Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-21/2021 02.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tаrixli, 2-2(117)-303/2020 saylı qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “10385,18 manat əsas borc, 937,94 manat faiz, 1426,34 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 1568,16 manat məbləğ olmaqla, cəmi 14317,62 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, İsmayıllı rayonu Talıstan kəndində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərrac yolu ilə satılması, satışdan əldə edilmiş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ödənilməsi” barədə iddia tələbi məhkəmənin xx.xx.2020-ci il tarixli e-2-2(117)303/2020 nömrəli qərardadı ilə baxılmamış saxlanılmış, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Anar Nəcəfzadə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsi, mülki iş üzrə icraatın təzələnməsi və işin məhkəmə baxışına təyin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-2(117)-303/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı sözügedən qərardaddan şikayətlə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi olan vəzifəli şəxsi Nümayəndə ona etibar edilmiş səlahiyyətlərdən sui-istifadə edərək vicdansızcasına əsassız şikayətlə məhkəmələrin iş vaxtının itirilməsinə səbəb olduğundan, hərəkətləri eyni zamanda məhkəmələrə hörmətsizlik nümayiş etdirdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən sonuncunun qərəzli hərəkətləri və 2200 manat əmək haqqı alması da eyni zamanda nəzərə alınaraq 500 (beş yüz) manat məbləğində dövlətin xeyrinə cərimə edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə xx.xx.2020-ci il tarixli qərardadın ləğv edilməsi barədə iddiaçının ərizəsi birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə rədd edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmənin sözügedən qərardadı ilə razılaşaraq eyni cavabdehə qarşı hazırki iddia tələbi ilə ümumi qaydada iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə yenidən məhkəməyə müraciət etmiş və iddia ərizəsi e-2-2(117)-539/2020 nömrə ilə qeydə alınaraq həmin tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi xx.xx.2020-ci il tarixdə məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadından şikayətlə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfin vəzifəli şəxsi (hüquq xidmətləri şöbəsinin müdiri) olan nümayəndəsinin birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadında olan mövqeyi ilə razılaşaraq cavavbdehə qarşı eyni iddia tələbi ilə iddia ərizəsi ilə ümumi qaydada yenidən xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etməsinə və sonuncunun müraciətinin e-2-2(117)-539/2020 nömrə ilə qeydə alınaraq birinci instansiya məhkəməsinin icraatına qəbul edilməsinə baxmayaraq, eyni tələb üzrə məhkəmə tərəfindən baxılmamış saxlanılmış e-2-2(117)303/2020 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardadından əsassız şikayətlə məhkəməyə müraciət etmişdir ki, sonuncunun bu hərəkəti Mülki Prosessual Məcəllənin 120-ci maddəsinin təsir dairəsinə düşməklə hansı məqsədə xidmət etməsi bəllidir. Belə ki, sonuncunun bu hərəkəti məhkəmənin iş vaxtının əsassız alınmasına, maddi resursların əsassız xərclənməsinə xidmət edir. İddiaçının nümayəndəsi olan vəzifəli şəxsi Nümayəndə ona etibar edilmiş səlahiyyətlərdən sui-istifadə edərək vicdansızcasına əsassız şikayətlə məhkəmələrin iş vaxtının itirilməsinə səbəb olur ki, vicdansızcasına əsassız şikayətlə məhkəmələrin iş vaxtının itirilməsinə gətirib çıxaran vəzifəli şəxsin hərəkətləri eyni zamanda məhkəmələrə hörmətsizlik nümayiş etdirir, birinci və apellyasiya məhkəmələrinin iş vaxtının itirilməsi isə nəticələnir. İddiaçının nümayəndəsinin şərh olunan hərəkətləri, nümayəndəsi olduğu bankın iddia tələbinə mahiyyəti üzrə baxılmasında israrlılığı ilə bağlı olmamaqla onun tərəfindən məhkəmələrin iş vaxtının əsassız itirilməsinə yönələn qərəzli hərəkərləri olduğundan MPM-in 120 və 126.2-ci maddəsinə əsasən məhz o, məhkəmənin iş vaxtının itirilməsinə görə birinci instansiya məhkəməsi tərəfindən dövlətin xeyrinə cərimə edilmişdir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı eyni iddia tələbi xx.xx.2020-ci il tarixdə e-2-2(117)-539/2020 nömrə ilə qeydə alınaraq məhkəmənin icraatına qəbul edilmiş və həmin iş üzrə məhkəmə araşdırması davam etdirilir. İddiaçının nümayəndəsinin şərh olunan hərəkətləri qərəzli olduğundan isə birinci instansiya məhkəməsi hesab etmişdir ki, cərimənin məbləği 500 manat həddində ağlabatan və ədalətlidir. Nümayəndə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək cərimənin götürülməsini məhkəmədən xahiş etmiş və müraciətini onunla əsaslandırılmışdır ki, e-2-2(117)-303/2020 nömrəli iş üzrə şikayətin verilməsi və həmin tələb üzrə yenidən məhkəməyə müraciət edilməsi iş çoxluğundan olmuşdur. Belə ki, onun adına olan İddiaçı ASC-nin ərizələrini, şikayətlərini yükləmək üçün açılmış elektron kabinetdən Hüquq şöbəsinin bütün əməkdaşları istifadə edir. Həmin tələb üzrə yenidən iddia ərizəsi digər əməkdaş tərəfindən sistemə vurulmuşdur. Bundan başqa 500 manat cərimə məbləği çox yüksəkdir və ödənilməsi onun üçün çox böyük maddi sıxıntıya səbəb olacaqdır. Himayəsində 3 övladı var, həyat yoldaşı işləmir. Cərimə məbləği bank tərəfindən deyil, onun tərəfindən ödəniləcəkdir. Bu səbəbdən cərimənin götürülməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tаrixli, 2-2(117)-303/2020 saylı qərardadı ilə (hakim Rüfət Məcidov) cərimənin götürülməsi barədə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi olan vəzifəli şəxsi Nümayəndə ərizəsi təmin edilməmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi olan vəzifəli şəxsi Nümayəndə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tаrixli, 2-2(117)- 303/2020 saylı qərardadından şikayət vermişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tаrixli, 2-2(117)-303/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, iş yükünün çoxluğunu nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını və cərimənin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tаrixli, 2-2(117)- 303/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışında iştirak edən və iştirak etməyən dövlət orqanlarının, hüquqi şəxslərin və digər təşkilatların vəzifəli şəxslərinə qanunla nəzərdə tutulmuş vəzifələrini pozmağa görə məhkəmə tərəfindən qoyulan cərimə onların şəxsi vəsaitlərindən tutulur. X1 cərimənin götürülməsi ilə bağlı dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, şəxsin adına yaradılmış elektron kabinetdən və şəxsin elektron imzasından yalnız özü, öz iradə ifadəsinə uyğun istifadə etməlidir. Həmin imzadan onun məlumatı olmadan digər şəxsin istifadə etməsi şəxsi imzadan istifadənin nəticələrinin yaratdığı məsuliyyətdən azad etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, hüquq şöbəsinin digər işçilərinin Anar Nəcəfzadənin adına olan elektron kabinetdən və elektron imza vasitələrindən istifadə etməsi məhkəmənin iş vaxtının əsassız alınması ilə bağlı üzrlü səbəb hesab edilmir və cərimənin götürülməsinə də əsas deyildir. Bundan başqa ərizədə qeyd olunanlar heç bir sübutla təsdiq olunmur və yalnız ərizəçinin özünü müdafiə üçün gətirdiyi dəlillərdən ibarətdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, üzərinə cərimə qoyulmuş şəxs cərimənin məbləğinin yüksək olduğunu iddia etsə də onun məhkəməyə ünvanlanan xahişi cərimənin məbləğinin miqdarının azaldılması deyil, cərimənin bütövlükdə götürülməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi qanunda bir başa göstərilmiş hallardan başqa kənara çıxmağa haqlı olmadığından və üzərinə cərimə qoyulmuş şəxsin məhkəməyə ünvanlanan xahişinin cərimənin götürülməsindən ibarət olduğundan cərimənin məbləği ilə bağlı dəlillərə qiymət verməmişdir. Belə ki, Nümayəndə cərimənin məbləğinin azaldılmasının deyil, məhz cərimənin bütövlükdə götürülməsini xahiş etmişdir. Bundan başqa məhkəmə onuda qeyd edir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi olan vəzifəli şəxsi Nümayəndə xx.xx.2020-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş və xx.xx.2020-ci il tarixli qərardadı ilə onun üzərinə cərimə qoyulmuşdur. Bundan sonra o, xx.xx.2020-ci il tarixdə cərimə qərardadının ləğv edilməsi ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etmişdir. Lakin iş materialları qərardaddan şikayətə baxılması ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinə göndərildiyindən, birinci instansiya məhkəməsi tərəfindən ərizəyə baxılmasının hazırda mümkün olmadığı barədə ərizəçiyə məlumat verilmiş və məhkəməyə ünvanlanan xahişin dəqiqləşdirilməsi ona təklif olunmuşdır. Ərizəçi birinci instansiya məhkəməsinin müraciətinə münasibət bildirməmiş və iş materialları məhkəməyə qaytarıldıqdan sonra onun ərizəsi qərardaddan şikayət kimi qiymətləndirilərək xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Ərizəçi yenidən xx.xx.2020-ci il tarixdə qanunla müəyyən edilmiş 20 günlük müddət ötürüldükdən sonra hazırkı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş və cərimənin götürülməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi cərimənin götürülməsi ilə bağlı ərizənin verilməsinin 20 günlük müddətin ötürülmədiyi qənaətinə gələrək ərizəyə mahiyyəti üzrə məhkəmə iclasında qiymət verilməsini mümkün hesab etmişdir. Belə ki, ərizəçinin ilkin müraciəti müddət ötürülmədən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim olunsa da iş materialları məhkəmədə olmadığından ona qiymət verilməsi mümkün olmamışdır. Belə ki, xx.xx.2020-ci il tarixli ərizəyə məhkəmə tərəfindən dərhal qiymət veriləcəyi təqdirdə ərizəçi məhkəmənin mövqeyinə uyğun 20 günlük müddət ərzində yenidən məhkəməyə müraciət edə blərdi. Müddətin uzanmasıb isə iş materiallarının yuxarı instansiya məhkəməsində olması səbəbindən olmuşdur ki, məhkəmə həmin müddəti 20 günlük müddətin ötürülməsi kimi nəzərə almamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tаrixli, 2-2(117)-303/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 360, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tаrixli, 2-2(117)-303/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-21/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-21/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver