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil Fərhad oğl apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək şikayətin rədd edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Belə ki, iddiaçı xxxxn cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetlərinə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini əmlakın likvid dəyəri hissəsində mübahisələndirmişdir. Göründüyü kimi, hazırda mübahisəli qətnamə üzrə tərəflər arasında fikir ayrılığı tutma yönəldilən əmlakların likvid dəyəri ilə bağlıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyator birinсi instansiya məhkəməsinin qətnaməsini yalnız əmlakın likvid dəyəri ilə bağlı hissəsində mübahisələndirdiyindən məhkəmə kоllegiyаsı birinсi instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə yоxlаyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin əmlakın likvid dəyəri ilə bağlı iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə qismən razılaşaraq ilkin olaraq qeyd edir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki: - xxxx ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********69515 №-li Kredit müqaviləsinin 1-ci bəndinə əsasən (1-ci Kredit müqaviləsi) əsasən bank tərəfindən Cavabdeh1nə dövriyyə vəsaitinin məqsədləri üçün istifadə müddəti 120 ay olan 5 000 000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 3% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2015-ci il tarixli **********69515/01/İP №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ əsasında Cavabdeh1 MMC-nə məxsus olan Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi, 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksi xxxxn adına yüklü edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, Cavabdeh1 MMC-nə məxsus olan Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi, 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinə mülkiyyət hüququ (1-ci ipoteka predmeti) xx.xx.2019-cu il tarixdə xxxxn adına 2 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. - xxxx ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli **********44417 №-li Kredit müqaviləsinin 1-ci bəndinə əsasən (2-ci Kredit müqaviləsi) əsasən bank tərəfindən Cavabdeh1nə dövriyyə vəsaitinin məqsədləri üçün istifadə müddəti 120 ay olan 1 500 000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 3% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2017-ci il tarixli **********44417/02/İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ əsasında Cavabdeh2 MMC-nə məxsus olan Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksi (2-ci ipoteka predmeti) və Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (3-cü ipoteka predmeti) xxxxn adına yüklü edilmiş və RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, "xxxx" MMC-nə məxsus olan Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə mülkiyyət hüququ (3-cü ipoteka predmeti) və RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, Cavabdeh2 MMC-nə məxsus olan Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında yerləşən 5279,9 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksinə mülkiyyət hüququ (2-cü ipoteka predmeti) xx.xx.2017-ci il tarixdə xxxxn adına qeydiyyata alınmışdır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, hər üç əmlakın likvid dəyəri mübahisələndirilmişdir. Belə ki, cavabdeh tərəf həmin əmlakların likvid dəyərinin qətnamədə göstərilmiş məbləğdən yuxarı olduğunu iddia etmişdir. Cavabdeh tərəf X3 Şirkətinin 2017-ci il tarixli rəyini məhkəməyə təqdim etmişdir. X3 Şirkətinin 170084XB və 170114 XB rəylərinə əsasən, xx.xx.2017-ci il tarixə Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi; 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 25 000 000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 2 340 000 manat, xx.xx.2017-ci il tarixə Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinin likvid dəyəri 1 260 000 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, X3 Şirkətinin 170084XB və 170114 XB rəyləri ipoteka predmetlərinə münasibətdə 2017-ci ilin aprel və may aylarında müəyyən edilən likvid dəyəri ilə bağlıdır. Bundan əlavə, qeyd edilən rəylərdə aparılmış hesablanma, əmlakın bazar qiyməti, alternativ qiymətlər və qiymətləndirilən tikintinin həcmi ilə bağlı hesablamalarla bağlı hər hansı bir hesabat təqdim etməmişdir. Bu hesabatlar cavabdehin nümayəndəsindən tələb edilsə də bunu təqdim etməyin mümkün olmadığı bildirilmişdir. Belə olan halda məhkəmə kollegiyası bildirir ki, qeyd edilən rəydə əmlakın bazar qiyməti, alternativ qiymətlər və qiymətləndirilən tikintinin həcmi ilə bağlı hesablamalarla bağlı hər hansı bir hesabat təqdim edilmədiyindən birinci instansiya məhkəməsi həmin rəyi nəzərə almamaqda haqlı olmuşdur. Odur ki, məhkəmə kollegiyasıda həmin nəzərə almır. Bundan başaq, işə birinci instansiya məhkəməsində baxılan zaman "xxxx" MMC-dən müvafiq rəy alınmışdır. "xxxx" MMC-nin mütəxəssis rəylərinə əsasən, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi; 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 7 997 000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 2 694 000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinin likvid dəyəri 1 400 000 manat müəyyən edilmişdir. Tərəflər arasında likvid dəyərlə bağlı fikir ayrılığı olduğundan, eyni zamanda apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən mübahisəli əmlakın likvid dəyəri ilə bağlı rəy alınması qərara gəlinmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsində “ilkin satış qiyməti” anlayışının daşıdığı mənaya aydınlıq gətirilmişdir. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3 və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MEB-1534/25 nömrəli rəyinə əsasən, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi; 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 31.680.000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 4.230.000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinin likvid dəyəri 2.160.000 manat müəyyən edilmişdir. Daha sonra, iddiaçı tərəf vəsatətlə məhkəməyə müraciət edərək rəylər arasında kəskin fərqlər olduğu və bu səbəbdən təkrar ekspertiza keçirilməsini xahiş etmiş, kollegiyada həmin vəsatəti və rəylər arasında kəskin fərqləri nəzərə alaraq məhkəmə kollegiyası tərəfindən mübahisəli əmlakın likvid dəyəri ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə üzv olan qiymətləndiricidən rəy alınması qərara gəlinmişdir. Məhkəmə kollegiyasının qərardadına əsasən alınmış MBA LTD” MMC-nin 11 iyun 2025-ci il tarixli, MB-18/0613 nömrəli rəyinə əsasən, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi; 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 18.400.000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 2.552.000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinin likvid dəyəri 2.322.400 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin likvid dəyər ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə qismən əsaslıdır. İşdən müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələn zaman ipoteka predmetlərinin likvid dəyəri ilə bağlı "xxxx" MMC-nin verdiyi rəyi əsas götürmüşdür. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan Gəncə şəhəri, Zərifə Əlyeva prospekti 281 ünvanında istifadədə olan 20,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 29357,7 kv.m olan əmlak kompleksinin və Yevlax şəhəri, Bakı prospekti 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 5279,9 kv.m olan əmlak kompleksinin dəyərlərini müəyyən edən zaman düzgün nəticəyə gəlməmişdir. Belə ki, bank və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********69515/01/İP №-li ipoteka müqaviləsi və həmin müqaviləyə 02 nömrəli Əlavə sazişdən müəyyən olunur ki, ipoteka predmeti olan Gəncə şəhəri, Zərifə Əlyeva prospekti 281 ünvanında istifadədə olan 20,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 29357,7 kv.m olan əmlak kompleksinin yarımçıq tikilisinin dəyəri “X5” qiymətləndirmə şirkətinin rəyinə əsasən bazar qiyməti 9.000.000 manat, likvid dəyəri isə 8.000.000 manat müəyyən edilmişdir. Həmçinin, bank ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, **********44417/01/İP №-li ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka predmeti olan Yevlax şəhəri, Bakı prospekti 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 5279,9 kv.m olan əmlak kompleksinin dəyəri "xxxx" MMC-nin rəyinə əsasən bazar qiyməti 2.033.000 manat, likvid dəyəri isə 1.626.000 manat müəyyən edilmişdir. Kollegiya bildirir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə müəyyən edilməsi, mülkiyyətçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olur. Kollegiyası xüsusilə qeyd edir ki, ipoteka müqavilələri bağlandığı vaxtdan bir müqavilə üzrə 8 il, digər müqavilə üzrə isə 6 ildən artıq müddət keçmiş və keçən müddət ərzində əmakların qiyməti dəfələrlə artmışdır. Bu müddət ərzində də əmlak bazarında qiymətlərində artımın olmasını nəzərə alınmalıdır. Kollegiya bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmetlərinin dəyərinin müəyyən edən ipoteka müqaviləsi iş üzrə sonuncu məhkəmə aktı qəbul edildikdən xeyli vaxt – 8 və 6 il əvvəl, yəni 2015 və 2017-ci illərdə bağlanmışdır. Belə olan halda, əmlakların qiymətlərinin keçən müddət ərzində sabit məbləğdə qalmadığı, bu müddətdə ölkə ərazisindəki daşınmaz əmlak bazarında qiymətlər bir-neçə dəfə artdığı da nəzərə alındıqda, əmlakların likvid dəyərinin hətta ipotekaya qoyulmuş məbləğdəndə az müəyyən edilməsi ədalətli hesab oluna bilməz. Bu baxımdan əmlaklarının ilkin satış qiymətinin tərəflər arasında bağlanmış ipoteka müqaviləsində müəyyən olunmuş qiymət nəzərə alınmaqla təyin edilməsi ipoteka qoyanın əmlak mənafelərini zərbə altında qoymaqla hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnmiş olar. İş materiallarından görünür ki, müqavilə bağlanan zaman ipoteka predmeti olan Gəncə şəhəri, Zərifə Əlyeva prospekti 281 ünvanında istifadədə olan 20,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 29357,7 kv.m olan əmlak kompleksinin likvid dəyəri 8.000.000 manat müəyyən edilsədə, məhkəmə aktı qəbul edilən zaman qeyd edilən əmlakın likvid dəyəri 7 997 000 manat müəyyən edilmişdir. Həmçinin, müqavilə bağlanan zaman ipoteka predmeti olan Yevlax şəhəri, Bakı prospekti 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 5279,9 kv.m olan əmlak kompleksinin likvid dəyəri 1.626.000 manat müəyyən edilsədə, məhkəmə aktı qəbul edilən zaman qeyd edilən əmlakın likvid dəyəri 1 400 000 manat müəyyən edilmişdir. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi keçən dövr ərzində əmlakların qiymətlərinin artmış olmasını nəzərə almamışdır. Hətta yuxarıda adları sadalanan iki əmlakın dəyərini müqavilədə nəzərdə tutulmuş qiymətlərdən də aşağı həddə müəyyən etmişdir. Halbuki, adları sadalanan müqavilər qətnamə qəbul edilən tarixdən uzun müddət əvvəl (təxminən 6 və 8 il əvvəldən) bağlanmışdır. Odur ki, kollegiya tərəfindən apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq ipoteka ilə yüklü edilmiş əmlakın likvid dəyərinin düzgün müəyyən edilib-edilməməsi araşdırılan zaman ötən dövr ərizində qiymətlərin artmış olabilməsi səbəbindən əmlakların real bazar qiyməti nəzərə alınmaqla likvid dəyərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə üzv olan qiymətləndiricidən rəy alınmışdır. Belə ki, MBA LTD” MMC-nin 11 iyun 2025-ci il tarixli, MB-18/0613 nömrəli rəyinə əsasən, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi; 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 18.400.000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinin likvid dəyəri 2.322.400 manatdır. Məhkəmə kollegiyası hesab edir ki, sözü gedən rəy hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yalnız bu halda və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduqda, həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə kollegiyası ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Həmçinin, “X2rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Nəzərə alınmalıdır ki, iş üzrə tərəfin müvafiq qiymətləndirmə rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən həmin rəylə razı olmamasını əsaslandırmalı və rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları məhkəmələrə təqdim etməlidir. Lakin qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxılarkən tərəflər həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Kollegiya əlavə olaraq qeyd edir ki, ipoteka müqavilələri bağlandığı vaxtdan uzun müddət (bir müqavilənin bağlanmasından təxminən 8 il, digərindən isə 6 ildən artıq müddət) keçmiş və keçən müddət ərzində əmakların qiyməti dəfələrlə artımışdır. Odur ki, kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 103-cü maddələrinin tələblərinə əsasən "xxxx" MMC-nin mübahisəli poteka predmetlərinin likvid dəyəri ilə bağlı verdiyi rəyi daha mötəbər və real hesab edir. Yuxarıda sadalananlar konteksində eyni zamanda müqavilə bağlandığı vaxtdan keçən zaman kəsiyini və bu müddət ərzində əmlak bazarında qiymətlərin bir neçə dəfə artmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi; 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyərinin 18.400.000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinin likvid dəyərinin isə 2.322.400 manat məbləğində müəyyən edilməsi qanuni, ədalətli və tərəflərin mənafeyinə uyğun olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ipoteka ilə yüklü edilmiş Yevlax şəhəri, Bakı prospekti 24A ünvanında yerləşən əmlakın likvid dəyəri ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə təmin edilə bilməz. Belə ki, bank və cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2017-ci il tarixli, **********44417/02/İP №-li ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka predmeti olan Yevlax şəhəri, Bakı prospekti 24A ünvanında mülkiyyətdə olan 5,759 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 5489,98 kv.m olan əmlak kompleksinin dəyəri "xxxx" MMC-nin rəyinə əsasən bazar qiyməti 3.363.000 manat, likvid dəyəri isə 2.690.000 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Yevlax şəhəri, Bakı prospekti 24A ünvanında mülkiyyətdə olan 5,759 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 5489,98 kv.m olan əmlak kompleksinin likvid dəyəri 2 694 000 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş X3 Şirkətinin rəyinə əsasən, Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 2 340 000 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, müqavilə bağlanan zaman ipoteka predmeti olan Yevlax şəhəri, Bakı prospekti 24A ünvanında mülkiyyətdə olan 5,759 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 5489,98 kv.m olan əmlak kompleksinin likvid dəyəri 2.690.000 manat müəyyən edilsədə, məhkəmə aktı qəbul edilən zaman ekspert rəyi nəzərə alınaraq qeyd edilən əmlakın likvid dəyəri 2 694 000 manat manat müəyyən edilmişdir. Beləliklə kollegiya hesab edir ki, keçən dövr ərzində sonuncu əmlakın qiymətinin artmış olması həm ekspert tərəfindən həm də işə baxan birinci instansiya məhkəməsi tərəfindən nəzərə alındığından qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, "xxxx" MMC-nin 11 iyun 2025-ci il tarixli, MB-18/0613 nömrəli rəyinə əsasən, Yevlax şəhəri, Bakı prospekti 24A ünvanında mülkiyyətdə olan 5,759 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 5489,98 kv.m olan əmlak kompleksinin likvid dəyəri 2 552 000 manat manat müəyyən edilmişdir. Yəni, "xxxx" MMC-nin rəyinə əsasən, ipoteka ilə yüklü edilmiş Yevlax şəhəri, Bakı prospekti 24A ünvanında yerləşən əmlak kompleksinin likvid dəyəri birinci instansiya məhkəməsindəki məbləğdən də az müəyyən edilmişdir. Həmin məqamla bağlı kollegiya qeyd edir ki, məhkəmə yuxarıda adları sadalanan iki əmlaka münasibətdə "xxxx" MMC-nin rəyini əsas götürsədə, Yevlax şəhəri, Bakı prospekti 24A ünvanında yerləşən əmlak kompleksinin likvid dəyərinə münasibətdə həmin rəy əsas götürə bilməz. Belə ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsindən ancaq cavabdeh tərəf apellyasiya şikayəti vermiş, iddiaçı tərəf isə qətnaməni mübahisələndirməmişdir. Cavabdeh tərəf apellyasiya şikayəti verərək ipoteka ilə yüklü edilmiş əmlakların qiymətlərinin daha çox olduğunu bildirdiyi halda, kollegiya işə baxılmanın hədləri baxımından şikayət vermiş şəxsin ziyanına olaraq ekspert rəyini əsas götürərək əmlakın likvid dəyərini aşağı sala bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Yevlax şəhəri, Bakı prospekti 24A ünvanında mülkiyyətdə olan 5,759 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 5489,98 kv.m olan əmlak kompleksinin likvid dəyəri hissəsində təmin edilməməlidir. Məhkəmə kollegiyası yekun məhkəmə aktı qəbul edilən zaman nə üçün kollegiya tərəfindən "xxxx"nun rəyinin deyil, "xxxx" MMC-nin rəyinin əsas götürülməsi ilə bağlı isə qeyd edir ki, məhkəmə "xxxx"nun rəyini real vəziyyəti əks etdirən və ağlabatan hesab etməmişdir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MEB-1534/25 nömrəli rəyinə əsasən, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi; 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 31.680.000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24A ünvanında yerləşən 5.759 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 5.489.98 kv.m. ümumi, 4.939.7 kv.m əsas, 550.28 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 4.230.000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında icarədə olan 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət Əmlak Kompleksinin likvid dəyəri 2.160.000 manat müəyyən edilmişdir. Göründüyü kimi, "xxxx"nun mütəxəssisləri tərəfindən müəyyən edilmilmiş qiymətlər iş üzrə alınmış digər rəylərdən kəskin şəkildə fərqlənir. Belə ki, qiymətlər arasındakı fərq Gəncə şəhərində yerləşən ipoteka ilə yüklü edilmiş əmlaka münasibətdə təxminən 13 000 000 manat, digər əmlaklara münasibətdə isə təxminən 2 000 000 manat təşkil etmişdir. Odur ki, məhkəmə kollegiyası yekun məhkəmə aktı qəbul edilən zaman həmin rəyin əsas götürülməsini məqsədəmüvafiq hesab etmir. Kollegiya bir məqamıda nəzərə çatdırır ki, "xxxx" MMC tərəfindən dəyərləri müəyyən edilmiş əmlakların qiymətləri hətta cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş X3 Şirkətinin rəyində göstərilmiş qiymətlərdən belə dəfələrlə artıqdır. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, "Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 yanvar 2001-ci il tarixli Qərarının 2.1-ci bəndinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələb təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin normativ sənədə görə malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən Dövlət Statistika Komitəsinin bazar qiymətlərinə, Dövlət Gömrük Komitəsinin idxal-ixrac əməliyyatları üzrə tətbiq olunan qiymətlərinə, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin, onların yerli orqanlarının bazar qiymətlərinə, Vergilər Nazirliyi və onun yerli orqanlarının bazar qiymətlərinə, digər səlahiyyətli orqanların, hüquqi və fiziki şəxslərin, o cümlədən intizamlı vergi ödəyicilərinin rəsmi məlumatlarına, kütləvi informasiya vasitələrinin, müxtəlif nəşrlərin, "İnternet" sisteminin və digər mənbələrin elanları və reklam məlumatlarına, qanunvericiliklə səlahiyyətə malik olan ekspertin (mütəxəssisin) rəyinə, habelə, nəzarət qaydasında mal alqışının nəticələrinə, xronometraj qaydasında müşahidə aparılmaqla qeydə alınan qiymətlərə, bir-birindən asılı olmayan şəxslər arasında bağlanmış müqavilələr (əqdlər) əsasında onun bağlandığı günə, yaxud həmin dövrdə ərazi üzrə (rayon, şəhər) digər vergi ödəyicilərinin sənədlərində qeydə alınmış qiymətlərə, respublika daxilində, zərurət yarandıqda xarici dövlətlərin birja kotirovkaları haqqında rəsmi və ya kütləvi məlumatlarına dair mənbələrdən istifadə edilir. Məhkəmə kollegiyası iş üzrə rəyləri tədqiq edib və rəylər arasında qiymətləndirmə apararaq qeyd edir ki, likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Eyni zamanda, borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Yuxarıda sadalanan əsasən məhkəmə kollegiyası ipoteka ilə yüklü edilmiş əmların likvid dəyərlərinin müəyyən edilməsi hissəsində ağlabatan və real vəziyyəti əks etdirdiyi üçün "xxxx" MMC-nin mütəxəssis rəyini daha mötəbər hesab və qəbuledilən hesab etmişdir. Kollegiyası mütəxəssis rəylərini qarşılıqlı təhlil edərkən eyni zamanda qeyd ki, "xxxx" MMC tərəfindən verilmiş rəy mübahisəni tam əhatə etmiş, həmin rəyi şübhə altına alabiləcək sübutlar istər iddiaçı, istərsə də cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmışdir. Məhkəmə kollegiyası tərəflərin nəzərinə çatdırır ki, ödənilməli borca görə üç əmlak ipoteka ilə yüklü edilmişdir. İşdən eyni zamanda görünür ki, ipoteka ilə yüklü edilmiş üç əmlakdan hansı satılsa borc məbləği tam olaraq ödənilə bilər. Odur ki, kollegiya mübahisənin uzanmaması baxımından həmin halın nəzərə alınmasını tərəflərin diqqətə çatdırır. Məhkəmə kollegiyası sonuncu baxış iclasında cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən ancaq əmlakların likvid dəyəri hissəsində mübahisələndirilmişdir. Yəni, tərəflər arasında fikir ayrılığı tutma yönəldilən əmlakların likvid dəyəri ilə bağlı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyator birinсi instansiya məhkəməsinin qətnaməsini yalnız əmlakın likvid dəyəri ilə bağlı hissəsində mübahisələndirdiyindən məhkəmə baxışının hədləri baxımından mübаhisə edilən hissə üzrə yоxlаnılmalıdır. Bundan başqa, cavabdeh tərəf ümumiyyətlə borcun məbləğini mübahisələndirməmişdir. Həmçinin, ödəniş qəbzinin tarixindən də görünür ki, ödəmə birinci instansiya məhkəməsində qətnamə qəbul edildikdən təxminən bir il sonra edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, həmin ödəmə gələcəkdə işin icra mərhələsində nəzərə alınmalı məsələdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, iş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 2000 (iki min) manat pulun 666.66 manatı iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bankdan, 666.66 manatı Cavabdeh1ndən və 666.66 manatı Cavabdeh2ndən tutulаrаq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi və vəkili Vəkil Fərhad oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2-2(117)-100/2023 nömrəli qətnaməsi Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında yerləşən əmlak kompleksinin və Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında yerləşən əmlak kompleksinin likvid dəyərləri hissəsində dəyişdirilərək, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında istifadədə olan 20.5 ha torpaq sahəsində yerləşən 29357,7 kv.m ümumi, 20928,8 kv.m əsas sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 18.400.000 manat, Yevlax şəhəri, Bakı prospekti, 24 ünvanında 1,644 ha torpaq sahəsində yerləşən 5,279,9 kv.m ümumi, 4,707,98 kv.m əsas, 571,92 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 2.322.400 manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 2000 (iki min) manat pulun 666.66 manatı iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bankdan, 666.66 manatı Cavabdeh1ndən və 666.66 manatı Cavabdeh2ndən tutulаrаq "xxxx" MMC-nin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.