Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-20/2025 09.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi (açar sözlər: kredit müqaviləsi üzrə borc öhdəliyi, ipoteka predmeti) Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (VÖEN **********) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli e-2- 2(117)-207/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyəti 05 fevral 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı “X4” ASC-nin xeyrinə 12 mart 2021-ci il tarixli 06MNG/21 saylı Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış 22 dekabr 2021-ci il tarixli 06MNG/21-3 saylı Əlavə Kredit Müqaviləsinə görə əsas kredit borcu üzrə 32765,56 manat, faiz borcu üzrə 5343,47 manat və cərimə borcu üzrə 1041,15 manat olmaqla, cəmi 39150,18 manat borcun və 12 aprel 2022-ci il tarixli 06MNG/22-4 saylı Əlavə Kredit Müqaviləsinə görə əsas kredit borcu üzrə 28920,86 manat, faiz borcu üzrə 5048,75 manat və cərimə borcu üzrə 3803,58 manat olmaqla, cəmi 37773,19 manat borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 320,77 manat pulun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 manat pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan ünvan 1də yerləşən 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 146,7 kv.m. sahəsi olan 9 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdehdan 22 dekabr 2021-ci il tarixli 06MNG/21-3 saylı Əlavə Kredit Müqaviləsinə görə əsas kredit borcu üzrə 32765,56 manat, faiz borcu üzrə 5343,47 manat və cərimə borcu üzrə 1041,15 manat olmaqla, cəmi 39150,18 manat borcun və 12 aprel 2022-ci il tarixli 06MNG/22-4 saylı Əlavə Kredit Müqaviləsinə görə əsas kredit borcu üzrə 28920,86 manat, faiz borcu üzrə 5048,75 manat və cərimə borcu üzrə 3803,58 manat olmaqla, cəmi 37773,19 manat borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 320,77 manat pulun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 manat pulun tutularaq iddiaçı"xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 70000 (yetmiş min) manat məbləğində müəyyən edilməsi və ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan ünvan 1də yerləşən 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 146,7 kv.m. sahəsi olan 9 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh çıxarılmaqla boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, borc verən “X4” Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh (VÖEN **********) arasında xx.xx.2021-ci il tarixli 06MNG/21 saylı Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 06MNG/21-3 saylı Əlavə Kredit Müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək illik 18% ödəmək şərtilə 40000 (qırx min) manat və xx.xx.2022-ci il tarixli 06MNG/22-4 saylı Əlavə Kredit Müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək illik 17% ödəmək şərtilə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində ipoteka saxlayan "xxxx" KB ASC ilə Mingəçevir regional “ASAN xidmət” mərkəzində bağlanmış xx.xx.2021-cü il tarixli 3M-329 reystr nömrəli, 06İMNG/21-2 saylı İpoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1də yerləşən 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsidə yerləşən 146,7 kv.m sahəsi olan 9 saylı fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsində **********68-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Lakin Borcalan tərəfindən Kredit müqaviləsinə əlavələrdə nəzərdə tutulmuş ödəniş qrafikləri üzrə dövrü olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafiklərə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Ona görə də, borclu Cavabdeh xx.xx.2021-ci il tarixli 06MNG/21-3 saylı Əlavə Kredit Müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 32765,56 manat əsas kredit borcu, 5343,47 manat faiz borcu və 1041,15 manat cərimə borcu olmaqla, cəmi 39150,18 manat məbləğində borcu və xx.xx.2022-ci il tarixli 06MNG/22-4 saylı Əlavə Kredit Müqaviləsi üzrə isə xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 28920,86 manat əsas kredit borcu, 5048,75 manat faiz borcu və 3803,58 manat cərimə borcu olmaqla, cəmi 37773,19 manat məbləğində borcu yaranmışdır. xx.xx.2021-cü il tarixli, 06İMNG/21-2 saylı İpoteka Müqaviləsində borcalan və ipoteka qoyan Cavabdeh mülkiyyətində olan ünvan 1də yerləşən 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146,7 kv.m sahəsi olan 9 saylı fərdi yaşayış evi tərəflərin qarşılıqlı razılığına əsasən 70000 (yetmiş min) manat məbləğində (tikili 48000 manat və torpaq 22000 manat) qiymətləndirilmişdir. İddiaçının ipoteka predmeti kimi çıxış edən əmlakdan cavabdehin çıxarılması tələbi isə onunla əlaqəlidir ki, əmlak hərraca çıxarıldığı zaman əmlak boş olmalı və eyni zamanda, orada yaşayan şəxslərin və mənzilin mülkiyyətçisinin hüquqlarından azad olmalıdır. Əks təqdirdə həmin əmlakın hərrac yolu ilə realizə olunması qeyri-mümkün olacaqdır. Qeyd olunanlara əsasən, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları, həmçinin cərimə borcludan iddiaçının xeyrinə tutulmalı, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına borclunun iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445, 279 və 295-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1, 39.1, 39.3.3 və 59.3-cü maddələri ilə əsaslandırılmışdır). İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi aşağıda qeyd olunan sənədlər iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur: - Borcverən “X4” Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 12 mart 2021-ci il tarixli 06MNG/21 nömrəli Əsas Kredit Müqaviləsi. Həmin Müqavilənin şərtlərinə əsasən bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanmaqla Borcverən Borcalana 120 ay müddətinə, yəni 12 mart 2031-ci il tarixinədək illik maksimum 28 %-dək 160000 manat məbləğində kredit verir; - 12 mart 2021-ci il tarixli 06MNG/21 nömrəli Əsas Kredit Müqaviləsi üzrə borcverən “X4” ASC ilə borcalan Cavabdeh tərəfindən imzalanmış 01 aprel 2021-ci il tarixli 1 nömrəli Saziş. Həmin Sazişə əsasən 12 mart 2021-ci il tarixli 06MNG/21 nömrəli Əsas Kredit Müqaviləsindən irəli gələn öhdəliklərin icrası ipoteka saxlayan “X4” ASC ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış 01 aprel 2021-ci il tarixli 06İMNG/21-2 nömrəli İpoteka müqaviləsində nəzərdə tutulan sonuncuya məxsus ünvan 1də yerləşən 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsidə yerləşən 146,7 kv.m sahəsi olan 9 saylı fərdi yaşayış evinin ipotekası ilə təmin olunur; - İpoteka saxlayan “X4” ASC ilə ipoteka qoyan Cavabdeh arasında notarial qaydada bağlanaraq təsdiq edilmiş 01 aprel 2021-ci il tarixli 06İMNG/21-2 nömrəli İpoteka müqaviləsi və həmin İpoteka Müqaviləsi üzrə ipotekaya qoyulmuş daşınmaz əmlakın yüklülüyünü təsdiq edən sənədlər. Həmin Müqavilə və sənədlərdən görünür ki, ipoteka qoyan (borcalan) Cavabdeh mülkiyyətində olan ünvan 1də yerləşən 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsidə yerləşən 146,7 kv.m sahəsi olan 9 saylı fərdi yaşayış evi 12 mart 2021-ci il tarixli 06MNG/21 nömrəli Əsas Kredit Müqaviləsi əsasında verilən kreditlərə görə öhdəliyin təminatı olaraq müvafiq qaydada borcverən (ipoteka saxlayan) “X4” ASC qarşısında ipoteka ilə yüklü edilmiş və bu yüklülük müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır; - Borcverən “X4” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli 06MNG/21-3 nömrəli Əlavə Kredit Müqaviləsi və Ödəniş Cədvəli (1 saylı Əlavə). Həmin sənədlərdən görünür ki, 12 mart 2021-ci il tarixli 06MNG/21 nömrəli Əsas Kredit Müqaviləsi əsasında bağlanmış 22 dekabr 2021-ci il tarixli 06MNG/21-3 nömrəli Əlavə Kredit Müqaviləsi ilə borcverən “X4” ASC tərəfindən borcalan Cavabdeh “dövriyyə vəsaitlərinin artırılması” məqsədilə 24 ay müddətinə, yəni 22 dekabr 2023-cü il tarixinədək illik 18 % dərəcəsi ilə 40000 (qırx min) manat məbləğində kredit verilmişdir (müqavilədə kreditin qaytarılması qaydalarına riayət edilmədikdə cərimənin hesablanması nəzərdə tutulmuşdur) və hər iki tərəfin “müqaviləyə 1 saylı Əlavə” kimi imzalamış olduğu Ödəniş Cədvəlində alınmış həmin kredit üzrə Banka olan borcun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1997 manat, 22 dekabr 2023-cü ildə edilməli olan sonuncu ödəniş isə 1995 manat olmaqla) və müəyyən olunmuş vaxtlarda hissə-hissə qaytarılması nəzərdə tutulmuşdur (Ödəniş Cədvəlində də ödənişin son tarixi 22 dekabr 2023-cü il müəyyən olunmuşdur); - Borcverən “X4” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 12 aprel 2022-ci il tarixli 06MNG/22-4 nömrəli Əlavə Kredit Müqaviləsi və Ödəniş Cədvəli (1 saylı Əlavə). Həmin sənədlərdən görünür ki, 12 mart 2021-ci il tarixli 06MNG/21 nömrəli Əsas Kredit Müqaviləsi əsasında bağlanmış 12 aprel 2022-ci il tarixli 06MNG/22-4 nömrəli Əlavə Kredit Müqaviləsi ilə borcverən “X4” ASC tərəfindən borcalan Cavabdeh “dövriyyə vəsaitlərinin artırılması” məqsədilə 24 ay müddətinə, yəni 12 aprel 2024-cü il tarixinədək illik 17 % dərəcəsi ilə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir (müqavilədə kreditin qaytarılması qaydalarına riayət edilmədikdə cərimənin hesablanması nəzərdə tutulmuşdur) və hər iki tərəfin “müqaviləyə 1 saylı Əlavə” kimi imzalamış olduğu Ödəniş Cədvəlində alınmış həmin kredit üzrə Banka olan borcun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1484 manat, 12 aprel 2024-cü ildə edilməli olan sonuncu ödəniş isə 1464 manat olmaqla) və müəyyən olunmuş vaxtlarda hissə-hissə qaytarılması nəzərdə tutulmuşdur (Ödəniş Cədvəlində də ödənişin son tarixi 12 aprel 2024-cü il müəyyən olunmuşdur); - Hazırkı mübahisə üzrə tərtib edilmiş maliyyə arayışları, borcun qaytarılması ilə əlaqədar tərtib edilmiş pretenziya məktubları, bildirişlər, hesabdan çıxarışlar, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə sənədlər. - İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, borcların ödənilməsi və borclar qaytarılmadığı halda borcun ipoteka predmetinə yönəldilməsi barədə cavabdehə müvafiq qaydada müraciət olunsa da, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.
2. Birinci instansiya məhkəməsində icraat
İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdeh tərəf (nümayəndəsi) də hazırkı mübahisənin həlli üzrə məhkəmə prosesində və mübahisənin həlli üzrə aparılan məhkəmə araşdırmalarında iştirak etmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 24 oktyabr 2024-cü il tarixli e-2- 2(117)-207/2024 nömrəli qərardadına əsasən, iddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinin “ipoteka predmet olan Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146.7 kv.m sahəsi olan 9 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və əmlak satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh çıxarılmaqla boşaldılması” hissəsi üzrə icraata xitam verilmişdir (həmin qərardaddan şikayət verilməmiş və qərardad qanuni qüvvəsini almışdır). Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 24 oktyabr 2024-cü il tarixli e-2-2(117)-207/2024 nömrəli qətnaməsi ilə iddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “Cavabdeh xx.xx.2021-ci il tarixli 06MNG/21 saylı Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 06MNG/21-3 saylı əlavə kredit müqaviləsinə görə 32677,46 manat əsas, 5343,47 manat faiz borcu, 100 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli 06MNG/22-4 saylı əlavə kredit müqaviləsinə görə 28910,83 manat əsas, 5048,75 manat faiz və 200 manat cərimə borcu, 301,41 manat dövlət rüsumu, ipoteka bildirişinin qeydiyyata alınması üçün 42 manat dövlət rüsumu tutularaq iddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146,7 kv.m sahəsi olan 9 saylı fərdi yaşayış evinə yönəldilsin, əmlakın hərracdan ilkin satışı üçün likvid dəyəri 82500 manat müəyyən edilsin və həmin əmlak açıq hərracda satılsın, satışdan əldə edilən vəsait hazırkı qətnamə ilə tutulan məbləğin ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı tədqiqatın dəyəri olan 100 manatın 50 manatı iddiaçıdan, 50 manatı cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Əmlakın qiymətləndirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri olan 200 manatın 100 manatı iddiaçıdan, 100 manatı cavabdehdən tutularaq “Caspian Valuation MMC”-nin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər”. Şəki Kommersiya Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli e-2-2(117)-207/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı “X4” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində 06MNG/21 nömrəli Əsas Kredit Müqaviləsi imzalanmışdır. Həmin müqavilə çərçivəsində xx.xx.2021-ci il tarixində 06MNG/21-3 saylı əlavə kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdehə 24 ay müddətinə, illik 18% faiz dərəcəsi ilə 40000 manat kredit verilmişdir. Bundan başqa, tərəflər arasında xx.xx.2022-ci il tarixində 06MNG/22-4 saylı Əlavə Kredit Müqaviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdehə 24 ay müddətinə, illik 17% faiz dərəcəsi ilə 30000 manat kredit verilmişdir. Cavabdeh tərəf öhdəliklərini yerinə yetirməmiş və onun hazırki dövrə hər iki müqavilə üzrə borcu qalmışdır. Məhkəmə, iddia tələbinin “xx.xx.2021-ci il tarixli 06MNG/21 saylı Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 06MNG/21-3 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 32765,56 AZN, faiz borcu üzrə 5343,47 AZN borcun, xx.xx.2022-ci il tarixli 06MNG/22-4 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 28920,86 AZN, faiz borcu üzrə 5048,75 AZN borcun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin olunmalıdır. Belə ki, məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli ekspert rəyində cavabdehin 06MNG/21-3 saylı müqavilə üzrə 32677,46 manat əsas və 9394,77 manat faiz borcu, 06MNG/22-4 saylı müqavilə üzrə isə 28910,83 manat əsas və 7444,54 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Ekspert rəyindən də göründüyü kimi, iddia tələbində göstərilən əsas borclarla bağlı məbləğ ekspertiza zamanı iddia tələbindəki əsas borclara münasibətdə daha az hesablanmışdır. Ekspert rəyində hesablanan əsas və faiz borclarına münasibətdə qeyd edilən məbləğlər mənafelərinə uyğun olan və mənafeyinə uyğun olmayan tərəf həmin borclarla bağlı əsaslı arqumentlərini və ekspert rəyinin əsas borclara münasibətdə əsassız və ya düzgün hesablanmaması ilə bağlı dəlillərini irəli sürə bilməmişlər. Ona görə də məhkəmə tərəfindən ekspert rəyi əsas borca münasibətdə əsas sübut olaraq qəbul edilir. Düzdür, ekspert rəyində hər iki müqavilə üzrə faiz borcları yüksək göstərilsə də, məhkəmənin iddia tələbindən kənarlaşmağa hüququ olmadığından, məhkəmə hesab edir ki, iddiaçının tələbində qeyd edilən faiz borcları məbləğləri əsas götürülməli və iddiaçı 06MNG/21-3 saylı müqavilə üzrə 32677,46 manat əsas, 5343,47 manat faiz borcu, 06MNG/22-4 saylı müqavilə üzrə isə 28910,83 manat əsas, 5048,75 manat faiz borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə, “xx.xx.2021-ci il tarixli 06MNG/21-3 saylı əlavə kredit müqaviləsinə görə 1041,15 AZN cərimə borcunun, xx.xx.2022-ci il tarixli 06MNG/22-4 saylı əlavə kredit müqaviləsinə görə 3803,58 AZN cərimə borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə, maddələr - 462.1, 462.3, 467)... Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq, cavabdehdən xx.xx.2021-ci il tarixli 06MNG/21-3 saylı əlavə kredit müqaviləsinə görə 100 AZN cərimə borcunun, xx.xx.2022-ci il tarixli 06MNG/22-4 saylı əlavə kredit müqaviləsinə görə 200 AZN cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır. Bundan başqa, iddia tələbinin “tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146,7 kv.m sahəsi olan 9 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, ipoteka müqaviləsinin 2.3-cü bəndində tərəflər əmlakın qiymətini 70000 manat razılaşdırsalar da, həmin müqavilənin 2021-ci il tarixində imzalandığını və həmin dövrdən etibarən əmlak qiymətlərinin artmasını nəzərə alaraq əmlakın qiymətinin müqavilədəkinə nisbətdə çox olmasını məntiqə uyğun hesab edir. İş üzrə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli ƏEM/A02-519/24 nömrəli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146,7 kv.m sahəsi olan 9 saylı fərdi yaşayış evinin likvid dəyəri 79000 manat müəyyən edilmişdir. Lakin, cavabdeh tərəfin əmlakın qiymətləndirilməsi ilə bağlı vəsatətinə əsasən həmin əmlakın likvid dəyərinin müəyyən edilməsi üçün məhkəmə təkrarən digər qiymətləndirici şirkət olaraq "xxxx" MMC-yə müraciət etmiş və həmin Şirkət tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində sözügedən əmlakın likvid dəyəri 82500 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qeyd edilən əmlakın likvid dəyərinin 82500 manat müəyyən edilməsi ilə bağlı verilmiş rəylə razılaşmış və bunu əsas tutaraq məhkəmə tərəfindən likvid dəyərlə bağlı verilmiş ən yüksək qiymət ipoteka predmeti olan əmlakın likvid dəyəri kimi qəbul edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixində cavabdehin nümayəndəsi tərəfindən iş üzrə icraatın dayandırılmasna dair vəsatət məhkəməyə təqdim edilərək, Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan e-2(051)- 2300/2024 nömrəli işlə bağlı yekun qərar qəbul edilənədək hazırki işin icraatının dayandırılmasını məhkəmədən xahiş etmiş və həmin vəsatətini onunla əsaslandırmışdır ki, ipoteka müqaviləsi bağlanan zaman iştirakı təmin edilməyərək, xəbəri olmadan müqavilə bağlanıb mülkiyyət hüquqları pozulduğundan Cavabdeh arvadı X3 Mİngəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə və 3-cü şəxs “X4” ASC-yə qarşı xx.xx.2021-ci il tarixli 06İMNG/21-2 saylı ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Lakin, işə əlavə edilmiş X2 xx.xx.2021-ci il tarixli ərizəsi ilə müəyyən olunur ki, məlum ipoteka müqaviləsi bağlanarkən X3 əri Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146,7 kv.m sahəsi olan 9 saylı fərdi yaşayış evinin “X4” ASC-yə ipoteka qoyulmasına razı olduğunu bildirmişdir. Buradan da göründüyü kimi, cavabdehin arvadı mülkiyyətlərində olan fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Qeyd edilən ipoteka müqaviləsinin etibarlılıq məsələsinə hazırkı icraat çərçivəsində qiymət verildiyindən, cavabdehin qeyd edilən müqavilənin başqa məhkəmə icraatı qaydasında mübahisələndirməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli Qərardadında qeyd edilir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Düzdür, cavabdeh Mingəçevir Şəhər Məhkəməsində müvafiq ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə deyil, ləğv edilməsi barədə tələb irəli sürmüşdür. Buna baxmayaraq, cavabehin hər bir halda gözləntisi hazırkı işin icraatının dayandırılması məqsədini daşımışdır. Ona görə də, hər bir halda hazırkı icraat çərçivəsində mübahisələndirilən ipoteka müqaviləsinin etibarsızlığı və ya ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmişdir. Eləcə də, iddia tələbi qismən təmin edildiyindən, iddia tələbinin təmin edilən hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumunun 301,41 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 42 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ekspertiza xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizası məhkəmənin təşəbbüsü ilə aparıldığından qeyd edilən ekspertiza ilə bağlı 100 manat xərcin 50 manatı iddiaçıdan, 50 manatı cavabdehdən tutularaq tədqiqat aparan müəsissəyə ödənilməlidir. Bundan əlavə, əmlakın qiymətləndirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyərinin azaldılaraq, 200 manat müəyyən edilməsi daha məntiqli, ədalətli və qanuni olduğundan, 200 manatın 100 manatı iddiaçıdan, 100 manatı cavabdehdən tutularaq tədqiqat aparan müəsissəyə ödənilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 385.1, 386.1, 442, 448.1, 448.2, 462.1, 462.3, 467, 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33 və 39.3.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1, 78.1, 78.1-1, 78.2, 81, 116.2, 117.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdeh tərəf müxtəlif şikayət və vəsatətlərlə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən qəbul edilmiş müvafiq qərardadlarla həmin şikayət və vəsatətlər həll olunmuşdur.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh 24 noyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 24 oktyabr 2024cü il tarixli e-2-2(117)-207/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-207/2024 saylı qətnaməsinin ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində və borc məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi və ilkin satış qiymətinin yenidən qiymətləndirmə keçirilməklə və borc məbləğini təkrar mühasibatlıq ekspertizası təyin etməklə müəyyən edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsindən və borc məbləği hissəsindən apellyasiya şikayəti verilir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, qətnamə borc məbləği hissəsində əsassızdır. Belə ki, məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixli ekspert rəyində cavabdehin 06MNG/21-3 saylı müqavilə üzrə 32677,46 manat əsas, 9394,77 manat faiz borcu, 06MNG/22-4 saylı müqavilə üzrə isə 28910,83 manat əsas, 7444,54 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası təyin edən zaman ekspert qarşısında hər iki müqavilə üzrə müddət sonuna əsas, faiz və cərimə borcunun nə qədər təşkil etməsi sualı qoyulmuşdur. Qeyd edir ki, 06MNG/21-3 saylı kredit müqaviləsinə 1 saylı əlavə üzrə ödəniş qrafikinə əsasən müqavilə müddətinin sonuna 7926 manat faiz borcu ödənilməli, digər 06MNG/22-4 saylı kredit müqaviləsinə 1 saylı əlavə üzrə ödəniş qrafikinə əsasən isə müqavilə müddətinin sonuna 5596 manat faiz borcu ödənilməlidir. Göründüyü kimi, ekspert tərəfindən hər iki kredit müqaviləsi üzrə ödənişlər edildikdən sonra belə müqavilə müddətinin sonuna faiz borcu qrafik üzrə ödənilməli olan faiz borcundan dəfələrlə çox məbləğdə borc hesablanmışdır. Bu səbəbdən də hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının verdiyi rəy əsassızdır, əsas və faiz borcları düzgün hesablanmamışdır və ona görə də, yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək borc məbləği hesablanmalıdır. Həmçinin hesab edir ki, qətnamə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 82500 manat müəyyən edilməsi hissəsində əsassızdır, əmlakın dəyəri əsassız olaraq həddindən artıq aşağı məbləğdə müəyyən edilmişdir. Ona görə də, həmin hissədə qətnamə dəyişdirilməli və əmlakın ilkin satış qiyməti yenidən qiymətləndirmə keçirilməklə müəyyən edilməlidir. Belə ki, tərəflər arasında 2021-ci ildə ipoteka müqaviləsi bağlanarkən ipoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 70000 manat müəyyən edilmişdir. Həmin vaxtdan ötən 3 ildən artıq müddətdə əmlak bazarında daşınmaz əmlakın qiyməti 2 dəfədən çox artmışdır. Hazırda qeyd olunan ipoteka predtmetinin bazar dəyəri minimum 150000 manat civarındadır. Həmçinin əmlak ipotekaya qoyulduqdan sonra əlavə təmir işləri getmişdir. Birinci instansiya məhkəməsində ilk dəfə qiymətləndirmə "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cu il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146,7 kv.m sahəsi olan 9 saylı fərdi yaşayış evininin bazar dəyəri 94000 manat, likvid dəyəri isə 79000 manat müəyyən edilmişdir. Bundan sonra cavabdehin vəsatətinə əsasən təkrar qiymətləndirmə təyin edilmiş və təkrar qiymətləndirmənin keçirilməsi "xxxx" MMC-yə həvalə etmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evininin bazar dəyəri 97000 manat, likvid dəyəri isə 82500 manat müəyyən edilmişdir. Ekspert əmlaka baxış keçirərkən ilkin şifahi rəyini öyrənən zaman əmlakın likvid dəyərinin “130000-140000 manat arası” olduğu bildirilmiş, lakin sonradan yenə bankın mənafeyinə uyğun rəy verilmişdir. İlkin rəy zamanı ekspertə əmlakın şəkilləri Bank tərəfindən təqdim olunmuş, bunu məhkəmə prosesi zamanı bankın nümayəndəsi də təsdiqləmiş və səbəb kimi isə cavabdehin əmlaka baxış keçirilməsinə şərait yaratmamasını bildirmişdir. Göründüyü kimi, hər iki ekspert rəyində Bankın ekspert təşkilatlarına müdaxiləsi baş vermişdir. Bu səbəbdən də hesab edir ki, düzgün dəqiq rəy verilməsi üçün Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən rəy verilməlidir. "xxxx" MMC-nin rəyində isə qiymətləndirici tərəfindən qiymətin müəyyən edilməsi meyarları, qiymətləndirmə metodunun təsviri ümumi olaraq göstərilmişdir. Bu cür məlumat standart olaraq bütün rəylərdə olur. Qiymətləndirici isə həmin metodlardan (xərc metodu, uyğun satışların müqayisəli metodu) konkret əmlakın qiymətləndirilməsində necə istifadə etdiyini, göstərilən nəticəyə necə gəldiyini, həmin ipoteka predmetinin məbləğini necə aldığını göstərməli idi. Qanunvericilikdə “xüsusi bilik” dedikdə məhz bunlar nəzərdə tutulur, çunki istənilən şəxs (xüsusi bilikə malik olmayan) istədiyi qiyməti əmlaka verə bilər. Yalnız ekspert-qiymətləndirici verdiyi qiyməti təfərrüatı ilə əsaslandıra bilər. MPM-yə görə də ekspert suallara əsaslandırılmış cavablar verməlidir. Ancaq hər iki qiymətləndirici rəyi yalnız tap.az saytında verilmiş elanlara əsasən müəyyən etmişdir ki, bu da real bazar qiymətini əks etdirə bilməz. İstənilən şəxs həmin saytda istənilən əmlakı real qiymətindən məqsədli şəkildə ya yüksək qiymətə, ya da aşağı qiymətə qoya bilər. Hazırki iş üzrə təqdim edilmiş rəylər mütəxəssis rəyləridir. Hesab edir ki, ipoteka predmeti olan əmlakın likvid dəyəri müəyyənləşdirilərkən ekspert rəyi daha mötəbər hesab edilməlidir. Ekspert rəyi isə Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən verilir. Belə ki, "xxxx" MMCnin və "xxxx" MMC-nin rəyləri ekspert rəyi olaraq deyil, mütəxəssis rəyi olaraq tərtib edilmiş, rəyləri tərtib etmiş qiymətləndirici mütəxəssislərin əmtəəşünas kimi iş təcrübəsi, qiymətləndirmə sahəsində xüsusi biliyə malik olduğunu təsdiq edən təhsili barədə məlumatlar rəydə qeyd edilməmişdir. Qiymətləndirici tərəfindən əmlakın qiyməti müəyyən edilərkən ərazi üzrə əmlak bazarının monitorinqi səthi şəkildə aparılmış, rielter qurumlarından, alqı-satqı sahəsində fəaliyyət göstərən internet resurslarından və digər mənbələrdən məlumatlar alınmamışdır. Mütəxəssis rəyində tədqiqat zamanı daşınmaz əmlakların alqı-satqısı barədə internet saytlarında olan məlumatlardan istifadə edildiyini qeyd etmişdir. İnternet saytlarında oxşar ölçülü əmlaklarla bağlı axtarış aparılarkən, yaxın ərazilərdə oxşar ölçülü əmlakların daha yuxarı qiymətlə satışa çıxarıldığı müəyyən edilmişdir. Başqa sözlə, qiymətləndirici şirkət tərəfindən qiymətləndirmə aparılarkən süni surətdə ipoteka predmetinin qiyməti azaldılmış, obyektiv tədqiqat aparılmamış və nəticədə ipoteka predmetinin qiyməti düzgün müəyyən edilməmişdir. Hesab edir ki, ekspertizanın (qiymətləndirmənin) təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normaları pozulmuş və ekspert (mütəxəssis) rəyi ilə bağlı cavabdehin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Qanunvericiliyin tələblərinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki-Prosessual Qanunvericiliyin tələblərinə əsasən digər sübutlar kimi mütəxəssis rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə rəylərə də, digər sübutlarla bərabər qiymət verilməli, rəyin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin, birinci instansiya məhkəməsi qətnamədə gəldiyi nəticəni işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. Həmin hissədə qanunvericiliyin tələblərinə məhkəmə düzgün hüquqi qiymət verməmiş, bununla da iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Lakin məhkəmə işdə olan sənədlərlə və ekspert rəyi arasında kifayət qədər fərqlərin olmasını araşdırmamışmışdır. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Məhkəmə isə sübutları tam, hərtərəfli şəkildə araşdırmamış, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə və borc məbləğinə dair hissədə düzgün hüquqi nəticəyə gəlməmişdir.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə 09 yanvar 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına iddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 gəlmiş olsa da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, apellyasiya şikayətini vermiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında iddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etmədiyini bildirib, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli e-2-2(117)-207/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və eyni zamanda, suallara cavab olaraq bildirmişdir ki, hazırkı iddia ərziəsi ilə məhkəməyə müraciət olunduqdan sonra da cavabdeh tərəf bağladığı kredit müqavilələri əsasında yaranmış borcları üzrə heç bir ödəniş etməmiş, müxtəlif əsassız vəsatət və şikayətləri ilə işin baxılmasının yekunlaşmasına mane olmuş və kredit borclarını ödəməkdən yayınmağa çalışmışdı. Bundan əlavə, Cavabdeh apellyasiya şikayətində Şəki Kommersiya Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli e-2-2(117)-207/2024 nömrəli qətnaməsinin “ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində və borc məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi” tələbini apellyasiya icraatı zamanı “iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən olunması və təkrar mühasibatlıq ekspertizası ilə borc məbləğinin müəyyən olunması üçün ekspertiza keçirilməli olması” ilə əsaslandıraraq, apellyasiya instansiyasından “ilkin satış qiymətinin yenidən qiymətləndirmə keçirilməklə və borc məbləğini təkrar mühasibatlıq ekspertizası təyin etməklə” qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də, Cavabdeh apellyasiya şikayətinin məzmununa daxil etdiyi “ipoteka predmetinin yenidən qiymətləndirilməsi və borcla əlaqədar təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi” barədə müraciəti apellyasiya icraatında iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi haqqında vəsatət kimi qiymətləndirilərək, həmin vəsatət - Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmə iclasında müzakirə olunub, əsaslılığı və zəruriliyi sübuta yetirilmədiyindən məhkəmə kollegiyasının 09 yanvar 2025-ci il tarixli 2-2(107)-20/2025 nömrəli qərardadı ilə təmin edilməmişdir.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, Cavabdeh hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-207/2024 saylı qətnaməsinin ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində və borc məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsini” xahiş etmiş olduğundan, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-ci və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi həmin şikayət olunan hissələr üzrə yoxlanılmışdır. 4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 296.1. Girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi (hazırkı iş üzrə mübahisə predmeti olan kredit müqavilələri bağlandığı dövrdə qüvvədə olan redaksiyada): 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun normaları (maddələri): 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, cavabdehin apellyasiya şikayətində verilmiş tələbləri üzrə, yəni “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-207/2024 saylı qətnaməsinin ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində və borc məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi” barədə iki hissədən ibarət tələbi üzrə məhkəmə araşdırması zamanı iş materiallarına və işin konkret hallarına əsasən aşağıda qeyd olunan fakt və xüsusatlar müəyyən edilmişdir: 1). Qətnamə ilə tutulan borcun mübahisələndirilməsi kimi qəbul edilən apellyasiya şikayətinin “borc məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi” barədə tələbi üzrə :
- İddiaçı “X4” ASC ilə Cavabdeh arasında 120 ay müddətinə bağlanmış xx.xx.2021ci il tarixli 06MNG/21 nömrəli Əsas Kredit Müqaviləsi çərçivəsində imzalanmış 22 dekabr 2021-ci il tarixli 06MNG/21-3 nömrəli Əlavə Kredit Müqaviləsi əsasında sonuncuya 24 ay müddətinə, yəni 22 dekabr 2023-cü il tarixinədək illik 18% faiz dərəcəsi ilə 40000 manat məbləğində verilmiş kredit üzrə cavabdeh tərəfindən sonuncu ödəniş 17 may 2022-ci ildə edilmiş və bundan conra həmin kredit üzrə heç bir ödəniş edilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuş 31 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 22 dekabr 2021-ci il tarixli 06MNG/21-3 nömrəli Əlavə Kredit Müqaviləsi üzrə cavabdehin həmin Müqavilənin sonuna, yəni 22 dekabr 2023-cü il tarixinə 32765,56 manat əsas borcu, 5343,47 manat faiz borcu və 1041,15 manat cərimə borcu mövcud olmuşdur. Halbuki, cavabdeh tərəf həmin Müqavilə üzrə ödənişlərin vaxtını və məbləğini müəyyən edən “Müqaviləyə 1 saylı Əlavə” kimi imzalanmış Ödəniş Cədvəlinə riayət etdiyi halda, onun 22 dekabr 2023-cü il tarixinə heç bir məbləğdə kredit borcu qalmamalı, yəni həmin tarixə əsas və hesablanmış faiz məbləğləri tam ödənmiş olmalı idi. Eləcə də, iddiaçı “X4” ASC ilə Cavabdeh arasında 120 ay müddətinə bağlanmış xx.xx.2021-ci il tarixli 06MNG/21 nömrəli Əsas Kredit Müqaviləsi çərçivəsində imzalanmış 12 aprel 2022-ci il tarixli 06MNG/22-4 nömrəli Əlavə Kredit Müqaviləsi əsasında sonuncuya 24 ay müddətinə, yəni 12 aprel 2024-cü il tarixinədək illik 17% faiz dərəcəsi ilə 30000 manat məbləğində verilmiş kredit üzrə cavabdeh tərəfindən sonuncu ödəniş 31 avqust 2022-ci ildə edilmiş və bundan conra həmin kredit üzrə heç bir ödəniş edilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuş 31 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 12 aprel 2022-ci il tarixli 06MNG/22-4 nömrəli Əlavə Kredit Müqaviləsi üzrə cavabdehin 28920,86 manat əsas borcu, 5048,75 manat faiz borcu və 3803,58 manat cərimə borcu mövcud olmuşdur. Halbuki, cavabdeh tərəf həmin Müqavilə üzrə ödənişlərin vaxtını və məbləğini müəyyən edən “Müqaviləyə 1 saylı Əlavə” kimi imzalanmış Ödəniş Cədvəlinə riayət etdiyi halda, onun 31 yanvar 2024-cü il tarixinə müqavilə üzrə ödənilməmiş kredit borcu cəmi 4310 manat məbləğində qalmalı idi. Birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 04 sentyabr 2024-cü il tarixli 9/6379 nömrəli Ekspert Rəyi ilə müəyyən edilmişdir ki: 1). 22 dekabr 2021-ci il tarixli 06MNG/21-3 nömrəli Əlavə Kredit Müqaviləsi üzrə 22 dekabr 2023-cü il tarixinə, yəni müqavilə müddətinin bitmə tarixinə cavabdehin 32677,46 manat əsas borcu və 9394,77 manat faiz borcu olmuşdur; 2). 12 aprel 2022-ci il tarixli 06MNG/22-4 nömrəli Əlavə Kredit Müqaviləsi üzrə 05 fevral 2024-cü il tarixinə cavabdehin 28910,83 manat əsas borcu və 7444,54 manat faiz borcu olmuşdur. Həmçinin, iş materiallarında olan Bank hesabından çıxarışlardan və 04 sentyabr 2024-cü il tarixli 9/6379 nömrəli Ekspert Rəyindən görünür ki, 22 dekabr 2021-ci il tarixli 06MNG/21-3 nömrəli Əlavə Kredit Müqaviləsi üzrə annuitet cədvəl əsasında, yəni kredit üzrə əsas borcun və həmin borca hesablanmış faizlərin ödənilməsinə yönəldilmiş müntəzəm bərabər aylıq ödənişlər (hər ay 1997 manat) nəzərdə tutulan cədvəl əsasında 24 ay ərzində 24 dəfə ödənilməli olan kreditdən cəmi ilk 5 ay ərzində 5 dəfə olmaqla, əsas borcdan cəmi 7322,54 manat, faiz borcdan isə 2674,46 manat məbləğində pul vəsaitləri ödənsə də, 17 may 2022-ci ildən sonra həmin müqavilə üzrə heç bir ödəniş edilməmişdir. 12 aprel 2022-ci il tarixli 06MNG/22-4 nömrəli Əlavə Kredit Müqaviləsi üzrə isə annuitet cədvəl əsasında, yəni kredit üzrə əsas borcun və həmin borca hesablanmış faizlərin ödənilməsinə yönəldilmiş müntəzəm bərabər aylıq ödənişlər (hər ay 1484 manat) nəzərdə tutulan cədvəl əsasında 24 ay ərzində 24 dəfə ödənilməli olan kreditdən cəmi ilk 3 ay ərzində 3 dəfə (1500 manat, 300 manat və 200 manat) olmaqla, əsas borcdan cəmi 1089,17 manat, faiz borcdan isə 910,83 manat məbləğində pul vəsaitləri ödənsə də, 31 avqust 2022-ci ildən sonra həmin müqavilə üzrə heç bir ödəniş edilməmişdir. Göründüyü kimi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh (borcalan) Cavabdeh müvafiq olaraq xx.xx.2021-ci il tarixli 06MNG/21 nömrəli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış 22 dekabr 2021-ci il tarixli 06MNG/21-3 nömrəli Əlavə Kredit Müqaviləsini və 12 aprel 2022-ci il tarixli 06MNG/22-4 nömrəli Əlavə Kredit Müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən “X4” ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən “X4” ASC-dən alınmış kreditləri həmin müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Ona görə də, 22 dekabr 2023-cü ildə icra müddəti bitmiş 22 dekabr 2021-ci il tarixli 06MNG/21-3 nömrəli Əlavə Kredit Müqaviləsi üzrə cəmi 40000 (qırx min) manat məbləğində verilmiş kredit Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada qaytarılmadığı üçün 22 dekabr 2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) hesablanmış olan 32765,56 manat əsas borc, 5343,47 manat faiz borcu və 1041,15 manat cərimə borcu olmaqla, cəmi 39150,18 manat məbləğində borcun və 12 aprel 2024-cü ildə icra müddəti bitməli olan 12 aprel 2022-ci il tarixli 06MNG/22-4 nömrəli Əlavə Kredit Müqaviləsi üzrə isə cəmi 30000 (otuz min) manat məbləğində verilmiş kredit Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada qaytarılmadığı üçün 31 yanvar 2024-cü il tarixə hesablanmış olan 28920,86 manat əsas borc, 5048,75 manat faiz borcu və 3803,58 manat cərimə borcu olmaqla, cəmi 37773,19 manat məbləğində borcun Cavabdeh tutulması üçün müvafiq iddia ərizəsi ilə iddiaçı “X4” ASC tərəfindən məhkəməyə müraciət olunmuşdur. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan məhkəmə-mühasibatlıq ekspertizasının rəyini və iddiaçının iddia tələbini nəzərə alıb, 24 oktyabr 2024-cü il tarixli e-2-2(117)- 207/2024 nömrəli qətnaməsində bu iddia ərizəsi üzrə iddiaçının xeyrinə Cavabdeh “xx.xx.2021-ci il tarixli 06MNG/21-3 saylı əlavə kredit müqaviləsinə görə 32677,46 manat əsas borcu, 5343,47 manat faiz borcunu və 100 manat cərimə borcunu, xx.xx.2022-ci il tarixli 06MNG/22-4 saylı əlavə kredit müqaviləsinə görə 28910,83 manat əsas borcu, 5048,75 manat faiz borcunu və 200 manat cərimə borcunu” tutmuşdur. Yəni, məlum ekspert rəyində əsas borclar iddia ərizəsində tələb olunan əsas borc məbləğindən daha az miqdarda hesablandığından, məhkəmə ekspert rəyində müəyyən edilmiş ödənilməyən əsas borcları tutsa da, Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq ekspert rəyində iddia tələbindən daha artıq məbləğdə hesablanan faiz borclarını deyil, iddia ərizəsində tələb olunan faiz borclarını tutmuşdur (Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır). Lakin, hazırkı apellyasiya şikayətində cavabdeh (borcalan) Cavabdeh “qətnaməni borc məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsini” tələb edərək, həmin tələbini “06MNG/21-3 saylı kredit müqaviləsinin Ödəniş Qrafikinə əsasən müqavilə müddətinin sonuna 7926 manat faiz borcu ödənilməli, digər 06MNG/22-4 saylı kredit müqaviləsinin Ödəniş Qrafikinə əsasən isə müqavilə müddətinin sonuna 5596 manat faiz borcu ödənilməli olduğu halda, ekspert tərəfindən hər iki kredit müqaviləsi üzrə ödənişlər edildikdən sonra belə, müqavilə müddətlərinin sonuna faiz borcunun Qrafik üzrə ödənilməli olan faiz borcundan dəfələrlə çox məbləğdə hesablanması” ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin bu tələbi (hissəsi) ilə əlaqədar məhkəmə araşdırmaları zamanı müəyyən edilmiş işin mübahisəsiz halları, iş materialları və bu mübahisə üzrə tətbiq edilən müvafiq maddi və prosessual normalara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məlum kreditlər üzrə cavabdehdən tutulan borcun məbləği işin hallarına uyğun olmaqla, apellyasiya şikayətində mübahisələndirilən hissədə əsaslı və qanunidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəf almış olduğu 40000 manat məbləğində kredit üzrə Ödəniş Cədvəli ilə müəyyən edilmiş qaydada ödənişlər etməmiş, yəni sonuncu dəfə 17 may 2022-ci ildə ödəniş etdikdən sonra hər ay üçün nəzərdə tutulan “aylıq 1997 manat məbləğində” pul vəsaitlərini qalan 19 ay üzrə ümumiyyətlə ödəməmiş və bu səbəbdən də, ödəniş qrafikinə riayət olunmadığı üçün əsas borc məbləği azalmadığına görə, hesablanan faiz məbləğləri də azalmamışdır. Eyni zamanda, cavabdeh tərəf almış olduğu 30000 manat məbləğində kredit üzrə Ödəniş Cədvəli ilə müəyyən edilmiş qaydada (hər ay 1484 manat) ödənişlər etməmiş, yəni 11 may 2022-ci ildə 1500 manat, 29 iyul 2022-ci ildə 300 manat (qrafikdə nəzərdə tutulan məbləğdən az) və 31 avqust 2022-ci ildə isə 200 manat (qrafikdə nəzərdə tutulan məbləğdən az) məbləğində ödəniş etdikdən sonra qalan aylar üçün nəzərdə tutulan “aylıq 1484 manat məbləğində” pul vəsaitlərini ümimiyyətlə ödəməmiş və bu səbəbdən də, ödəniş qrafikinə riayət olunmadığı üçün əsas borc məbləği azalmadığına görə bu Müqavilə əsasında hesablanan faiz məbləğləri də azalmamışdır. Halbuki, hər iki kredit müqavilələri üzrə tərtib edilmiş və “borcalan” olaraq cavabdeh tərindən də imzalanmış Ödəniş Cədvəllərində əsas borcun məbləği azaldıqca, hər bir ay üzrə qalıq əsas borca hesablanan faiz borcunun məbləği də azalır. Ona görə də, Cədvəl üzrə ödənişlər müvafiq qaydada aparılmadığı halda, hesablanan faiz məbləği də azalmayaraq, artması - müqavilə şərtlərinə uyğun olan və mübahisəsiz qəbul edilməli olan haldır. Bundan əlavə, apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məlum kreditlərin qaytarılması üçün tərtib edilərək təsdiqlənmiş Ödəniş Cədvəlləri əsasında kredit müvafiq qaydada qaytarıldığı halda və Cədvəllərlə müəyyən edilmiş ödəniş məbləğlərinə və müddətlərinə lazımi qaydada riayət edildiyi halda - Borcalan 40000 manat məbləğində alınmış kredit üzrə yekun olaraq cəmi 7926 manat məbləğində faiz (iddia ərizəsində 5343,47 manat faiz borcu tələb olunur), 30000 manat məbləğində alınmış kredit üzrə isə yekun olaraq cəmi 5596 manat məbləğində faiz (iddia ərizəsində 5048,75 manat faiz borcu tələb olunur) ödəməli idi. Cavabdeh isə Ödəniş Cədvəlləri ilə müəyyən edilən ödəniş qaydalarına tamamilə riayət etməyərək, ilkin bir neçə ay ərzində ödəniş etdikdən sonra ödənişlərini tam dayandırmış olduğundan, həmin kreditlər üzrə məlum Ekspertiza Rəyi ilə hesablanan faiz borcu məbləğlərinin əsaslılığı şübhəli və mübahisəli deyildir. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəf iddia ərizəsində faiz məbləğlərini ekspertiza rəyində müəyyən edilən miqdarda deyil, daha az məbləğdə tələb etmişdir ki, bu məbləğlər də - yuxarıda təsvir olunanlara görə və Ödəniş Cədvəlləri üzrə müəyyən edilən kreditin aylıq qaytarılması müddətləri və miqdarı tamamilə pozulduğu üçün tam əsaslıdır.
2). Qətnamə ilə müəyyən edilmiş ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin mübahisələndirilməsi kimi qəbul edilən apellyasiya şikayətinin “ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin dəyişdirilməsi” barədə tələbi üzrə :
- İpoteka saxlayan (borcverən) “X4” ASC ilə ipoteka qoyan (borcalan) Cavabdeh arasında notarial qaydada bağlanaraq təsdiq edilmiş 01 aprel 2021-ci il tarixli 06İMNG/21- 2 nömrəli İpoteka müqaviləsinə əsasən ipoteka qoyan (borcalan) Cavabdeh mülkiyyətində olan ünvan 1də yerləşən 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsidə yerləşən 146,7 kv.m sahəsi olan 9 saylı fərdi yaşayış evi 12 mart 2021-ci il tarixli 06MNG/21 nömrəli Əsas Kredit Müqaviləsi (həmin müqavilə çərçivəsində bağlanan Əlavə Kredit Müqavilələri) əsasında verilən kreditlərə görə öhdəliyin təminatı olaraq müvafiq qaydada borcverən “X4” ASC qarşısında ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmışdır. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, müqavilə bağlanarkən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin ilkin satış qiyməti torpaq sahəsi – 22000 manat, fərdi yaşayış evi - 48000 manat olmaqla, cəmi 70000 (yetmiş min) manat məbləğində müəyyən edilmişdir. Həmin Müqavilənin 5.1.1-ci bəndinə əsasən, Borcalan kredit müqaviləsində nəzərdə tutulmuş müddətdə əsas öhdəliyin, yaxud onun bir hissəsinin ödənilməsinin icrasını 90 təqvim günü və daha çox müddətdə gecikdirildiyi halda, tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək Borcverənin hüququdur. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan ipoteka predmetinə dair ipoteka saxlayan “X4” ASC-nin tutmanın yönəldilməsi haqqında bildirişi müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. Birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı məhkəmənin təşəbbüsü ilə ipoteka predmetinin ilkin satış qiymətinin təyin olunması məqsədilə həmin daşınmaz əmlakın bazar və likvid dəyərlərinin müəyyən edilməsi üçün xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Lakin, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məlumatı ilə həmin ekspertizanın aparılmasına cavabdeh tərəfindən şərait yaradılmadığı üçün ekspertizanın keçirilməsindən imtina edilmişdir. Bundan sonra, məhkəmə ipoteka predmeti ilə əlaqədar qeyd olunan rəyin alınması üçün "xxxx" MMC-yə müraciət etmiş və həmin qiymətləndirici MMC-nin xx.xx.2024-cu il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan ünvan 1də yerləşən 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146,7 kv.m sahəsi olan 9 saylı fərdi yaşayış evininin bazar dəyəri 94000 manat, likvid dəyəri isə 79000 manat müəyyən edilmişdir. Lakin, cavabdeh tərəf bu qiymətlə razılaşmamış və ona görə də, cavabdehin vəsatətinə əsasən məhkəmə tərəfindən təkrar qiymətləndirmə təyin edilmiş və təkrar qiymətləndirmənin keçirilməsi "xxxx" MMC-yə həvalə olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində isə ipoteka predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evininin bazar dəyəri 97000 manat, likvid dəyəri isə 82500 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, Şəki Kommersiya Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli e-2-2(117)-207/2024 nömrəli qətnaməsində “ipoteka predmeti olan əmlakın hərracdan ilkin satışı üçün likvid dəyəri 82500 manat məbləğində müəyyən edilmişdir. Lakin, cavabdeh tərəf qətnamənin bu hissəsi ilə də razılaşmayaraq, bu qiymətin dəyişdirilməsi üçün hazırkı apellyasiya şikayətini vermiş və apellyasiya şikayətində bu mövqeyini “2021-ci ildə ipoteka müqaviləsi bağlandığı vaxtdan ötən 3 ildən artıq müddətdə əmlak bazarında daşınmaz əmlakın qiymətinin 2 dəfədən çox artması və hazırda qeyd olunan ipoteka predtmetinin bazar dəyərinin minimum 150000 manat civarında olması” ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin bu tələbi (hissəsi) ilə əlaqədar da məhkəmə araşdırmaları zamanı müəyyən edilmiş işin mübahisəsiz halları, iş materialları və bu mübahisə üzrə tətbiq edilən müvafiq maddi və prosessual normalara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin 82500 manat məbləğində müəyyən edilməsi - işin hallarına uyğun olmaqla, həmin qiymət hazırkı dövr üçün məlum ipoteka predmetinin real likvid dəyərinə uyğun müəyyən edilmiş qiymətdir. Belə ki, iş materiallarından görünür ki, 01 aprel 2021-ci ildə məlum ipoteka müqaviləsi bağlanarkən tərəflərin razılığı ilə ipoteka predmetinin ilkin satış qiyməti 70000 manat məbləğində müəyyən edilmişdir. Lakin, cavabdeh tərəf hazırkı iş üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində ipoteka predmeti olan əmlakın bazar dəyərinin 94000 manat, likvid dəyərinin isə 79000 manat müəyyən edilməsi ilə razılaşmayaraq, təkrar qiymətləndirilmə keçirilməsi üçün müvafiq vəsatətlə məhkəməyə müraciət etmiş və həmin vəsatətinə Ağdaş şəhərində yerləşən sahəsi 152 kv.metr olan 5 otaqlı fərdi yaşayış evinin 116000 manata satışa çıxarılması barədə elanı əlavə etmişdir. Lakin, həmin elanda qeyd olunan evin “əşyaları və texno avadanlıqları ilə bir yerdə satıldığı” qeyd olunmuşdur. Bununla belə, cavabdehin həmin vəsatətinə əsasən məhkəmə tərəfindən digər bir qiymətləndiriciyə müraciət olunaraq, aparılan təkrar qiymətləndirmə əsasında alınmış "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində isə məlum ipoteka predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evininin bazar dəyəri 97000 manat, likvid dəyəri isə 82500 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərardadında qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmin Qərardadın 21-ci bəndində qeyd edilmişdir ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Həmin Qərardadın 22-ci bəndində qeyd edilmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti - onun real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin hazırkı apellyasiya şikayətində mübahisələndirdiyi hissələrdə iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, e-2-2(117)-207/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 385, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, e-2-2(117)-207/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.